Məhkəmə qərarları › İş №2(102)-4732/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4732/2021

28.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4732/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı direktoru X8, vəkili Vəkil2, Cavabdeh3, vəkili Vəkil1, digər cavabdehlər Cavabdeh1 hüquqi varisi X17, Cavabdeh2, Cavabdeh4 və cavabdehlərin vəkili X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının 2(103)-106/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı, Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda və digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 tərəfindən birgə verilmiş kasasiya şikayətləri üzrə işə 28 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin qanuni sahibliyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəm ə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 15 oktyabr 2011-ci il tarixli Texniki Pasport və 25 iyul 2012-ci il tarixli seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçına məsusdur. Qeyd olunan qeyri-yaşayış sahəsi E üvanında yerləşən daşınmaz əmlak “Bakı Geofizika Cihazları Təcrübə-Eksperimental” zavodu ilə bağlanmış 01.01.1992-ci il tarixli müqaviləyə əsasən dəyəri ödənildikdən sonra İddiaçı mülkiyyətinə keçmişdir. İddiaçı mülkiyyətini təsdiq etmək üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi t ərəfindən İddiaçına zavoddan alınan mülkiyyətə 1992-ci ilin oktyabr ayında 15826 nömrəli, 30/651 saylı texniki pasport verilmişdir. Lakin İddiaçı qeyd edilən qeyri-yaşayış sahəsinə dair istifadə və sahiblik hüquqları mövcud olsa da, uzun müddət firmanın mülkiyyət hüququ reyestrdə qeydə alınmadığından firma tam mülkiyyət hüququnu həyata keçirə bilməmişdir. Bu müddət ərzində bir neçə şəxs şirkətin öz hüquqlarını tam həyata keçirə bilməməsindən istifadə edərək, şirkətə məxsus qeyri-yaşayış sahəsini zəbt etmiş, orada yaşamağa başlamış və sonradan qanunsuz olaraq qeydiyyat sənədləri düzəltmişlər. Həmin şəxslərdən dəfələrlə qeyri-yaşayış sahəsini boşaltmalarını tələb etsələr də, onlar bundan imtina etmiş və qeyd edilən ünvanda pasport qeydiyyatında olduqlarını bildirmişlər. Hazırkı iş üzrə cavab dehlərin İddiaçına məxsus qeyri-yaşayış sahəsində yaşamaları və oraya pasport qeydiyyatına düşmələri qanunsuz olduğundan, İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra tərəflərindən qeyd edilən şəxslərin pasport qeydiyyatının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-2149/2015 saylı, 28 dekabr 2015-ci il tarixli qərarı ilə 1926-cı il təvəllüdlü Cavabdeh1 ünvan 2 ünvanı üzrə, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2 ünvan 3 ünvanı üzrə, X2 və X5 ünvan 4 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-447/2017 saylı, 28 fevral 2017-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli qərarının xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh2 ünvan 3 ünvanı üzrə, X2 və X5 ünvan 4 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 isə, ümumiyyətlə qeyri-yaşayış sahəsində qeydiyyatsız yaşayırlar. Göründüyü kimi, yuxarıda sadalanan məhkəmə qərarları ilə hazırkı iş üzrə cavabdehlərin İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə pasport qeydiyyatına alınmalarının qanunsuz olması müəyyən edilmişdir. Həmin şəxslərin qeyd edilən qeyri-yaşayış sahəsində yaşamaları da qanunsuzdur. Hesab edir ki, cavabdehlərin qeyri-yaşayış sahəsinə heç bir hüquqlarının olmaması qanuni q üvvəyə minmiş və hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik məhkəmə qərarı ilə təsdiq edildiyindən də, cavabdehlər qeyri-yaşayış sahəsindən çıxarılmalıdırlar. Çünki həmin şəxslərin firmaya məxsus qeyri-yaşayış sahəsində heç bir qanuni əsas olmadan yaşamaları, firmanın mülkiyyət hüquqlarını kobud surətdə pozur ki, bu da qanunvericiliklə qadağandır. Həmçinin məhkəmənin nəzərinə çatdırır ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin bilavasitə yaxınlığında regional yüksək gərginlikli elektrik paylayıcı məntəqəsi mövcuddur. Həmin elektrik paylayıcı stansiyada yüksək gərginlikli transformatorlar və elektrik ötürücü xətləri mövcud olduğu üçün qeyri-yaşayış sahəsinin də bilavasitə stansiyaya yaxın olması nəzərə alınaraq, oradan yaşayış sahəsi kimi istifadə olunması və insanların yaşaması hə yati təhlükəlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 11 yanvar 2019-cu il tarixli 2(010)-423/2019 nömrəli qətnaməsi ilə (hakim Ramil Həsənov) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Əbdül oğlu və Cavabdeh5 İddiaçına məxsus ünvan 6 ünvanında yerləşən qeyri yaşayış binasından çıxarılmaları qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 15 oktyabr 2011-ci il tarixli Texniki Pasport və 25 iyul 2012-ci il tarixli seriya R X ******* nömrəli çıxarışa əsasən İddiaçına məxsusdur. Hazırda iş üzrə cavabdehlərdən yalnız Cavabdeh6 həmin mübahisəli ünvanda xüsusi mülkiyyətində olan evi vardır. Belə ki, bu hal iş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsinin FM seriya 026595 nömrəli qeydiyyat vəsiqəsi ilə müəyyən edilir və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsindəki 2 otaq 69.8 kv.m yaşayış sahəsi 100 kv.m ümumi sahəsi 10B saylı fərdi yaşayış evi Cavabdeh6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 10 saylı reyestr kitabında 26 may 2004-cü il tarixində qeydiyyat aparılmışdır. Odur ki, həmin cavabdehə münasibətdə məhkəmə hazırki halda hesab edir ki, iddiaçının iddiası təmin edi lə bilməz. Belə ki, həmin cavabdehin qeyd edilən ünvan üzrə mülkiyyət sənədləri məhkəmə qaydasında etibarsız hesab edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə digər cavabdeh olan Cavabdeh1 ünvan 7 ünvanına rəsmi pasport qeydiyyatı vardır və onun həmin ünvana əslində hazırki vaxta kimi pasport qeydiyyatı ləğv edilməmiş və həmin cavabdehin mübahisəli ünvana əslində istifadə hüququda itirilməmişdir. Odur ki, nə qədər ki, həmin cavabdehin mübahisəli ünvana istifadə hüququ itirilməmişdir, hazırki iddia tələbi məhz həmin cavabdehə də münasibətdə təmin edilməməlidir. Lakin məhkəmə digər cavabdehlərə münasibətdə hesab edir ki, iddiaçının iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Əbdül oğlunun və Cavabdeh5 iddiaçını n mülkiyyətində olan əmlaka heç bir hüquqları yoxdur. Belə ki, hazırki məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş Suraxanı rayon Məhkəməsinin 07 oktyabr 2005-ci il tarixli qətnaməsindənmüəyyən edilmişdir ki, Cavabdeh4 Əbdül oğlunun E-da yaşayış hüququ tanınmasına baxmayaraq və onun həmin mənzilə pasport qeydiyyatına alınması qət edilsədə, lakin iş materiallarına əlavə edilmişdir Bakı Apellyasiya Məhkəməsinin 19 iyul 2016-cı il tarixli 2(103)-4299/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh4 Əbdül oğlunun xeyrinə çıxarılmış həmin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 oktyabr 2005-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Odur ki, həmin cavabdehə də münasibətdə irəli sürülmüş iddia tələbi əsaslıdır və təmin edilməlidir. Həmçinin işdə olan müvafiq İnzibati-İqtisadi Məhkə məsinin qərarından müəyyən edilmişdir ki, xx xxxxxx 1973-cü il təvəllüdlü Cavabdeh2 ünvan 8 ünvanı üzrəqeydiyyatdan çıxarılması vəzifəsinin Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi həmin məhkəmə tərəfindən qərara alınmışdır və həmin cavabdehin ümumiyyətlə həmin ünvan üzrə qeydiyyata düşməsi əsassız hesab edilmişdir. Odur ki, həmin cavabdehə də münasibətdə irəli sürülmüş iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh5 isə ümumiyyətlə iddiaçının mülkiyyətində olan əmlaka köçüb məskunlaşmaları mülki qanunvericiliyin tələblərinə zidd olaraq həyata keçirilmişdir. Belə ki, həmin cavabdehlərin İddiaçı əmlakına heç bir hüquqları rəsmi olaraq tanınmamışdır. Belə ki, həmin cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan əmlaka hər hansısa hü quqlarının olmasına dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146, 152.1, 157.4-cü, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanununun 9cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələblərinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissələrdə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2 birgə apelyasiya şikayət i verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsində müəyyən olunmuş hallar əsasında iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh3 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İsmayıl Xəlilov- sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) 2(103)-8862/2019 saylı, 01 iyul 2019cu il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 20041 nömrəli, 10.10.2019-cu il tarixli rəyinə əsasən, ünvan 10 ünvanında yerləşən İddiaçına məxsus olan qeyri-yaşayış sahəsində, müvafiq texniki pasportdan kənar, konstruktiv dəyişiklik aparılaraq texniki pasportda öz əksini tapmamış müxtəlif təyinatlı əlavə tikililərin inşa olunduğu müəyyən edilir. Tədqiq olunan qeyri-yaşayış sahəsi üzrə aparılmış dəyişikliklərin nədən ibarət olması və inşa olunmuş əlavə tikililərin ölçüləri (sahəsi) rəyin tədqiqat hissəsində göstərilmişdir. ünvan 10 ünvanında yerləşən İddiaçına məxsus olan qeyri-yaşayış sahəsinin texniki pasportunda əks olunmuş tikililərin Cavabdeh6 mülkiyyətində olan ünvan 11 ünvanındakı tikililərlə (həmin tikililərə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəf indən 26.05.2004-cü il tarixli ******* saylı qeydiyyat vəsiqəsi və 13 mart 2004-cü il tarixli texniki pasport verilmişdir) əlaqəsi olduğu müəyyən edilir. Cavabdehlərin yaşadığı tikililərin faktiki vəziyyətində İddiaçı mülkiyyətində olan ünvan 10 saylı qeyri-yaşayış obyektinin əhatə dairəsinə (hüdudları daxilində) düşdüyü müəyyən edilir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İsmayıl Xəlilov- sədrlik edən və məruzəçi, Xəyalə Cəmilova, İlham Kərimli) 2(103)-302/2020 saylı, 03 fevral 2020ci il tarixli qərardadı ilə iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin mütəxəssisləri cəlb edilməklə Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Məhkəmə Ekspertizası Mər kəzinin 10/3090 nömrəli, 04.11.2020-ci il tarixli rəyinə əsasən, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin 05.10.2020-ci il tarixli, **********14 mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr məlumatlarına əsasən, arxiv məlumatlarında olan texniki pasportların baş planına əsasən Cavabdeh6 adına verilmiş Qeydiyyat vəsiqəsində göstərilən M ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmış **********50-06301 reyestr nömrəli qeyri-yaşayış binasının tikililəri və istifadəsində olan torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Qərardadda qoyulmuş sualda V ünvanının soruşulmasına baxmayaraq, mütəxəssis rəyində Münvanı qeyd olunmuş, eyni zamanda qərardadda sual üzrə konkret cavab verilməmişdir. İş ma teriallarına mübahisəli əraziyə dair elektron kadastr baza məlumatları və arxiv məlumatları əlavə edilmədiyindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının apaırlması mümkün olmamışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli- sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 2(103)-106/2021 saylı, 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(010)423/2019 saylı qətnaməsi qismən, yəni iddia tələbinin Cavabdeh1 münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməsi, Cavabdeh1 İddiaçına məxsus BE ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılma sı, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 apelyasiya şikayətlərinin təmin edilməməsi, iş üzrə məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə sərf olunmuş 100 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Əbdül oğlu və Cavabdeh5 İddiaçına məxsus BE ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmaları qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Əbdül oğlu və Cavabdeh5 izahatlarında və apelyasiya ş ikayətlərində İddiaçına məxsus olan qeyri-yaşayış sahəsinin ayrı-ayrı hissələrində firmanın direktoru X8 razılığı ilə məskunlaşdıqlarını, həmin sahələrin onlara R tərəfindən satıldığını, qeyri-yaşayış sahələrinin faktiki olaraq yaşayış sahələrinə çevrilərək uzun müddətdir ki, orada yaşadıqlarını bildirsələr də, məskunlaşdıqları sahələrə mülkiyyət, icarə və sair hüquqlarını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişlər. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10 oktyabr 2019-cu il tarixli 20041 saylı rəyinə əsasən, cavabdehlərin yaşadığı tikililər faktiki vəziyyətində İddiaçı mülkiyyətində olan BE ünvanında yerləşən qeyri-yaşayış obyektinin dairəsinə (hüdudları daxilinə) düşür. Cavabdehlər izahatlarında göstərmişlər ki, həmin qeyri-yaşayış sahəsində məskunlaşdı qdan sonra onlar orada əlavə artırmalar etmiş və təmir-tikinti işləri aparmışlar. Məhkəmə tikinti-texniki ekspertizasının 10 oktyabr 2019-cu il tarixli 20041 saylı rəyində də qeyd olunmuşdur ki, BE ünvanında yerləşən İddiaçına məxsus qeyri-yaşayış sahəsində müvafiq texniki pasportdan kənar, konstruktiv dəyişikliklər aparılaraq texniki pasportda öz əksini tapmamış müxtəlif təyinatlı əlavə tikililərin olduğu müəyyən edilir. İş materiallarından görünür ki, qeyri-yaşayış sahəsinin satın alınması, orada təmir-tikinti işlərinin aparılması və mənəvi ziyana görə cavabdehlər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində İddiaçına qarşı ayrıca iddia qaldırmışlar. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, gələcəkdə qətnamənin icrasında qeyri-müəyyənlik yaranmaması üçün cavabdehlərin yalnız İddiaçı mül kiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılması başa düşülməlidir. Odur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməlidir. İddiaçı apelyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh6 qarşı hissədə rədd edərkən düzgün, Cavabdeh1 qarşı hissədə rədd edərkən isə səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı şirkətinin prezidenti N.Həsənov 28.10.2000-ci il tarixli məkubla Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək İddiaçı şirkətinə məxsus olan Bakı şəhəri S.Bəhlulzadə küçəsi 10A-da yerləşən torpaq sahəsindən 450 kvadrat metr torpaq sahəsinin Cavabdeh6 fərdi ev tikintisi üçün ayrılmasına razılığını b ildirmiş, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 17.12.2003-cü il tarixli 762 saylı sərəncamı ilə Cavabdeh6 həmin torpaq sahəsində tikilmiş 10B saylı yaşayış evinin mülkiyyətçisi kimi müəyyən edilmiş, 26.05.2004-cü il tarixdə Cavabdeh6 həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 10 oktyabr 2019-cu il tarixli 20041 saylı rəyində qeyd olunmuşdur ki, BE ünvanında yerləşən İddiaçına məxsus qeyri-yaşayış sahəsinin texniki pasportunda əks olunmuş tikililərin Cavabdeh6 mülkiyyətində olan ünvan 13 ünvanında yerləşən tikililərlə əlaqəsi olduğu müəyyən edilir. Apelyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 04 noyabr 2020-ci il tarixli 10/3090 saylı rəyinə əsasən, Daşınmaz Əml akın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin elektron baza məlumatlarına və arxiv məlumatlarında olan texniki pasportların baş planına əsasən, Cavabdeh6 adına verilmiş Qeydiyyat vəsiqəsində göstərilən fərdi yaşayış evi İddiaçı adına qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin tikililəri və istifadəsində olan torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Beləliklə, nə qədər ki, İddiaçı adına qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin tikililəri və istifadəsində olan torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşən fərdi yaşayış evi üzərində Cavabdeh6 mülkiyyət hüququ qeydə alınmışdır, hazırkı iddia tələbi ona qarşı hissədə təmin oluna bilməz. Cavabdeh1 qarşı hissədə iddia tələbini rədd edərkən məhkəmə ona əsaslanmışdır ki, Cavabdeh1 ünvan 13 ünvanına rəsmi pasport qeydiyya tı vardır, onun həmin ünvana pasport qeydiyyatı ləğv edilməmiş və istifadə hüququ itirilməmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 həqiqətən ünvan 13 ünvanına rəsmi pasport qeydiyyatı vardır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2004-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı X8 cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh4 qarşı ona məxsus olan ünvan 15 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılma tələbi və cavabdehlərin həmin sahəyə hüquqlarının tanınması barədə qarşılıqlı iddiaları rədd edilmişdir. Məhkəmə bu qənaətə gələrkən ona istinad etmişdir ki, X12 həmin qeyri-yaşayış sahəsinin ayrı-ayrı hissələrini cavabdehlərə satmaq adı altında dələduzluq yolu ilə onların pullarını ələ keçirdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur və nə qədər ki, onlara dəymiş ziy an ödənilməmişdir, cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması barədə tələb təmin oluna bilməz. Qətnamənin məzmunundan görünür ki, həmin dövrdə qeyd olunan qeyri-yaşayış sahəsi Run mülkiyyətində olmamışdır. Həmin qətnamənin qəbulundan ötən müddətdə ünvan 15 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmış və hazırkı iddianı X12 yox, İddiaçı qaldırmışdır. Cavabdeh1 isə digər cavabdehlərlə birlikdə ona vurulmuş ziyanın əvəzinin ödənilməsi üçün İddiaçına qarşı məhkəmədə ayrıca iddia qaldırmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh1 ünvan 13 ünvanına rəsmi pasport qeydiyyatının olması onun yaşayış yeri üzrə qeydiyyatını əks etdirməklə ünvan 15 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən istifadə hüququna əsas vermir. Buna görə də iddia tələ bi Cavabdeh1 qarşı hissədə də əsaslıdır və təmin edilməlidir. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə də iddia tələbi təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri İddiaçı (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin apelyasiya şikayətinin təmin edilməyən hissəsində, Cavabdeh6 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasından çıxarılmaması hissəsində ləğv edilməsi və həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, 05 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyində məhkəmə tərəfindən qoyulmuş suala tam cavab verilməmiş və ünvan qeyri-dəqiq göstərilmişdir. Belə ki, mütəxəssis rəyində Cavabdeh6 məxsus ünvan ünvan 16ir, lakin gerçəklikdə Cavabdeh6 məxsus ünvan ünvan 17ə də tədqiqat apara bilmədiyinə görə heç bir nəticəyə gəlməmişdir. Daha sonra 05 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyi iş materiallarına əlavə edilərək məhkəmə tikinti-texniki ekspertizasına göndərilmiş və ekspertiza tərəfindən 10/3090 saylı, 04 noyabr 2020-ci il tarixli ekspert rəyi verilmişdir. Lakin mütəxəssis rəyində göstərilən ziddiyyətlərə görə ekspert məhkəmə qərardadında göstərilən suallara cavab verə bilməmişdir. X20 mütəxəssis rəyi ndə olan ziddiyyətlərə və qeyri-müəyyənliyə görə göstərir ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Lakin Bakı Apellyasiya Məhkəməsi 2(103)-106/2021 saylı qətnamədə mütəxəssis rəyində qeyd edilən fikirləri ekspertin gəldiyi nəticə kimi qələmə verir. Bakı Apellyasiya Məhkəməsi 103)-106/2021 saylı qətnamənin əsaslandırma hissəsində faktiki olaraq ekspert rəyinə deyil, mütəxəssis rəyinə istinad etmişdir. Bu fakt onu sübut edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mülki prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. İşdə olan ziddiyyətlərin aradan qaldırılması məqsədilə iddiaçı 13 yanvar 2021-ci il tarixində vəsatətlə məhkəməyə müraciət edərək məhkəmədən təkrar ekspertizanın keçirilməsini xahiş etmiş, lakin a pelyasiya məhkəməsi əsassız olaraq təkrar ekspertiza keçirilməsindən imtina etmiş və mübahisə üzrə nəticəyə gələrkən ziddiyyətli mütəxəssis rəyinə istinad etmişdir. Buna görə də, hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-106/2021 saylı qətnaməsi şikayətin təmin edilməyən hissəsində ləğv edilməli və iş materiallarında olan ziddiyyətlərin aradan qaldırılması məqsədilə yenidən araşdırılması üçün iş apellyasiya məhkəməsinə göndərilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-106/2021 saylı qətnaməsinin ləğv edilməsi üçün ikinci əsas ondan ibarətdir ki, apelyasiya instansiya məhkəməsi öz qətnaməsində 20041 saylı 10 oktyabr 2019-cu il tarixli ekspert rəyindəki aşağıdakı əsaslı hallara heç bir qiymət verməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 20041 saylı, 10 oktyabr tarixli ekspert rəy ində göstərilir ki, “qeyd olunur ki, baxışda iştirak edən iş üzrə İddiaçı direktoru N.F.Həsənov tərəfimdən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin dövlət əmlakının İnvertarlaşdırılması idarəsi tərəfindən İddiaçı mülkiyyətində olan “Çörək sexi”nə dair tərtib olunmuş 24 oktyabr 1998-ci il tarixli texniki pasportun surəti təqdim olunmuşdur. Texniki pasporta nəzər yetirdikdə, tədqiq olunan qeyri-yaşayış sahəsi üzrə bütün göstəriciləri Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən 15.10.2011-cı il tarixdə tərtib olunmuş texniki pasportun göstəriciləri ilə eynidir.” Bundan başqa Məhkəmə Ekspertiza Mərkəzinin 20041 saylı, 10 oktyabr tarixli ekspert rəyində göstərilir ki, “Cavabdeh6 faktiki istifadəsində İddiaçına verilən 15.10.2011-ci il tarixli) texniki pasport üzrə 23, 25, 26, 27 saylı tikililə r yəni, müvafiq olaraq dəhliz, iş otağı, duşxana) və həmin tikililərin ətrafında yerləşən, hasarla sahədə alınmış sahəsi 194.3 m2 olan həyətyanı sahə və həyətdə yerləşən texniki pasport üzrə “B ” literli anbar binası vardır." Açıq-aşkar görünür ki, Cavabdeh6 istifadə etdiyi tikili İddiaçına məxsus tikili ilə eynidir. Məhkəmə iclasında iddiaçı tərəfindən verilən “Əgər 23, 25, 26, 27 saylı tikililər 1998-ci ilin texniki pasportunda göstərilmişdirsə (həmin tarixdən əvvəl inşa edilmişdirsə), cavabdeh Allahverdiyevin Suraxanı Rayon İcra Başıçısının 17 dekabr 2003-ci il tarixli Sərəncamına əsasən tikdirdiyi tikili haradadır?” sualına münasibət bildirməmişdir. Bu ziddiyyət məhkəmə tərəfindən aradan qaldırılmamışdır. Nəzərə alınmalıdır ki, İddiaçı mülkiyyətində olan ünvan 18 ünvanın yerləşən qeyri -yaşayış sahəsi 24.12.1998-ci il tarixli texniki pasporta əsasən, 1998-ci ildən etibarən mövcud idi. Cavabdeh6 məxsus olduğu iddia edilən ünvan 19 ünvanında yerləşən fərdi yaşayış sahəsi İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərində yerləşir. Belə olan halda ünvan 19 ünvanında yerləşən tikilinin cavabdehin fərdi yaşayış evi kimi qələmə verilməsi qəbul edilməzdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-106/2021 saylı qətnaməsinin ləğv edilməsi üçün üçüncü əsas ondan ibarətdir ki, apelyasiya məhkəməsi qətnaməsində təsbit edir ki, “nə qədər ki, İddiaçı adına qeydiyyata alınmış qeyri-yaşayış sahəsinin tikililəri və istifadəsində olan torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşən fərdi yaşayış evi üzərində Cavabdeh6 mülkiyyət hüququ qeydə alınmışdır, hazırkı iddia tələbi ona qarşı hissədə təmin oluna bilməz.” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin **********2 nömrəli, 27.01.2020-ci il tarixli cavab məktubunda göstərilir ki, ünvan 20 ünvanda yerləşən binanın daşınmaz əmlakın dövlət reyestrində və dövlət əmlakının reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat Komitənin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arxivində aşkar olunmamışdır. Göründüyü kimi Cavabdeh6 mülkiyyətində olan ünvan 21 ünvanda yerləşən binanın dövlət qeydiyyatına alınmasına dair məlumat arxivdə aşkar edilməyib. Bu ziddiyyətin aradan qaldırılması məqsədi ilə İddiaçı direktoru R məhkəmədən xahiş etmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına dəvət edilsin və Cavabdeh6 mülkiyyətində olan binanın dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumatın Komitədə və DƏDRX-in arxivində olmaması faktına aydınlıq gətirsin. Lakin Bakı Apellyasiya Məhkəməsi 2(103)-106/2021 saylı qətnaməsində bu ziddiyyətə də münasibət bildirməmişdir. İşdə olan qeyri-müəyyənliklər aradan qaldırılmadan mübahisə üzrə qətnamə qəbul etmişdir. X14 təsisçi olduğu İddiaçı mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Beləliklə, işdə kifayət qədər ziddiyyətli məqamlar mövcud olduğu halda, apelyasiya instansiya məhkəməsi işdə olan məqamları aradan qaldırmamış, 04 noyabr 2020-ci il tarixli 10/3090 saylı ekspert rəyini düzgün qiymətləndirməmiş və sübut hesab edilməyən 05 oktyabr 2020-ci il tarixli, **********14 saylı ziddiyyətli mütəxəssis rəyində yazılanlara istinad edərək qətnamə qəbul etmişdir. Buna görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 106/2 021 saylı qətnaməsi qismən, apelyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməli və işə həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Cavabdeh3 (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək müəyyə edilmiş hallar və sübutlar əsasında iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və qərarı olduğu halda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi qanunsuz və əsassız olaraq 11 yanvar 2019-cu il tarixli qətnamə çıxarmış, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası da özünün 10 fevral 2021-ci il ta rixli qanunsuz və əsassız qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd olunan qətnaməsini iddiaçının iddiasına münasibətdə iddianı təmin etmiş, iddianı cavabdehlərin apelyasiya şikayətlərinə münasibətdə isə dəyişdirmədən saxlamışdır. İddiaçı X12 2004-cü ildə vermiş olduğu iddia ərizəsinə münasibətdə 2018-ci ildə vermiş olduğu iddia ərizəsində əslində iddianın formasında bilərəkdən dəyişiklik etmiş, məzmun isə demək olar ki, olduğu kimi dəyişilməz qalmışdır. İddia əslində eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrədir. İddiaçı R 2004-cü ildə öz adından iddia vermişdir. 2018-ci ildə isə "Lalə” firmasının adından iddia vermişdir.İddia üzrə tərəflərin adları və tərəflər qismən dəyişdirilsə də, iddia eyni predmet barəsində və eyni əsaslar üzrədir. Həmçinin qeyd olunmalıdır ki, Bakı şəhəri,Suraxanı Rayon Məhkəməsinin 15 oktyabr 2004-cü il tarixli qətnaməsində göstərilir ki, “... Cavabdeh4 da iddianı qəbul etməyərək məhkəmə iclasında göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşadığı Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 10A saylı ünvanda yerləşən sexi X12 ilə aralarında olan 07 apret 2003-cü il tarixli müqaviləyə əsasən icarəyə götürsə də,həmin çörək sexini işlədə bilməmişdir.Lakin X1 sənədləşdirib satmaq adı ilə ondan 7 000 000 manat məbləğində pul almışdır. O da öz növbəsində həmin yerə 8000 ABŞ dolları məbləğində pul xərcləyərək yaşayış üçün yararlı hala salmışdır. Hal-hazırda isə Qubadlı rayonundan olan məcburi köçkün kimi həmin yerdə məskunlaşmışdır və başqa yerdə yaşamağa yeri yoxdur. Həmçinin hesab edir ki, yaşayış üçün uyğunlaşdırdığı s exin dəyərini tam şəkildə ödədiyi üçün onun ora hüququ tanınmalıdır. Eyni zamanda bildirir ki, X12 tərəfindən 4 nəfər şəxslərin iştirakları ilə imzalanmış 26 may 2004-cü il tarixli bildirişdə göstərilir ki, “X7 mənə məxsus olan İddiaçı şirkətinin nəzdində olan çörək sexinin Cavabdeh4 Əbdül oğlunun satmağına etirazım yoxdur”. O, hal-hazırda yaşadığı sahəni Cavabdeh4 4000 ABŞ dolları müqabilində almışdır. İddiaçı direktoru X26 Babayevə öz imzası ilə təsdiq etdiyi bildiriş vermiş və həmin bildirişə əsasən sonuncuya həmin sahəni satmağa icazə vermişdir. Qeyd olunanlardan aydın olur ki, o, hal-hazırda yaşadığı sahəni özbaşına zəbt etməmişdir. Lakin bu hal Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən nəzərə alınmamışdır. O, Azərbaycanın Əra zi bütövlüyü və müstəqilliyi uğrunda gedən 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla Qarabağ müharibəsi veteranıdır. Qarabağ Qazisidir. Qeyd olunan məhkəmələr tərəfindən Qarabağ müharibəsi veteranına və Qarabağ Qazisinə belə laqeyd münasibət heç cür başa düşülən və qəbul edilən deyildir. Eyni zamanda o, Füzuli rayonundan məcburi köçkündür və uzun illərdir ki, qeyd olunan ünvanda ailə üzvləri ilə orada yaşayır. Həmin qeyri-yaşayış sahəsini yaşayış sahəsi halına gətirmiş və bərpa işlərinə xeyli xərc çəkmişdir. Onun başqa yerdə yaşayış yeri yoxdur. Onun həyat yoldaşı X15 uzun illərdir ki, 2-ci Qrup əlildir. Məhkəmə tərəfindən Lalə Məmmədovanın uzun illər məskunlaşıb yaşadığı sahədən çıxarılması onun səhhətinə çox pis təsir edir. İşə baxan apelyasiya instansiya məhkəməsi işin faktiki hall arına uyğun sübutlara düzgün qiymət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini yanlış şərh edərək apelyasiya şikayətinin təmin edilməsi nəticəsinə gələrək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 (vəkilləri X10) birgə kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış məhkəmə qətnaməsi real faktlara əsaslanmır, qanuni və əsaslı deyil. Məhkəmə qətnaməsində gəlinmiş nəticələr işin faktiki hallarına uyğun deyil. Belə ki, hər şeydən əvvəl məhkəmənin nəzərinə çatdırırlar ki, müvafiq mübahisə ilə bağlı tərəflər arasında eyni mübahisə predmeti üzrə q anun qüvvəsini almış məhkəmə qətnaməsi mövcudur. Bu məhkəmə qətnaməsi ilə tərəflər arasında mövcud olan münasibətlərə tam aydınlıq gətirilmişdir və hüquqi qiymət verilmişdir. Təəssüf ki, bu mübahisə ilə bağlı qanun qüvvəsinə minmiş məhkəmə qətnaməsinin mövcud olduğu məhkəmənin diqqətindən kənarda qalmış və qanun qüvvəsi almış məhkəmə qətnaməsi üzrə gəlinmiş nəticələrə yenidən tam əks olan hüquqi qiymət verilmişdir. İddiaçı X12 2004cü ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh4 ailə üzvləri ilə birlikdə ona məxsus olan ünvan 23 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalarını xahiş etmişdi. Lakin buna baxmayaraq X12 2018-ci ildə formal olaraq iddia ərizəsində saxta dəyişikliklər edərək, bu dəfə öz adından deyil, sənədlər üzrə s ahibi olduğu İddiaçı adından iddiaçı kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5mun və Cavabdeh6 İddiaçı mülkiyyətində olan qeyriyaşayış sahəsindən çıxarılmalarını tələb etmişdir. Məhkəmə qətnaməsindən aydın olduğu kimi, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə iddiaçının göstərdiklərindən və məhkəmə qətnaməsində istinad olunduğundan fərqli olaraq heç də özbaşına və qanunsuz məskunlaşmamışlar. Sadaladığı məhkəmə qərarlarından göründüyü kimi, iddaçı İddiaçı hal-hazırda cavabdehlərdən tələb etdiyi ərazini onlara satmışdır. Buna görə onların hər birindən xeyli miqdarda pul götürmüşdür. Tərəflər arasında mövcud olan indiki məhkəmə baxışı za manı toplanmış materiallardan, habelə tərəflər arasında əvvəllər mövcud olmuş mübahisə ilə bağlı çıxarılmış 15 oktyabr 2004-cü il tarixli qətnamədən göründüyü kimi, ünvan 24 ünvanda yerləşən qeyri yaşayış sahəsini iddiaçı X13 07 apret 2003-cü il tarixli müqaviləyə əsasən icarəyə götürsə də, həmin çörək sexini işlədə bilmədiyindən, sonradan sənədləşdirib satmaq adı ilə cavabdehlərdən Cavabdeh4 ******* manat məbləğində pul almışdır. Cavabdeh4 də öz növbəsində həmin yerə 8000 ABŞ dolları məbləğində pul xərcləyərək yaşayış üçün yararlı hala salmışdır. Hal-hazırda Cavabdeh4 Qubadlı rayonundan olan məcburi köçkün kimi həmin yerdə məskunlaşmışdır. Eyni zamanda X12 tərəfindən 4 nəfər şəxsin iştirakı ilə imzalanmış 26 may 2004-cü il tarixli bildirişdən göründüyü kimi, X12 ona məxsus olan "xxxx" şir kətinin nəzdində olan çörək sexini Cavabdeh4 Əbdül oğlunun üçüncü şəxslərə satmağına razılıq vermişdir. Cavabdehlərdən Cavabdeh3 öz növbəsində hal-hazırda yaşadığı sahəni Cavabdeh4 4000 ABŞ dolları müqabilində almışdır. İddiaçı direktoru X26 Babayevə öz imzası ilə təsdiq etdiyi bildirişə əsasən sonuncuya həmin sahəni satmağa icazə vermişdir. Qəribədir ki, R özü də bu faktları təkzib etmir. Lakin buna baxmayaraq 15 il bundan əvvəl məbləğ ödənilməklə satdığı ərazinin saxtakarlıq edərək özəlləşdirməklə yenidən cavabdehlərə qarşı iddia qaldırmağı özünə rəva bilmişdir. Belə bir hal həmçinin xüsusi olaraq qeyd olunmalıdır ki, əslində vaxtı ilə qeyri-yaşayış sahəsi kimi İddiaçı direktoru N.Həsənov tərəfindən cavabdehlərə satılan ərazi hal-hazırda onlar tərəfindən faktik olaraq yaşayış sahələrin ə çevrilmiş və onlar həmin sahələrə pasport qeydiyyatına da alınmışlar. Başqa sözlə mübahisə predmetinə çevrilən sahə və tikinti hal-hazırda ayrı-ayrı şəxslərə məxsus olan qeyri-yaşayış sahəsi deyil, yaşayış sahəsidir. Təəssüf ki, bu mühüm halı da məhkəmə nəzərdən qaçırtmışdır. Müvafiq halda mübahisə cavabdeh kimi ayrı-ayrı vətəndaşların ailə üzvləri ilə birlikdə uzun müddətdən bəri yaşadıqları yaşayış sahələrindən çıxarılması ilə bağlıdır. Məhkəmə baxışının predmetini cavabdehlərin güya özgəyə məxsus qeyri-yaşayış sahəsidən çıxarılması deyil, ailə üzvləri ilə birlikdə yaşayış sahəsindən çıxarılması təşkil edir. Bu isə məhkəmə baxışının tamamilə başqa qanuni əsaslarla baxılmasını tələb edirdi. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qanuni və əsaslı olaraq Cavabdeh 1 aid hissədə gəldiyi nəticəni formal mülahizələr əsasında rədd edib və məhkəmə qətnaməsinin bu hissəsini ləğv edərək iddia tələbinin Cavabdeh1 aid hissədə də təmin olunmasına dair qətnamə çıxarıb. Bütün bu hallar təsdiq edir ki, Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(103)-106/2021 saylı qətnaməsi ədalətsiz olduğu qədər də əsassız qətnamədir, maddi və prosessual hüquq normaların pozulması ilə qəbul olunmuşdur. b) Kasasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə cavabdehlərin kasasiya şikayətlərinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq ərizəsində göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsi “eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə” barədə irada hüquqi cavab vermiş və məhkəmə kollegiyasının mövqeyini ətraflı əsaslan dırmışdır. Cavabdehlərin qeyd etdiyi 15.10.2004-cü il tarixli Suraxanı Rayon Məhkəməsinin qətnaməsində göstərildiyi kimi iddia tərəflərindən biri - iddiaçı X11r. Ancaq hazırkı mülki işdə iddiaçı tərəf qismində çıxış edən İddiaçıdır. Yəni cavabdehlərin qeyd etdiyi “eyni tərəflər arasında, eyni əsaslarla, eyni predmet üzrə” yanaşma işin həqiqi hallarına ziddir. Bundan başqa, hazırki iddia məhkəməyə daşınmaz əmlaka mükiyyət hüququnu təsdiq edən sənəd alındıqdan sonra müraciət edilmişdir. Nəzərə alınmalıdır ki, həmin vaxt iddia tələblərinin təmin olunmamasına səbəb, o cümlədən qeyri-yaşayış sahəsini mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması olmuşdur. Məlum olduğu kimi, qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu İddiaçı şirkəti əldə etmişdir. Eyni zamanda qeyd edir ki, iddiaçılar Cavabdeh4, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh6 cavabdeh İddiaçına qarşı İddiaçından iddiaçılar Cavabdeh4 xeyrinə 15,000 ABŞ dolları, 66,000 AZN məbləğində maddi zərərin və mənəvi zərərə görə 20,000 AZN məbləğində, Cavabdeh5 xeyrinə 3300 ABŞ dolları və 25,000 ABŞ dolları məbləğində maddi zərərin, mənəvi zərərə görə 20,000 AZN məbləğində, Cavabdeh2 xeyrinə 9,800 ABŞ dolları, 10,000 AZN məbləğində maddi zərərin və mənəvi zərərə görə 20,000 AZN məbləğində, Cavabdeh3 xeyrinə 4,000 ABŞ dolları və 75,000 AZN məbləğində maddi zərərin, Cavabdeh1 xeyrinə 5,000 ABŞ dolları, 15,000 AZN məbləğində maddi zərərin və mənəvi zərərə görə 20,000 AZN məbləğində və Cavabdeh6 xeyrinə 3,800 ABŞ dolları, 120,000 AZN məbləğində maddi zərərin və mənəvi zərərə görə 30,000 manat məbləğində pulun ödənilməsi ü çün Suraxanı Rayon Məhkəməsinə iddia ilə müraciət etmişlər. Suraxanı Rayon Məhkəməsinin 2(010)2333/2019 saylı, 07 iyun 2019-cu il tarixli qərardadına əsasən iddiaçılar Cavabdeh3 və qeyrilərinin cavabdeh İddiaçına qarşı “Maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraat Suraxanı Rayon Məhkəməsinin 11.01.2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə baxılıb məhkəmənin yekun qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Suraxanı Rayon Məhkəməsində yeni iddiaya baxılması hazırki iş üzrə cavabdehlərin Suraxanı Məhkəməsindəki iddia üzrə iddiaçıların əsassız və qanunsuz olaraq İddiaçı əmlakına yiyələnmələrini və məhkəmənin qəbul etdiyi qətnamələrin əsaslı və qanuni olmalarına dəlalət edir. Dolayısı ilə İddiaçı iddia tələb lərinin əsaslı olmasının etirafıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı direktoru X12 və vəkili Vəkil2 iddiaçının kasasiya şikayətini müdafiə edərək, məhkəmədən iddiaçının kasasiya şikayətinin təmin edilməsini, cavabdehlərin kasasiya şikayətlərinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və vəkili Vəkil 1 vermiş olduqları kasasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən digər cavabdehlər Cavabdeh1 hüquqi varisi X24, Cavabdeh2, Cavabdeh4 və cavabdehlərin vəkili X10 cavabdehlərin vermiş olduqları kasasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə

146. Daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət r eyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0.5. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaş dırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qeydiyyat vəsiqələri əss hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiy a instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə verilmiş kasasiya şikayətlərinə münasibətdə ümumi halda nəzərə alındıqda tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası ilkin olaraq iddiaçının kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, iddiaçı kasasiya şika yətində iddia tələbinin təmin edilməyən hissəsi üzrə ziddiyyətli halların araşdırılmadığını, məhkəmənin ekspert rəyinə deyil, natamam mütəxəssis rəyinə istinadən qəbul etdiyi qətnaməni əsaslandırmasına, təkrar ekspertiza təyin edilib iddia tələbi üzrə təmin edilməyən hissədə Cavabdeh6 ünvanının dəqiqləşdirilməli olduğunu göstərmiş olsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilir ki, işə apelyasiya qaydasında baxılarkən iddia tələbinin təmin edilməyən hissəsi (Cavabdeh6 münasibətdə) üzrə tikinti-texniki ekspertizası və torpaqşünaslıq ekspertizası təyin edilmiş, əldə edilmiş mütəxəssis rəyi və ekspert rəyi ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi ilə Cavabdeh6 mülkiyyəti olan 10 B saylı ünvan üzrə -üst-üstə düşmələr müəyyən edilmişdir ki, bu da ekspert və mütəxəssis rəyində 10B ünvanı nın göstərilməməsi səbəbindən ziddiyyətli hal kimi nəzərə alına bilməz. Üst-üstə düşmələrin müəyyən edilməsi isə işin hallarına uyğundur. Belə ki, iş materiallarından görünür ki, iddiaçının hazırki direktoru özü İcra Hakimiyyətinə Cavabdeh6 mülkiyyətinə iddiaçıya məxsus ərazidən torpaq verilməsinə etirazı olmadığını bildirmişdir. Cavabdeh6 də qeyd edilən müraciət əsasında hazırda çıxarılmasını tələb etdiyi sahəyə dair qeydiyyat vəsiqəsi əldə etmiş, qeydiyyat vəsiqəsinin reyestrdə qeydə alınması tarixi və nömrəsi vəsiqənin özündə öz əksini tapmışdır. Hazırki halda da iddiaçı həmin vəsiqənin etibarlılığını mübahisələndirməmişdir. Cavabdeh6 adına olan qeydiyyat vəsiqəsi isə yuxarıda qeyd edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələ binə uyğun olaraq dövlət qeydiyyatı üçün əsasdır. Belə olan halda, yəni Cavabdeh6 mülkiyyət hüququ mövcud olduğu halda iddiaçının ona qarşı tələbinin təmin edilməməsi ilə bağlı apelyasiya kollegiyası düzgün hüquqi mövqedə olmuşdur. Odur ki, iddiaçının kasasiya şikayətində göstərmiş olduğu dəlillər apelyasiya kollegiyasının iddianın təmin edilməyən hissəsi üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Cavabdehlərin kasasiya şikayətlərinin dəlillərinə gəldikdə isə, ilk öncə eyni tərəflər arasında eyni predmet üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu ilə əlaqədar iş üzrə icraata xitam verilməli olması barədə dəlil üzrə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, eyni tərəflər arasında eyni predmet barəsində mübahisə üzrə əvv əllər qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə aktı iş materiallarında mövcud deyildir. İstinad edilən əvvəlki məhkəmə mübahisələri iddiaçının direktoru olmuş şəxslə cavabadehlər arasında olmuş, hazırki iddia tələbi isə mülkiyyətçi olan iddiaçı ilə cavabdehlər arasındadır. Bu cür mübahisə isə eyni tərəflər arasında mübahisə kimi dəyərləndirilə bilməz və bu cür dəyərləndirmə prosessual qanunvericiliyin bu xüsusatla bağlı tələblərinə ziddir. Cavabdehlərin digər dəyərini ödəməklə qeyri-yaşayış sahəsini iddiaçının hazırki direktorundan satın almaları, vəsait sərf edilərək yaşayış evi vəziyyətinə gətirilməsi ilə bağlı dəlilləri üzrə isə qeyd edilməlidir ki, bu hal kasasiya yoxlaması nəticəsində iş materialları ilə öz təsdiqini tapmamışdır. Əgər bu cür halın mövcudluğu iş materialları i lə təsdiq edilmiş olsa idi belə, yenə də iddia tələbinin qeyd edilən cavabdehlərə münasibətdə təmin edilməməsi iddiaçının mülkiyyət hüququnun pozulması hesab edilməli idi. Çünki iş materiallarında çıxarılmaları tələb edilən qeyri-yaşayış sahəsinə dair cavabdehlərin hər hansı hüquqmüəyyənedici sənədinin olmadığını, iddiaçının isə mülkiyyət hüququnu təsdiq edən çıxarışın olması mövcuddur. Belə olan halda cavabdehlərin də kasasiya şikayətlərinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətlərinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayətləri təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı, Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda və digər cavabdehlər Cavabdeh1 hüquqi varisi X24, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 tərəfindən birgə verilmiş kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-106/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar