Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4757/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4757/20 (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) 17.11.2020 Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 Nəsrəddın oğluna qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilk iddiası, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Nəsrəddın oğlunun cavabdeh İddiaçı qarşı vurulmuş mənəv i zərərin əvəzinin ödənilməsinə dair qarşılıqlı iddia tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1808/2020 nömrəli, 05 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Tərəflərin bir-birinə qarşı torpaq mübahisəsi olub. Maştağada yerləşən 1000 kv.m. torpaq sahəsi ilə bağlı uzun müddət mübahisə ediblər.İndi bir birinə qarşı iddia verərək həmin məhkəmə mübahisələri zamanı dəymiş maddi və mənəvi zərəri tələb edirlər. İşin mübahisəsiz hallarıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 Nəsrəddın oğluna qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsiniə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 10.000 manat, mənəvi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq, ona ödənilməsi və mülki iş üzrə cavabdehlər tərəfindən saxta sübutlar təqdim edilməklə məhkəmələri yanıltmağa çalışdıqlarından cavabdehlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin əlamətləri olduğundan onlar barəsində xüsusi qərardad qəbul edilərək, bu barədə prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun müraciəti əsasında Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 33/8 nömrəli, xx xxxxx 2006-cı il tarixl i qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Maştağa-Buzovna yolunun Xanlar yaşayış massivinin 550 metr məsafəsində ona 1000 kv.m torpaq sahəsi ayrılması və mülkiyyətinə verilməsi qərara alınmış, torpaq sahəsinin 4 pay yanaşı olmaqla, uzunu 40 metr, eni 25 metr ölçüdə cizgi-sxemi çəkilərək, ona təqdim edilmiş, Bələdiyyənin qərarına müvafiq olaraq “Torpaqların alğı-satqısına dair akt” tərtib edilmişdir. Beləliklə, torpaq sahəsi onun adına rəsmiləşdirilərək, torpağa dair mülkiyyət hüququ yaranmışdır. Lakin cavabdehlər 3 dəfə saxta cizgi sxemləri düzəldərək dələduzluq yolu ilə, ona aid olan torpağı ayrı-ayrı vaxtlarda yaxınlığında ofisi olan, torpaq alğı-satqısı ilə məşğul olan əsl adı X8 olan makler X adı ilə tanınan şəxsə, qonşu XX adlı şəxsə və X1. Belə ki, cavabdehlər 2013-cü ilin yaz ında ona ayrılmış torpaq sahəsinə saxta cizgi-sxemi tərtib etmiş və həmin cizgi-sxemi əsasında, yəni 50x20 kv.m ölçüsü adıyla, onun 40x25 kv.m ölçüsündə olan ona məxsus yeri, tökdürdüyü 2000 mişar daşı ilə birlikdə əvvəl X2. Bu hal ona məlum olduqdan sonra, məsələ ilə bağlı Xəzər Rayon Polis Şöbəsinin 2-ci Polis Bölməsinə müraciət etmiş, istintaq başlamış və paralel olaraq Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Nəsrəddin və arvadı Südabə vəziyyətdən yayınmaq məqsədilə şər və böhtan xarakter daşıyan iddia tələbləri ilə məhkəmələr müraciət etmişlər. Cavabdeh1 saxta sənədlə Xə satdığı ona məxsus torpağı uzun mübahisədən sonra Tələtdən geri qaytara bilmişdir. X məsələni anlayıb geri çəkilmiş və ona aid torpağa hər hansı iddia irəli sürməmişdir. X3 Rayon Polis İdarəsində v erdiyi ifadəsində “torpağı Nəsrəddindən alandan sonra İddiaçı həmin torpaq sahəsinə gəlib, israrla torpağın ona məxsus olduğunu tələb etmişdir” sözlərini demişdir. Bunu görən Cavabdeh1 yeni bir saxta cizgi-sxemi hazırlayıb torpağı qonşu XXə satmışdır. XX biləndə ki, iş məhkəmədədir torpağı geri qaytarmışdır. Mübahisəli işlə bağlı istintaq və məhkəmə işi davam etdiyi bir vaxtda və Xəzər Rayon Məhkəməsi həmin ərazidə tikinti işinin aparılmasına qadağa qərarı çıxarmasına baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 başqa bir saxta cizgi-sxemi tərtib edərək onun torpağını təkrar XXXya guya satmışlar. Cavabdehlər tərəfindən təqdim edilmiş Maştağa Bələdiyyəsinin 33/7 nömrəli, xx xxxxx 2006-cı il tarixli qərarı ilə 1000 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Maştağa-Buzovna yo lunun Xanlar yaşayış massivinin 605 metr məsafəsində Cavabdeh2 ayrılmış, 8 pay yanaşı olmaqla, ona ayrılmış torpaq sahəsinin uzunluğu 50 metr, eni 20 metr ölçüsündə və qarşıdan 8 metr, yandan 6 metr yol göstərilmişdir. Lakin sonradan polis və məhkəmə orqanlarında aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, cavabdehlərin torpağa dair cizgi-sxemləri olmamış, sənəd saxta olmuş, əslində, X adına nə Maştağa Bələdiyyəsində, nə də Buzovna Bələdiyyəsində hər hansı rəsmi sənəd mövcud olmamışdır. Hətta bununla bağlı aparılmış digər məhkəmə iclaslarında araşdırılmış plan sxemdə Bələdiyyə sədrinin imzasının yerində müxtəlif imzalar olmuş və heç bir imza Maştağa Bələdiyyəsinə aid olmamışdır. O, X7 Bələdiyyəsinin xx xxxxx 2006-cı il tarixli 33/7 nömrəli qərarına əsasən həmin torpaq sahəsinin ona ayr ıldığını bildirmiş, torpağın cizgi-sxemini göstərərək onda olan ölçülərlə XXXnın torpağının ölçülərinin üst-üstə düşməməsini, XXXnın torpaq sahəsinin onun torpaq sahəsinə heç bir aidiyyətinin olmamasını, Bundan başqa, Maştağa Bələdiyyəsi tərəfindən verilmiş arayışa əsasən, XXXnın torpağına dair Maştağa Bələdiyyəsinin arxivində heç bir aidiyyəti sənədin olmadığını onun diqqətinə çatdıraraq onun torpağına müdaxilə etməməsini dəfələrlə xahiş etməsinə baxmayaraq, XXX onun olmayan bir torpaq sahəsinə görə ona qarşı iddia ərizələri ilə məhkəmələrə müraciət etmişdir. XXXnın ona qarşı irəli sürmüş olduğu vicdansızcasına əsassız iddialar nəticəsində uzun müddət aralarında məhkəmə çəkişmələri olmuşdur ki, bunların hamısının səbəbi cavabdehlərin qanunsuz və vicdansız əməlləridir. Cavabdehlər tərəfind ən ona qarşı əsassız olaraq irəli sürülmüş iddialar və şikayətlər nəticəsində o, dəfələrlə məhkəmə, istintaq və icra orqanlarında məcburi iştirak etməli olmuşdur. Bütün bunlar onun üçün çoxlu iş vaxtı itirilməsinə səbəb olmuşdur. Həmçinin cavabdehlər tərəfindən saxta sənədlərdən istifadə edilməsi nəticəsində o uzun müddət digər aldadılmış şəxslərlə çəkişmələrdə olmuş, mübahisələr etmişdir. Ona görə də, saxta sənədlərdən istifadə etməklə torpağı başqa şəxslərə satdığına görə onu başqa şəxslərlə mübahisələrə cəlb etdiyinə, bu azmış kimi özləri də ona qarşı məhkəmələrdə iddialar irəli sürdüklərinə, habelə iş vaxtının itirilməsinə görə nəqliyyat və digər xərcləri də ümumi nəzərə alaraq, cavabdehlər tərəfindən müştərək qaydada ona vurulmuş maddi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pul tutulmasını ağlabatan hesab edir. Eyni zamanda, cavabdehlərin qanunsuz əməlləri və vicdansızcasına iddiaları nəticəsində ona mənəvi ziyan vurulmuşdur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Cavabdehlərin yuxarıda qeyd edilən şər və böhtan xarakterli əməlləri nəticəsində o maddi ziyan çəkməklə yanaşı, fiziki və mənəvi sarsıntılar keçirmiş, iztirablar çəkmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Nəsrəddın oğlu cavabdeh İddiaçı qarşı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsinə dair qarşılıqlı iddia verm işlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əvvələr onların sahibliyində olmuş, hazırda isə XXXnın sahibliyində və istifadəsində olan torpaq sahəsini ələ keçirmək üçün qeyri qanuni olaraq həmin sahəni özbaşına zəbt etməyə çalışmışdır. Bununla bağlı müvafiq araşdırmalar və məhkəmə çəkişmələri getdikdən sonra, heç bir müsbət nəticə əldə etmədiyini görən İddiaçı, hazırki işlə bağlı məhkəməyə verdiyi öz iddia ərizəsində etiraf etdiyi kimi, hüquq mühafizə orqanlarına onların şərəf və ləyaqətini alçaldıcı xarakterli məktublar və teleqramlar göndərməyə başlamışdır. Onlara qarşı yalan və böhtan dolu ərizələrlə müraciət etmiş və bu ərizələrdə onların şərəf və ləyaqətini ləkələyən elə böhtanlar atmışdır ki, bu böhtanların iztirabından azad ola bilmir. Bununla da cavabdeh onl ara böyük bir mənəvi ziyan vurub ki, bu iztirablardan əsəbləri və ümumiyyətlə səhhəti pozulmuşdur. Həmin ərizələrdə iddiaçı onları “cinayətkar və dələduz” adlandırsa da, buna dair hər hansı bir dəlil göstərə bilməmişdir. Belə olan halda onlar hazırda stress vəziyyətinə düşmüşlər. Belə ki, onun bu böhtanlarının və həqiqətə uyğun olmayan məlumatlarının yalan olduğuna tez-tez ətrafı inandırmalı olur və onlar, bu böhtandan xilas olmaq üçün böyük mənəvi əziyyət çəkirlər. Onlara qarşı əsassız iddiaları və onlardan əsassız şikayətləri həmişə məhz qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş və onlar yalnız həmin proseslərdə özlərini müdafiə etməli olmuşlar. İddiaçının onlara qarşı əsassız olaraq irəli sürmüş olduğu iddialar və şikayətlər nəticəsində onlar, dəfələrlə məhkəmə, istintaq və icr a orqanlarına cəlb olunmuş, nəticədə həm sağlamlıqları, əsəbləri, həm də dəyərli vaxtlarını itirməli olmuşlar. Bunu İddiaçı özü də ilkin iddia ərizəsində etiraf edir. Hətta, qarşılıqlı iddia üzrə iddiaçılardan Cavabdeh1, İddiaçı və təsisçisi olduğu Diplomat qəzetinə qarşı şərəf və ləyaqəti ləkələyən məlumatların yayılması nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi, təkzib verilməsinə və üzr istənilməsinə dair iddia ilə məhkəməyə müraciət etmiş, onun iddiası Sabunçu rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təmin edilmiş və həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, hazırda isə icra mərhələsindədir. Azərbaycan Respublikası Konstitusiyası ilə hər bir şəxsin malik olduğu hüquqlarla yanaşı dövlət və cəmiyyət qarşısında onun hüquq və və azadıqlarından irəli gələn vəzifələr daşıması da müəyyən olunmuşdur və bu hüquqlardan isə başqasına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Qeyd olunan əsasən onlara vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı onların xeyrinə tutulması barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir. Birinci instansiyada məhkəməsindəki icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(007)-2721/2019 saylı qətnaməsi ilə (hakim F.Mirzəyev) ilk və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur. Məhkəmə iddia tələbini və qarşılıqlı iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1097.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarına istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-Ş.Məmmədova (sərlik edən və məruzəçi), Ə.Qasımov və X.Sarıyev) xx xxxx 2020-ci il tarixli, 2(103)-1808/20 nöm rəli qətnaməsi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(007)- 2721/2019 nömrəli qətnaməsi İddiaçı münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək qətnamənin ilk iddianın təmin olunmamış hissəsində ləğv edilərək, işin mahiyyəti üzrə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh uzun müddət ona qarşı əsassız iddialar verib, onun əsasl ı tələblərinə qarşı saxta sübutlardan istifadə edib. Uzun məhkəmə çəkişmələrində ona maddi və mənəvi ziya dəyib. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən bu halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və iddiaçının vəkili Nümayəndə1 kassasiya şikayətini müdafiə edərək, şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüq uq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etm əyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından ası lı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözumü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkə t (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı iş üzrə» xx xxxx 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona ziyan dəyməsini əks tərəfin hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etməsi, bunun maqabilində uzun müddət həmin orqanlara gedib gəlməsi ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin öz hüquqlarının müdafiəsi üçün müxtəlif orqanlara müraciət etməsi başqa şəxslərin mənəvi ziy ana düşməsi üçün əsas ola bilməz. Digər tərəfdən iddiaçının ona qarşı tərəfin təqsiri ucbatından ziyan dəyməsini təsdiq edən sübutları məhkəmə instansiyalarına təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, tərəflər arasında mülki mübahisələr zamanı saxta sənədlərdən, sübutlardan istifadə olunmuşdursa mülki prosessual qanunvericilik (MPM-nin 265-ci maddəsi) işə baxan məhkəməyə hüquq verir ki, bununla bağlı xüsusi qərardad çıxararaq prokurora məlumat versin. Mülki mübahisələr bitdikdən sonra ayrıca iddia ilə çıxış edərək tərəfin işə baxılarkən saxta sübutlar təqdim etməsinə istinad etməklə xüsusi qərardad çıxarılmasını tələb etmək əsaslı hesab oluna bilməz. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı münasibətdə dəyişdi rilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1808/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə (onun iddia tələbinə aid hissədə) dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.