Məhkəmə qərarları › İş №2(102)-4744/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4744/2022

05.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4744/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, əmlakın boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-604/2022 nömrəli, 10 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən ver ilmiş kassasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəki Rayon Məhkəməsinin 2(075)-71/2018 saylı, 12 mart 2018-ci il tarixli qətnaməsinə əsasən "xxxx" QSC ilə X7 arasında bağlanmış 07R000009137 saylı kredit razılaşması üzrə 8554,94 ABŞ dolları məbləğində əsas kredit borcu və 3055,77 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 11.610,71 ABŞ dolları məbləğində borcun X7, X5, Cavabdeh və X9 müştərək qaydada alınaraq "xxxx" QSC-nin xeyrinə verilməsi, X7, X5, Cavabdeh və X9 tutulacaq məbləğin öhdəliyin təminatı kimi iptekaya qoyulmuş, X4 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərd i yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satış yolu ilə realizə edilməsi, ipoteka ilə yüklü edilmiş, X4 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 25000 manat müəyyən edilməsi, hərrаcdаn əldə оlunmuş vəsаit bоrcun tаm ödənilməsinə kifаyət etmədikdə 07R000009137 saylı kredit razılaşması üzrə X7, X5, Cavabdeh və X9 alınaraq "xxxx" QSC-yə verilməli olan qalan borcun ümumi qаydаdа icra edilməsi, X4 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra X7, X8 və X1 həmin fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin boşaldılması, iddiаçı "xxxx" QSC tərəfindən iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu xərcinin 12 manatının özünə aid edilməsi, 18 manatının isə X7, X5, Cavabdeh və X9 müştərək qaydada alınaraq "xxxx" QSC-yə verilməsi, "xxxx" QSC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün dövlət rüsumu olaraq ödənilmiş 10 manat və xidmət haqqı olaraq ödənilmiş 21 manat olmaqla, cəmi 31 manatın 12 manatının özünə aid edilməsi, 19 manatının isə X7, X5, Cavabdeh və X9 müştərək qaydada alınaraq "xxxx" QSC-yə verilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı ödənilməli olan 150 manatın 60 manatının "xxxx" QSC-də n və 90 manatının isə X7, X5, Cavabdeh və X9 müştərək qaydada alınaraq AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, KOD 210005, VÖEN **********1, müxbir hesabı AZ41 NABZ **********000003944 SWİFT. BİK: CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir. 2. “X11” MMC-nin 10 avqust 2018-ci il tarixli, 105 saylı “Hərracın yekunları barədə Protokolu”a və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən X4 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evi 15937.50 manata "xxxx" QSC-yə satılmışdır. 3. "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 07 may 2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi satıcı "xxxx" QSC tərəfindən alıcı İddiaçı satılmış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 may 2021-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, onun həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Rayon M əhkəməsinin 2(075)71/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən X2 xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında 0.0365 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi hərrac vasitəsilə satışa çıxarılmış,. “X11” MMC-nin hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 105 nömrəli protokolu və eyni tarixli alqı-satqı müqaviləsi əsasında "xxxx" QSC-yə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ "xxxx" QSC-yə keçmiş və bu hüquq xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Daha sonra əmlak 07 may 2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında "xxxx" QSC tərəfindən İddiaçı satılmış və bu hüquq xx.xx.2021ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Şəki Rayon Məhkəməsin in 2(075)-71/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində həmçinin, X2, X3 və X1 əmlakdan çıxardılaraq əmlakın boşaldılması müəyyən edilmişdir. Əmlak "xxxx" QSC-nin mülkiyyətinə keçərkən orada yalnız adları qeyd olunan üç fiziki şəxsin yaşadığı və X2, X3 qeydiyyatda olduğu bilinirdi. Lakin əmlak İddiaçı tərəfindən alındıqdan sonra əmlakda daha bir fiziki şəxsin, Cavabdeh da qeydiyyatda olduğu və yaşadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışda arayışın verildiyi tarixdə əmlakda üç fiziki şəxsin - X2, X3 və Cavabdeh qeydiyyatda olduğu bildirilir. Lakin Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş 07 may 2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 13-cü bəndində bu müqavilənin təsdiq edildiyi tarixdə əmlakda qeydiyyatda heç kimin olmadığı qeyd edilmişdir. Yuxarıda qeyd edilən faktlar "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, 21093 nömrəli məktubunda da qeyd edilmişdir. Məktubdan o da aydın olur ki, "xxxx" QSC tərəfindən əmlakdan istifadəyə, eləcə də qeydiyyata düşməyə dair hər hansı şəxsə razılıq, icazə verilməmişdir. Hazırda əmlakdan onun mülkiyyətçisinin iradəsinə zidd istifadə edən yeganə şəxs Cavabdehdur. Əmlakdan istifadəyə son verilməsi və əmlakı boşaltması ilə bağlı mülkiyyətçi İddiaçı tərəfindən dəfələrlə Cavabdeh bildirilmişdir. Cavabdeh əmlakın mülkiyyətçisinin tələbinə heç bir hüquqi əsas olmadan etiraz edərək, əmlakdan istifadəni davam etdirir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabd eh iddianı qəbul etməyərək bildirdi ki, onun evin satılmasından ümumiyyətlə xəbəri olmamışdır. Evin yeni alıcıları gələrkən bu barədə məlumatı olmuşdur. Ona bildirilmişdir ki, sənədlərə qol çəksin. O, özü bankın pulunu ödəyəcəkdir. Bankdan pul götürdükdən sonra ona 1000 manat pul təklif etmişdir. Lakin həmin pula ev almaq mümkün olmadığından imtina etmişdir. O özü anadan olduğu gündən bugünədək həmin evdə yaşayır. Ev onun ata-baba mülküdür. 4 aydan çoxdur ki, evin işığı, suyu və qazı kəsilmişdir. Onun evdə payı və yaşamaq hüququ vardır. Həmin evdə ailə qurmuş, övladları da həmin evdə qeydiyyatdadır. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

7. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 21 yanvar 2022-ci il tarixli, e2(075)-96/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

8. M əhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı həmin əmlakın mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin Cavabdeh İddiaçı məxsus əmlakı könüllü olaraq boşaltmamaqla iddiaçının mülkiyyətində olan öz əmlakından istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradır. Cavabdeh məlum olmayan səbəblərdən həmin fərdi yaşayış evindən çıxmaqdan yayınır. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Təqdim olunmuş iş materiallarından da görünür ki, mübahisə predmeti olan əmlak 07 may 2021- ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmaqla onun mülkiyyətindədir. Cavabdehin həmin fərdi yaşayış evi üzərində hər hansı bir hüququnun qalması müəyyən edilməmişdir.

9. Məhkə mə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü və 59.3.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baxan birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1 və59.3.2-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3- cü maddəsinin tətbiq edilə bilməsini iki şərtlə şərtləndirmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsində qeyd edilmişdir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka m üqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Lakin nədənsə birinci instansiya məhkəməsi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.2-ci maddəsinin tələbini nəzərə almamışdır. Belə ki, işin faktiki hallarından da görünür ki, Cavabdeh yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulmasından xəbəri olmamış, ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürməmişdir. Belə olan halda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipotekada satılsa da “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1 və 59.3.2-ci maddələrinə istinad edilərək istifadə hüququ mövcud olan fərdi yaşayış evindən çıxarılması qanunsuz və əsassızdır.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-A.A.Mahmudov (sədrlik edən və məruzəçi), M.T.Məcidov və M.A.Əsədli ) 10 may 2022-ci il tarixli, 2(107)604/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, mübahisəli yaşayış evi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh əvvəlki mülkiyyətçinin qardaşı olmaqla, hazırki mülkiyyətçi ilə (iddiaçı ilə) heç b ir qohumluq, yaxınlıq münasibəti yoxdur.

14. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, Mülki Məcəllənin 152, 157 və 228, “İpoteka haqqında” Qanunun 59-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarmışdır. Məhkəmə “İpoteka haqqında” Qanunun 59.1 və 59.3.2-ci maddələrinin tələblərini pozmuşdur. Həmin qanunun 59.3-cü maddəsinin tətbiqi iki şərtlə şərtləndirilmişdir. Belə ki, həmin maddədə qeyd edilmişdir ki, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun, və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə ( mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik gö türmüş sayılırlar. Lakin apellyasiya instansiyası məhkəməsi Qanunun həmin tələbini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, h əmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu

22. Maddə 10.1. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ər zində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.

23. Maddə 59.3 Yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ipoteka qoyulmuş ev satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.

24. Maddə 59.4 İpoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlük də yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, X7 "xxxx" QSC-yə olan borcu ilə əlaqədar qanuni qüvvəyə minmiş Şəki Rayon Məhkəməsinin 2(075)-71/2018 saylı, 12 mart 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə X4 məxsus olan Şəki şəhəri Əbdürrəhimbəy Haqverdiyev küçəsində xüsusi mülkiyyətdə olan 0.0365 hektar torpaq sahəsi və üzərində yerləşən 82 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 25000 manat müəyyən edilməklə hərraca çıxarılmış, lakin hərrac baş tutmamışdır. Hərrac baş tutmadığından ipoteka predmeti olan həmin fərdi yaşayış evi tələbkar "xxxx" QSC-yə təklif edilmişdir. "xxxx" QSC də alıcı qismində iştirak etmiş və “X11” MMC tərəfindən 10 avqust 2018-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında 105 nömrəli yekun protokola əsasən mübahisəli fərdi yaşayış evi 15.937.50 manata "xxxx" QSC-yə satılmışdır. "xxxx" QSC mülkiyyətçi kimi çıxarış əldə etdikdən sonra mübahisəli əmlakı 07 may 2021-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi ilə digər şəxsə, yəni iş üzrə İddiaçı satmışdır. Hal-hazırda həmin fərdi yaşayış evi İddiaçı adınadır. Bununla bağlı İddiaçı adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 24 may 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət r eyestrindən çıxarış verilmişdir.

34. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh uzun müddət ailə üzvləri ilə birlikdə başqa ünvanda, yəni ünvan 3 lakin sonradan həmin evi satmışdır.

35. Beləliklə, mübahisəli əmlak iddiaçıya məxsus olmaqla cavabdeh hüquqi əsas olmadan orada yaşadığından, apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin evdən çıxarılmasını qanuni saymışdır.

36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (157.2.)

38. Kollegiya işin göstərilən hallarına əsaslanaraq apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tələblərinə uyğun olduğundan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-604/2022 nömrəli, 10 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar