Məhkəmə qərarları › İş №2(102)-4754/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4754/2019

09.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4754/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Abdullayev Samir Tofiq oğlunun və Cavabdeh1 vəkili Yusifbəyli Rəsul Rəbbil oğlunun iştirakı ilə, İddiaçı və vəkili Abdullayev Samir Tofiq oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)9968/2018 nömrəli iş üzrə 26 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Binəqədi Rаyоn Mə hkəməsinin (A.M.Süleymanova) 20 iyun 2018-ci il tarixli, 2(001)-1484/2018 nömrəli qətnаməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun İddiaçı alınaraq Dövlət xəzinədarlığı Agentliyinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və H.Ü.Həmidov) 2(103)-9968/2018 nömrəli, 26 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 iyun 2018-ci qətnaməsi dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə iddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kirov Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 15.04.1955-ci il tarixli qərarına əsasən 22.10.1954-cü il tarixli qərar dəyişdirilərək 321.6 kv.metr torpaq sahəsi ünvan1 adına stansiyada fərdi yaşayış evinin tikintisi üçün iddiaçının atası X1 ayrılmışdır. Həmçinin, Bakı Şəhəri İcraiyyə Komitəsi 08.10.1955-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikilişi üzrə işlərin aparılmasına icazə vermişdir. Ayrılmış torpaq sahəsində id diaçının atası tərəfindən fərdi yaşayış evi tikilmişdir. Fərdi yaşayış evi “A” tikilisi və 1, 2, 3 nömrəli tikililərdən ibarətdir. “A” tikilisi ikimərtəbəlidir. İddiaçının ailəsi 1-ci mərtəbədə yerləşən 1 otaqdan, 2-ci mərtəbədə yerləşən 2 otaq və hamam, ayaqyolu və mətbəxdən istifadə edir. Cavabdehlər isə 1-ci mərtəbədə yerləşən 3 otaq, 2-ci mərtəbədə yerləşən 3 otaq, mətbəx və dəhlizdən istifadə edirlər. Cavabdehlərin 1-ci mərtəbədə yerləşən giriş-çıxışdan istifadə etməsi, iddiaçı tərəfin həmin mərtəbədə olan otaqdan istifadəsinə məhdudiyyət yaradır. Belə ki, onlar istənilən vaxt həyətə giriş-çıxış qapısını bağlaya bilmirlər və bu səbəbdən də, cavabdehlərlə aralarında narazılıqlar yaranır. Əvvəllər birinci mərtəbədən Ç.İldırım küçəsinə əlavə giriş-çıxış qapısı olsa da, həmin qapı sonrada n cavabdehlər tərəfindən bağlanmış və onlar iddiaçıya aid giriş-çıxışdan istifadə etməyə başlamışlar. Cavabdehlər tərəfindən istifadə qaydalarının pozulması iddiaçının hüquqlarına toxunur, onların öz yaşayış sahəsindən sərbəst şəkildə istifadəsinə məhdudiyyət yaradır. Bu məsələ ilə əlaqədar razılığa gəlinməsi cavabdeh tərəfə təklif olunsa da, bir nəticəsi olmamışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən cavabdehlərlə onun istifadə qaydalarının müəyyən edilməsi, fərdi yaşayış evinin birinci mərtəbəsindən Ç.İldırım küçəsinə giriş-çıxış qapısının açılması və cavabdehlərin həmin giriş-çıxışdan istifadə etməsi, birinci mərtəbədə cavabdehlərə aid hissədən giriş-çı xış üçün istifadə olunan yolun daşla hörülərək bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı və vəkili Abdullayev Samir Tofiq oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9968/2018 nömrəli iş üzrə 26 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını və ya Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9968/2018 nömrəli iş üzrə 26 oktyabr 2018-ci il tarixli qətnaməsini ləğv edərək mülki iş üzrə nöqsanların aradan qaldırılması və obyektiv, ədalətli araşdırmanın təmin edilməsi üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xa hiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Abdullayev Samir Tofiq oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh1 vəkili Yusifbəyli Rəsul Rəbbil oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştir ak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-9968/2018 nömrəli iş üzrə 26 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10.05.2018-ci il tarixli, xxxxxx nö mrəli rəydən görünür ki, mübahisəli evin birinci mərtəbəsində yerləşən və sahələri 14,6 kv.m və 19,5 kv.m olan tikililərdən faktiki olaraq küçəyə açılan giriş-çıxış qapılarının mövcud olduğu müəyyən edilir. Həmin evin tikililərinin tərəflərin istifadəsində olduğunu, evin yerləşdiyi həyətyanı sahənin faktiki olaraq 3 tərəfdən qonşu sahələrlə, bir tərəfdən isə küçə ilə həmsərhəd olduğunu, həyətyanı sahəyə giriş-çıxışın bir tərəfdən olduğu, həmin giriş-çıxışın da tərəflərin ümumi istifadəsində olduğu, həyətyanı sahədə yerləşən evin plan üzrə torpaq sahəsinin küçə tərəfə olan hissəsində yerləşdiyini, eləcə də evin planlı yerləşməsi və cavabdehlərin istifadə etdikləri mübahisəli yolun texniki pasportda göstərildiyini nəzərə alaraq cavabdehlərin istifadəsində olan yolun bağlanmasının mümkün ol madığı müəyyən edilir. Apellyasiya instnasiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil və onun yerləşdiyi həyətyanı sahə hazırki iş üzrə tərəflərin ümumi istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 215.3-cü maddəsinə görə, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə verilmiş ekspert rəyində sözügedən həyətyanı sahəyə baxış keçirilməsi qeyd olunmuş, həyətyanı sahənin təsviri aydın şəkildə verilmiş və iddiaçının bəhs etdiy i müvafiq giriş-çıxış qapısının açılmasının mümkün olmaması göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, verilmiş ekspert rəyinin mötəbərliliyini şübhə altına ala biləcək əsaslar mövcud deyil. Bu səbəbdən, təkrar tikinti-texniki ekspertizasının təyin edilməsinə zərurət görməmişdir. Tərəflərin istifadəsində olan həyətyanı sahədən ikinci bir giriş-çıxış qapısının açılmasının mümkün olduğunu təsdiq edən digər bir sübut isə iddiaçı tərəfindən aşağı instansiya məhkəmələrinə gətirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının ə sası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 v ə 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9968/2018 nömrəli iş üzrə 26 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı və vəkili Abdullayev Samir Tofiq oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-9968/2018 nömrəli iş üzrə 26 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar