Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4754/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)359/2020 saylı qətnaməsindən iddiaçı N qızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova, iş № 2(005)-812/2019) iddiaçı N qızının Cavabdeh MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh MMC-dən iddiaçının xeyrinə 1200 manat tu tulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova, M.A.Məmmədov və E.Y.Şamayev) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi MMC-dən iddiaçının xeyrinə 1200 manatın tutulmasına dair hissədə ləğv edilərək iddianın qismən təmin edilib Cavabdeh MMC-dən iddiaçı Hüseynzadə Kəmalə Nadir qızının xeyrinə 2800 manat tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: Quba rayonunun İkinci Nügədi kəndində yerləşən 1.4531 ha ölçüdə əkin torpaq sahəsi xx xxx 2011-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Hüseynzadə Kəmalə Nadir qızına məxsusdur. 2018-ci ildə Cavabdeh MMC tərəfindən həmin ərazidə suvarma kanalı çəkilərkən Kəmalə Hüseynzadəyə məxsus torpaq sahəsində olan gilas ağaclarının bir qismi məhv edildiyindən N iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən suvarma kanalının çəkilişi zamanı ona məxsus gilas bağından 20 ədəd gilas ağacının məhv edilməklə ona mütəxəssis rəyinə görə 18.640 manat məbləğində ziyan dəyməsini əsas göstərməklə həmin məbləğin və 30.000 manat məbləğində qiymətləndirdiyi mənəvi ziyanın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı N qızı kassasiya şikayəti verərək qətnamənin işdə olan sübutlara düzgün qiymə t verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ni yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh MMC suvarma kanalının tikintisi işini həyata keçirərkən onların hüquqa zidd hərəkəti nəticəsində iddiaçı Nin mülkiyyətində olan bağ sahəsində gilas ağaclarının məhv edilməsinə yol verilmişdir. İddiaçı N ona məxsus bar verən 20 ədəd gilas ağacının məhv edilməsini iddia edərək onların dəyərini təşkil edən 18.640 manatın və 30.000 manat məbləğində qiymətləndirdiyi mənəvi ziyanın MMC-dən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbi ilə razılaşmayaraq iddiaçının suvarma kanalından öz bağı üçün istifadə edə biləcəyi şərti ilə kanalın ona məxsus torpaq sahəsindən çəkilməsinə razı olmasını, bununla əlaqədar 4 ədəd gilas ağacının başqa yerə köçürülməsi məqsədi ilə çıxarıldıqdan sonra iddiaçının öz fikrini dəyişməsini və bununla əlaqədar suvarma kanalının istiqamətinin dəyişdirilməsini və s. əsas göstərməklə iddianın rədd olunmasını xahiş etmişdir. İşdən görünür ki, iddiaçıya dəymiş maddi ziyanın məbləğinin müəyyən olunması məqsədi ilə bir neçə dəfə mütəxəssis rəyi alınmış və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş sonuncu rəylə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus bağ sahəsində cavabdehin hərəkəti nəticəsində 8 ədəd bar gətirən gilas ağaclarının 2018-ci ildə məhv edilməsi ilə əlaqədar ona 2800 manat dəyərində maddi ziyan dəymişdir. Apelyasiya instansiyası məhkəməsi həmin rəyə əsaslanaraq cavabdehdən vurduğu maddi ziyana görə iddiaçının xeyrinə 2800 manat tutmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə g örə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçıya maddi ziyan cavabdehin hüquqa zidd hərəkəti nəticəsində dəydiyindən apelyasiya instansiyası məhkəməsi ziyanın ödənilməsini MMC-nin üzərinə qoymuşdur. İddiaçı eyni zamanda ona mə nəvi ziyan dəyməsini iddia edərək buna görə cavabdehdən onun xeyrinə 30.000 manat tutulmasını tələb etsə də, məhkəməyə tələbinin əsaslı olmasını təsdiq edən sübut təqdim etmədiyindən apelyasiya instansiyası məhkəməsi iddianın həmin hissədə əsassız olmasına dair birinci instansiya məhkəməsinin nəticəsini qanuni və əsaslı saymışdır. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin dəlilləri onun ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xx xx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4754/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4754/2020
14.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver