Məhkəmə qərarları › İş №2(102)-4730/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4730/2019

24.06.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4730/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı1, iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 vəkili Rnun və Cavabdeh1 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.03.2019-cu il tarixli, 2(107)-1049/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 və onların vəkili R tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Oğuz r ayon Məhkəməsinin (hakim K.Süleymanov) 18.12.2018-ci il tarixli, 2(054)-222/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinin ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə müayinə və tədqiqat xərci olan 60 manat məbləğin iddiaçılardan müştərək qaydada tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.Mahmudov, E.Hüseynov, V.Məlikov) 06.03.2019-cu il tarixli, 2(107)-1049/2019 nömrəli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Oğuz rayon Məhkəməsinin 18.12.2018-ci il tarixli, 2(054)-222/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 və onların vəkili R iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.03.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 22.02.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 İsfəndiyar o ğlunun adına qeydə alınaraq onun adına verilmiş 08.09.2008-ci il tarixli, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, 27.01.2015-ci il tarixli, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın, 12.06.2015-ci il tarixli, 00660000 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarışın, 24.10.2015-ci il tarixli, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların (mülkiyyət sənədlərinin) ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçılar İddiaçı2, İddiaç ı3 və İddiaçı1 və onların vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən heç bir əlavə araşdırma aparmayaraq, işin faktiki halları ilə uyğun gəlməyən birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni dəyişdirmədən saxlamışdır. Məhkəmə qətnaməsində ümumiyyətlə maddi hüquq normalarına istinad edilməmiş, sübutların qiymətləndirilməsində səhvə yol verilmiş, faktiki hallar tərəfin istəyinə uyğun qiymətləndirilmişdir. Qanuni qüvvəsində olan eyni tərəflər arasında olmuş eyni məzmunlu 5-dən çox məhkəmə prosesləri üzrə aparılmış araşdırmalar vaxtı müəyyən edilmişdir ki, iddiaçıların əri və ataları X3 ilə iş üzrə Cavabdeh1 arasında mübahisəli torpaq sahəsi ilə bağlı uzun müddətdir davam edən məhkəmə proseslərində müəyyən edilmişdir ki, O ğuz rayon Aqrar İslahat Komissiyasının 05.08.1998-ci il tarixli, 88 saylı qərarına əsasən iddiaçıların əri və ataları X1 mülkiyyətinə verilmiş, daha sonra vərəsəlik qaydasında iddiaçıların mülkiyyətinə keçmiş 0.25 ha torpaq sahəsi Oğuz-Yevlax şose yolu ilə Oğuz-İsmayıllı şose yolunun kəsişmə nöqtəsindən 90 m sonra, keçmiş su arxından başlayaraq Oğuz-Qəbələ şosse yolu istiqamətində kanal boyu 86 m, şosse yoluna paralel alma bağındakı pay torpaqları ilə sərhəd boyu 84.5 m, ticarət obyektindən ayıran su arxı boyu 32 m, şosse yolu ilə alma bağına doğru 31 m ölçüdə olmaqla həmin ərazidə yerləşmiş yol ilə alma bağına doğru 31 m ölçüdə olmaqla həmin ərazidə yerləşmiş və Cavabdeh1 bələdiyyədən satın aldığı və ticarət obyektini tikdirdiyi torpaq sahəsi ilə qonşu olan torpaq sahələridir. Mübahisələn dirilmiş çıxarışlar isə sonradan Cavabdeh1 başqa vətəndaşlarda torpaq sahələri alaraq digər cavabdehin işçiləri ilə əlaqəyə girərək həmin sahələri onların mülkiyyətində olan torpaq sahəsinin üzərinə vurdurmuşdur. Hazırda elektron xəritədə iddiaçıların mülkiyyətində olan torpaq sahəsi yoxdur. Çünki həmin sahə digər cavabdeh olan qurum tərəfindən elektron baza məlumatlarından silinmiş, yerinə isə Cavabdeh1 başqa vətəndaşlardan aldığı və başqa ərazilərdə yerləşən torpaq sahələri vurulmuşdur. Apellyasiya instansiyası məhkəməsinin məhkəməyə iddiaçılar tərəfindən təqdim edilmiş qətnamələrə istinad etməməsi və ümumiyyətlə həmin qətnamələri görməzdən gəlməsi anlaşılmazdır və ədalət mühakiməsi anlayışına ziddir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamə və qərarları ilə müəyyən olunur ki, 0.25 ha torpa q sahəsi həmin ərazidə yerləşməklə iddiaçıların mülkiyyətindədir və həmin ərazi həyətyanıtorpaq sahələri kateqoriyasına aiddir. Beləliklə, apelyasiya məhkəməsi tərəflərin dəlillərini ətraflı yoxlamadan, qanuni qüvvəsində olan məhkəmə qətnamələri ilə sübut olunan hallara düzgün qiymət vermədən birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnaməni dəyişdirməmişdir. Ona görə də onlar Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.03.2019-cu il tarixli, 2(107)-1049/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmiş və gəlməm ələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin rəisi Anar Zeynalov məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və iddiaçıların vəkili R kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPMin 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublika sı MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 avqust 1998-ci il tarixli 68 nömrəli qərarına əsasən Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 0,25 hektar torpaq sahəsinə dair hazırki iş üzrə İddiaçı1 mərhum əri Sabir İbrahimxəlilovun adına JN 265 B nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Sabir İbrahimxəlilov 19 mart 2014-cü il tarixdə vəfat etmişdir. Cavabdeh1 adına isə Cavabdeh2 tərəfindən Oğuz rayonu Kərimli kəndində yerləşən 0,05586 hektar torpaq sahəsinə dair 08 sentyabr 2008-ci il t arixli ******* nömrəli, 0,111 hektar torpaq sahəsinə dair 27 yanvar 2015-ci il tarixli ******* nömrəli, 0,0653 hektar torpaq sahəsinə dair 12 iyun 2015-ci il tarixli ******* nömrəli, 0,0653 hektar torpaq sahəsinə dair 24 oktyabr 2015-ci il tarixli ******* nömrəli, 0,0653 hektar torpaq sahəsinə dair 17 mart 2015-ci il tarixli ******* nömrəli və 0,0653 hektar torpaq sahəsinə dair 22 sentyabr 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədləri tərtib edilmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin təqdim etdiyi mübahisə predmeti ilə bağlı sübutların mötəbərliyinə və sübut kimi qəbul edilə bilməsinə də tənqidi yanaşaraq qeyd etmişdir ki, məhkəmə baxışı zamanı iddiaçı tərəf Cavabdeh1 özünə məxsus olan torpaq sahələrinə dair mülkiyyət hüquqlarını onlara məxsus olan 0,25 hektar torpaq sahəsinin yerləşdiyi koordinatlar üzərində qeydiyyata aldırdığını və həmin torpaq sahələrinə dair Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinin qanunsuz olaraq tərtib edildiyini bildirməklə həmin Çıxarış sənədlərinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər və iddia tələblərinin əsası kimi Sabir İbrahimxəlilovun adına tərtib edilmiş JN 265 B nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnaməyə istinad etmişlər. Lakin məhkəmə araşdırmaları zamanı iddiaçı tərəfin özünə məxsus olan torpaq sahəsinin elektron məlumat bazasında qeyd olunmadığı müəyyən edilmişdir. Həmçinin işin məhkəmə tərəfindən müəyyən edilm iş faktiki hallarından görünmüşdür ki, iddiaçıların özlərinə məxsus olduğunu iddia etdikləri 0,25 hektar torpaq sahəsinə dair tərtib edilmiş JN 265 B nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə Mərkəzin elektron bazasında öz əksini tapmamışdır və həmin Şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatları islahat zamanı ayrı-ayrı şəxslərə verilmiş pay torpaq sahələrinə işlənib hazırlanmış Çıxarış sənədlərində göstərilən torpaq sahələrinin koordinatları ilə üst-üstə düşür. Bununla da sübut etmə vəzifəsi kimi iddiaçılar Cavabdeh1 özünə məxsus olan torpaq sahələrinə dair mülkiyyət hüquqlarını onlara məxsus olan 0,25 hektar torpaq sahəsinin yerləşdiyi koordinatlar üzərində qeydiyyata aldırdığını və həmin torpaq sahələrinə dair Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət qeydiyyat ı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinin qanunsuz olaraq tərtib edildiyini qeyd etsələr də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, qeyd olunan xüsusatlar məhkəmə kollegiyasının iclasında da təsdiq olunmamışdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 0,25 hektar torpaq sahəsinə dair X2 adına tərtib edilmiş JN 265 B nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə Mərkəzin elektron bazasında öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin l-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə kollegiyası sonda iddiaçı tərəfin mübahisələndirdiyi çıxarışların əsassız və q anunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyes trinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmun əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi mübahisəli əmlakları əldə edən şəxs, yəni iş üzrə cavabdehdə belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlaklarla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahələrini əldə edən şəxs (cavabdeh) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Beləliklə də Sabir İbrahimxəlilovun adına tərtib edilmiş JN 265 B nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnaməyə dair elektron baza məlumatları müəyyən olunmadığından hazırki vəziyyətdə həmin sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə deyildir. Eyni zamanda, Cavabdeh1 adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquqmüəyyənedici sənədlərin həqiqiliyi və t amamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, kassasiya şikayətinin dəlilləri üzrə işin hallarına hüquqi qiymətini vermiş, Cavabdeh1 adına verilmiş Çıxarışların ləğv edilməsinin hüquqi əsasının mövcud olmadığını ətraflı əsaslandırmaqla, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanu ni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.03.2019-cu il tarixli, 2(107)1049/2019 nömrəli tarixli qətnaməsi dəyişiklik edilmədən sax

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar