Məhkəmə qərarları › İş №2(102)-4747/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4747/2019

08.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4747/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdeh Əmanətlərin Sığortalaması Fondunun vəkili X1 iştirаklаrı ilə, Cаvаbdеh Əmanətlərin Sığortalaması Fondunun Bаkı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fеvrаl 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bаkı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 оkty аbr 2018-ci il tarixli qətnaməsi ilə (hakim: N.T.Tağıyeva; 2(006)-4664/2018) İddiaçı cavabdeh Əmanətlərin Sığortalaması Fonduna qarşı «pul» tələbinə dair iddiаsı təmin edilmiş, Əmanətlərin Sığortalanması Fondundan 30.000 manat əmanət, hesablanmış 310 manat 09 qəpik faiz olmaqla, cəmi 30.310 manat 09 qəpik kompensasiyanın tutularaq İddiaçı ödənilməsi qət еdilmişdir. Bаkı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fеvrаl 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: А.N.İmаnоv (sədrlik edən və məruzəçi), А.Q.Hüsеynоv və V.N.Sаdıqоv; 2(103)-2657/2019), cavabdeh Əmanətlərin Sığortalaması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bаkı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 оktyаbr 2018-ci il tarixli qətnaməsi - cavabdeh Əmanətlərin Sığortalaması Fondunа münаsibətdə dəyişiklik еdilmədən saxla nılmışdır. İşin halları İddiaçı cavabdeh Əmanətlərin Sığortalaması Fonduna qarşı «pul» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, оnа məxsus 30310,09 manat məbləğində əmanətin və əmаnətə hesablanan faizlərin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiаçı iddia tələbini onunla əsaslandırmışdır ki, «xxxx» ASC ilə İddiaçı arasında 27 iyul 2015-ci il tarixli 9 ay müddətinə ********* nömrəli əmanət müqaviləsi bağlanmışdır. Müqavifə şərtlərinə görə 30.000 manat məbləğində əmanət banka illik 12 % ilə yerləşdirilərək sığortalanmışdır. Müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin müddətinin bitdiyi sonuncu gün əmanət iddiaçı tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, laki n həmin günə bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Müqavilənin müddəti bitdiyi zaman qeyd edilən 5.2-ci maddəyə əsaslanaraq iddiaçı tərəfindən əmanət geri götürülməmiş və müqavilə bank tərəfindən uzadılmışdır, onda olan şifahi məlumata əsasən iddiaçı tərəfindən banka yerləşdirilmiş əmanətin sığortalı olması müqavilənin əsas şərtlərindən biri olmasına baxmayaraq, bank tərəfindən müqavilə müddəti uzadıldığı an qeyd edilənlər nəzərə alınmamış və illik faiz dərəcəsi 15,5 % qədər qaldırılmışdır. Halbuki, milli valyutadakı sığortalanmalı olan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimal həddi 15 %dir. İddiaçı əmanətinin kompensasiyası məqsədi ilə 20 fevral 2018-ci il tarixində cavabdehə müraciət etmişdir. Cavabdeh isə 02 mart 2018-ci il tarixli ********** s aylı məktubla əmanətin qaytarılmasından imtina etmiş və bunu «Əmanətlərin Sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimum həddindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlərin sığortalandığı, fond tərəfindən həmin əmanətlər üzrə kompensasiya ödənilməməsi, sözügedən əmanət ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi tərəfindən «Banklar haqqında» Azərbaycan Respublikasının 82.1-ci maddəsinə əsasən növbə daxilində ödənildiyi bildirilmişdir. Məlum olduğu kimi 27 dekabr 2017-ci il tarixdən bank müflis elan edilmişdir. Ona görə də, «Əmanətlərin Sığortalanması haqqında» və «Əmanətlərin tam Sığortalanması haqqında» Qanuna əsasən, iddiaçıya ödənilməli olan məbləği məhz c avabdeh qaytarmalı idi. Banka yerləşdirilmiş əmanətin sığortalı olması müqavilənin əsas şərtlərindən biri olmağına baxmayaraq, iddiaçı tərəfindən əmanətin qaytarılması üçün müraciət olunarkən əmanətin sığortalı olmaması əsası ilə bundan imtina edilmişdir, halbu ki, iddiaçı Banka əmanət yerləşdirərkən həmin günə təsadüf edən əmanətin tam sığortalanma şərtlərinə tamamilə uyğun idi. Belə ki, əmanət banka yerləşdirilən zaman 30.000 manatadək yerləşdirilən əmanətlər sığortalı hesab edilirdi. Sonradan isə əmanətin faiz dərəcəsi onun tam sığortalanmış əmanət kateqoriyasına aid olmasına əsas olmuşdur. Beləliklə, o, banka əmanət yerləşdirdiyi zaman əmanət sığortalı olmuş və onun sığorta olması illik faiz dərəcəsi deyil, əmanətin məbləğindən asılı olaraq müəyyən edilmişdir. Bank tərəfindən əmanət mü qaviləsinin müddəti uzadılarkən əmanət müqaviləsinin əsas şərti, yəni sığortalı olması nəzərə alınmalı və həmin şərtlə (müvafiq faiz dərəcəsindən, yəni 15 %-dən yüksək olmamaqla uzadılmalı idi. Bank tərəfindən müqavilənin müddəti uzadılarkən əmanətin sığortalı olması nəzərə alınmalı və müqavilə şərtləri məhz əmanətin sığortalı olması xüsusiyyətlərindən irəli gəlməli idi. Yəni sığortalanmış əmanət üzrə faiz dərəcəsi qaldırılmamalı və əmanətin sığortalı olub-olmaması birtərəfli qaydada Bank tərəfindən müəyyən edilməməli idi. Buna görə də, əmanət sığortalı hesab olunmalıdır. 08 fevral 2018-ci il tarixində iddiaçının tələbinin qeydiyyatı zamanı ona 0381 saylı qəbz təqdim edilmiş və tələbin həcmi 30310,09 manat müəyyən edilmişdir. Kassasiya şikayətinin dəlilləri Cаvаbdеh Əmanətlərin Sığortalama sı Fondu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiаnın təmin edilməməsi barədə yеni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 421.1, 944, 947.4, 948.3cü maddələrinin, “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 1.3, 4.1, 8.1.20-ci maddələrinin tələbləri pozulmuş əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kоllеgiyаsının iclаsındа cаvаbdеh Əmanətlərin Sığortalaması Fondunun vəkili X3 kаssаsiyа şikаyətinə uyğun izаhаt vеrərək, şikаyətin təmin еdilməsini хаhiş еtdi. Məhkəmə kоllеgiyаs ının iclаsındа İddiaçı vəkili Vəkil kаssаsiyа şikаyətinə еtirаz еdərək, kаssаsiyа şikаyətinin təmin еdilməməsini хаhiş еtdi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki halların ın nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, «xxxx» ASC ilə İddiaçı arasında bağlanmış 27 iyul 2015-ci il tarixli ********* saylı Bank Əmanəti müqaviləsinə (Göy Əmanət) əsаsən, İddiaçı bankın depozit hesabına müqavilənin bağlandı ğı tarixdən 9 aylıq müddətə, yəni 27 aprel 2016-cı il tarixədək 12 faizlə 30000 AZN məbləğində əmanət qoymuşdur. İş materiallarında olan Bank Əmanəti müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, İddiaçı 27 iyul 2015-ci il tarixdən illik faiz dərəcəsi (müddətdən asılı olaraq) 12 % olmaqla 9 ay müddətinə 30000 manat pulu banka yerləşdirilərək sığortalamışdır. **********352 saylı 02 mart 2018-ci il tarixli məktubdan görünür ki, «Əmanətlərin Sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimum həddindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər sığortalanmır və Fond tərəfindən həmin əmanətlər üzrə kompensasiya ödənilmir. Sözü gedən əmanət ləğv prosesində olan «xxxx» ASC-nin l əğvedicisi tərəfindən «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən növbə daxilində ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununu n: - 2.1.1-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. - 27.2-ci maddəsinə əsasən əmanətlər üzrə faizlər, sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir. Bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın. - 26.1-ci maddəsinə əsasən fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 % həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir. - 28.3-cü maddəsinə əsasən, fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. - 31.1-ci madd əsinə əsasən əmanətçilər kompensasiyaların ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli üçün X2 və/və ya məhkəməyə müraciət edə bilərlər. Əmanətlərin Sığortalanması Fondunun X4 Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırılmaqla 16 sentyabr 2016-cı il tarixdən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12 %-dən 15 %-dək qaldırılıb. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə «xxxx» ASC arasında 27.07.2015-ci il tarixdə ********* saylı əmanət müqaviləsi (Göy Əmanət) bağlanmış və bu müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı tərəfindən 30.000 manat məbləğində pul vəsaiti illik 12 % dərəcəsi ilə banka əmanət qoyulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin müddəti bit diyi zaman iddiaçı tərəfindən əmanət geri götürülməmiş və bununla da həmin müqavilənin 5.2-ci bəndinə əsaslanaraq müqavilə bank tərəfindən uzadılmışdır. Lakin bank tərəfindən həmin müqavilə uzadılarkən illik faiz dərəcəsi 15,5 %-ə qədər qaldırılmışdır. Halbuki, Müqavilənin 5.2 bəndinə görə, Müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Аpеllyаsiyа instаnsiyаsı məhkəməsi hаqlı оlаrаq qеyd еtmişdir ki, Bank tərəfindən Müqavilənin müddəti uzadılarkən əmanətin sığortalı olması nəzərə alınmalı idi. Sığortalanmış əmanət üzrə faiz dərəcəsi qaldırılmamaqla əmanətin sığortlaı olub-olması birt əfəli qaydada Bank tərəfindən müəyyən edilə bilməzdi. Bundan başqa, hətta bu hal nəzəri cəhətdən qəbul olunsa belə, faiz dərəcəsinin həmin dövrə Bankda 15,5 % müəyyən edilməsinə dair cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəsməsinə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstə rilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq rayon məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikas ı Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bаkı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 13 fеvrаl 2019-cu il tarixli qətnaməsi dəyişiklik еdilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar