Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4718/2020 08.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli 2(107)1058/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.H.Məmmədov, iş № 2(024)-495/2018) İddiaçı maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə, Maraqlı şəxs1 və qeyrilərinə qarşı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev, iş № 2(107)-2568/2018) iddiaçının apelyasiya şikayəti təmin edilərək Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilib N oğlunun adına verilmiş xx xxx 2017ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Ə.A.Əhmədov, A.Ə.İsgəndərov və İ.K.Dəmirov, iş № 2(102)2163/2019) Maraqlı şəxs1 və Maraqlı şəxs2 kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İşə təkrar baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə (hakimlər: V.İ.Məlikov, E.Ş.Hüseynov və A.A.Mahmudov, iş № 2(107)-2072/2019) iddiaçının apelyasiya şikayəti təmin edilərək Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilib N oğlunun adına verilmiş xx xxx 2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.R.Vəliyeva, Q.A.Əsgərov və S.F.Hacıyev, iş № 2(102)608/2020) cavabdehlər Maraqlı şəxs1 və Maraqlı şəxs2 kassasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə üçüncü dəfə apelyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Əliyev, A.M.Eyvazov və İ.H.Şükürov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Qax şəhər ZDS İcraiyyə Komitəsinin xx xxxxxx 1970-ci il tarixli iclas protokolunun qərarına əsasən Qax şəhər sakini N oğlunun texniki sənədləri nəzərə alınaraq ona öz həyətyanı torpaq sahəsində yeni yaşayış evinin tikilməsinə icazə verilməsinə dair Qaxmuğal kənd ZDS İK-n in xx xxx 1969-cu il tarixli 7 №-li iclas qərarı təsdiq edilmişdir. Həmin qərara əsasən N tərəfindən fərdi yaşayış evi inşa edilmiş, lakin həmin evə dair onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Qax şəhər XDS İK-nin xx xxxxxx 1984-cü il tarixli iclasında qəbul edilmiş qərarla İddiaçı ərizəsinə əsasən o, atasının təsərrüfatından ayrılaraq xx xxxxxx 1985-ci il tarixdən ayrıca təsərrüfat hesab edilmişdir. xx xxxxxx 2003-cü il tarixdə N oğlu vəfat etmiş, xx xxx 2017-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən N küçəsində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 212,8 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında N oğlunun adına, 0,06 ha torpaq sahəsi isə Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs6, İddiaçı, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 N oğlunun ümumi birgə mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 2018-ci ilin iyun ayında İddiaçı maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi, N 5lara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası tərəfindən tikilmiş evin ümumi sahəsinin 55,0 kv.metrdən ibarət olmasını, 1986-cı ildə öz vəsaiti hesabına yenidənqurma işləri apardıqdan sonra evin ümumi sahəsinin 212,8 kv.metr olmasını, lakin ondan xəbərsiz 212,8 kv.metr ümumi sahəsi olan evə dair atasının adına xx xxx 2017-ci il tarixdə Dövlət Reyestrindən Çıxarış verilməsini və s. əsas göstərməklə xx xxx 2017-ci il tarixli Reyestrdən Çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəl illəri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək atasının xx xxxxxx 2003-cü il tarixdə baş vermiş ölümündən 14 il sonra evə dair onun adına Reyestrdən Çıxarış verilməsinin nəzəri və praktiki baxımdan mümkün olmamasını, atasının ölümü ilə onun hüquq qabiliyyətinə xitam verilməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan s onra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İddiaçı atası Nun adına verilmiş Reyestrdən Çıxarışı qanunsuz sayarkən iki başlıca dəlili - Çıxarışın atasının adına onun ölümündən sonra verilməsini və evin onun vəsaiti hesabına yenidən qurularaq genişləndirilməsini əsas göstərmiş və hesab etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işin həmin hallarına düzgün hüquqi qiymət vermədən nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi işdən göründüyü kimi, həmin halları araşdırmış və hesab etmişdir ki, iddiaçının göstərdikləri Çıxarış ın ləğv edilməsi üçün əsas verməmişdir. Məhkəmə kollegiyası iddianı əsassız sayıb rədd edərkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanmışdır. Həmin Qanunun 8.0.1 və 8.0.8-ci maddələrinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 22.2-ci mad dəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “2 saylı əlavə üzrə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyest ri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. N rayon ZDS İK-nin icazəsi əsasında mübahisəli fərdi yaşayış evini tikdikdən sonra evə dair müvafiq çıxarış almadan vəfat etdiyindən, onun vərəsələrinin və ya onlardan birinin tələbi üzrə Nun adına əmlaka mülkiyyət hüququnu bildirən çıxarışın verilməsi yuxarıda göstərilən normaların tələblərinə uyğun olmuşdur. Mübahisə predmeti olan evdə 1986-cı ildə iddiaçı tərəfindən yenidənqurma işləri aparılmaqla evin ümumi sahəsinin 55,0 kv.metrdən 212,8 kv.metrə qədər artırılması iddia olunsa da, apelyasiya instansiyası məhkəm əsi işdə bunu təsdiq edə biləcək mübahisəsiz sübutların olmamasına əsaslanaraq iddiaçının bu barədə göstərdiklərini əsassız saymış və hesab etmişdir ki, həmin dəlil də çıxarışın ləğv edilməsi üçün əsas verməmisdir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxx 2020-ci il ta rixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4718/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4718/2020
08.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver