Məhkəmə qərarları › İş №2(102)-475/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-475/2025

13.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-475/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: cinayət xarakterli hərəkətlərin nəticəsinə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(104)-1763/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən ayrılıqda verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Cavabdeh və İddiaçı 1999-cu ildən qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamış, sonradan münasibətləri pozulmuşdur.

2. Goranboy Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh 1999-cu ildən qeyri-rəsmi olaraq ər-arvad kimi yaşadığı həmkəndlisi İddiaçı 2021-ci ilin sentyabr ayında onunla olan münasibətlərinə son qoymasından sonra İddiaçı özü ilə birgə yaşamağa məcbur etmək məqsədi ilə birlikdə yaşadıqları müddətdə İddiaçı yarıçılpaq və çılpaq olaraq onunla çəkdirdiyi fotoşəkilləri 2021-ci ilin noyabr və dekabr aylarında, istintaqa dəqiq məlum olmayan gündə Goranboy rayonu ərazisində olduğu vaxt şəxsi i stifadəsində olan ***-***-**-** nömrəli mobil telefonunda istifadə etdiyi “WhatsApp” mobil tətbiqi vasitəsilə İddiaçı bibisi oğlu X7 ***-*****-** mobil nömrəsində istifadə olunan “WhatsApp” mobil tətbiqinə və İddiaçı direktor müavini kimi işlədiyi Goranboy şəhəri İnteqral təlimli İnternat tipli Gimnaziyada xadimə işləyən X1 ***-***-**-** mobil nömrəsində istifadə olunan “WhatsApp” mobil tətbiqinə göndərmiş, bundan başqa, birlikdə olduqları müddətdə İddiaçı istifadə etməsi üçün sonuncuya verdiyi, öz adına olan ***-***-**-** mobil nömrəsini İddiaçı onunla ayrılandan sonra istifadə etmədiyini bilərək, həmin mobil nömrənin dublikatını çıxarıb özünün istifadə etdiyi mobil telefona daxil edib qeyd edilən mobil nömrə ilə “WhatsApp” mobil tətbiqi açıb həmin tətbiqin “hekayə” hissəsində onun İddiaç ı ilə çəkdirdiyi bir-birləri ilə sarılmış vəziyyətdə olan fotoşəkillərini 2021-ci ilin noyabr-dekabr aylarında, istintaqa dəqiq məlum olmayan günlərdə Goranboy rayonu ərazisində olduğu vaxt paylaşmış, həmçinin İddiaçı ilə çəkdirdiyi yuxarıda qeyd olunan fotoşəkilləri 2021-ci ilin noyabr-dekabr aylarında Goranboy rayonu ərazisində olduğu vaxt “***-***-**-**” nömrə altında istifadə olunan “WhatsApp” mobil tətbiqi vasitəsilə İddiaçı direktor müavini kimi çalışdığı Goranboy şəhəri X6 tipli Gimnaziyanın müəllimi X2 istifadəsində “***-***-**-**” mobil nömrə altında istifadə olunan “WhatsApp” mobil tətbiqinə göndərmiş, həmçinin bununla kifayətlənməyərək onunla birgə yaşamağa razılıq verməməsi səbəbindən İddiaçı rüsvay etmək məqsədilə, sonuncunun əxlaqsız həyat tərzi keçirməsi məzmununda olan məkt ubu və İddiaçı ilə çəkdirdiyi çılpaq və yarıçılpaq fotoşəkilləri zərfə qoyaraq 09 mart 2022-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndinin ərazisində X14 Xanqərvənd kənd poçt şöbəsində poçtalyon işləyən həmkəndlisi X9 vasitəsilə İddiaçı həmin kənddə yaşayan qardaşı X10 göndərərək, İddiaçı şəxsi həyatının toxunulmazlığını pozmuşdur. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə məhkum olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən cinayət nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 30000 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutulub, iddiaçıya ödənil məsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının şəxsi həyatının sirri olan məlumatları əks etdirən foto-çəkiliş materiallarını yayaraq onun şəxsi həyatın toxunulmazlığını pozmuşdur. Belə ki, Cavabdeh 1999-cu ildən qohum olaraq tanımış, universitetdə oxuması ilə əlaqədar yanına getmişdir. İmtahan kəsri olduğundan cavabdeh iddiaçıya köməklik göstərmişdir. Lakin sonradan iddiaçının köməksiz vəziyyətindən istifadə edərək onun iradəsinə zidd olaraq, cinsi əlaqədə olmuşdur. Həmin vaxt iddiaçının iyirmi yaşı olmuş və qorxudan bu barədə kiməsə danışa bilməmiş, cavabdeh hər zaman onu öldürəcəyi ilə hədələmişdir. Dəfələrlə cavabdehlə ayrılmaq istəsə də, cavabdeh onun ailəsinə, qohumlarına aralarındakı münasibəti yayacağı ilə hədələdiy indən, bu xəbərin ahıl yaşda olan anasının xəbər tutacağından qorxub ayrıla bilməmişdir. Sonuncu dəfə 2021-ci ilin avqust ayının 22-də anası Ofelya Tağıyevanın vəfatından sonra cavabdehdən ayrılmaq qərarına gəldiyini cavabdehə bildirmişdir. Bundan hiddətlənən cavabdeh 2021-ci ilin sentyabr ayında iddiaçını özü ilə birgə yaşamağa məcbur etmək məqsədilə birlikdə yaşadıqları dövrdə çəkdiyi, onun yarıçılpaq və çılpaq fotoşəkillərini 2021-ci ilin noyabr və dekabr aylarında şəxsi istifadəsində olan +**********79 nömrəli mobil telefonunda istifadə etdiyi votsap mobil tətbiqi vasitəsilə bibisi oğlu X7, direktor müavini kimi işlədiyi Goranboy Şəhər X6 tipli Gimnaziyada xadimə işləyən X1 votsap mobil tətbiqinə göndərmişdir. Bundan başqa, birlikdə olduqları müddətdə ona istifadə etmək üçün verdiyi, c avabdehin öz adına olan +**********79 mobil telefon nömrəsini cavabdehdən ayrılandan sonra onun istifadə etmədiyini bilərək həmin mobil nömrənin dublikatını çıxarıb özünün istifadə etdiyi mobil telefona daxil edib qeyd edilən mobil nömrə ilə votsap mobil tətbiqi açıb həmin tətbiqin “hekayə” hissəsində onunla çəkdirdiyi qeyri-etik fotoşəkillərini 2021-ci ilin noyabrdekabr aylarında paylaşmış, həmçinin həmin fotoşəkilləri 2021-ci ilin noyabr-dekabr aylarında Goranboy rayonu ərazisində olduğu vaxt “+**********79” nömrə altında istifadə olunan votsap mobil tətbiqi vasitəsilə onun direktor müavini kimi çalışdığı Goranboy şəhəri X6 tipli Gimnaziyanın müəllimi X5 tərəfindən “+**********44” mobil nömrə altında istifadə olunan votsap mobil tətbiqinə göndərmiş, həmçinin bununla kifayətlənməyərək, öz ü ilə birgə yaşamağa razılıq verməməsi səbəbindən onu rüsvay etmək məqsədi ilə onun əxlaqsız həyat tərzi keçirməsi məzmununda olan məktubu və onun çılpaq və yarıçılpaq fotoşəkillərini zərfə qoyaraq 9 mart 2022-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndinin ərazisində X14 Xanqərvənd kənd poçt şöbəsində poçtalyon işləyən həmkəndlisi X15 vasitəsi ilə onun həmin kənddə yaşayan qardaşı X10 göndərərək onun şəxsi həyatının toxunulmazlığını pozmuşdur. Bundan sonra, o, həm məktəbdə, həm yaşadığı kənddə, həm də, qohumlar arasında biabır olub nüfuzdan düşmüşdür. Cavabdehin əməli nəticəsində, o, insanlar arasına çıxa bilmir, hər kəs ondan danışır. Bu azmış kimi, yenidən həmin yarıçılpaq şəkilləri ona təkrar-təkrar göndərməklə onu mənəvi iztiraba sürükləmişdir. Bundan sonra, o, Goranboy Rayon Prokur orluğuna şikayət vermiş, Goranboy Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli hökmü ilə cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla altı ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2023-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 05 sentyabr 2023-cü il tarixli qərarları ilə məhkum Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.

5. Cavabdeh birinci instansiya məhkəməsində iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçı onunla olan yaxın münasibətlərindən sui-istifadə edərək şəxsi niyyətləri üçün ondan maddi yararlanmış, hazırkı iddiada da iddiaçının gerçək niyyətinin ondan maddi yararlanmaq olmuşdur.

6. Kəlbəcər Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(040)-508/2024 nömrəli qətnaməsi ilə (hakim H.Qəniyev) iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manat pul vəsaitinin alınıb İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın qismən əsaslılığı Goranboy Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 noyabr 2022-ci il tarixli hökmü və digər iş materialları ilə təsdiq edilir. İddiaçının özünün düşüncəsinə görə, cavabdeh yuxarıda qeyd olunan cinayət əməli nəticəsində həm də iddiaçının ətraf insanlar, o cümlədən, qohumlar arasında və işlədiyi təhsil müə ssisəsinin əmək kollektivi arasında şərəfinə və işgüzar nüfuzuna xələl gətirmişdir.

8. Məhkəmə araşdırması zamanı “Elektron məhkəmə” informasiya sistemindən müəyyən edilmişdir ki, cavabdeh maddi təminatı aşağı hesab edilən şəxslər sırasına aid deyildir. Hazırda yaşa görə pensiyaçı olmaqla aylıq 1405,63 manat pensiya alır, eyni zamanda fərdi sahibkarlıqla məşğuldur. 20 iyun 2016-cı il tarixdə verilmiş ********** nömrəli VÖEN hal-hazırda aktivdir, həmçinin mülkiyyətində bir ədəd “Azsamand” markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili, bir mənzili vardır.

9. Məhkəmə işin faktiki hallarını, iddiaçının şəxsiyyətini və ictimai çəkisini nəzərə alaraq, cavabdeh tərəfindən iddiaçıya qarşı törədilmiş yuxarıda qeyd olunan cinayət əməli nəticəsində iddiaçıya dəymiş mənəvi ziyanın əvəz i olaraq 10000 manatdan az məbləği mütənasib hesab etməmişdir.

10. Eyni zamanda, məhkəmə cavabdehin müharibə veteranı olmasını cavabdehin xeyrinə nəzərə almışdır.

11. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin 20000 manat hissədə əsaslılığı məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə, 60-cı maddəsinin 1-ci hissəsinə, 125-ci maddəsinin 7ci hissəsinə, Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 23.4, 1096.1, 1096.2, 1097.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 82.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddia təl əbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(104)-1763/2024 nömrəli qətnaməsi ilə (hakim M.Mustafayevin sədrliyi və məruzəsi ilə, hakimlər F.Mehtiyev və R.Muradov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Kəlbəcər Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(040)-508/2024 nömrəli qətnaməsi dəyişdirilməklə, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdi r.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin niyyəti iddiaçıdan qisas almaq məqsədilə onun barəsində cəmiyyətdə mənfi rəy yaratmaq, onun əmək fəaliyyətinə, işgüzar nüfuzunun ləkələnməsinə, həyat boyu əldə etdiyi nailiyyətlərinə kölgə salmaq, şərəfinə, ləyaqətinə xələl gətirmək olmuşdur. Cavabdehin həmin yazıları ilə iddiaçının şərəf və ləyaqəti təhqir olunmuş, yaşadığı kənd sakinləri, o cümlədən qohum-qonşuları arasında onun barəsində yanlış fikir yaranacağı üçün onun şüuruna pis təsir göstərməklə, mənfi psixoloji reaksiyaya və iztirab çəkməsinə səbəb olmuş, dərin sarsıntı, iztirab keçirmiş, mənəvi təhqirə məruz qalmışdır. Bununla da, İddiaçı mənəvi zərər yetirilmişdir.

17. Lakin, apellyasiya kollegiyası mənəvi zərərin baş verməsinə səbəb olmuş h ərəkətin təhlükəlilik dərəcəsini, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini, ağırlığını, eyni zamanda, zərərvuran şəxsin təqsirini və əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin miqdarının 10000 manat məbləğində müəyyən edilməsi barədə gəldiyi nəticəsində haqlı olmamışdır. İşin hallarından görünür ki, iddiaçı öz iradəsinə uyğun olaraq 22 ilə yaxın müddət ərzində cavabdehlə qeyri-rəsmi birlikdə yaşamışlar. İddiaçı həmin müddətdə təzyiq və qorxu altında cavabdehlə münasibətdə olduğunu qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutlar məhkəməyə təqdim edə bilməmişdir.

18. Qeyd edilənləri və tərəflərin münasibətlərini, zərərvuran şəxsin təqsiri və əmlak vəziyy ətini nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, vurulmuş mənəvi zərər görə məbləğin 2000 manata həddində müəyyən edilməsi ağlabatan və ədalətlidir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, 46-cı, Mülki Məcəllənin 23.1, 23.2, 23.4, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 81, 88, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

20. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(106)-720/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsi göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 46-cı, Mülki Məcəllənin 21.1, 21.2, 1097-ci, Mülki Prosessual Məcəllənin 82.4, 88, 220-ci maddələrinin tələblərini pozmuşdur.

22. Belə ki, məhkəmə Goranboy şəhər X6 Tipli Gimnaziyada direktor müavini işləməsini, cavabdehin hərəkətləri nəticəsinə iş yerində və yaşadığı rayonda nüfuzunun aşağı düşməsini, cavabdehin cinayət əməlləri nəticəsində fiziki və psixoloji ağrı hiss etməsini, mənəvi əzab çəkməsini nəzərə almamışdır.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Cavabdeh kassasiya şikayətinə etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən sa xlanılmasını xahiş etmişdir.

25. Etiraz cavabdehin iddiaçı ilə münasibətlərinin yaranması, bu müddət ərzində onu dolandırması, barəsində çıxarılmış hökmün qanunsuz olması ilə əsaslandırılmışdır. Etirazda maddi və ya prosessual hüquq normalarına istinad olmamışdır. Kassasiya baxışının hədləri:

26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin birinci və ikinci hissələrinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfində n qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd də yişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquq i şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəl liflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 31. “Mənəvi zərərin ödənilməsi barədə qanunver iciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsın tı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mə nəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə i ştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə ə sasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq nor malarına düzgün istinad olunsa da, cavabdehdən iddiaçının xeyrinə tutulan mənəvi zərərin məbləği onun məruz qaldığı sarsıntı və iztirablara mütənasib olmadığından, qətnamə dəyişdirilməlidir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalması işin mübahisəsiz halıdır.

35. Hazırda mübahisələndirilən hal, mənəvi zərərin kompensasiyasının məbləği ilə bağlıdır.

36. Belə ki, iddiaçıya vurulan mənəvi zərərin dəyərini müəyyən edən apellyasiya instansiyası məhkəməsi iddiaçının öz iradəsinə uyğun olaraq 22 ilə yaxın müddət ərzində cavabdehlə qeyri-rəsmi birlikdə yaşaması, iddiaçının bu müddətdə təzyiq və qorxu altında olmasının sübut edilməməsi ilə əsaslandırmışdır.

37. Lakin, apellyasiya instansiyası məhkəməsi nə zərə almamışdır ki, iddiaçı hazırkı tələbini cavabdehlə yaşadığı müddətdə təzyiqlərə və qorxuya görə deyil, münasibətlər pozulduqdan sonra cavabdehin iddiaçı barəsində hazırkı qərarın ikinci bəndində göstərilən cinayət hərəkətlərinə (əxlaqsız həyat tərzi keçirməsi məzmununda məktubu, iddiaçı çılpaq və yarıçılpaq fotoşəkilləri iş yoldaşları və qohumları arasında yayımlamasına) görə tələb etmişdir.

38. Məhkəmə kollegiyası kassasiya şikayətinə cavabdehin etirazının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cavabdehin bu hərəkətləri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır.

39. Məhz bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçıya vurulmuş mənəvi zərərin əvəzini müəyyən edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarındakı izahı və Ali Məhkəmənin Plenumunun tövsiyələrini pozmuş, işin hallarını və iddiaçının çəkdiyi iztirabları, o cümlədən onun işləməsini, məlumatların iş yerinə və ailə üzvlərinin arasında yayımlanmasını tam nəzərə almamış, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə cəmi 2000 manat məbləğində pulun tutulması nəticəsinə gəlmişdir.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvura n şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

41. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun qeyd edilən qərarında da mənəvi zərərin miqdarının meyarı kimi hadisənin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı nəzərə alınmalıdır.

42. Hazırkı işdə cavabdehin iddiaçıya qarşı etdiyi hərəkətlər – iddiaçının yarıçılpaq və çılpaq olaraq cavabdehlə çəkdirdiyi fotoşəkilləri iddiaçın ın bibisi oğlu X11, qardaşı X10, direktor müavini kimi işlədiyi Goranboy şəhəri İnteqral təlimli İnternat tipli Gimnaziyada xadimə işləyən X3, Gimnaziyanın müəllimi X4 göndərməklə, əlavə olaraq iddiaçının əxlaqsız həyat tərzi keçirməsi məzmununda olan məktubunu iddiaçının qardaşı X10 göndərməklə, iddiaçının şəxsi həyatının toxunulmazlığını pozması nəticəsində iddiaçının təsirlənməsi, sarsılması, mənəvi iztirab keçirməsi şübhəsizdir.

43. Qeyd olunan halları, eyni zamanda iddiaçının və cavabdehin şəxsiyyətlərini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslı hesab olunmalı, mənəvi zərərin məbləği hissəsində qətnamə dəyişdirilməli, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən məbləğ artırılmaqla, mənəvi ziyan 10000 manat məbləğində müə yyən edilməlidir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2024-cü il tarixli, 2(104)-1763/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Vurulmuş mənəvi ziyanın əvəzi olaraq Cavabdeh 10000 (on min) manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar