Məhkəmə qərarları › İş №2(102)-4725/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4725/2019

03.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4725/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli 2(107)-156/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki rayon məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.F.İmanov, iş № 2(075)-3615/2018) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilərək cavabdehə məxsus cehiz əşyaların iddiaçının mülkiyyətind ə olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Əsədli, Ə.T.Məcidov və İ.F.Quliyev) cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək Şəki rayon məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdehə məxsus cehiz əşyaların iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmaqla iddianın təmin olunmasına dair qətnamə qəbul edilmişdir. İşin halları: İddiaçının oğlu X1 1992-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq onu anasına məxsus fərdi yaşayış evinə köçürmüş və həmin vaxtdan sonuncu özünə məxsus cehiz əşyalarını həmin evdə yerləşdirmişdir. Qısa müddət sonra cavabdeh həmin evdən getmiş, ona məxsus cehiz əşyala rı isə orada qalmışdır. 2018-ci ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus cehiz əşyalarının ona məxsus evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək mübahisəli fərdi yaşayış evinin paylı mülkiyyətdə olmaqla onun 1/3 hissəsinin əri N məxsus olmasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiya sının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh ailə qurması ilə əlaqədar 1992-ci ildə mübahisəli evə köçsə də qısa müddətdən sonra mübahisəli evi daimi tərk edərək başqa yaşayış sahəsinə getmiş, lakin ona məxsus ce hiz əşyaları orada qalmışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən maddi hüquq norması kimi mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsaslanmışdır. Kassasiya şikayətinin mübahisəli evin ümumi paylı mülkiyyətdə olması və iddiaçının ona məxsus əşyaların yerləşdiyi hissəyə aidiyyətinin olmaması barədə dəlilləri iş materialları ilə təsdiq olunmadığından kollegiya kassasiya şikayəti ilə razılaşmır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: K assasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 10 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar