Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4724/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar X1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqların həyata keçirilməsinə maneələrin qadağan edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, iddiaçılar X1 və İddiaçı2 Cavabdeh qarşı hüquqların həyata keçirilməsinə maneələrin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-45/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayət inə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı2 ünvan 1 ünvan: ünvan 2 notarial alqı-satqı müqaviləsinə əsasən X3 satın almış, müqavilədə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 600 m2 göstərilmişdir.
2. Sözügedən fərdi yaşayış evinə dair 1987-ci ilin avqust ayında tərtib edilmiş 1126 nömrəli texniki pasportda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüləri 830,6 m2 göstərilmişdir.
3. JN-292A nömrəli (KOD ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Oğuz Rayon Aqrar İslahat Komitəsinin 05 noyabr 1998-ci il tarixli, 75 nömrəli qərarı ilə iddiaçılar İddiaçı2, X2, onların ailə üzvlərinə və Cavabdeh 0,02 ha torpaq sahəsi ayrılmışdır.
4. Ca vabdeh iddiaçıların keçmiş gəlini olmaqla, Oğuz Rayon Məhkəməsinin 01 aprel 2009-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə onun Oğuz şəhəri, H.Əliyev küçəsi, 49 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evindən istifadə hüququ tanınmış və uşaqları ilə birlikdə həmin evə köçürülmüşdür.
5. İddiaçı2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə) qaldırdığı inzibati iddia üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(084)-984/2018 nömrəli, 31 oktyabr 2018-ci il tarixli qərarı ilə, iddia qismən təmin edilərək, Oğuz şəhərində yerləşən və elektron DWJ baza məlumatlarında 4220B nömrədə bələdiyyə mülkiyyəti kimi göstərilmiş, 21 fevral 2012-ci il tarixli, 389755 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədind ə göstərilən 599,45 m2 həyətyanı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına görə dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəsini almışdır.
6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz şəhərində yerləşən, JN-292A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ailə üzv lərinin və cavabdehin paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsində DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılmasına və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini 23 mart 1993-cü il tarixdə rəsmi alqı-satqı müqaviləsinə əsasən satın almışlar. Oğuz Rayon Məhkəməsinin 01 aprel 2009-cu il tarixli qətnaməsi ilə cavabdehin qeyd olunan fərdi yaşayış evindən istifadə hüququ tanınmış və cavabdeh uşaqları ilə birlikdə həmin evə köçürülmüşdür. ünvan 4 ünvanında evin yerləşdiyi 0,02 ha həyətyanı torpaq sahəsi JN292A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçıların, ailə üzvlərinin və cavabdehin paylı mülkiyyətindədir. İddiaçılar həmin həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsi üçün DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh həmin idarənin əməkdaşlarına öz vəzifələrini yerinə yetirmələrinə maneə törətdiyinə görə hüquqların qeydiyyata alınmasından imtina edilmişdir. Hazırda onlar 0,02 ha həyətyanı torpaq sahəsinə mülkiyyət sənədi əldə etmək istəyirlər və həmin sənəddə cavabdehin adının da paylı mülkiyyətçi kimi qeyd olunmasına etiraz etmirlər. Cavabdeh isə buna maneə törətdiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər.
9. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı2 ona qarşı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə və həmin evə aid həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı DƏDRX 9 saylı Ərazi İdarəsinin əməkdaşlarına həmin ünvanda əmlakın müayinəsi və müvafiq texniki inventarlaşdırma işlərinin aparılmasına maneə törədilməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, sonradan iddiaçı öz iddiasından imtina etdiyinə görə Oğuz Rayon Məhkəməsinin 2(054)285/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərardadına əsasən icraata xitam verilmişdir. Ona görə də, İddiaçı2 eyni iddia ilə yenidən məhkəməyə müraciət edə bilməz. Həmçinin, DƏDRX-nin mütəxəsislərinin texniki inventar işlərini aparmaq istədiyi torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən cavab dehin şəxsi vəsaiti hesabına tikilmiş fərdi yaşayış evi iddiaçının mülkiyyətində olmamış, bu faktlar bir sıra məhkəmə qərarlarında öz əksini tapmışdır.
10. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında isə bildirmişdir ki, hazırkı iddianın predmetinə aid olan həyətyanı torpaq sahəsində onun və uşaqlarının yaşadığı fərdi yaşayış evi yerləşir və həmin ünvanda yerləşən evdən onun istifadə hüququ məhkəmə qətnaməsi əsasında tanınmışdır. Hazırda həmin evdən və evin yerləşdiyi torpaq sahəsindən o və uşaqları istifadə edirlər. Ona görə də, 0,02 ha həyətyanı torpaq sahəsində texniki inventarlaşdırma işlərinin aparılmasına və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına razılıq verməmişdir. İddiaçının 23 mart 1993-cü il tarixdə rəsmi alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi fərdi yaşayış evinin ünvanı isə indiyədək də tam olaraq dəqiqləşdirilməmişdir.
11. Oğuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(054)-27/2021 nömrəli, 25 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia təmin olunmuşdur.
12. Birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş JN-292A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, xx.xx.2019-cu il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin tarixli, 401608A nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında işin mübahisələndirilməyən halları kimi müəyyən etmişdir ki, Oğuz şəhərində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi iddiaçılar, onların ailə üzvləri və cavabdeh in ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi faktiki olaraq həyətyanı torpaq sahəsi kimi cavabdehin istifadəsindədir. ünvan 3 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi isə xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 adına qeydiyyata alınmışdır.
13. Mübahisə predmetinə aid olan 0,02 ha həyətyanı torpaq sahəsi hazırda faktiki olaraq cavabdeh tərəfindən istifadə edilsə də, iş materiallarından görünür ki, həmin torpaq sahəsi cavabdehlə yanaşı, iddiaçılar və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Cavabdehin qeyd olunan torpaq sahəsində texniki inventarlaşdırma işlərinin aparılmasına və mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törətməsi iddiaçıların mülkiyyət hüquqlarının pozulması və onların əmlak üzərində mülkiyyət hüquqlarından t am və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir.
14. Məhkəmə mübahisə predmetinə aid olan, ölçmə və digər texniki inventarlaşdırma işlərinin aparılması tələb edilən 0,02 ha həyətyanı torpaq sahəsinin dəqiq ünvanının bəlli olmaması barədə cavabdehin izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, JN-292A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçılar, onların ailə üzvləri və cavabdehin ümumi birgə mülkiyyətində olan 0,02 ha həyətyanı torpaq sahəsində ölçmə və digər texniki inventarlaşdırma işləri aparılaraq tərəflərə hüquq müəyyənedici sənədin verilməsi iddiaçılarla yanaşı, həm də cavabdehin mənafeyinə uyğundur.
15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə ) 140, 152.1, 155.5, 157.2, 157.4-cü maddələri, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, nə onun yaşadığı ev, nə də evin yerləşdiyi torpaq sahəsi hazırkı iddianın predmetinə aid olan torpaq sahəsində yerləşmir. Hazırda yaşadığı evin ünvanı Oğuz şəhəri, H.Əliyev küçəsi, ev 75-dir. İddiaçı2 müqavilə əsasında aldığı evin yerləşdiyi torpaq sahəsinə hüququ həmin evlə birlikdə əldə etmişdir. Bu səbəbdən Lauranın aldığı ev v ə evinin yerləşdiyi 6 sot torpaq sahəsinin ünvanı artıq məlumdur. Həmin ünvan ünvan 8hisələndirdiyi torpaq sahəsi müqavilə əsasında aldığı evin yerləşdiyi torpaq sahəsini göstərirsə və müqavilə əsasında alınmış ev 6 sot torpaqdadırsa, onda reyestr 6 sotun tərkibindəki evin yerləşdiyi 2 sota dair hissədə ölçmə işlərini yerinə yetirsin. Məhkəmə qətnaməsində və protokolda qeyd edilmişdir ki, guya o və uşaqları Lauranın xx.xx.1993-cü il tarixli müqavilə əsasında aldığı evdə yaşayır və torpağından istifadə edir. Bu tamamilə yanlış olmaqla, tərəfindən protokola dair qeyd verilmiş və həmin qeydlər mülki iş materiallarına əlavə edilmişdir. Məhkəmə prosessual qaydaları pozmuş və onun hüquqlarını heçə saymışdır.
18. Apellyasiya baxışında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərba ycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli, 10/995 saylı rəyində DƏDRX-nin Şəki LTD-nin mühəndisi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, Oğuz şəhəri, H.Əliyev küçəsi, ev 75 ünvanında cavabdehə məxsus fərdi yaşayış evi Oğuz şəhəri ərazisində yerləşən, JN292A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçıların, onların ailə üzvlərinin və cavabdehin ümumi birgə mülkiyyətində olan 0.02 ha həyətyanı torpaq sahəsində yerləşir. Həmin həyətyanı torpaq sahəsi sənəd üzrə 240 m2 olub, faktiki istifadələrində 289 m2 torpaq sahəsi vardır. Həmin istifadədə olan 289 m2 torpaq sahəsinin 205 m2 hissəsi JN-292A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən cizgilərlə üst-üstə düşür.
19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-45/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərini əsaslandırmamış və dediyi faktları təsdiqləyəcək sübutları təqdim etməmişdir. Məhkəmə kollegiyası tərəfindən işin tam və obyektiv araşdırılması məqsədilə ekspertiza təyin edilmiş və alınmış ekspert rəyi ilə Oğuz şəhəri, H.Əliyev küçəsi, ev 75 ünvanında cavabdehə məxsus fərdi yaşayış evinin Oğuz şəhəri ərazisində yerləşən, JN-292A (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçıların, onların ailə üzvlərinin və cavabdehin ümumi birgə mülkiyyətində olan 0.02 ha həyətyanı torpaq sahəsində yerləşdiyi müəyyən edilmiş və həmin rəy nəzərdən keçirilərkən onun mötəbərliliyini şübhə altına alan hər hansı hal aşkar edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. b)
23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
25. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
26. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü mad dəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelly asiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
36. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
37. Odur ki, qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-45/2022 nömrəli, 05 may 2022 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir