Məhkəmə qərarları › İş №2(102)-4748/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4748/2022

18.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4748/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququ, mülkiyyətə qanuni və mütənasib müdaxilə, qəzalı vəziyyətdə olan mənzilin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Əhməd qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qəzalı vəziyyətdə olan mənzilin sökülməsi, yeni mənzilin qəbul edilməsi və kirayə haqqı ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-2517/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 18 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 7 ünavında yerləşən yaşayış sahəsi 40,1 m2 olan 2 otaqlı, 8 saylı mənzil (bundan sonra – 8 saylı mənzil) xüsusi mülkiyyət hüququ ilə xx.xx.2003-cü il tarixdən Cavabdeh1 adına adına qeydiyyata alınmışdır. Mənzilin ümumi sahəsi 46,31 m2 təşkil edir.

2. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı İddiaçı MTK-nın (bundan sonra – iddiaçı və ya MTK) xx.xx.2014-cü il tarixli, 06 saylı müraciətini nəzərə alaraq, xx.xx.2014cü il tarixli, 161 saylı Sərəncamı ilə Bakı şəhər, Nizami rayo nu, B.Çobanzadə, M.Gəncəvi və İ.Nəsimi küçələrinin kəsişməsindəki 2532 saylı məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Kooperativin istifadəsinə verilmiş və həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi MTK-ya həvalə olunmuşdur. 3. “ünvan 1 ünvanında yerləşən yaşayış evinə keçirilən texniki baxış haqqında” xx.xx.2016-cı il tarixli aktda - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, xx/xx/5185-12 saylı dərkənarı ilə yaşayış evlərinin texniki vəziyyətinin bir daha araşdırılması və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 161 sayl ı sərəncamının icrası ilə əlaqədar qeyd edilən ünvana baxış keçirilməsi və baxış zamanı binanın 1960-cı ildə inşa olunması, iki mərtəbəli 12 mənzildən ibarət olması, binanın bünövrəsinin lentvari dəmir betondan olması, divarların bəzi hissələrində çatların olması, pilləkənlərin qəfəs hissələrində yükdaşıyıcı konstruksiyada aşınmaların olması, eyvanların, karniz elementlərinin qəzalı vəziyyətdə olması halları nəzərə alınaraq bütövlükdə binaya dair istismar müddətinin bitməsi, texniki vəziyyətinin qeyri-qənaətbəxş olması, şəhərsalma və tikinti normalarına cavab verməməsi barədə rəy verilməsi qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməy ə müraciət edərək, Cavabdeh1n Müzəffər oğlunun mülkiyyətində olan 8 saylı mənzilin əvəzinə iddiaçının həmin ünvanda yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20% artıq sahəsi olan (46,31+9,26=55,57 m2) təmirli mənzil, cavabdeh X1 mülkiyyətində olan 12 saylı mənzilinin əvəzinə yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20% artıq sahəsi olan (46,31+9,26=55,57 m2) təmirli mənzil tikilib təhvil verilməsi, yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 400 manat kirayə haqqı ödənilməsi və cavabdehlərin söküləcək həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçı tərəfindən sökülməsi nəzərdə tutulmuş b inada mənzil mülkiyyətçiləri olmaqla yanaşı, Cavabdeh1 48 m2, Cavabdeh2 isə 50 m2 qanunsuz tikililəri mövcuddur. Binanın əksər sakinləri ilə razılığa gəlinmiş, lakin cavabdehlər əsassız varalanmaq məqsədilə müqavilə bağlamaqdan və mənzili təhvil verməkdən imtina etmişlər. Belə ki, Cavabdeh1 46,31 m2 sahəsi olan ikiotaqlı mənzilin əvəzinə yeni tikilən binada 74,51 m2 sahəsi olan ikiotaqlı mənzil təklif edilmiş, lakin cavabdeh təkliflə razılaşmayaraq, bir ədəd 115,19 m2 sahəsi olan təmirli üçotaqlı və bir ədəd 47,0 m2 sahəsi olan birotaqlı təmirli mənzillər tələb etmişdir. Cavabdeh2 isə 46,31 m2 sahəsi olan ikiotaqlı mənzilinin əvəvzinə yeni tikilən binada 74,54 m2 sahəsi olan ikiotaqlı təmirli mənzil təklif edilmiş, sonuncu isə bir ədəd 116,0 m2 sahəsi olan üçotaqlı və bir ədəd 66,9 m2 sahə si olan ikiotaqlı mənzillər tələb etmişdir. Cavabdehlər bu qanunsuz hərəkətləri ilə tikinti işlərinin başlanmasına mane olmuş, nəticədə Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 161 saylı sərəncamının icrası və tikinti işlərinə başlanması mümkün olmamışdır. Eyni zamanda, tikinti işlərinin yubanması mənzil tikintisi üçün MTK ilə müqavilələr bağlamış şəxslərin haqlı etiraz və narazılığına səbəb olmuşdur.

6. Cavabdeh1 vəsatəti təmin edilərək, məhkəmənin 26 noyabr 2020-ci il tarixli qərardadı ilə onun Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (MTK üçüncü şəxs qismində cəlb edilməklə) qaldırdığı “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 161 saylı Sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək bu iş üzrə icraat dayandırılmış, həmi n iş üzrə Bakı İnzibati Məhkəməsinin 21(112)-2736/2021 nömrəli, 14 aprel 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardad qanuni qüvvəsini almışdır.

7. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, binanın qəzalı vəziyyətdə olmamaqla, mənzilinin təmirli olduğunu, orada rahat yaşadığını, 46,37 m2 mənzil, 18 m2 artırma, 39 m2 zirzəmi və 1 sotdan çox həyatyanı sahəsinin olduğunu, MTK-nın onlara məxsus mənzili içdən, öz verəcəklərini isə çöldən-çölə ölçdüyünü, artırmaya xərc çəkdiyini və artırmaların nəzərə alınmalı olduğunu, mənzilinin əvəzinə 91.67 m2 sahəsi üçotaqlı, 76.70 m2 sahəsi olan ikiotaqlı təmirsiz mənzillər istədiyini, hətta əlavə olaraq MTK-ya 10.000 manat təklif etdiyini, lakin aralarında razılıq əldə olunmadığını bildirmişdir.

8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-678/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Əhmədova) iddia qismən təmin edilərək, Cavabdeh1 məxsus 46,31 m2 sahə təşkil edən 8 saylı mənzilinin sökülərək əvəzində MTK-nın yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20% artıq sahəsi olan təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 400 manat kirayə haqqının ödənilməsinin MTK-ya həvalə edilməsi, Cavabdeh2 məxsus 12 saylı mənzilin sökülərək əvəzində MTK-nın yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20% artıq sahəsi olan təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 400 manat k irayə haqqının ödənilməsinin MTK-ya həvalə edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. MTK sökülən binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında cavabdehlərə onlara məxsus mənzilin sahəsinə 20% əlavə olmaqla yeni mənzillər verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onlarla birlikdə yaşayan ailə üzvlərinin müvəqqəti olaraq kirayə mənzillərdə yerləşdirilmələri üçün hər birinə 400 manat kirayə haqq ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Göründüyü kimi, tikinti işlərini aparan iddiaçı tərəfindən cavabdehlərə edilən həmin təkliflər, Sərə ncamla MTK-nın üzərinə qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və iddianın verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Bundan başqa, məhkəmə tərəfindən də mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, tərəflərin barışması üçün tədbirlər görülmüşdür.

10. Cavabdehlərin texniki vəziyyəti qeyri-qənaətbəxş olan, istismara yararsız və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşamaları gələcəkdə məhz cavabdehlər üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsi nə zəmin yaratmış olacaqdır. MTK-nın irəli sürdüyü təkliflərdən də görünür ki, təkliflər günün tələblərindən də artıqdır, kifayət qədər ədalətli və ağlabatandır, təkliflərin icrasının dərhal həyata keçirilməsinə Sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İddiaçı tərəfindən vaxtında öz üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi həmin evdə yaşayan digər sakinlərin də hüquqlarının vaxtında reallaşmasına maneə yarada bilər.

11. Sərəncamı icra edən iddiaçı MTK tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin öz mülkiyyətlərində olan yaşay ış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Cavabdehlər tərəfindən də məhkəmə prosesi zamanı mənzillərinin sökülərək əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzillərin verilməsinə etiraz edilməmiş, lakin veriləcək mənzillərin sahəsində mübahisələrinin olması bildirilmişdir.

12. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdehlərin məhkəmə iclasında verdikləri izahatlarında razılıq üçün qeyd etdikləri tələblər, MTK-nın kifayət qədər əlverişli və ağlabatan təklifləri ilə razılaşmamaları hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. Belə ki, MTK tərəfindən ərazidə yerləşən yaşayış sahələrinin sökülməsi, sakinlərin köçürülməsi və qarşılıqlı razılaşma əsasında vəsaitin ödənilməsi həyata keçirilsə də, ərazidə yaşayan ç oxsaylı ailələrdən fərqli olaraq hazırkı cavabdehlərin mübahisəli mənzillərlə əlaqədar, faktiki olaraq ümumi sahəsindən 20% artıq sahəsi olan mənzillər, habelə mənzillər hazır olanadək kirayə bazarına uyğun məbləğdə kirayə haqlarının ödənilməsini təklif edən MTK ilə razılaşmamaları onların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməlidir. Bu sui-istifadə isə, cavabdehlərin mənzillərə görə MTKdan əsassız olaraq real olmayan qiymət tələb etmələrində və ya şərtlər irəli sürmələrində ifadə olunur.

13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (5.3, 16.1, 152.6, 560.1, 560.2-ci, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2-ci maddələrinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Şikayətlər eyni məzmunda belə əsaslandırılmışdır ki, MTK tərəfindən razılıq əldə edilməsi ilə bağlı cavabdehlərə heç bir təklif edilməmiş, sərəncamda binanın qəzalı vəziyyətdə olması öz əksini tapmamış, binaya texniki baxış haqqında akt isə kserosurət olmaqla, əsli təqdim olunmamış, məhkəmə bu halları nəzərə almadan binanın qəzalı vəziyyətdə olub-olmaması, binanın digər mülkiyyətçiləri ilə razılıq əldə olunub-olunmaması barədə heç bir araşdırma aparmamışdır.

16. İddiaçı məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, MTK-nın Cavabdeh1 məxsus 46,31 m2 sahəsi olan ikiotaqlı mənzilin əvəzinə ye ni tikilən binada həmin mənzilin sahəsindən 28,20 m2 (60%) artıq, 74,51 m2 sahəsi olan təmirli vəziyyətdə ikiotaqlı mənzil təhvil verilməsini öhdəsinə götürdüyünü bildirmiş və iddianın həmin həcmdə təmin edilməsini xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2517/2022 nömrəli, 11 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), Ş.Məmmədova və R.Eyvazov) Cavabdeh2 apellyasiya şikayətindən imtinası qəbul edilərək, ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir.

18. Eyni tarixli qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh1 məxsus 8 saylı mənzilinin sökülərək əvəzində MTK-nın yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 20% artıq sahəsi olan təmirli mənzil verilməsi” hissəsində dəyişdirilərək, Cavabdeh1 məxsus 46,31 m2 sahə təşkil edən 8 saylı mənzilin sökülərək əvəzində MTK-nın yeni inşa etdiyi binada sökülməli mənzilin sahəsindən 28,20 m2 (60%) artıq, 74,51 m2 sahəsi olan təmirli mənzil verilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq, qətnamənin dəyişdirilən hissəsində iddiaçının iddia tələbinin həcmi ilə bağlı apellyasiya baxışında verdiyi ərizəyə münaisbtədə Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsin ə dair” 12 iyul 2016-cı il tarixli qərarında olan mövqeyini nəzərə alaraq qeyd etmişdir ki, hazırda cavabdehə daha əlverişli şərtlərlə olan təklif (kompensasiya) iddianın obyekti sayıla bilməz və MPM-in 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması ilə əlaqədar deyildir. Belə ki, iddia bu həcmdə təmin olunduğu halda Cavabdeh1 iddiada nəzərdə tutulmuş ölçüdən də artıq ölçüdə mənzillə təmin olunacaqdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Şikayət belə əsaslandırılmışdır ki, mülkiyyət hüququnu təsdiq edən s ənəddə mənzilin ümumi sahəsi 46.37 m2 göstərilsə də, 18 m2 artırma ilə birlikdə mənzilin ümumi sahəsi hal-hazırda 64.37 m2 təşkil edir. Həmçinin, 39 m2 sahəsi olan zirzəmi və 1 sotdan çox həyatyanı torpaq sahəsi də faktiki olaraq onun sahiblik və istifadəsindədir. Məhkəmə isə qərar qəbul edərkən cavabdehin faktiki sahiblik və istifadəsində olan sahəni nəzərə almamış, bununla da onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin dəlillərinin əsassız olduğunu, cavabdehin əsl məqsədinin MTK-nın hesabına əsassız varlanmaqdan ibarət olduğunu bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 13 (1-ci hissə). Azərbaycan Respublikasında mülkiy yət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bi lər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

28. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

29. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi

30. Maddə 3.0.20. Tikinti obye ktinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir.

31. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizə sinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.

32. Maddə 4.2. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir.

33. Maddə

17. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlill ərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir.

44. Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşaraq, onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" MTK-nın şikayəti üzrə Azərba ycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqelərə əsasən...mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər m ülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.

45. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

46. Odur ki, Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiy ası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2517/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar