Məhkəmə qərarları › İş №2(102)-4720/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4720/2021

04.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4720/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyanın ödənilməsi 04.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-650/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, 12 noyabr 2018-ci ildə xxx küçəsinin kəsişməsində Cavabdeh məxsus xxx markalı ** ZR *** dövlət qeydiyyat nişanlı, İddiaçı məxsus 2013-cü il tarixində istehsal olunan xxx markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı və X3 məxsus xxx markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomaşınların toqquşməsi nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2018-ci il tarixli, xx nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, xx markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh həkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu ddəsinin 6-ci hissəsinin 18-ci bəndinin tələblərinə uyğunsuzlu q olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. xxx markalı xxx dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 29 mart 2019-cu il tarixli Qərardan görünür ki, 12.11,2018-ci il tarixdə Nəsimi RPİnə, xxx küçəsinin kəsişməsində baş vermiş yolnəqliyyat hadisəsi baş vermişdir. Araşdırma zamanı Cavabdeh qızı izahatında bildirmişdir ki, 12.11.2018- ci ildə saat 13.05 radələrində özünə məxsus Toyota Camry markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomaşınla Nəsimi rayonu Bakıxanov küçəs i ilə saatda 40-50 km/saat sürətlə hərəkət edərkən xxx küçəsinin kəsişməsində DYPX-nin əməkdaşlarının göstərişinəəsasən əks istiqamət boş olduğundan hərəkəti həmin istiqamətə verdikdə o, xxx küçəsinə tərəf dönmə əməliyyatı aparmaq istəyərkən onunla eyni istiqamətdə hərəkətdə olan Kia Sportage markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşın onun idarə etdiyi avtomaşının sol tərəfinə dəymişdir. O, idarəetməni itirərək yolun kənarında səkiyə dəyib aşmışdır. Onunla eyni istiqamətdə hərəkətdə olan Mitsubishi Pikap markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomaşın isə Kia Sportage markalı avtomaşının arxa hissəsinə dəymişdir. xxx küçəsi istiqamətinə dönmə əməliyyatı aparması qadağan olduğunu bilməmişdir. Sadəcə olaraq KTM-də xəstələri olduğu üçün oradan dönmə əməliyyatı aparmaq istəmişdi r. Həmin yol ayrıcında yalnız düzünə hərəkət etmək hüququ olmuşdur. X2 izahatında bildirmişdir ki, Kia Sportage markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə xxx küçəsi ilə saatda 40-50 km/saat sürəti ilə hərəkət edərkən xxx küçəsinin kəsişməsində onunla eyni istiqamətdə hərəkətdə olan Toyota Camry markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomaşın sağdan sola, yəni xxx küçəsi istiqamətinə dönmə əməliyyatı apararkən onun idarə etdiyi avtomaşınla toqquşmuşdur. Həmin vaxt onunla eyni istiqamətdə hərəkətdə olan Mitsubhisi Pikap markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomaşın onun idarə etdiyi avtomaşını arxadan vurmuşdur. O, isə idarəetməni itirərək səkiyə dəymişdir. X4 izahatında bildirmişdir ki, Mitsubishi L200 markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə x xx küçəsi ilə saatda 40-50 km/saat surəti ilə hərəkət edərkən onunla eyni istiqamətdə olan Toyota Camry markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomaşın sağdan sola, yəni xxx küçəsi istiqamətində dönmə əməliyyatı apararkən qarşısında hərəkətdə olan KİA Sportage markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. O, Kia Sportage markalı avtomobilinə arxadan dəymişdir. Toyota Camry markalı avtomaşın qadağan olunmuş yerdən dönmə əməliyyatı aparmaq istəyərkən bu hadisə baş vermişdir. Qeyd olunan məsələ sığorta şirkətləri və sığorta şirkətinin aid olduğu avtomobilin sürücü arasında mülki qaydada məhkəmə qaydasında həll olunan məsələ olduğundan material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

4. Fiziki şəxs X5 (VÖEN **********) tərəfi ndən 20.12.2018-ci il tarixdə tərtib olunmuş akta əsasən KİA Sportage markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 17 349,00 manat hesablanmışdır.. 5. “KİA MOTORS AZ”№ 3 tərəfindən 20.12.2018-ci il tarixdə tərtib olunmuş akta əsasən KİA Sportage markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2 536,00 manat hesablanmışdır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2019-cu il tarixli, xxx nömrəli ekspert rəyi ilə təsdiq olunur ki, iş materiallarında olan 20.12.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Kia Sportage’' markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci, avtoehtiyat hissə lərinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14201,00 manat müəyyən edilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 10349 (on min üç yüz qırx doqquz) manat maddi zərər, 5000 manat mənəvi zərər, 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan 2013-cü il tarixində istehsal olunan KİA Sportage markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı ilə hərəkət edən zaman 12 noyabr 2018-ci il tarixində xxxx küçəsi ilə xxx küçəsinin kəsişməsində yol nəqliyyat hadisəsində onun mülkiyyətində ola n avtomobilə 10000 manat maddi zərər dəymişdir. Bununla bağlı sığorta şirkətində zərər aktı mövcuddur. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 29 mart 2019-cu il tarixli "cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından görünür ki, 23 yanvar 1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və hadisə zamanı Toyota camry markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh hadisənin əsas təqsirkarı olmuşdur. Hadisənin digər təqsirkarı isə Mitsubishi L200 markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 olmuşdur. 6 dekabr 2018-ci il tarixli “yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının” rəyinə əsasən yuxarıda qeyd olunan hər iki şəxsin hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanununun tələblərinin pozunt usu olmuşdur. X4 hadisə zamanı onun avtomobilinin arxa hissəsindən zərər yetirmişdir və əsas təqsiri yol hərəkəti qaydasının “ara məsafəni düzgün seçməməsinə və hadisənin qarşısınını alınmasına görə texniki imkanının olmasına rəğmən, hadisənin qarşısının ala bilməməsinə” görə olmuşdur. Hadisə zamanı Raminin icbari sığortası onun avtomobilinin arxasında dəyən zərəri qiymətləndirmiş, 2500 manat həcmində ona aid hissədə ona X tərəfindən maddi zərər ödənilmişdir. Ramin tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində avtomobilinə dəyən zərərin ödənişi ilə bağlı hissəyə görə sığorta ödənişinin ədalətli olduğu qənaətində olduğu üçün bu hissəyə görə ona qarşı tələbi yoxdur. Hadisə zamanı X1 hərəkətlərində də qanun pozuntusu olmuşdur, lakin hadisəyə əsas səbəbkar məhz Cavabdeh olmuşdur. X dönmə icazəsi olmamasına rəğmən dönmə apararkən bu hadisə baş vermişdir. Bu Ekspert rəyi və təhqiqat materialları ilə sübut olunur. Avtomobilinə ümumi 17349 manat zərər dəymişdir. Bu zərərin 2500 hissəsi X nisbətdə X tərəfindən ödənilmişdir. X aid hissədə isə X ona 4500 manat icbari sığorta məbləği ödəmişdir. Hazırda avtomobilə vurulmuş zərərə görə ona ödənilməli olan məbləğ 10349 manat təşkil edir (17349-2500-4500). Həmin məbləğ isə tamamilə Cavabdeh tutularaq ona ödənilməlidir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.Abbasova) 2(011)-155/2020 saylı, 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh oğlundan 7201 manat pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun 50%-i, yəni 15 manatı Cavabdeh oğlundan İddiaçı xeyrinə tut ulması, qalan 50%-nin, yəni 15 manatın iddiaçıya aid edilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mülki işdə olan sübutlarla, o cümlədən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 29 mart 2019-cu il tarixli "cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarı ilə təsdiq edilir ki, iddiaçının mülkiyyətində olan 2013-cü il tarixində istehsal olunan KİA Sportage markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı ilə hərəkət edən zaman 12 noyabr 2018-ci il tarixində X küçəsi ilə X küçəsinin kəsişməsində Toyota Camry markalı avtomaşın qadağan olunmuş yerdən dönmə əməliyyatı aparmaq istəyərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh izahatından müəyyən edilir ki, o, X küçəsinə tərəf dönmə əməliyyatı aparmaq istəyərkən onunla eyni istiqamətdə hərəkətdə olan Kia Sportage markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşın onun idarə etdiyi avtomaşının sol tərəfinə dəymişdir. O, idarəetməni itirərək yolun kənarında səkiyə dəyib aşmışdır. Onunla eyni istiqamətdə hərəkətdə olan Mitsubishi Pikap markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomaşın isə Kia Sportage markalı avtomaşının arxa hissəsinə dəymişdir. Sığorta şirkətləri tərəfindən KİA Sportage markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər qiymətləndirilmiş və müyyən edilmişdir ki, avtomobilin arxa hissəsinə dəyən zərər 2500 manat təşkil edir, həmin məbləğ X tərəfindən iddiaçıya ödənilmişdir. X aid hissədə isə xxxx tərəfindən iddiaçıya 4500 manat icbari sı ğorta məbləği ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2019-cu il tarixli, 18626 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 2013- cü il buraxılışlı “Kia Sportage’' markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir - bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14201,00 manat təşkil edir. Məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, iddiaçıya dəyən zərərlə bağlı cəmi 7000 manat pul vəsaiti ona artıq ödənilmişdir, cavabdehdən 7201 manat pul vəsaitinin tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur.

11. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. 1

2. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 21.1, 21.2, 386.1, 1096, 1097.1, 1108.1, 1115-ci, Mülki Prossesual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-650/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-155/2020 saylı, 04 fevral 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya sı məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, yolnəqliyyat hadisəsi və iddiaçının avtomobilinə dəyən zərər ekspert rəyi ilə təsdiq olunduğundan rayon məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir..

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

24. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq

25. Mülki Məcəllə

26. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (maddə 21.1)

27. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2)

28. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (maddə 1096.1)

29. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (maddə 1096.2)

30. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmu ş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. (maddə 1097.1)

31. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhl ükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. (maddə 1108.1)

32. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. (maddə 1115) Mülki Prossesual Məcəllə

33. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

34. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

35. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

36. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. (maddə 416)

38. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-650/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar