Məhkəmə qərarları › İş №2(102)-471/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-471/2020

16.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-471/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Hacıyev Sənan Firudin oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)9859/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə mür aciət edərək, Cavabdeh onun səhhətinə xəsarətlər yetirməsi nəticəsində dəyən 550 manat maddi ziyanın və 5000 manat mənəvi zərərin, ödənilmiş 30 dövlət rüsumunun, cəmi 5580 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin (hakim T.Məmmədov) xx.xx.2019-cu il tarixli 2(010)-198/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 280 manat telefonun dəyərinin, 500 manat isə mənəvi zərərin əvəzinin tutularaq İddiaçı ödənilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 4 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissəsinin isə iddiaçıya aid edilməsi, keçirilmiş ekspertizalara görə 120 manatın və 59.94 manat məbləğində xidmət haqlarının Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərk əzinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) xx.xx.2019-cu il tarixli 2(103)-9859/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-198/2019 nömrəli qətnaməsinin cavabdehdən mənəvi ziyanın tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh 250 manat mənəvi zərərin əvəzinin tutularaq İddiaçı ödənilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun onu ödəmiş tərəfin özünə aid edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-9859/2019 nömrəli qə tnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin (hakim M.Əhmədova) xx.xx.2019-cu il tarixli, 2(102)-8647/2019 saylı qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilərək, məhkəmə iclası xx.xx.2020-ci il tarixə, saat 11:15-ə təyin edilmişdir. İş materialları ilə tanış olarkən müəyyən edilmişdir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Belə ki, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırki iddianın qiyməti isə (maddi zərər üzrə) iki min manatdan az məbləğ təşkil edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan m ülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilməli və iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar