Məhkəmə qərarları › İş №2(102)-4749/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4749/2020

15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4749/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, İddiaçı, vəkili Vnın və Cavabdeh MMC-nin vəkili Rnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)3011/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim R.Həsənov) xx.xx.2019-cu il tarixli, 2(007)-260/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının bərpası və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 258.32 manat məbləğində pul vəsaitinin alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, İ.Kərimli) xx.xx.2020-ci il tarixli, 2(103)-3011/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh MMC-yə qarşı “istehlakçı hüquqlarının bərpası və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı hüquqlarının bərpa edilərək, onun tərəfindən xx.xx.2012-ci il tarixli müqavilə üzrə satın aldığı “Chevrolet Orlando” (şassi KL1YA7559CK761829, mühərrik F18D4 384124KA) markalı avtomobilə ödədiyi 26818.64 ABŞ dollarının və 4090 manat pulun, mənəvi zərərin əvəzi olaraq 50000 manat pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki, iş materiallarında olan ekspert rəyindən müəyyən olunur ki, dam örtüyündəki qüsurlar kənar müdaxilə nəticəsində yaranmamışdır. Bu haldan artıq müəyyən edilir ki, cavabdeh iddiaçıya məhz qüsurlu avtomobil satmışdır. Həmin qüsurlar da dəfələrlə aşkar edilən və aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsurlardır. İş materiallarında avtomobilin istismar qaydalarının pozulması, dam örtüyünün rənginin getməsinin digər səbəblərdən meydana gəlməsi barədə heç bir sübut yoxdur. Əksinə iş materialları və ekspert rəyi ilə müəyyən edilir ki, avtomobilin dam örtüyünə heç bir kənar müdaxilə olmamış və qüsur məhz istehsal qüsurudur. Belə olan halda məhkəmə ehtimallara əsasən deyil, iş materiallarında olan sübutlara və ekspert rəyinə əsasən qətnamə qəbul etməli idi. Məhkəmə iş materiallarında kifayət qədər sübutlar və iddianın əsaslı olmasına dair ekspert rəyi olduğu halda iddianı təmin etməmiş, qərəzli davranaraq iddiaçının istehlakçı hüquqlarını pozmuşdur. Ekspert rəyində qüsurun konkret hansı təsir nəticəsində yaranması qeyd edilməmişdir. Əksinə xx.xx.2019-cu il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, maşının dam hissəsindən rəngin getməyinin səbəbi kənar müdaxilədən olmamış və rəngin getdiyi hissədə rəngin kimyəvi tərkibi və təbiəti zavod rəngi ilə uyğunluq təşkil edir, və digər suala cavab olaraq avtomobilin banına bərkidilmiş küləkləyici şüşə örtüyünün bağlanc vintləri üzərində və oturacaq sahəsində hər-hansı kənar predmetin təsirindən yarana bilən zədə və digər müdaxilə əlamətləri aşkar edilmədi. Avtomobilin küləkləyici şüşə örtüyünün üzərində olan zavod istehsalının müddətini bildirən parametrləri ilə nəqliyyat vasitəsi nin qeydiyyat şəhadətnaməsində olan avtomobilin buraxılış müddəti fərqlidir. Bu da həmin detalın sonradan dəyişdirilibdəyişdirilməməsinə dəlalət etmir. Tədqiqata təqdim edilmiş “Chevrolet Orlando” markalı HL- dövlət qeydiyyat nişanlı avtomobilin üst ön dam hissəsinin tökülən hissəsinin k-boya örtüyündən götürülmüş lak-boya nümunəsi ilə müqayisəli olaraq təqdim edilmiş avtomobilin ön sol qapısının lak-boya örtüyündən götürülmüş nümunələrlə təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Digər bir hal isə məhkəmənin əsassız olaraq gəldiyi qənaətlərdən biri də avtomobilimin küləkləyici dam örtüyünün istehsal ilinin köhnə olması barədə məhkəmə ekspertiza mərkəzinin “küləkləyici dam örtüyünün keçmiş tarixdə yəni avtomobilin istehsal olunmasından daha əvvəlki tari xdə istehsal olunması onun avtomobil üzərinə sonradan qoyulmasına dəlalət etmir” fikridir ki, ekspertiza mərkəzi bu fikrini də yerləşdirilmə zamanı yarana biləcək cızıqların olmaması ilə əlaqələndirmişdir. Bu hal anlaşılan deyil. Belə ki, məhkəmə ekspertinin tədqiq etdiyi küləkləyici şüşə dam örtüyü də öz mexanizmi ilə avtomobilin üzərində quraşdırılmış vəziyyətdə idi tədqiqat vaxtında. Bəs onda küləkləyici dam örtüyü maşının üzərinə bağlanc vintlərində cızıqsız necə qoyulub?! Qeyd edim ki, həmin tədqiqat mənim şəxsən itirakımla baş vermişdir ki, həmin zaman geniş araşdırlma aparılmamışdır. Yəni tədqiqat obyekti olan küləkləyici dam örtüyünün şüşə hissəsini saxlayan bağlanc vintləri tədqiq edilmişdir ki, bu da öz-özlüyündə obyektiv tədqiqat sayıla bilməz. Ekspert işin hərtərəfli araşdırlma sı üçün küləkləyici dam örtüyünün mexanizm ilə birlikdə dəyişdirilib dəyişdirlmədiyinə fikir bildirməmişdir. Məhkəmə qətnaməsi cavabdehin gülünc mülahizələrinə və ekspertizanın formal olaraq verdiyi rəylərinə əsaslanaraq qəbul edilmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3011/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili V kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili R kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiy asının xx.xx.2020-ci il tarixli, 2(103)-3011/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, Hazırkı iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 587-ci maddəsi çıxış edə bilər. İddiaçı da iddia ərizəsində həmin normaya istinad etmişdir. Mülki Məcəllənin 587.2. madəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilmə yən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Normanın dispozisiya şərtləri o halda tətbiq olunur ki, alıcıya keyfiyyətsiz mal satılması (keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulmuş olsun) sübuta yetirilsin. İşin mübahisəli halları-iddiaçıya məxsus olan avtomaşının satılarkən qüsurlu olubolmaması və buna görə cavabdehin məsuliyyət daşıyıb-daşımaması ilə bağlıdır. 1- ci instansiya məhkəməsi iş üzrə kоmplеks məhkəmə-trаsоlоji və metаllоqrafik еkspеrtizаsı təyin etmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, «Chevrolet Orlando» markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin banına bərkidilmiş küləkləyici şüşə örtüyünün bağlanc vintləri üzərində və oturacaq sahəsində hər-hansı kənar predmetin təsirindən yarana bilən zədə və digər müdaxilə əlamətləri aşkar edilməmiş; avtomobilin küləkləyici şüşə örtüyünün üzərində olan zavod istehsalının müddətini bildirən parametrləri ilə «Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»ndə olan avtomobilin buraxılış müddəti fərqlidir. Bu da həmin detalın sonradan dəyişdirilib- dəyişdirilməməsinə dəlalət etmir. Avtomobilin üst ön dam hissəsinin tökülən hissənin lak-boya örtüyündən götürülmüş lak-boya nümunəsi ilə müqayisəli olaraq təqdim edilmiş avtomobilin ön sol qapısının lak-boya örtüyündən götürülmüş nümunələrlə təbiətinə və tərkibinə görə uyğun olub, ümumi cins mənsubiyyəti təşkil edirlər. Həmçinin əlavə məhkəmə metаllоqrafik еkspеrtizаsı keçirilmiş və xx.xx.2019-cu il tаriхli rəyə əsаsən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş «Chevrolet Orlando» markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin üst ön dam hissəsinin tökülən hissənin lakboya örtüyündən götürülmüş lakboya nümunəsi ilə müqayisəli olaraq təqdim edilmiş avtomobilin ön sol qapısının lakboya örtüyündən götürülmüş nümunələr təbiətinə və tərkibinə görə uyğun olub ümumi cins mənsubiyyəti təşkil edirlər. Avtomobilin üst ön dam hissəsinin tökülən hissənin lakboya örtüyündən götürülmüş lak-boya nümunəsi ilə müqayisəli olara q təqdim edilmiş avtomobilin ön sol qapısının lak-boya örtüyündən götürülmüş lak boya hissəcikləri qatların sayına və rənginə görə eynidirlər. Qatlar arasında bərabər qalınlıq olması, layın səthi hamar, parıltılı, dolğun, rənginə görə eynicinsli olması, bərabər yayılması, aşağı qatın adgeziyası, elastikliyin (istismar şərtlərindən və müddətindən asılı olaraq) olması, bütün bu əlamətlər avtomobilin həmin hissələrinin standart zavod üsulu ilə rəngləndiyini göstərir. Avtomobilin üst ön dam hissəsinin lak-boya örtüyünün tökülməsi avtomobilin istismar şərtlərindən (rəng təbəqəsində çatların əmələ gəlməsi, müxtəlif istiqamətlərdə çatlaqlar elastikliyin və adgeziyanın aşağı düşməsi) və saxlanma şəraitindən, mexaniki təsirlər lakboya örtüyünün parıldadılması, təmizlənməsi zamanı müəyyən qüsurların əmələ gəlməsi kimi səbəblərdən ola bilər. Apelyasiya kollegiyası eyni zamanda qeyd etmişdir ki, aşkar olunmuş qüsurların zavod buraxılışı zamanı baş verməsi halında belə, qüsurlar əşyanın keyfiyyətinə aid tələblərin əhəmiyyətli dərəcədə pozulması hesab olunmur. Altı ildən sonra avtomaşının damının bir hissəsindəki rənglərlə bağlı qüsurların aşkar edilməsi (avtomaşının dam hissəsi şüşədəndir) onun təmiri ilə aradan qaldırılandır. Avtomaşının gələcəkdə satılması halında alıcıların yerli dünyagörüşünə əsaslanaraq onların nə düşünməsi hazırkı halda əhəmiyyət kəsb etmir. Əsas şərt ondan ibarətdir ki, avtomaşının qüsuru əhəmiyyətli olmasın və asanlıqla aradan qaldırılması mümkün olsun. Hansı ki, iddiaçı həmin qüsurların cavabdeh tərəfindən aradan qaldırılması təklifini rədd edir və özü təsdiq edir ki, həmin qüsurların aradan qaldırılmasına cəmi 150 manat vəsait sərf olunur. Altı il istifadə olunmuş avtomaşının 150 manat dəyərində qüsurunun aşkar edilməsi alıcıya əsas vermir ki, avtomaşına görə ödəmiş olduğu vəsaiti geri tələb etsin. Ekspert rəyində də qeyd olunmuşdur ki, həmin qüsurların əmələ gəlmə səbəbləri avtomobilin istismar şərtlərindən (rəng təbəqəsində çatların əmələ gəlməsi, müxtəlif istiqamətlərdə çatlaqlar elastikliyin və adgeziyanın aşağı düşməsi) və saxlanma şəraitindən, mexaniki təsirlərdən, lakboya örtüyünün parıldadılması, təmizlənməməsi səbəbindən ola bilər. Əhəmiyyətli dərəcədə pozulma o halda mövcud olur ki, həmin qüsurlar aradan qaldırıla bilməyən, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan olsun (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 587.2.). Bu halda alıcının əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ var. Lakin əvvəla, əvvəllər avtomobildə hər hansı bir zədənin yaranması və cavabdehin bunu təmir edərək aradan qaldırması halı öz təsdiqini tapmır. Belə ki, eksert rəyləri ilə müəyyən olunmuşdur ki, avtomobilin dam örtüyü də daxil olmaqla, bütün hissələri standart zavod üsulu ilə rənglənmişdir. İkincisi, avtomobil satıldığı zaman onda heç bir qüsur olmamış, dam örtüyündə boyanın qopması isə tədricən sonradan baş vermişdir. İddiaçı avtomobili 2012-ci ildən alaraq istifadə etmiş, qüsurları aşkar etdikdən dərhal sonra məhkəməyə müraciət edərək, hazırkı tələbi irəli sürmüşdür. Avtomobilin alınmasından altı ilə müddət keçdiyi üçün qüsurların hansı səbəbdən baş verməsini müəyyən etməklə bağlı sübutetmədə problemlər yaranması istisnasızdır. Qüsurların zavod qüsuru olması, sonradan avtomobilin saxlanma şəraiti ilə bağlı olmaması halını sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı həmin halları sübut edə bilməmişdir. Bundan başqa, satıcı istehsalçının xətası üzündən sıradan çıxmış hər bir şeyi ödəniş tələb etmədən təmir etməklə bağlı zəmanət müəyyən etmişdir. Müqavilə şərtlərinə əsasən, zəmanət avtomobil alıcıya təhvil verildiyi gündən 3 il və yахud 100000 km yürüş müddəti ərzində qüvvədədir. İşdən görünür ki, avtomobilin zəmanət müddəti artıq bitmişdir. Həmçinin, müqavilədə kоrrоziyа ilə bağlı 6 illik zəmаnət müddəti də nəzərdə tutulmuşdur. Lakin avtоmоbildəki qüsurlаr lаk-bоyа örtüyünün qоpmаs ı ilə bаğlı оlduğu üçün 6 illik müddət hazırkı qüsurlаrа şаmil еdilə bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi həmin qüsurların tərəflərindən aradan qaldırılmasını təklif etsə də, iddiaçı bundan imtina etmiş, ödədiyi pulun geri qaytarılmasını israr etmişdir. Qeyd olunanlara əsasən apelyasiya kollegiyası iddianı əsaslı hesab etməmişdir. Kasasiya kollegiyası apelyasiya kollegiyasının qənəti ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlillləri üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə yoxlanılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Cavabdeh kasasiya şikayətində də avtomobilində yaranmış qüsurun istehsal qüsuru olmasın a istinad etmiş, ekspert rəyini əsaslı sübut kimi qəbul etməmiş, həmin rəylə avtomobildəki qüsurun istehlakçının səhvi ucbatından yaranmasının müəyyən edilmədiyini göstərmişdir. Lakin qeyd edilməlidir ki, qüsurların zavod qüsuru olması, sonradan avtomobilin saxlanma şəraiti ilə bağlı olmaması halını sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə həmin halları sübut edə bilməmişdir. Ekspert rəyləri ilə də qüsurların zavod qüsuru olması müəyyən edilməmişdir. Qüsurun saxlanma şəraiti ilə əlaqədar yarana bilmə ehtimalı rəydə vurğulanmışdır. Hazırki halda kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdik ləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddəl ərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3011/2020 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar