Məhkəmə qərarları › İş №2(102)-4741/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4741/2019

04.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4741/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, İddiaçı1 və cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Qax rayon məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(024)592/2018 nömrəli qətnaməsi ilə (hakim M.Qarayev) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsinin satılmasına görə iddiaçılardan aldıqları 1400 manat, çəkilmiş xərc lərlə əlaqədar dəymiş maddi ziyana görə 1045 manat və 30 manat dövlət rüsumu olmaqla cəmi 2475 manat pulun alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2(107)-193/2019 saylı qətnaməsi ilə (hakimlər: V.Məlikov, E.Hüseynov və A.Mahmudov) Qax rayon məhkəməsinin 02 oktyabr 2018-ci il tarixli, 2(024)-592/2018 nömrəli qətnaməsi qismən - iddia tələbinin təmin edilməmiş suvarmaq üçün çəkilmiş xərcin ödənilməməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 suvarma üçün çəkilmiş 150 manat xərcin alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, qət namənin qalan hissədə dəyişdirilmədən saxlanılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir. İddiaçı1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2(107)-193/2019 saylı qətnaməsinin iddianın təmin edilmədiyi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli, 2(107)193/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, idd iaçı ailəsi ilə birlikdə Qax rayonunun Böyük Alatəmir kəndində yaşayır və xırda fermer təsərrüfatı ilə məşğul olur. 2013-cü ilin may ayında həmkəndlisi Cavabdeh1 ona olan 400 manat borcunu qaytara bilmədiyini, həmin borc pulun qarşılığında arvadının mülkiyyətində olan torpaq sahəsini ona verə biləcəyini bildirmişdir. x1 təklifini rədd edərək ondan pulunu tələb etmişdir. Lakin bir müddət sonra x1 yenidən onun yanına gələrək banka kredit borcunun olduğunu bildirərək, torpağın dəyərini hər ay 150 manat olmaqla, hissə-hissə pulunu ödəməklə ona satmağı təklif etmişdir. O, alqı-satqı üçün notariat kontoruna getməyi təklif etdikdə isə x1 torpağın pulunu tam ödədikdən sonra bunun mümkün olacağını bildirmişdir. O, razılaşaraq 2013-cu iyul ayından etibarən hər ay 150 manat olmaqla 1400 manat pul ö dəmişdir. 2014cu ilin mart ayında sonuncu ödəniş etdikdən sonra x1 evinə gedərək torpağın sənədlərini tələb etmişdir. x1 arvadı Cavabdeh2 həmin sənədləri aldıqdan sonra cavabdehlərə Qax rayon DNK-da torpağın alqı-satqısını həyata keçirməyi təklif etdikdə, uşağa sosial yardım aldıqlarını bildirərək 2 ay möhlət istədikləri üçün güzəştə gedərək vaxt vermişdir. 2015-ci il tarixdə torpaq sahəsinə yonca əkmiş, lakin mal-qara sahəyə girib məhsulu zay etdiyi üçün gəlir götürə bilməmişdir. Torpağın ətrafına bağlamaq üçün bazardan hər biri 35 manat olmaqla, 10 top dəmir tor almış, dəmir dirəklər basdıraraq ağac dirək ilə birlikdə 500 manat xərc çəkmiş, torpaq sahəsinin ətrafını bağladıqdan sonra bazardan hər biri 0.20 manat olmaqla 2000 kök fındıq almış, fəhlə tutaraq bir fındıq kökünə 0.30 manatdan əkdirməklə cəmi 1000 manat xərc çəkmişdir. Daha sonra torpaq sahəsinin ətrafına bütövlükdə Balakən rayonundan hər biri 0.20 manat olmaqla 4000 min ədəd cır limon alaraq əkdirmiş və 500 manat xərc çəkmişdir. Daha sonra traktorla arxlar qazdıraraq torpaq sahəsinə su çəkmiş, traktorçuya və yanacağa ümumilikdə 200 manat pul xərcləmişdir. 2018-ci il may ayında işdən evə gələndə x2onu yolda saxlayaraq ona 850 manat pulu verməli olduğunu bildirmiş, ona torpağın pulunu tam ödəyib qurtardığını dedikdə isə aralarında mübahisə düşmüşdür. Daha sonra ikinci ot çalımında Meqi onlara mane olmuşdur. x1yə heç olmazsa torpağa çəkdiyi xərcləri çıxarmasına imkan yaratmağı desə də, x1 buna razı olmamışdır. Ona görə də, Qax rayon Polis şöbəsinə şikayət etmişdir. Daha sonra əkdiyi fındıq kollarını tamamilə kəsm işlər. Cavabdehlərdən ona və ailəsinə vurduğu maddi ziyanı tələb etdikdə, ona borcu olmadığını bildirmişlər. O, ona dəymiş maddi ziyanı dəfələrlə tələb etsə də, cavabdehlər bundan imtina etmişlər. Əgər cavabdehlərin dediyi kimi həmin torpaq sahəsi ona icarəyə verilsəydi torpaq sahəsinin kənarlarını bağlamaq üçün dəmir tora, dirəklərə və cır limona o qədər vəsait xərcləməz, torpaq sahəsinə 2000 ting fındıq əkməz və fəhlələrə pul verməzdi. Bundan əlavə məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara verdiyi 1400 manat pul, 1000 manat fındıq alınması və kəsilməsi üçün çəkdiyi xərc, 500 manat cır limonun alınıb əkilməsi ilə bağlı xərc, ətrafını bağlamaq üçün çəkdiyi 500 manat xərc və oranın suva rılması üçün çəkmiş olduğu 200 manat xərc və onun iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla cəmi 3630 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2019cu il tarixli, 2(107)-193/2019 saylı qətnaməsinin iddianın təmin edilmədiyi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasi ya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2019cu il tarixli, 2(107)-193/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izahatları: İddiaçı2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş X5 İnkişaf Mərkəzinin verdiyi 13.09.2018-ci il tarixli, 941 saylı rəydən görünür ki, sözü gedən fındıq bağına yerində baxış keçirilmişdir və çəkilmiş xərclər- Sahənin sərhəd zolaqlarının cəmi uzunluğu-340 metr, sahənin kənarına çəkilən tikanlı məftil - 6 cərgəli və bir də axırda X şəkilli olunması üçün cəmi 2380 metr, həmin tikanlı məftilin qiyməti- 560 manat (16 top), sahənin kənarlarına basdırılan ağac dirəklər-170 ədəd, həmin dirəklərin alınma qiyməti- hər birisi 1 manatdan cəmi 170 manat, həmin ağac dirəklərin basdırılması və tikanlı məftilin çəkilməsi-hər birisi 1 manatdan cəmi 170 manat, sahənin şumlanması, malalanmasına30 manat, həmin sahəyə yonca toxumunun səpininə-10 manat, səpilmiş yonca toxumunun qiyməti - 60 manat (12 kq x 5 manat=60 manat), sahəyə əkilməsi üçün fındıq tinglərinin alınmasına, həmin tinglərin basdırılması üçün quyuların qazılmasına (1000 ədəd quyu), hər yuvaya 2 ədəd ting olmaqla əkilməsinə- 90 qəpik olmaqla cəmi 900 manat, sahənin bütün sərhədi boyunca cır limon əkilməsinə - cəmi 2100 ədəd cır limon hər birinin dəyəri 5 qəpik, basdırılması 10 qəpik olmaqla-315 manat, fındığın diblərinin 2 dəfə alaqdan təmizlənməsi, suvarılmasına150 manat, mineral gübrələrin verilməsi-hər fındıq koluna 100 qram hesabı ilə cəmi 100 kq ammofoska alınmasına, fındığa verilməsinə - qiyməti 60 manat, may ayınd a 100 kq azot gübrəsinin alınması və fındığa verilməsinə-34 manat, digər xərclər (nəqliyyat və s.) 70 manat və cəmi indiyədək çəkilən xərc-2529 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-nin verdiyi 06 iyul 2018-ci il tarixli, 1562 saylı arayışdan görünür ki, İddiaçı1 Qax rayonu Qax-İngiloy kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Qax rayonu Böyük Alatəmir kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Qax rayonu Böyük Alatəmir kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Qax rayonu Böyük Alatəmir kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş JN-0095, KOD 40309058 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli, 18 saylı qərarına əsasən X2, X4, Cavabdeh2 və X3 1.98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qax rayonu böyük Alatəmir kəndində yerləşən 0.495 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş, 12.07.2018-c i il tarixli, №452631288, saylı qəbzdən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişlər. İş materialları ilə müəyyən Qax rayonu böyük Alatəmir kəndində yerləşən 0.495 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Ramaza Tartaraşvili və Cavabdeh2 həmin torpaq sahəsini hər ay hissə-hissə 150 manat olmaqla cəmi 1400 manata aralarında olan şifahi razılaşmaya əsasən aldığını, lakin cavabdehlərin alqı-satqının notariat qaydasında rəsmiləşdirməsindən imtina etmələrini, torpaq sahəsində 2000 ədəd fındıq tingi, kənarlarını dəmir torla hasarladıqlarını, cır limon əkdiklərini, arx çəkdiklərini bildirərək cavabdehlərdən torpağa ödədikləri 1400 manat pul, 1000 manat fındıq alınması və kəsilməsi üçün çəkdiklər i xərc, 500 manat cır limonun alınıb əkilməsi ilə bağlı xərc, ətrafını bağlamaq üçün çəkdiyi 500 manat xərc və oranın suvarılması üçün çəkmiş olduğu 200 manat xərc və iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla cəmi 3630 manat pul tələb etmişlər. İddia tələbinin 1400 manat pul tələbinə dair hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin məbləğ torpaq sahəsinin icarəsi üçün yüksək məbləğdir. Ona görə də, məhkəmə cavabdehlərin torpaq sahəsini iddiaçılara icarəyə verdiklərinə dair göstərdiklərini qəbul etməmişdir. Tələbin həmin hissəsi cavabdehlərin məhkəmə iclasında verdikləri qismən etirafedici izahatları ilə sübuta yetirilmişdir. Cavabdehlər məhkəmə iclasında torpağa görə İddiaçı1 pul aldıqlarını etiraf etmiş, lakin həmin torpağa 1400 mana t yox, 850 manat ödənilməsi barədə məhkəməyə sübut təqdim edə bilməmişlər. Birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin kənarlarına dirəklər basdırılaraq dəmir torla hasarlanmış, cır limon kolları ilə örtülmüşdür. Torpaq sahəsinin kənarında iki cərgə dibdən kəsilmiş fındıq tingləri vardır, qalan hissəsi isə boşdur və orada fındıq ağacları aşkar olunmamışdır. Ona görə də, apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar iddia tələbinin cır limonun alınıb əkilməsi ilə bağlı xərc, torpaq sahəsinin ətrafını bağlamaq üçün çəkdiyi və oranın suvarılması üçün çəkmiş olduğu xərcə dair hissəsində haqlıdırlar. Şahid ifadələrinə də hüquqi qiymət verərək apelyasiya instansiyası məhkəməsi, iddia tələbinin cır limonun alınıb ək ilməsi ilə bağlı xərc, torpaq sahəsinin ətrafını bağlamaq üçün çəkdiyi və oranın suvarılması üçün çəkmiş olduğu xərcə dair hissəsinin sübuta yetirilməsi, tələbin 1000 manat fındıq alınması və kəsilməsi üçün çəkdiyi xərcə dair hissəsinin sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş X5 İnkişaf Mərkəzinin verdiyi rəylə tikanlı məftilin qiyməti- 560 manat (16 top), sahənin kənarlarına basdırılan 170 ədəd dirəklərin alınma qiyməti- hər birisi 1 manatdan cəmi 170 manat, sahənin bütün sərhədi boyunca cəmi 2100 ədəd cır limonun əkilməsinə hər birinin dəyəri 5 qəpik, basdırılma xərci 10 qəpik olmaqla315 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı m addəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam hə cmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Eləcə də məhkəmə kollegiyası iddiaçılar İddiaçı1 və İddiaçı2 suvarma xərcinin cavabdehlərdən alınıb onlara verilməsi hissəsində gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçılar X1 və İddiaçı2 Müzəfər qızı cavabdehlərdən aldıqları torpaq sahəsində fındığ tingləri əkdiklərini və həmin tinglərin cavabdehlər tərəfindən qırılmasını bildirsələr də bunun la bağlı heç bir sübut təqdim edə bilməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. İşdə olan mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçılar tərəfindən limon tinglərinin suvarılması üçün çəkilən xərc 150 manat olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini həmin hissədə qismən - 150 manat məbləğində təmin etmiş apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Az ərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 və Cavabdeh1, Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar