Məhkəmə qərarları › İş №2(102)-4729/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4729/2021

28.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4729/2021 28.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və AAAAAAAAAA qızının cavabdehlər Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın etibarsız hesab edilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və AAAAAAAAAA qızının cavabdehlər Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən X1 adına verilmiş 12 oktyabr 2018-ci il tarixli 1756 inventar nömrəli **********09- 10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun etibarsız sayılması, 12 oktyabr 2019-ci il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu əsasında verilmiş ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız sayılması, həmin Çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbin dair Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-96/2021 nömrəli, 01.06.2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 və AAAAAAAAAA qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə iş ə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının qayınatasından həyət evi miras qalmışdır. Həmin həyət evinin 1962-ci ildə tərtib edilmiş texniki pasportu mövcud olmuşdur. Cavabdehin oğlu həmin texniki pasportu əldə edərək reyestrdə yeni texniki pasport almış və mərhum atasının adına yeni texniki pasport əsasında Çıxarış almışdır. İddiaçılar hazırkı tələbi irəli sürərək texniki pasportun və çıxarışın etibarsızlığını tələb edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1 və AAAAAAAAAA qızı cavabdehlər Cavabdeh1 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR D aşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən X1 adına verilmiş 12 oktyabr 2018-ci il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun etibarsız sayılması, 12 oktyabr 2019-ci il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu əsasında verilmiş ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız sayılması, həmin Çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır: İddiaçı1 və övladları Gülnar və Anarla birlikdə Cavabdeh1 qarşı mərhum qayınatasından miras q alan əmlakın birgə mülkiyyət hesab edilərək pay hüququn tanınması, mirasın irsi transmissiya qaydasında qəbulu faktı ilə əlaqədar məhkəmədə iddia qaldırmış və hazırda həmin iş üzrə icraat dayandırılmışdır. Həmin iş üzrə iddia ərizələrinə qayınatasının adına olan texniki pasportun surəti də əlavə edilmiş, həmin texniki pasport hazırda onlardadır. Daha sonra isə Cavabdeh1 və onun bacı-qardaşları onlara qarşı iddia qaldıraraq mirasın qəbulu faktının müəyyən edilməsi və əmlakda birgə mülkiyyətin tanınmaqla pay hüququnun müəyyən edilməsi tələbi ilə iddia qaldırmış və həmin iddia ilə əlaqədar mülki iş ilkin mülki işə birləşdirilmişdir. Birləşdirilmiş mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilən sənədlər məhkəmədə elan edilən zaman onlara məlum olmuşdur ki, Cavabdeh1 mərhum qayınatasının adına texniki pasport mövcud ola-ola daşınmaz əmlaka müraciət edərək yenidən ölçü aparılaraq yeni texniki pasport verilmişdir. İlkin texniki pasportun itmiş hesab edilməsinə dair elan vermişdir. Halbuki həmin texniki pasport onlarda olmuşdur. Yeni texniki pasportla köhnə texniki pasport arasında uyğunsuq vardır. Belə ki, miras kütləsi artırılmış, onlar tərəfindən tikilən tikililər miras kütləsinə daxil edilmişdir. Onun qayınatası 1994-cü ildə vəfat etmiş, onun adına olan texniki pasportda sadəcə iki otaq göstərilmişdir. Daha sonra əlavə otaq, bağlı eyvan, açıq eyvan, mətbəx, sanitar qovşaq və depo inşa edilmişdir. Qayınatası vəfat etdikdən sonra mətbəx, sanitaq qovşaq, deponu onlar tikmişlər. Digər tikililər mərhum qayınatasının sağlığında inşa edilsə də sənədləşdirilməmişdir. Hazırda cavabde h mirasın kütəlisini əsassız olaraq əhəmiyyətli şəkildə artırmışdır. Onlar miras əmlakda yaşamaqla əlavə tikililər inşa etmiş, yaxşılaşdırmalar aparmışlar. Cavabdeh1 1999-cu ildə evləndikdən sonra Bakıya getmiş, 2016-cı ildə Naxçıvana qayıtmışdır. Onun mirasın kütləsindən, əlavə tikililərdən ümumiyyətlə məlumatı olmamışdır. Hazırki vəziyyətdə bir mülki iş üzrə bir miras qoyanın adına iki texniki pasport möcvudddur və ikisi arasında uyğunsuzluq vardır. Ona görə də ilkin texniki pasport qayınatasında olmuş, ikinci texniki pasportda isə qayınatasının ölümündən sonra da tikilmiş tikililər əlavə edildiyindən həmin texniki pasport əsasızdır və etibarsız hesab edilməlidir. İkinci texniki pasport əsasında cavabdeh yeni çıxarış əldə edərək onu qeydiyyata aldırmışdır. Həmin çıxarış da ləğv edilməlid ir.

4. Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(078)-18/2021 nömrəli qətnaməsi (hakim. G.Səfərəliyeva) ilə iddia tələbinin təmin olunması, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən X1 adına verilmiş 12 oktyabr 2018-ci il tarixli 1756 inventar nömrəli **********09- 10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun etibarsız hesab edilməsi, 12 oktyabr 2019-cu il tarixli 1756 inventar nömrəli **********0910301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu əsasında verilmiş ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və həmin çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv ed ilməsi qət edilmişdir.

5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29, 60, 72; Mülki Məcəlləsinin 6, 152.1, 152.4, 1151.1; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1; “İnsan Hüquqlarının Ümumi Bəyannəməsinin” 18; “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddələrinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-96/2021 nömrəli, 01.06.2021-ci il tarixli qərardadı ilə (hakimlər- F.Abbasov (sərlik edən və məruzəçi), İ.Mirzəyev və Ə.Xıdırov) apellyasiya şika yəti qismən təmin edilmiş; Naxçıvan Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(078)-18/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş; İddiaçılar İddiaçı1 və AAAAAAAAAA qızının cavabdehlər Cavabdeh1 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı daşınmaz əmlakın texniki pasportunun etibarsız hesab olunması, onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması, həmin çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçılar İddiaçı1 və AAAAAAAAAA qızına izah edilmişdir ki, onlar Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə yazılı müraciət etməl i, sözügedən orqan onların ərizəsini təmin etməkdən imtina etdiyi halda müvafiq iddia tələbi ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etməlidirlər.

8. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarı; “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4, 17; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1, 2.2.1, 2.2.3; Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 261.0.1, 391-ci maddələri ilə əsaslandırmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçılar İddiaçı1 və AAAAAAAAAA qızı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçılar İddiaçı1 və AAAAAAAAAA qızı kasasiya şikayəti verərək qərardadın ləğv olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

14. Maddə. 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

15. Maddə. 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilmə sinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. Maddə. 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə.

391. Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məh kəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin XX fəslində olan 261.0.1-cü maddəsinə görə işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.

23. Apellyasiya Məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və AAAAAAAAAA qızının cavabdehlər Cavabdeh1 və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı daşınmaz əmlakın texniki pasportunun etibarsız hesab olunması, onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması, həmin çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə ümumi məhkəmədə baxıla bilməzdi. Belə ki, iddia ərizəsindən və iş materiallarından aydın olur ki, tələb Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən ünvan 1 ünvanında yerləşən X1 adına verilmiş 12 oktyabr 2018-ci il tarixli 1756 inventar nömrəli **********09- 10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportunun etibarsız sayılması, 12 oktyabr 2019-cu il tarixli 1756 inventar nömrəli **********09-10301 reyestr nömrəli daşınmaz əmlakın texniki pasportu əsasında verilmiş ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız sayılması, həmin Çıxarış əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, texniki pasportda mübahisələndirilən tikililərin əks etdirilməsi, bununla əlaqədar olaraq daşınmaz əmlakın Dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi dövlət reyestrini aparan orqanın səhvi ilə əlaqələndirilir. 24. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrin ə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

25. Həmin Qərarın 17-ci bəndinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyest rindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.

26. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələ ndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

27. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər

28. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır

29. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.

30. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni h əll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və AAAAAAAAAA qızının kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)-96/2021 nömrəli, 01.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar