Məhkəmə qərarları › İş №2(102)-4721/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4721/2023

26.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4721/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi şərtləri, preyudisiallıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1589/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qətn aməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)- 662/2014 saylı qətnaməsi ilə "xxxx" ASC üzrə Cavabdeh2 "xxxx" ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə 07 yanvar 2013-cü il tarixli 01 saylı əmrinin ləğv edilməsi, iddiaçı Cavabdeh2 "Dəvəçi-Sərnişin” ASC-yə iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi qət edilmişdir.

2. Həmin qətnamə üzrə "Dəvəçi-Sərnişin” ASC-nin tələbkara olan əmək haqqı borcunun ödənilməsi üçün Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)82/2 017 saylı qərardadı ilə, borclu "xxxx" ASC-yə məxsus olan 2 koridordan ibarət 1 inzibati bina, 4 ədəd maşın təmiri sexi, 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəni, 2 ədəd böyük ölçülü kukl və 3 ədəd «GREE» markalı kondisionerlərin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan "xxxx" ASC-nin şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 8 may 2017-ci il tarixli qərardadı ilə, kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2017-ci il tarixli 2(102)-5122/17 saylı qərarı ilə təmin edilməmişdir.

3. Daha sonra Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)906/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 işdən azad olunması barədə "DəvəçiSərnişin” ASC-nin 03 fevral 2015-ci il tarixli 02 saylı əmrinin ləğv edilməsi, iddiaçı Cav abdeh2 "xxxx" ASC-yə baş iqtisadçı işinə bərpa edilməsi, istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq verilməsi qət edilmişdir.

4. Həmin qətnamə üzrə "Dəvəçi-Sərnişin” ASC-nin tələbkara olan əmək haqqı borcunun ödənilməsi üçün Şabran Rayon Məhkəməsinin 14 oktyabr 2019-ci il tarixli, 8(031)7/2019 saylı qərardadına əsasən borclu "xxxx" ASC-nin balansında aşkar edilmiş 1 ədəd rus istehsalı olan drel-deşici dəzgahı, 1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahı, 1 ədəd rus istehsalı olan (1969-cu il buraxılışlı) tokar dəzgahı, 1 ədəd rus istehsalı olan (1969-cu il buraxılışlı) hava komperossoru, 2 otaqdan ibarət gözətçi binası və 2 otaqdan ibarət yardımçı bina üzərinə həbs qoyulmuşdur.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nı n 10 dekabr 2019-cu il tarixli, 8(105)226/2019 saylı qərardadı ilə, borclu "xxxx" ASC-nin şikayəti təmin edilməmiş, Şabran rayon məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 8(031)-7/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd dəmir metaldan olan 4 tonluq su çəninin, 2 ədəd böyük ölçülü kuklun, 1 ədəd rus istehsalı olan drel-deşici dəzgahın, 1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahın, 1 ədəd rus istehsalı olan (1969-cu ilin buraxılışı) tokor dəzgahının, 1 ədəd rus istehsalı olan (1969-cu il buraxılışlı) hava kompressorunun, 2 otaqdan ibarət gözətçi binasının və 2 otaqdan ibarət yardımçı binanın C avabdeh2 qanunsuz sahibliyindən "xxxx" ASC-nin səhmdarlarına geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 nömrəli qətnaməsinin icra olunması ilə əlaqədar olaraq, Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)-82/2017 nömrəli qərardadı ilə Cavabdeh1 təqdimatı əsasında "xxxx" ASC-yə məxsus olan 2 koridordan ibarət 1 inzibati bina, 4 ədəd maşın təmiri sexi, 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəni, 2 ədəd böyük ölçülü kukl və 3 ədəd “GREE” markalı kondisionerlərin üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdeh1 tərəfindən 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəni, 2 ədəd böyük ölçülü kukl Cavabdeh2 verilmişdir. Həmçinin Ş abran Rayon Məhkəməsinin 9 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 nömrəli qətnaməsinin icra olunması ilə əlaqədar olaraq, Şabran Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli, 8(031)-7/2019 nömrəli qərardadı ilə "xxxx" ASC-nin mülkiyyətində olan 1 ədəd rus istehsalı olan drel-deşici dəzgahın, 1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahın, 1 ədəd rus istehsalı olan (1969-cu ilin buraxılışı) tokar dəzgahının, 1 ədəd rus istehsalı olan (1969-cu il buraxılışı) hava kompressorunun, 2 otaqdan ibarət gözətçi binasının və 2 otaqdan ibarət yardımçı binanın üzərinə həbs qoyulmuşdur. Cavabdeh1 tərəfindən 3.11.2020-ci il tarixdə 1 ədəd rus istehsalı olan drel-deşici dəzgahı, 1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahı, 1 ədəd rus istehsalı olan tokar dəzgahı, 1 ədəd rus istehsalı olan hava kompr essoru, 2 otaqdan ibarət gözətçi binası, 2 otaqdan ibarət yardımçı bina Cavabdeh2 verilmişdir. Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)82/2017 nömrəli qərardadında göstərilib ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 nömrəli Ərazi İdarəsinin 3 mart 2015-ci il tarixli **********35 nömrəli məktubunda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 nömrəli Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən "xxxx" ASC-nin adına Reyestr Xidmətində daşınmaz əmlak qeydə alınmadığı göstərilir. Bu o deməkdir ki, "xxxx" ASC-nin ərazisində olan əmlaklar ASC-nin səhmdarlarına məxsusdur. “GREE” markalı kondisionerlərin isə "xxxx" ASC-yə heç bir aidiyyəti yoxdur. Həmin əmlak RAMCO şirkətinə məxsusdur. Belə ki, həmin kondisionerlər müvəqqəti saxlanılması üçün "xxxx" ASC-nin ərazisinə q oyulmuşdur. "xxxx" ASC-nin mülkiyyətində hər hansı bir əmlak aşkar edilməməsinə baxmayaraq, həmin icra sənədlərinin icrası məqsədi ilə Cavabdeh1 tərəfindən Şabran Rayon Məhkəməsinə əsassız təqdimatlar verilərək "xxxx" ASC-nin ərazisində olan səhmdarlara məxsus bir çox əmlakların üzərinə həbslər qoyulmuş və qanunsuz şəkildə Cavabdeh2 təhvil verilmişdir. Əmlak üzərinə həbs qoyularkən birbaşa "xxxx" ASC-nin səhmdarlarına məxsus işlək əmlakın üzərinə həbs qoyulmuşdur. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.3-cü maddəsinə əsasən birinci növbədə - cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı üzərinə həbs qoyula bilər.

8. Cavabdeh2 iddia tələbinə yazılı etirazında bildirmişdir ki, İddiaçı əsassız, qanunsuz iddia ərizələri ilə eyni mövzuda dəfələrlə yerli, y uxarı məhkəmələrə müraciət edərək qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının təzədən baxılmasını istəyir. İddiaçı iddia ərizəsində qeyd edir ki, "xxxx" ASC-nin heç bir daşınmaz əmlakı yoxdur. Bu tamamilə yalandır. İddiaçı 10 dekabr 2019-cu ildə Sumqayıt Apellyasiya Məhkəməsində rəsmi surətdə qeyd etmişdir ki, həbs qoyulmuş əmlaklar ASC-nin mülkiyyətindədir. Qeyd olunan məhkəmədə məhkəmə kollegiyası şikayətin dəlillərini üzərinə həbs qoyulan əmlakların səhmdarların hamısının mülkiyyəti olmasını qəbul etmir. Belə ki, Mülki Məcəllənin 106.1.1ci maddəsinə görə Səhmdar Cəmiyyətinin səhmdarları cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və ya hüquqi şəxsdir. Qanunvericiliyin tələbindən də görünür ki, səhmdarlar əmlakın deyil, səhmin mülkiyyətçisidir. Bu baxımdan məhkəmə kollegiyası şikayəti əsassız saymış və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün heç bir əsas yoxdur. Cavabdeh1 rəsmi arayışında hal-hazırda borclu "xxxx" ASC-nin ona 12170 manat borcu qalmışdır.

9. Şabran Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 12 sentyabr 2022-ci il tarixli, 2(031)-735/2022 nömrəli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia təmin edilməmişdir.

10. Məhkəmə iddia tələbini "xxxx" ASC-nin əmlakının üzərinə həbs qoyulması barədə məhkəmə qərardadlarının qüvvədə olması əsası ilə təmin etməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.2ci, Mülki Məcəllənin 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin göstərilmişdir ki, "xxxx" ASC-nin ərazisində olan və Cavabdeh1 tərəfindən qeyri-qanuni şəkildə Cavabdeh2 verilən əmlaklar ASC-nin səhmdarlarına məxsusdur. “GREE” markalı kondisionerlərin isə "xxxx" ASC-yə heç bir aidiyyəti yoxdur. Həmin əmlak “RAMCO” şirkətinə məxsusdur. Belə ki, həmin kondisionerlər müvvəqqəti saxlanılması üçün "xxxx" ASC-nin ərazisinə qoyulmuşdur. Beləliklə, "xxxx" ASC-nin mülkiyyətində hər hansı bir əmlak aşkar edilməməsinə baxmayaraq, qeyd olunan icra sənədlərinin icrası məqsədi ilə Cavabdeh1 tərəfindən səhmdarlara və “RAMCO” şirkətinə məxsus qeyd olunan əmlaklar qanunsuz şəkildə Cavabdeh2 təhvil verilmişdir. Hal-hazırda səhmdarlar öz əmlaklarını geri tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin nizamnamə kapitalı cəmiyyətin səhmdarlar tərəfindən əldə edilmiş səhmlərinin nominal dəyərindən təşkil olunur. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmamışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1589/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Alma z Süleymanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının göstərdiyi xüsusatlara və digər sübutlara Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)-82/2017 nömrəli və Şabran Rayon Məhkəməsinin 14 oktyabr 2019-ci il tarixli, 8(031)-7/2019 nömrəli qərardadları ilə qiymət verilmiş, həmin qərardadlar "xxxx" ASC tərəfindən mübahisələndirilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadları və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır.

16. Hazırkı mübahisə üzrə tərəflər (iddiaçı "xxxx" ASC-nin sədri İddiaçı və Cavabdeh2) əvvəlki mülki işdə iştirak etmiş şəxslər olduğundan, eləcə də yuxarıda göstərilən qanuni qüvvəyə minmiş Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)-82/2017 nömrəli və Şabran Rayon Məhkəməsinin 14 oktyabr 2019-ci il tarixli, 8(031)-7/2019 nömrəli məhkəmə qərardadları ilə bağlı mübahisə üzrə çıxarılmaqla onlara aid olduğundan və həmin qərardadlarla hazırkı iddia tələbi ilə mübahisələndirilən məsələlərə hüquqi qiymət verildiyindən, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Belə olan halda həmin qərardadlarla müəyyən edilmiş hallar hazırkı işdə mübahisələndirilə bilməz və həmin halların təkrarən sübut edilməsinə heç bir əsas yoxdur.

17. Bundan əlavə iddiaçı apellyasiya şikayətində "xxxx" ASC-nin adına Reyestri Xidmətində daşınmaz əmlak qeydə alınmadığını, Cavabdeh 2 verilən əmlakların ASC-nin səhmdarlarına məxsus olduğunu, “GREE” markalı kondisionerlərin isə "xxxx" ASC-yə heç bir aidiyyəti olmadığını, həmin əmlakın “RAMCO” şirkətinə məxsus olduğunu qeyd etmişdir.

18. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək göstərmişdir ki, qanuni qüvvəsini almış Şabran Rayon Məhkəməsinin 17 fevral 2017-ci il tarixli, 8(031)-82/2017 nömrəli qərardadında 2 koridordan ibarət 1 inzibati binanın, 4 ədəd maşın təmiri sexinin, 1 ədəd dəmir materialdan olan 4 tonluq su çəninin, 2 ədəd böyük ölçülü kuklun və 3 ədəd «GREE» markalı kondisionerlərin "xxxx" ASC-yə məxsus olduğu, həmin əmlakların uzun müddətdir ki, ASC-nin faktiki mülkiyyətində olmaqla istifadə etdiyi qeyd edilmişdir. Həmçinin qanuni qüvvəsini almış Sumqayıt Apell yasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 8(105)-226/2019 nömrəli qərardadından görünür ki, məhkəmə kollegiyasının iclasında "xxxx" ASC-nin nümayəndəsi (sədri) İddiaçı izahatında həmin əmlakların ASC-nin mülkiyyətində olmasını təsdiq etmişdir.

19. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin dəillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə kollegiyası maddi hüquq normalarını sadalamış olsa da, səhmdarların mülkiyyət hüquqlarının bərpası üçün heç bir addım atılmamış, konstitusiyanın qeyd olunan maddələrinin tələbləri tətbiq edilməmiş, nəticədə maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə

13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə

29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Ap ellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiy a məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. İddia tələbinin maddi hüquqi əsası kimi çıxış edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəh ayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

39. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının tələb etdiyi əmlaklar cavabdehə qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)- 662/2014 saylı qətnaməsi və Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli, 2(031)-906/2017 saylı qətnaməsi əsasında "xxxx" ASC-dən məcburi işburaxmaya görə Cavabdeh2 xeyrinə tutulmalı olan əmək haqqı borcunun ödənilməsi üçün icra qaydasında keçmişdir. Başqa sözlə həmin əmlaklar cavabdehin mülkiyyətinə qanuni əsaslarla keçmişdir. Qeyd olunan əmlakların "DəvəçiSərnişin” ASC-yə deyil, səhmdarlara məxsus olması barədə dəlillər əvvəlki məhkəmə mübahisələrinin predmeti olmuş, lakin həmin dəlillər təsdiqini ta pmamışdır.

40. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

41. Bu normada qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

42. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

43. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya in stitutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

44. Buna görə də, iddiaçının tələb etdiyi əmlaklar cavabdehə qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında verildiyindən, cavabdehin həmin əmlaklara hüquqları əsaslıdır.

45. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşd ırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

47. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. İddiaçının kassasiya şikayətinə məhkəmə iclasında (şifahi icraat qaydasında) baxılması barədə xahişi əsassızdır. Belə ki, kassasiya ş ikayətinə məhkəmə iclasında baxılması üçün MPM-nin 414.1-ci maddəsində göstərilən əsaslar müəyyən edilməmişdir.

49. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1589/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar