Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4755/2022 25.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı QƏRARİ Açar sözlər: Klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən əsas pulun və faizin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən əsas pulun və faizin tutulması tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-389/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Əmanətçi İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 06 iyun 2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilənin surətinə əsasənbank əmanətçidən daxil olmuş 70.000 ABŞ dolları məbləğində olan pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun 60 ay 11,4 faiz dərəcəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 60 ay müddətinə bağlanmışdır. Müqavilənin 1.3-cü bəndində isə bankın pul məbləğini əmanətçidən qəbul etməsi, habelə müqavilə ilə müəyyən olunan müddətdə və qaydada əmanəti və ona hes ablanan faizləri əmanətçiyə qaytarması (ödənməsini) öhdəsinə götürməsi müəyyən edilmişdir. Bankın fəaliyyəti ilə bağlı əmanətlər üzrə faizlər dəyişdirildikdə, yeni faiz dərəcələri yalnız müqavilə 1.6-cı bəndinə uyğun olaraq yeni müddətə uzadıldıqda və 4.3-cü bəndinə uyğun olaraq depozitin qalığına yeni müqavilə bağlandıqda tətbiq edilir. Bank bu barədə kütləvi informasiya vasitələrində müvafiq elanı dərc etməklə əmanətçiləri xəbərdar edir. 2. "xxxx" nın Sahil filialı ilə borcalan İddiaçı arasında xx.xx.2013-cü il tarixli 065 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən borc verən borc alana 55000 (əlli beş min) ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndində borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə g östərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. 3. xx.xx.2013-cü il tarixində "xxxx"nın “Sahil” filialı ilə İddiaçı arasında bağlanmış depozit müqaviləsinə xx.xx.2013-cü il tarixli əlavəyə əsasən əmanətçinin, xx.xx.2013-cü il tarixli, 60 (altmış) ay müddətinə, Bankla bağlanmış depozit müqaviləsi üzrə ******************** saylı depozit hesabında 70000 (yetmiş min) ABŞ dolları məbləğində qoyulmuş vəsait –07 iyun 2013-cü il tarixli 065 №-li, 07 iyun 2014-cü il tarixədək müddətinə olan 55000(əlli min) ABŞ dolları məbləğində olan kredit sazişinin girovudur. Əmanətçi bank qarşısında 07 iyun 2013-cü il tarixli 065 №-li, 07 iyun 2014-cü il tarixədək müddətinə olan kredit sazişi üzrə öhdəsinə düşən 55000(əlli beş min) ABŞ dolları m əbləğində vəsaiti qaytarmadıqda banka qeyri-şərtsiz ixtiyar verilir ki, kredit üzrə öhdəliklərin ödənilməsi üçün əmanətçinin ******************** saylı depozit hesabında olan vəsaiti akseptsis qaydada kreditin ödənilməsinə silinsin. 4. xx.xx.2019-cu il tarixli SAB 336 nömrəli "xxxx"nın Səbail filialının bildirişində İddiaçı bildirilir ki, 5(beş) iş günü ərzində Bank qarşısında mövcüd olan 77033.09 (yetmiş yeddi min otuz üç dollar doqquz sent) ABŞ dolları məbləğində borc öhdəliyini tam həcmdə yerinə yetirmədiyi təqdirdə, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən müvafiq məbləğ hesablaşma hesablarından akseptsiz qaydada silinəcəkdir.
5. Azərbaycan Beynəlxalq Bankın xx.xx.2019-cu il tarixli SAB 1082 nömrəli arayışına əsasən fiziki şəxs İddiaçı adından Bakı şəhəri 6 saylı dövlət notarial kont oru tərəfindən 19 noyabr 2010-cu il tarixdə, X5 verdiyi etibarnamə əsasında 06 iyun 2013-cü ildən, 07 iyun 2018-ci il tarixədək, yəni 60(altmış) ay müddətinə illik 11.4%-lə 70000(yetmiş min) ABŞ dolları məbləğində filiala əmanət yerləşdirilmişdir. Əmanət müqaviləsi üzrə müqavilə müddətinin sonunadək olan dövürdə əmanətin məbləği 70000 (yetmiş min) ABŞ dolları təşkil edib. Əmanətin faiz ödənişləri 05 iyul 2013-cü il tarixdən, 07 noyabr 2017-ci ilədək yəni 53 (əlli üç) ay müddətində aylıq 665 (altı yüz altmış beş) ABŞ dolları faiz ödənilmişdir. Sonradan əmanətçinin faiz dərəcəsi 12 noyabr 2017-ci il tarixində 11.4%-dən, 2% endirilmişdir. Ümumi əmanət üzrə faiz ödənişi 36 226.19 (otuz altı min yüz iyirmi altı ABŞ dolları on doqquz sent) ABŞ dolları təşkil etmişdir.
6. Azərbaycan Beynəlxalq Ba nkın xx.xx.2019-cu il tarixli SAB 1081 nömrəli arayışına əsasən fiziki şəxs İddiaçı adından Bakı şəhəri 6 saylı dövlət notarial kontoru tərəfindən 19 noyabr 2010-cu il tarixdə, X5 verdiyi etibarnamə əsasında 07 iyun 2013-cü ildən, 07 iyun 2014-cü il tarixədək, yəni 12(on iki) ay müddətinə illik 16%-lə, 55000(əlli beş min) ABŞ dolları məbləğində ABB-nin Sahil filialından kredit götürmüşdür. Kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna olan əsas borc 52400 (əlli iki min dörd yüz) ABŞ dolları, faiz borcu üzrə 6483.91 (altı min dörd yüz səksən üç ABŞ dolları doxsan bir sent) ABŞ dolları və cərimə borcu 0 təşkil edir.
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1536/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə xx.xx.2013-cü il tarixli "depozit" m üqaviləsinə əlavə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-8173/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1536/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASCdən xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqavilə əsasən 70.000 (yetmiş min) ABŞ dolları məbləğində əsas, 45.220 (qırx beş min iki yüz iyirmi) ABŞ dolları məbləğində faizin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək iz ahatında bildirdi ki, iddiaçı "Klassik əmanət (depozit) hesabı haqqında" xx.xx.2013-cü il tarixli müqavilə əsasında "xxxx" ASC-nin "Sahil" filialında olan hesabına illik 11,4 faizlə 60 ay müddətinə 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul qoymuşdur. Müqaviləyə əsasən depozitə qoyduğu pulun aylıq faizi 665 (altı yüz altmış beş) ABŞ dolları təşkil edirdi. "xxxx" ASC-nin "Sahil" filialının əməkdaşlarının (həmçinin müdir və müdir müavininin) Nazim Zülfüqarov adlı şəxslə cinayət əlaqəsinə girərək xx.xx.2013-cü il tarixdə İddiaçı adından guya ki, bankla 55.000 ABŞ dolları məbləğində 065 saylı kredit müqaviləsi bağlanmış, onun yerinə Nazim Zülfüqarov etibarnamə əsasında kredit müqaviləsinə imza atmış, həmin müqavilə üzrə öhdəliklərin təminatı kimi xx.xx.2013-cü il tarixdə klassik əmanət (de pozit) hesabı haqqında müqavilə əsasında banka qoyduğu 70.000 ABŞ dolları məbləğində pul girov qoyulmuşdur. Həmin hadisə iddiaçıya məlum olduqdan sonra qeyd edilən cinayət əməli ilə bağlı hüquq mühafizə orqanlarına müraciəti əsasında "xxxx" ASC-nin "Sahil" filialının əməkdaşlarının və Nazim Zülfüqarovun barəsində cinayət işi başlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası CMnin 178.3.2- ci maddəsi ilə təqsirli bilinmiş, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 7 ay, 20 gün təyin olnumuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 il, 4 ay, 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM- nin 70-ci maddəsinə əsasən təyin edilmiş az adlıqdan məhrumetmə cəzası 2 il sınaq müddəti ilə şərti hesab edilmiş, X4 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət işi üzrə icraata həmin hissədə xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC-nin "Sahil" filialının əməkdaşları barəsindəki cinayət işi isə ayrıca icraata ayrılmış və Bakı şəhər prokurorluğunda cinayət işinin ibtidai istintaqı davam etdirilir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1536/2018 saylı qətnaməsi ilə xx.xx.2013-cü il tarixli "depozit" müqavi ləsinə əlavə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-8173/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-1536/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda xx.xx.2013-cü il tarixdə klassik əmanət (depozit) hesabı haqqında müqavilə əsasında banka qoyduğu 70.000 ABŞ dolları məbləğində pulu və ona hesablanmış faizləri tələb etsə də cavabdeh əsassız olaraq tələbi icra etmir, pulu qaytarmaqdan imtina edir. Cavabdehin qeyd edilən hərəkətləri İddiaçı maraqlarına toxunur, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X15 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, akseptsiz qaydada silinmə xx.xx.2013-cü il tarixli 065 nömrəli kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən aparılmışdır və bu barədə bildiriş xx.xx.2019-cu il tarixdə iddiaçıya təqdim edilmişdir. Göstərilənlərə əsasən iddia əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
11. Bakı şəhər Nəsimi rayon məhkəməsinin ( X1) 2(006)-2579/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddia qismən təmin edilmiş, Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən ******************** saylı depozit hesabından 70.122.68 ABŞ dolları məbləğində vəsaitinin akseptsiz qaydada silinməsi əsassız hesab edilmiş,"xxxx" ASC-dən xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən 70.000 ABŞ dol ları məbləğində əsas, 36.226.19 ABŞ dolları məbləğində faiz pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
12. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərindən (Mülki Məcəllənin 269.3-cü, 270.1-ci, 280-ci madddələr) göründüyü kimi, girov öhdəliklərin icrasının təmin edilməsi üsullarından biridir. Girov müqaviləsi yazılı formada bağlanmalı, orada tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Onlar, Mülki Məcəllənin 405-ci maddəsinə əsasən müqavilənin mühüm şərtləri tərkibinə daxildirlər. Girov qoyanla girov saxlayan müqavilənin mühüm şərtləri barədə razılığa gəlməli və onları məhz yazılı girov müqaviləsində əks etdirməlidirlər. Hazırki vəziyyətdə isə, şər tlərində girovu əks etdirən depozit müqaviləsinə əlavə bağlanmışdır ki, bu da qanunvericiliyin qeyd edilən tələblərinə zidd olmaqla, özü-özlüyündə etibarlı girov müqaviləsini ehtiva edə bilməz. Halbuki, depozit (bank əmanəti) müqaviləsinə görə, bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 944.1-ci maddəsi). Mülki Məcəlləsinin 337.1 -ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.4-c ü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, əqdin etibarsızlığı dedikdə qanunla müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Bununla da (xx.xx.2013-cü il tarixli "depozit müqaviləsinə əlavə"nin etibarsız hesab edilməsilə) xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin 4-cü bəndi də özü-özlüyündə əhəmiyyətinin itirmiş, bənddəki şərt əhəmiyyətsiz şərtə çevrilmişdir. Bu baxımdan da bank tərəfindən xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin 4-cü bənd inə istinad edilməsi əsassızdır.
13. Göstərilənlərdən əlavə məhkəmə hesab etmişdir ki, müqavilədəki akseptsiz qaydada silinmə ilə bağlı müddəalar Mülki Məcəllənin 420-ci maddəsinin tələbləri baxımından da etibarsız hesab edilməlidir. 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Kreditin həm əsas, həm də faiz və dəbbə borcuna akseptsiz qaydada silinməsi, müqaviləni etibarnamə əsasında imzalayan şəxsin (məhkəmənin hökmü ilə X7 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinmişdir) mənimsəmə ilə bağlı cinayə t törətməsi iddiaçı üçün aşkar surətdə zərərli şərtlərdə və şəraitdə daxil edildiyi üçün etibarsız hesab edilməlidir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Bununl a əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in "Öhdəliklərin icra edilməməsi" adlanan 22-ci Fəslində və "Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət" adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.
15. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, "xxxx" ASC tərəfindən ******************** saylı depozit hesabından 70.122.68 ABŞ dolları məbləğində vəsaitinin akseptsiz qaydada silinməsi əsassız hesab edilməli, "xxxx" ASC-dən xx.x x.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən 70.000 ABŞ dolları məbləğində əsas məbləğ iddiaçıya ödənilməlidir. 45.220 (qırx beş min iki yüz iyirmi) ABŞ dolları məbləğində faizin tutularaq ona ödənilməsi ilə bağlı məhkəmə bildirmişdir ki, iddiaçı faizin məbləği ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, ümumi əmanət üzrə faiz 36.226.19 ABŞ dolları təşkil edir. Bu səbəbdən iddia qismən təmin edilməldir.
16. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 385.1, 399.3, 425, 442, 445.1, 448.1, 944.1, 948.1, 964, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat
17. Bakı şəhər Nəsimi rayon məhkəməsinin 2(006)-2579/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir.
19. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X21 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rəd d edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkilləri Vəkil2 və Vəkil3 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13180/2019 nömrəli, 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Etibar Nəbiyev sədrlik edən və məruzəçi) Raqib Qurbanov və Aida Hüseyn)
22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasın da yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyaiya şikayətindəki dəlillər əsassızdır.Həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmamışdır.
23. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 385.1, 399.3, 425, 442, 445.1, 448.1, 944.1, 948.1, 964, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13180/2019 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Şikayət belə əsaslandırılm ışdır ki, qüvvədə olan xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin 9.3 və 1-ci bəndlərinə əsasən borc verən borc alanın hesablarından kredit üzrə gecikdirilmiş borcun və ondan istifadə üzrə faizlərin məbləğini akseptsiz qaydada silmək hüququna malikdir. Bank iddiaçı ilə bağlanmış kredit müqaviləsinin şərtlərinə tam şəkildə əməl edərək, 5 (beş) iş günü ərzində iddiaçnın kredit müqaviləsinə görə Bank qarşısında mövcud olan 77 033.09 ABŞ dolları məbləğində borc öhdəliyi barədə ona məlumat vermiş və müəyyən edilmiş müddət ərzində borclu tərəfindən öhdəlik yerinə yetirilmədiyindən, Kredit müqaviləsinin 9.3 və 12.1-ci bəndlərinə əsasən ödənilməli borc məbləğini iddiaçının depozit hesabından akseptsiz qaydada silməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən işin vacib halına əhəmiyyət vermədən, Bank tərəfindən iddiaçının depozit hesabından 70.122.68 ABŞ dolları məbləğində pul vəsaitinin akseptsiz qaydada silinməsinin əsassız olmasının nədən ibarət olmasını öz qətnaməsində əsaslandıra bilməməsini apelyasiya instansiyası məhkəməsi də araşdırmamış, işin qeyd edilən halını yoxlamadan qanuni kredit müqaviləsinin bəndlərini əsassız hesab etmişdir.
26. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
27. Cavabdehin nümayəndələri və vəkili isə kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək qətnamənin ləğv olunmasını, iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (X6 (sədrlik edən və məruzəçi), X10 və X16) 2(102)-2544/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-13180/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına göndərilmişdir.
29. Kollegiya bildirmişdir ki, mülki hüquq münasibətlərində təminat razılaşmaları bir qayda olaraq mümkün risklərin önlənməsi və ya azaldılması üçün istifadə olunur. Təhlükə (risk) isə, gerçəklşməməsi arzu edilən zərərli bir hadisənin gerçəkləşməsi və ya gerçəkləşməsi umulan iqtisadi baxımdan yararlı bir hadisənin gerçəkləşməməsi ehtimalıdır. Bu baxımdan təminat müqavilələrində borclu başqasının qarşısı nda olan bir zərər təhlükəsini üzərinə götürmüş olur. Borclunun öhdəliyinin (kreditorun isə tələb hüququnun) təmin edilməsinin müxtəlif üsulları vardır. Onlardan bəziləri qanunda konkret sadalanmış, tərəflərin razılaşması ilə digər təminat üsullarının mümkünlüyü isə istisna edilməmişdir.
30. Kollegiya qeyd etmişdir ki, əvvəla, depozit müqaviləsinə əlavənin etibarsız sayılması ilə kredit müqaviləsinin 4-cü bəndinin də əhəmiyyətsiz hala gəlməsi və tərəflər üçün öhdəlik doğurmaması barədə məhkəmələrin mövqeyi əsaslı deyil. Ona görə ki, həmin şərtlər müstəqil əqd olan kredit müqaviləsində ayrıca bəndlərlə MM-in 460.1-ci maddəsində sadalanan müqavilələrdən fərqli olaraq “təminatın digər üsulu” kimi razılaşdırılmışdır. Bu şərtlərin qüvvəyə minməsi və nəticə doğura bilməsi üçün başqa bir razıla şmaya (o cümlədən girov məzmununda əlavəyə) hüquqi baxımdan zərurət olmamışdır. Təminatın bu üsulu müqavilə azadlığı çərçivəsində bağlanmış əqdlər əsasında bank təcrübəsində geniş yayılmış və tez-tez tətbiq edilən qaydadır.
31. Kollegiya onu da vurğulamışdır ki, apelyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin 4-cü bəndini “əhəmiyyətsiz şərt” kimi qeyd etsə də, nəzərə almamışdır ki, həmin müqavilənin etibarlılığı depozit müqaviləsinə əlavə ilə birlikdə iddiaçı tərəfindən daha əvvəl mübahisələndirilmişdir. Həmin mübahisəyə yuxarıda qeyd olunan məhkəmə aktları ilə baxılaraq, əlavə etibarsız sayılsa da, iddia kredit müqaviləsinə aid hissədə rədd edilmişdir. Başqa sözlə, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə depozit müqaviləsinə əlavəni etibarsız sayarkən bu n əticənin kredit müqaviləsini, yaxud onun 4-cü və silinməyə dair digər bəndlərini də əhəmiyyətsiz hala gətirməsi nəticəsinə gəlməmiş, kredit müqaviləsinin nə tamamını, nə də silinməyə aid bəndlərini qismən etibarsız saymamışdır. Beləliklə, eyni tərəflərin iştirak etdiyi həmin mülki işdə kredit müqaviləsinin (o cümlədən 4.1, 9.3 və 12.1-ci bəndlərinin) etibarlı olması hazırkı işdə hüquqi baxımdan müzakirə predmeti ola bilməz və əvvəlki qətnamə tərəflər üçün preyudisialdır.
32. Kollegiya qeyd etmişdir ki, hazırkı işə baxmış məhkəmələr nəzərə almamışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həya ta keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.
33. Kollegiya daha sonra qeyd etmişdir ki, yuxarıda göstərilənlərə əsasən tərəflər arasında bağlanmış kredit müqaviləsi etibarlı olduğundan onun akseptsiz silinməyə dair 4.1, 9.3 və 12.1-ci bəndləri hüquqi nəticə doğurur. Yəni həmin təminat şərtləri borc öhdəliyinin icrası gecikdirildiyi (kreditin qaytarılmasının təhlükə (risk) altına düşdüyü ) halda banka kredit borcunu iddiaçının hesabındakı depozitdən silmək hüququ verir. İddiaçı kredit müqaviləsi bağlayarkən həmin şərtlərlə razılaşdığı üçün “anlaşma qanundur (conventio est lex)” qaydasına uyğun olaraq ona qatlanmaq öhdəliyi daşıyır. Odur ki, cavabdehin akseptsiz silinmə ilə bağlı hərəkərləri tərəflərin bağladıqları müqaviləyə (iddiaçının verdiyi müqavilə təminatına) və qanunvericiliyə zidd deyil.
34. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin xx.xx.2014-cü ildə bitməsinə görə kreditin qaytarılması öhdəliyi istisna olmaqla, tərəflər üçün vəzifə yaratmaması və onun hər hansı bəndinə istinadın əsassız olmasına dair mövqeyi ilə də razılaşmır. İşə baxan məhkəmələr həmin mövqeyi “müqavilənin xitamı əsaslarından biri də müqavilənin qüvvədə olma müddətinin başa çatmasıdır” qaydası ilə izah etməyə çalışmış, hətta MM-in 399.3-cü maddəsi ilə bağlı Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarına istinad edərkən sözügedən qaydanın tətbiqi üçün “müqavilədə nəzərdə tutula bilər ki” şərtini nəzərə almamışlar. Kollegiya bildirmişdir ki, müqavilə (iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları) tərəflər üçün icrası məcburi olan öhdəliklər (hüquq və vəzifələr) meydana gətirir. Etibarlı bir əqd əsasında yaranmış öhdəliklərin aradan qalxması həmin müqavilənin müddətinin bitməsinə deyil, öhdəliyə xitam verilməsinin əsaslarına bağlıdır (Mülki Məcəllənin 527-559-cü m addələr). Başqa sözlə, müddətinin başa çatıb-çatmamasından asılı olmayaraq müqavilə üzrə yaranmış öhdəliklərin icrası gecikdirildikdə həmin razılaşmanın şərtlərinə uyğun olaraq kreditorun öz səlahiyyətlərindən istifadə etmək hüququ, borclunun isə öhdəliyini yerinə yetirmək vəzifəsi vardır.
35. Kellegiya hesab etmişdir ki, Baxılan iş üzrə tərəflər bağladıqları kredit müqaviləsində nəinki müqavilənin qüvvədə olma müddətinin qurtarmasını öhdəliklərə xitam verilməsinin əsası kimi razılaşdırmamış, əksinə 16-cı bənddə şərtləşdirmişlər ki, “bu müqavilə bağlandığı andan qüvvəyə minir, borc alanaın öz üzərinə götürdüyü öhdəliklər borc alan və ya üçüncü şəxs tərəfindən vaxtında və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə xitam olunur.” Həmin müqavilə üzrə borc öhdəliyinin akseptsiz silinm əsinədək icra edilməsinə dair sübutlar isə məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, sözügedən müqavilənin müddətinin bitməsi ondan irəli gələn və icra edilməmiş öhdəlikləri, o cümlədən bankın kredit borcunu depozit hesabından akseptsiz qaydada silmək hüququnu aradan qaldırmır.
36. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək bu nəticəyə gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin hallarına hüququn tətbiqində səhv nəticəyə gəlmişdir. Ona görə də qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apelyasiya baxışına göndərilməlidir.
37. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin ş ərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarına, Mülki Məcəllənin 337.4, 385.1, 386.1, 460.1, 739.1, 944.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
38. Hazırki apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilərək iddia tələblərinin rədd edilməsini xahiş etmişdir.
39. Hazırki apellyasiya baxışı iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətlərinin dəlillərini qəbul etməyib, iddia ərizəsinə uyğun izahat verməklə, apellyasiya şikayətinin təmin edilməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
40. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6825/2020 nömrəli, 22 oktyabr 2020-ci il t arixli qətnaməsi ilə cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(006)2579/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Tofiq Səmədov (sədrlik edən və məruzəçi), İkram Şirinov, Anar Tanrıverdiyev)
41. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşıraq qeyd etmişdir ki, tərəflər xx.xx.2013-cü il tarixli kredit xətti üzrə kredit borcunun ödənilməməsi riskinin təminatını – depozit hesabında olan vəsaitin bankın akseptsiz qaydada silmək hüququnu iki ayrı formada razılaşdırmışlar: 1) kredit müqaviləsinin 4.1, 9.3 və 12.1-ci bəndlərində; 2) depozitdəki vəsaitin girov olduğunu qeyd edən depozit müqaviləsinə xx.xx.2013-cü il tarixli əlavədə. Depozit müqaviləsinə əlavə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə etibarsız sayıldığı üçün həmin razılaşma hüquqi nəticə yaratmır və hüquqi müstəvidə yoxmuş kimi qəbul edilir (etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna apellyasiya məhkəməsinin əvvəlki qərarında göstərilənləri təkrar edərək, olmaqla, hüquqi nəticələrə səbəb olmur. MM, maddə 337.4).
42. Apellyasiya məhkəməsi xx.xx.2013-cü il tarixli 065 nömrəli kredit müqaviləsinin 4.1, 9.3 və 12.1-ci bəndləri ilə bağlı qeyd etmişdir ki, mülki iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli, 1(101)-1240/2017 nömrəli hökmünün surətinə əsasən həmin kredit müqaviləsi İddiaçı adından etibarnamə əsasında X7 tərəfindən imzalanmışdır və sonuncu İddiaçı etibarından sui-istifad ə etmə və aldatma yolu ilə onun adından həmin kredit müqaviləsini imzalayaraq kredit xətti üzrə 42900 manata bərabər 55000 ABŞ dolları vəsaiti ələ keçirərək dələduzluq etmişdir. Həmin əməlinə görə X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1-ci maddələri təqsirli bilinərək məhkum edilmişdir.
43. Məhkəmə kollegiyası qeyd etmişdir ki, göründüyü kimi, xx.xx.2013-cü il tarixli 065 nömrəli kredit müqaviləsi İddiaçı verdiyi etibarnamə əsasında X7 tərəfindən imzalansa da, faktiki olaraq kredit müqaviləsi bütövlükdə İddiaçı iradəsini ifadə etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Digər tərəfdən, xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin 4-cü bəndində kredit üzrə öhdəliklərinin icrasının təminatı müəyyən olunmuşdur. 4.1-cü bəndində qeyd edilmişdir ki, "bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminatı üsulu İddiaçı ilə "xxxx" ASC arasındakı xx.xx.2013- cü il tarixli depozit müqaviləsinə əsasən həmin Bankda 60 (altmış) ay müddətinə yerləşdirilmiş 70.000 ABŞ dolları məbləğində depozit çıxış edir. İddiaçı öhdəsinə götürür ki, borcalan Kredit Müqaviləsinə əsasən öhdəlikləri tam icra etməyincə, Bankın razılığı olmadan depozitdən istifadə edilməyəcəkdir. Kredit müqaviləsinə əsasən ödənilməli olan hər hansı bir məbləğlər borcalan tərəfindən ödənilmədiyi tə qdirdə ******************** saylıdepozit hesabında olan vəsaiti hesabına akspetsiz qaydada silinsin. 4.2-ci maddəsinə əsasən təminat üsulu ilə bağlı münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada aidiyyatı olan subyektlər tərfindən bağlanan və rəsmiləşdirilən müvafiq müqavilə tənzimləyir". 44.. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsindən göründüyü kimi xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin 4.1-cü bəndi öhdəliyin təminatı üsulunun ilkin müddəası olmaqla həmin üsulun realizə edilməsi üçün 4.2-ci bəndlə (müqavilənin olması) şərtləndirilmişdir. Yəni, kredit müqaviləsinin 4.1-ci bəndi özüözlüyündə müstəqil qaydada tərəflər üçün öhdəlik yaratmadığından (ən azından mülki qanunvericiliyin tələbləri və kredit müqaviləsinin 4.2-ci bəndinin müddəaları baxımından öhdəliklərin icrasının təminatı üsulu ayrıca müqavilə şəklində bağlanılmalı idi), bankla müştəri arasında xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı üsulu kimi ayrıca müqavilə bağlanılması zərurəti yaranmışdır. Məhz bu səbəbdən də kredit müqaviləsi bağlanıldığı gün öhdəliklərin icrasının təminatı üsulu kimi ayrıca müqavilə - xx.xx.2013-cü il tarixli "depozit müqaviləsinə əlavə" bağlanılmış, lakin sonradan həmin "depozit müqaviləsinə əlavə" məhkəmə aktları ilə etibarsız hesab edilmişdir
45. Məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə və işin faktiki hal larına uyğun həll etmişdir.
46. Kollegiya öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 460, Mülki Prosessual Məcəllənin 82.4-cü maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat
47. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 oktyabr 2020 il tarixli 2(103)- 6825/2020 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayətinin dəlilləri əvvəlki apellyasiya və kassasiya şikayətlərinin dəlillərinə uyğun əsaslandırlmışdır.
49. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X17 və vəkili Həsənzadə Azər Həsənağa oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişlər.
50. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümay əndəsi və vəkilləri Vəkil2 və Vəkil3 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişlər.
51. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X13 (sədrlik edən və məruzəçi), X12 və X20) 2(102)-3020/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6825/2020 nömrəli 22 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
52. Kollegiya öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarına əməl edilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin bu iş üzrə qərarında şərh edilən və hazırki qərarda qe yd edilən göstərişlərin heç birinə əməl etməmiş, Ali Məhkəmənin qeyd etdiyi hallarla bağlı hər hansı araşdırma aparmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
53. Kollegiya bildirmişdir ki, apellyasiya məhkəməsi hazırki işə birinci apellyasiya baxışı üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini olduğu demək olar ki, təkrar etmiş, nəinki Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında şərh olun göstərişlər üzrə, hətta hər hansı başqa xüsusatlar üzrə də müstəqil araşdırma aparmamışdır. Baxmayaraq ki, hazırki qərarın 29-35-ci bəndlərində Ali Məhkəmənin şərh etdiyi göstərişlərə əməl edilməsi mübahisənin qanunu və əsaslı həlli üçün müh üm əhəmiyyət kəsb etmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini qanunu və əsaslı saymır.
54. Kollegiya daha sonra bildirmişdir ki, iddianın pul tələbindən ibarət olması nəzərə alınarsa, cavabdeh bank tərəfindən akseptsiz qaydada silinən məbləğin iddiaçının həmin dövrdəki banka olan borcuna mütənasibliyi də araşdırılmalı idi. Lakin apellyasiya məhkəməsi işin bu halını da araşdırmayıb.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etmək lə qanuni və əsaslı qərar qəbul etməlidir.
56. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MM-in 385.1, 425.1, 445.1, 448.1, 944.1, 948.1, 964-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
57. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi etibarsız sayılmamışdır, Akseptsiz qaydada silinmə məhz həmin müqavilənin 9.3 və 12.1-ci maddələrinə əsasən qanuni şəkildə aparılmışdır. xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində birinci instansiya məhkəməsinin mövqeyi dəyişdirilmədən saxlanılmış, yəni həmin hissədə iddia tələbi rədd edilmişdir. İddiaçı qeyd edilən qətnamədən kassasiya şikayəti verməmişdir. İddiaçının adından yuxarıda qeyd edilən müqavilələr X7 tərəfindən imzalanmışdır. Bu zaman N.S.Zülfüqarov Banka reyestrdə 7E/74869 nömrə ilə qeyd edilmiş xx.xx.2010-cu il tarixli, ƏN-İ seriyalı, 235176 nömrəli etibarnamə təqdim etmişdir. İddiaçı N.S.Zülfüqarova həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etm əyi və ya ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdə, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, koorperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işlər aparmağı, etibarnamədə nəzərdə tutulanların yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 30 il müddətinə - xx.xx.2040-cı ilədək qüvvədə olmaqla verilmişdir. İddiaçı yalnız xx.xx.2015-ci il tarixli ərizə ilə notariat kontoruna müraciət edilməklə N.S.Zülfüqarova verdiyi etibarnamən in ləğv edilməsini istəmiş və Bakı şəhəri 6 saylı Notariat Kontorunun xx.xx.2016-cı il tarixli məktubuna əsasən qeyd edilən etibarnamə iddiaçının xx.xx.2015-ci il tarixli şəxsi ərizəsinə əsasən ləğv edildiyi bildirilmişdir. Bank kredit müqaviləsinin yuxarıda qeyd edilən bəndləri üzrə iddiaçının öz qarşısında öhdəliyinin təminatına malik olduğundan (kredit öhdəliyi üzrə İddiaçının depozit müqaviləsi üzrə hesabında olan vəsaitin akseptsiz silinməsi hüququ) həmin kredit öhdəliyinin müqaviləyə uyğun icra edilməməsi ilə bağlı məhkəməyə müraciət etmək ehtiyacı duymamışdır. Həmçinin, məhkəməyə müraciət edilməsi bankın vəzifəsi yox, hüququdur. Kredit öhdəliyinin icrası ilə əlaqədar iddiaçının depozit məbləğinin (əsas və faiz məbləğinin) müqavilə müddətinin bitməsindən bir neçə il sonra silinməsi B ank tərəfindən hüquqdan sui-istifadə hesab edilə bilməz. Belə ki, etirazda qeyd edildiyi kimi, iddiaçı kredit müqaviləsinin mövcudluğundan xəbərsiz olmamışdır. Bu onunla sübut edilir ki, iddiaçı N.S.Zülfüqarova verdiyi etibarnamənin ləğv edilməsi üçün notariat ofisinə xx.xx.2015-ci il tarixli ərizə ilə müraciət etmişdir. Həmçinin, iddiaçı həmin etibarnamə əsasında bağlanılmış kredit müqaviləsinin və depozit müqaviləsinə əlavənin hüquqi qüvvəsini mübahisələndirsə də (iddia ərizəsində və s. qeyd edir ki, bu etibarnamə əsasında aparılmış hərəkətlər onun iradə ifadəsini əks etdirmir), depozit müqaviləsinin (həmin müqavilə də Bankla etibarnamə əsasında N.S.Zülfüqarov arasında bağlanılmışdır) hüquqi qüvvəsini mübahisələndirməmişdir. Eyni zamanda müştəridən 2015-2016-cı illər üzrə 785 ABŞ dolları məbləğində ödəmə mənbəyindən vergi tutulmuşdur. Hesablanmış depozit faizlərindən 13691,12 ABŞ dolları iddiaçıya ödənilmişdir. Halbuki iddiaçının təqdim etdiyi etirazda bir hissədə iddiaçı tərəfindən faizlərin alındığı etiraf edilsə də, Bankdan depozit məbləğindən (əsas və faiz birlikdə) kredit müqaviləsinin müddətinin bitidiyi tarixə ekspert rəyi üzrə qeyd edilən məbləğ çıxıldıqdan sonra qalan məbləğin iddiaçıya verilməli olması istənilir. xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsinə xx.xx.2013-ci il tarixindən xx.xx.2019-cu il tarixə kimi ümumi olaraq 95450,61 ABŞ dolları əsas və faiz borcu üzrə silinmə aparılmışdır. (Əsas borc üzrə 47461,99 ABŞ dolları, faiz borcu üzrə 47988,62 ABŞ dolları). Əlavə olaraq müştərinin xx.xx.2021-ci il tarixə AƏS-də 7538,01 əsas borcu və 3346,87 ABŞ dolları faiz borcu olmaqla, cəmi 10884,88 ABŞ dolları borcu mövcuddur. Ümumilikdə depozit vəsaitinin kredit borcuna və ona hesablanmış faizlərə silinməsi nəticəsində İddiaçı depozit hesabında hazırda vəsait mövcud deyil. İddiaçı tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə etirazda da etiraf edildiyi kimi iddiaçı depozit müqaviləsi üzrə hesablanmış faizlərin bir hissəsini əldə etmişdir. Maliyyə arayışına əsasən depozit faizinin İddiaçıya verilmiş hissəsi 13691,12 ABŞ dolları təşkil etmişdir; İddiaçı kredit müqaviləsindən daha əvvəldən xəbərdar olmuşdur. Belə ki, o, N.S.Zülfüqarova verdiyi etibarnamənin ləğv edilməsi üçün notariat ofisinə xx.xx.2015-ci il tarixli ərizə ilə müraciət etmişdir. İddiaçı tərəfindən kredit müqaviləsinin etibarlılığı mübahisələndirildiyindən Bank həmin müq avilənin icrası üzrə hər hansı hüquqi addım atmaq imkanında olmamışdır. Belə ki, Bankın akseptsiz qaydada İddiaçının depozit məbləğinin silinməsi məsələsi də kredit müqaviləsinin tərkib hissəsi olaraq mübahisələndirildiyindən Bank etibarlılığı mübahisələndirilən müqavilə bəndinə əsaslanaraq silinmə apara bilməzdi.
58. Məhkəmə iclasında iştirak edən iddiaçının təmsilçiləri hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişlər.
59. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), X9 və X18) 2(103)-389/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2019cu il tarixli, 2(006)- 2579/2019 saylı qətnaməsi ləğv edilmiş, İş üzrə yeni q ətnamə qəbul edilmiş, İddia tələbi təmin edilməmişdir.
60. Kollegiya qeyd etmişdir ki, Hazırkı mülki mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi kredit müqaviləsinin 4-cü bəndini “əhəmiyyətsiz şərt” kimi göstərsə də, nəzərə almamışdır ki, həmin müqavilənin etibarlılığı depozit müqaviləsinə əlavə ilə birlikdə iddiaçı tərəfindən daha əvvəl mübahisələndirilmişdir. Həmin mübahisəyə yuxarıda qeyd olunan məhkəmə aktları ilə baxılaraq, əlavə etibarsız sayılsa da, iddia kredit müqaviləsinə aid hissədə rədd edilmişdir. Başqa sözlə, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə depozit müqaviləsinə əlavəni etibarsız sayarkən bu nəticənin kredit müqaviləsini, yaxud onun 4-cü və s ilinməyə dair digər bəndlərini də əhəmiyyətsiz hala gətirməsi nəticəsinə gəlməmiş, kredit müqaviləsinin nə tamamını, nə də silinməyə aid bəndlərini qismən etibarsız saymamışdır. Beləliklə, eyni tərəflərin iştirak etdiyi həmin mülki işdə kredit müqaviləsinin (o cümlədən 4.1, 9.3 və 12.1-ci bəndlərinin) etibarlı olması hazırkı işdə hüquqi baxımdan müzakirə predmeti ola bilməz və əvvəlki qətnamə tərəflər üçün preyudisialdır.
61. Eyni zamanda qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi bildirmişdir ki, müqavilə (iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları) tərəflər üçün icrası məcburi olan öhdəliklər (hüquq və vəzifələr) meydana gətirir. Etibarlı bir əqd əsasında yaranmış öhdəliklərin aradan qalxması həmin müqavi lənin müddətinin bitməsinə deyil, öhdəliyə xitam verilməsinin əsaslarına bağlıdır (Mülki Məcəllənin 527-559- cü maddələr). Başqa sözlə, müddətinin başa çatıbçatmamasından asılı olmayaraq müqavilə üzrə yaranmış öhdəliklərin icrası gecikdirildikdə həmin razılaşmanın şərtlərinə uyğun olaraq kreditorun öz səlahiyyətlərindən istifadə etmək hüququ, borclunun isə öhdəliyini yerinə yetirmək vəzifəsi vardır. Təsadüfi deyil ki, Konstitusiya Məhkəməsinin Plenumu müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığının davam etdiyini və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarmasının tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmədiyini vurğulamışdır (Azərbayc an Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarı). Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
62. Ali Məhkəmənin qərarındakı göstərişin icrası ilə bağlı iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2022ci il tarixli, 9/314 saylı ekspert rəyində qey edilmişdir ki, “İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2014-cü il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan borcu və iş materiallarının 10-cu səhifəsində göstərilən bank tərəfindən borcun hesablandığı xx.xx.2021-ci il tarixə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2014cü il tarixə: əsas borc üzrə - 52400,00 ABŞ dolları, faiz borcu üzrə - 7694,93 ABŞ dolları. xx.xx.2021-ci il tarixə: əsas borc üzrə - 7538,01 ABŞ dolları, faiz borcu üzrə - 3346,88 ABŞ dolları. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013- cü il tarixli “klassik əmanət (depozit) hesabı haqqında” müqaviləyə əsasən Bankda 60 ay müddətinə illik 11,4%-lə yerləşdirilmiş 70000 ABŞ dolları əmanət məbləğinə xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixə kimi ümumilikdə hesablanmış faizin məbləği 39900 ABŞ dolları məbləğində müə yyən edilir. Bildirilir ki, iş materiallarının 1-ci cildinin 118-ci səhifəsində öz əksini tapmış məlumata əsasən Əmanətçinin faiz dərəcəsinin xx.xx.2017-ci il tarixində 11,4%-dən 2%-ə endirilməsi qeyd edilsə də bununla bağlı iş materiallarında hər hansı bir əmr və ya razılaşma mövcud deyildir. Belə ki, tərəflər arasında imzalanmış depozit müqaviləsinin müddətinin sonunda İddiaçı 70000 ABŞ dolları əsas, 39900 ABŞ dolları faiz ödənilməli idi. Bundan başqa bildirilir ki, qeyd edilən kredit müqaviləsi üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək, həmçinin kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2014-cü il tarixdən hazıradək həmin depozit hesabından nə qədər ödəniş edilməsi hesabdan çıxarış vərəqəsinin “ödənişin təyinatı” hissəsində qeyd edilmədiyi (ödənişin kiminsə tərəfində n aparılması və yaxud hansısa hesabdan kredit hesabına köçürülməsi qeyd edilmədiyindən) üçün ekspert tərəfindən müəyyən edilə bilmədi. Lakin, iş materiallarının 2-ci cildinin 10-cu səhifəsində öz əksini tapmış bank tərəfindən təqdim edilmiş məlumatda ümumilikdə depozit vəsaitinin kredit borcuna və ona hesablanmış faizlərə silinməsi nəticəsində İddiaçı depozit hesabında hazırda vəsaitin mövcud olmadığı qeyd edilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsi üzrə hal-hazıradək ümumilikdə 95450,61 ABŞ dolları məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilsə də, bank tərəfindən təqdim edilmiş məlumatda ümumilikdə depozit vəsaitinin, yəni 70000 əsas və 39900 ABŞ dolları faiz məbləğinin xx.xx.2013-cü il tarixli, 065 saylı kredit borcuna və ona hes ablanmış faizlərə silinməsi nəticəsində İddiaçı depozit hesabında hazırda vəsaitin mövcud olmadığı göstərilmişdir”
63. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam araşdırılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə əsassız qətnamə qəbul edilərək, mübahisə mahiyyəti üzrə düzgün həll edilməmişdir.
64. Kollegiya qeyd etmişdir ki, depozit müqaviləsinə əlavə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə etibarsız sayıldığı üçün həmin razılaşma hüquqi nəticə yaratmır.
65. Məhkəmə kollegiyası digər təminat üsulu kimi kredit müqaviləsinin qeyd olunan bəndləri əsasında aparılmış silinməsi ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 6.1 və 6.2-ci maddələrinə əsa sən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aiddir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Depozit müqaviləsinə əlavənin etibarsız sayılması ilə kredit müqaviləsinin 4-cü bəndinin də əhəmiyyətsiz hala gəlməsi və tərəflər üçün öhdəlik doğurmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı deyil. Ona görə ki, həmin şərtlər müstəqil əqd olan kredit müqaviləsində ayrıca bəndlərlə MM-in 460.1-ci maddəsində sadalanan müqavilələrdən fərqli olaraq “təminatın digər üsulu” kimi ra zılaşdırılmışdır. Bu səbəbdən də həmin şərtlərin qüvvəyə minməsi və nəticə doğura bilməsi üçün başqa bir razılaşmaya hüquqi baxımdan zərurət olmamışdır. Təminatın bu üsulu müqavilə azadlığı çərçivəsində bağlanmış əqdlər əsasında bank təcrübəsində geniş yayılmış və tez-tez tətbiq edilən qaydadır
66. Kollegiya həmçinin onu da vurğulamışdır ki, birinci instansiya məhkəməsi kredit müqaviləsinin 4-cü bəndini “əhəmiyyətsiz şərt” kimi qeyd etsə də, nəzərə almamışdır ki, həmin müqavilənin etibarlılığı depozit müqaviləsinə əlavə ilə birlikdə iddiaçı tərəfindən daha əvvəl mübahisələndirilmişdir. Həmin mübahisəyə yuxarıda qeyd olunan məhkəmə aktları ilə baxılaraq, əlavə etibarsız sayılsa da, iddia kredit müqaviləsinə aid hissədə rədd edilmişdir. Başqa sözlə, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2018-ci i l tarixli qətnaməsi ilə depozit müqaviləsinə əlavəni etibarsız sayarkən bu nəticənin kredit müqaviləsini, yaxud onun 4-cü və silinməyə dair digər bəndlərini də əhəmiyyətsiz hala gətirməsi nəticəsinə gəlməmiş, kredit müqaviləsinin nə tamamını, nə də silinməyə aid bəndlərini qismən etibarsız saymamışdır. Beləliklə, eyni tərəflərin iştirak etdiyi həmin mülki işdə kredit müqaviləsinin (o cümlədən 4.1, 9.3 və 12.1-ci bəndlərinin) etibarlı olması hazırkı işdə hüquqi baxımdan müzakirə predmeti ola bilməz və əvvəlki qətnamə tərəflər üçün preyudisialdır.
67. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddətinin xx.xx.2014-cü ildə bitməsinə görə kreditin qaytarılması öhdəliyi istisna olmaqla, tərəflər üçün vəzifə yaratmaması və onun hər hansı bəndinə istinadın əsassız olmas ına dair mövqeyi ilə də razılaşmayaraq bildirmışdır ki, sözügedən müqavilənin müddətinin bitməsi ondan irəli gələn və icra edilməmiş öhdəlikləri, o cümlədən bankın kredit borcunu depozit hesabından akseptsiz qaydada silmək hüququnu aradan qaldırmır. Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
68. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilə onlar üçün icrası məcburi olan öhdəliklər (hüquq və vəzifələr) meydana gətirir. Etibarlı bir əqd əsasında yaranmış öhdəliklərin aradan qalxmas ı həmin müqavilənin müddətinin bitməsinə deyil, öhdəliyə xitam verilməsinin əsaslarına bağlıdır (Mülki Məcəllənin 527-559-cü maddələr). Müddətinin başa çatıb-çatmamasından asılı olmayaraq müqavilə üzrə yaranmış öhdəliklərin icrası gecikdirildikdə həmin razılaşmanın şərtlərinə uyğun olaraq kreditorun öz səlahiyyətlərindən istifadə etmək hüququ, borclunun isə öhdəliyini yerinə yetirmək vəzifəsi vardır.
69. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli Qərarına, Mülki Məcəllənin 337.4, 385.1, 386.1, 460.1, 739.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
70. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-389/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
71. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, məhkəmədə banka dəymiş zərərin cinayət əməlləri ilə zərəri vuran Nazim Zülfiqarovdan tələb edilməli olduğunu bildirsə də məhkəmə qeyd edilən məsələyə münasibət bildirməmişdir. "xxxx" ASC ilə Əliyev X11 arasında xx.xx.2015-ci il tarixli klassik əmanət (depozit) müqaviləsi bağlanmış, əmanətçi 100.000 ABŞ dollarıməbləğində pulu banka 6 ay müddətinə, illik 7% olmaqla, depozitə qoymuşdur. Qeyd olunan vəsait İddia çı məxsus olmuşdur (X23 bacısı oğludur). Hazırkı mülki işdə adı keçən Nazim Zülfiqarov həmin vəsaiti də ələ keçirmişdir (işdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1240/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmündə əks olunmuşdur). Əliyev X11 "xxxx" ASC-yə qarşı“maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2088/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onun iddiası qismən təmin edilərək "xxxx" ASC-dən 100.000 ABŞ dolları, faiz kimi hesablanmış 3550 ABŞ dolları, cəmi 103.550 ABŞ dolları və mənəvi zərərə görə 3000 manat məbləğində pulun iddiaçıdan tutulması qət edilmiş, verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-656/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi il ə, verilmiş kasasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-8584/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə təmin edilməmiş və Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Gülrux Əliyava qeyd edilən vəsaiti bankdan aldıqdan sonra “Azərbaycan Beynəlxalq Bankı" ASC cavabdeh X5 qarşı(Əliyev X11 və İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 vurulmuş ziyana görə 191.567,45 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansi ya məhkəməsi) 04 sentyabr 2019-cu il tarixli 2(011)-6559/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (2(103)-8065/2021 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qətnaməsi) və Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki kollegiyasının (xx.xx.2022-ci il tarixli, 2(102)-1751/2022 saylı) qərarı ilə həmin qətnamə qüvvədə saxlanmışdır. Göründüyü kimi işə baxan məhkəmələr hesab etmişlər ki, depozit hesabdakı vəsait depozit qoyana qaytarılmalı və bu hal üzrə banka dəymiş zərər zərərvuran şəxs, cinayət törətdiyi məhkəmə hökmü ilə təsdiq edilmiş Nazim Zülfüqarov tərəfindən ödənilməlidir. Hazırkı işə baxan kollegiya “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin əməkdaşlarının İddiaçı qarşı törətdikləri cinayət əməllərinə münasibət bildirməm işdir. Halbuki, bankın əməkdaşlarına G.Əliyavaya qarşı cinayət törətdikləri üçün cinayət işi açılmış və sonradan ayrıca icraata ayrılmışdır. Hal-hazırda davam etməkdədir.
72. Kassator bildirmişdir ki, Məhkəmə kollegiyası məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2022-ci il tarixli, 9/314 saylı ekspert rəyini sübutların siyahısında sadalasa da, həmin rəy ilə qəbul etdiyi qətnamədə nəyin sübut olunduğunu və ya həmin rəyə istinad edilməyəcəkdisə, hansı səbəbdən ekspertiza təyin olunduğunu qeyd etməmiş, əgər, ekspertin rəyi ilə razılaşmamışdırsa, bunu qətnamədə əsaslandırmamışdır.
73. Kassator vurğulamışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 11 iyun 2021-ci il tarixli, 2(102)- 3020/2021 saylı qərarının 55-ci bəndində qe yd edilmişdir ki, “iddianın pul tələbi olması nəzərə alınarsa, cavabdeh bank tərəfindən akseptsiz qaydada silinən məbləğin iddiaçının həmin dövrdəki banka olan borcuna mütənasibliyi də araşdırılmalıdır”. Apelyasiya instansiyası məhkəməsi qeyd edilən mütənasibliyin müəyyən edilməsi üçün, yəni, xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixə və xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən xx.xx.2018-ci il tarixə hesablanmalı olan borc məbləğinin miqdarını ekspertiza rəyi ilə müəyyən etsə də həmin məbləğlər arasındakı fərqə, yəni mütənasibliyin pozulmasına heç bir hüquqi qiymət verməmişdir. Belə ki, həmin rəydən məlum olur ki, xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən müqaviləni n bitmə tarixinə, yəni xx.xx.2018-ci il tarixə İddiaçı 70.000,00 ABŞ dollarıməbləğində əsas, 39.000,00 ABŞ dolları məbləğində faiz ödənilməli, xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) isə İddiaçı banka olan borcu əsas borc üzrə 52.400,00 ABŞ dolları, faiz borcu üzrə isə 7.694,93 ABŞ dolları təşkil etmişdir. Beləliklə, Bank tərəfindən 48.905,07 ABŞ dollarıməbləğində pul artıq bankın öz mülahizəsinə əsasən, əsassız olaraq silinmişdir. Məhkəmə Kollegiyası qeyd edilən artıq silinmiş məbləğin belə iddiaçıya qaytarılmasını qət etməmişdir.
74. Kassator bildirmişdir ki,, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən aydın olur ki, faizlərin hesablanması yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra sı üçün nəzərdə tutulmuş müddət bitənədək (müvafiq halda xx.xx.2014-cü il tarixədək) mümkün və qanunidir. Həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Müvafiq halda isə cavabdeh tərəf müqavilənin müddəti bitdikdən sonra da 7 il ərzində dayanmadan faiz hesablamaqla qanusuzluq etmiş və öz mülahizəsinə uyğun olaraq hesabladığı faizləri də akseptsiz qaydada silmişdir. Apelyasiya instansiyası məhkəməsi isə qeyd edilən qanunsuzluğa göz yummuşdur.
75. Kassator daha sonra bildirmişdir ki, Məhkəmə onlar tərəfindən verilən vəsatəti əsaslı hesab edərək depozit məbləğinin və kreditin faizlərinin hesablanması məqsədilə ekspertiza tə yin etmiş lakin ekspertizanın nəticələrinə hüquqi qiymət verilməmişdir.. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/134 saylırəyin nəticə hissəsindən görünür ki, xx.xx.2013-cü il tarixli klassik əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən İddiaçı 70.000,00 ABŞ dolları məbləğində əsas, 39.000,00 ABŞ dolları məbləğində faiz ödənilməli idi. Yenə həmin rəydən görünür ki, xx.xx.2013-cü il tarixli, 065 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) İddiaçı banka olan borcu əsas borc üzrə 52.400,00 ABŞ dolları, faiz borcu üzrə isə 7.694,93 ABŞ dolları təşkil etmişdir. Beləliklə, fərz etsək ki, cavabdeh bank tərəfindən akseptsiz silinmə qaydalarına riayət edilib, bu halda belə 48.905,07 ABŞ dolları məbləğində pul artıq silinmiş, ən pis halda həmin məbləğ iddiaçıya qaytarılmalıdır. Yəni İddiaçı alacağı 109.000 ABŞ dolları, cinayət məsuliyyətinə cəlb edilən N.Zülfüqarovun bankın əməkdaşlarının köməyi ilə götürdüyü kredit müqaviləsi üzrə ödəniləcək vəsait isə 60.094,93 ABŞ dolları təşkil etməsinə belə məhkəmə diqqət yetirməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
76. Maddə 337.4 etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
77. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəz ifəsinin icrasını tələb etmək hüququ vardır.
78. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
79. Maddə 460.1 Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
80. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkli ndə borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
81. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
82. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
83. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
84. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
85. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması na və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
86. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
87. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
88. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. K assasiya baxışının hədləri
89. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
90. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
91. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
92. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
93. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırma lı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
94. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətra flı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
95. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
96. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-389/2022 xx.x x.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. nömrəli,