Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4757/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, "xxxx" MMC və üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın yekunlarına dair protokolun etibarsız sayılması, onun əsasında Ləğv prosesində olanCavabdeh2 ASC-yə verilmiş çıxarışın ləğv edilməsi və ipotekaya xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliy i, cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-164/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İsmayıllı Rayon Məhkəməsinin 2(0370-1215/2015 saylı, 23.11.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ASC-nin iddia tələbi qismən təmin edilərək, 07 fevral 2014-cü il tarixli 57/14/SKMF saylı kredit müqaviləsi üzrə 20000 manat əsas, 373 manat faiz və 200 mana t cərimə borcu, habelə ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 29 manat dövlət rüsumu olmaqla, cəmi 20632 manat pulun İddiaçı alınaraq Ləğv prosesində olan Cavabdeh2 ASC-yə ödənilməsi, tutmanın 13 fevral 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən ipoteka ilə yüklü edilmiş İsmayıllı şəhəri, ünvan 1 ünvanında 0.0072 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 57.2 kv.metr olan, bir mərtəbəli qeyri-yaşayış binasına yönəldilməklə açıq hərracda satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 38.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.
2. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir.
3. İsmayıllı rayon İcra Şöbəsi tərəfindən ipoteka predmeti o lan qeyri-yaşayış sahəsinin hərracda satılması üçün 16 may 2016-cı il tarixdə "xxxx" MMC-yə sifariş verilmişdir. Sifarişə əsasən təkrar hərrac 03 avqust 2016-cı il tarixdə olmaqla 2 dəfə hərrac keçirilmişdir. İkinci hərracda ipoteka predmeti satılmamış, hərracın nəticələri haqqında 01.09.2016-ci il tarixdə tərtib olunmuş protokola əsasən Ləğv prosesində olan Cavabdeh2 ASC ipoteka predmetini almışdır. İpoteka predmetinin son qiyməti 24.225 manat müəyyən olunmuşdur. Bundan sonra ipoteka qoyana satış qiyməti ilə borc məbləği arasında olan fərq ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, "xxxx" MMC və üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən ona məxsus olan və İsmayıllı şəhəri ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə 01 sentyabr 2016-cı il tarixli Y-565 saylı protokolun etibarsız hesab edilməsi, DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Ləğv prosesində olan Cavabdeh2 ASC-yə verilmiş çıxarışın ləğv edilməsi və ona məxsus olan və İsmayıllı şəhəri, ünvan 1 ünvanında 0.0072 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 57.2 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasının ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ikinci hərracda ipoteka predmeti satılmadığı üçün həmin əm lak “İpoteka haqqında” Qanunun tələbinə əsasən ilkin satış qiymətindən 25% aşağı qiymətə 24.225 manata Ləğv prosesində olan Cavabdeh2 ASC-yə təklif edilmiş və sonuncu tərəfindən əmlakın dəyəri olan 24.225 manat məbləğ İsmayıllı rayon İcra Şöbəsinin depozit hesabına köçürülmədən balansa keçirilmişdir. Onun mülkiyyətində olan və İsmayıllı şəhəri ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının açıq hərracda satılmasına dair "xxxx" MMC tərəfindən keçirilmiş hərraclardan məlumatı olmamışdır. İpoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsi hərracın yekunlarına dair 01 sentyabr 2016-cı il tarixli Y-565 saylı protokol əsasında Ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən balansa keçirildikdən sonra onun "xxxx" MMC tərəfindən keçirilmiş hərraclardan məlumatı olmuşdur. O, hərracın yekunlarına dai r protokol imzalananadək qətnamə üzrə olan 20.632 manat borcdan 3.275 manatını müxtəlif vaxtlarda hissə-hissə Ləğv prosesində olan Cavabdeh2 ASC-yə ödəmişdir. Bank qeyri-yaşayış sahəsini onun xəbəri olmadan keçirilmiş qanunsuz hərraclar nəticəsində ilkin satış qiymətindən 25% aşağı qiymətə - 24.225 manata əldə etsə də, ipoteka qoyana çatacaq 20.000 manatdan artıq məbləği bu günədək İcra Şöbəsinin depozit hesabına ödəməmişdir.
6. İsmayıllı Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(037)-270/2020 nömrəli qətnaməsi ilə (hakim R.Şirinov) iddia tələbi qismən təmin edilərək, "xxxx" MMC tərəfindən İddiaçı məxsus olan və İsmayıllı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə 01 sentyabr 2016-cı il tarixli, Y-565 saylı protokolun etibarsız hesab edilməsi və İddiaçı məxsus olan və İsmayıllı şəhəri, ünvan 1 ünvanında 0.0072 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 57.2 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasının ipotekadan azad edilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İsmayıllı rayon İcra Şöbəsinin nümayəndəsi əmlakın dəyərini Ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən İsmayıllı rayon İcra Şöbəsinin depozit hesabına köçürülməsini tələb etməmiş və hərracın keçirilməsinə dair 01 sentyabr 2016-cı il tarixli hərracın yekunları barədə Y-565 saylı protokolu imzalamamışdır. İpoteka predmeti olan qeyri-yaşayış binası 01 sentyabr 2016-cı il tarixli hərracın yekunları barədə Y-565 saylı protokol əsasında ləğv prosesində olan Cavabdeh2 ASC-nin balansına keçirildikdən sonra ipoteka saxlayan ipoteka predmetinin satışından əldə edilmiş 24225 manat məbləğinin 20632 manat borcun ödənilməsinə yönəldilməsindən artıq qalmış məbləği ipoteka qoyana qaytarmamışdır. Bundan əlavə, Ləğv prosesində olan Cavabdeh2 ASC ipoteka predmetini balansa keçirdikdən sonra iddiaçı tərəfindən ödənilmiş 1000 manat məbləği də Ləğv prosesində olan Cavabdeh2 ASC-nin hesabına keçmişdir. 01 mart 2019-cu il tarixə iddiaçının Ləğv prosesində olan Cavabdeh2 ASC-yə 18.812,92 manat borcu olmuş, 1444.99 manat kompensasiya məbləği 18812.92 manat borcun ödənilməsinə yönəldildikdən sonra iddiaçının Ləğv prosesində olan Cavabdeh2 ASC-yə 17367.93 manat borcu qalmasına baxmayaraq, bank ipoteka predmetinin dəyəri olan 24225 manat məbləğinin 17367.93 manat kredit borcunun ödənilməsinə yönəldilməsindən sonra artıq qalmış məbləği bu günədək iddiaçıya qaytarmamışdır.
8. Məhkəmə hesab etmişdir ki, iddia tələbi "xxxx" MMC tərəfindən İddiaçı məxsus İsmayıllı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə 01 sentyabr 2016-cı il tarixli, Y-565 saylı protokol etibarsız hesab edilməsi və İddiaçı məxsus İsmayıllı şəhəri, ünvan 1 ünvanında 0.0072 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 57.2 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasının ipotekadan azad edilməsinə dair hissədə təmin edilməlidir.
9. Məhkəmə iddia tələbinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Ləğv prosesində olan Cavabdeh2 ASC-yə verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, i ddiaçı DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən banka çıxarış verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə və İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 40, 42, 47 və 44-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
12. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-164/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qərardadı ilə (hakimlər G.Q.Abbasov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və E.Ş.Hüs eynov) cavabdehin şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “Hərracın yekunlarına dair protokolun əsasında Ləğv prosesində olan Cavabdeh2 ASC-yə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilməsi və iddia ərizəsinin həmin hissədə baxılmamış saxlanılması qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçının DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən cavabdehin adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini təsdiq edən sənədləri təqdim etməməsi əsası ilə iddianın həmin hissədə rədd edilməsi iddiaçının gələcəkdə həmin tələblə bağlı məhkəmələrdə yenidən iddia qaldırmaq hüququnu məhdudlaşdırmışdır.
14. Şəki Apelly asiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-164/2021 nömrəli iş üzrə 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Q.Abbasov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və E.Ş.Hüseynov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikаyəti təmin edilməyərək, İsmayıllı Rayon Məhkəməsinin 07 avqust 2020-ci il tarixli 2(037)-270/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin "xxxx" MMC tərəfindən İddiaçı məxsus olan və İsmayıllı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə 01 sentyabr 2016-cı il tarixli Y565 saylı protokolun etibarsız hesab edilməsi və İddiaçı məxsus olan və İsmayıllı şəhəri, ünvan 1 ün vanında 0.0072 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 57.2 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasının ipotekadan azad edilməsinə dair hissəsini” təmin etməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin İsmayıllı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının ipotekadan azad edilməsi hissəsində ləğv olunması, iddia tələbinin həmin hissədə rədd edilməsi və ya işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişd ir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələrin qənaətinə görə İcra Şöbəsi tərəfindən ipoteka predmetini hərracda satılması üçün 16 may 2016-cı il tarixdə "xxxx" MMC-yə verilən sifarişə əsasən təkrar hərrac 03 avqust 2016-cı il tarixdə olmaqla 2 dəfə hərrac keçirilmişdir. İkinci hərracda ipoteka predmeti satılmadığı üçün həmin əmlak ilkin satış qiymətindən 25% aşağı qiymətə 24.225 manata Ləğv prosesində olan Cavabdeh2 ASC-yə təklif edilmiş və sonuncu təklifi qəbul edərək təkrar hərracın keçirilməsindən 28 gün keçdikdən sonra əmlakın dəyərini 24.225 manat məbləğini İsmayıllı Rayon İcra Şöbəsinin depozit hesabına köçürmədən balansa keçirmişdir. "xxxx" MMC tərəfindən təkrar hərrac keçirildikdən sonra İsmayıllı Rayon İcra Şöbəsi tərəfindən İddiaçı məxsus İsmayıllı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının Ləğv prosesində olan Cavabdeh2 ASC-yə satış qiyməti olan 24.225 manatın İsmayıllı Rayon İcra Şöbəsinin depozit hesabına köçürülməsi barədə banka heç bir məlumat verilməmişdir. Həmçinin hərracın yekunları barədə 01 sentyabr 2016-cı il tarixli, Y-565 saylı protokol Ləğv prosesində olan ZaminbankASC-nin nümayəndəsi tərəfindən imzalanmışdır. Belə ki, məhkəmə əsassız olaraq İddiaçı məxsus İsmayıllı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri- yaşayış binasını ipotekadan azad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
20. İddiaçı ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1, "xxxx" MMC-nin və üçüncü şəxs DƏDRXnin 9 saylı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 22. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Bu Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdə liklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. M a d d ə 42.Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.4.Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. M a d d ə 43.Hərracın baş tutmamış elan edilməsi 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallar dan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsindəvə özünün rəsmi internet saytındaməlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakısatış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə k i, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. M a d d ə 44.Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait y aradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə
418. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi v ə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaql a apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
25. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fakt lara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı ipotekaya xitam verilməsinə aid hissədə yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ipotekadan azad edilmə hissəsində ləğv edilərək, evin ipotekadan azad edilməsi tələbi təmin edilməməlidir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, ipotekaya xitam verilməsi tələbinin hüquqi əsasını “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi təşkil edir. Həmin normaya görə ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
30. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 43.1.2, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallara görə hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayana ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı verilir. 31. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka pre dmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır.
32. Yəni hərracın gedişində ipoteka saxlayanin ikinci hərrac baş tutmadığı halda ipoteka predmetini əldə etməklə, məruz qaldığı zərəri qarşılamaqda maddiləşən hüququ vardır. Baxılan işdən görünür ki, ipoteka saxlayan qanunla müəyyən olunmuş müddətdə ipoteka predmetini almağa yönələn iradə ifadəsini bildirmiş, qanunla müəyyən olunmuş qaydada hərracın nəticələri barədə protokolu imzalamışdır. Bu o deməkdir ki, ipotekaya xitam verilməsi üçün “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində müəyyən olunmuş dispozisiya şərtləri yoxdur. Hüquqi nəticənin yaranması üçün zəruri olan hüquqi fakt yoxdursa, məhkəmə bu nəticəni tətbiq edə bilməz.
33. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin ipotekaya xitam verilməsi barədə nəticəyə gələrkən maddi hüquq normasının tələbini pozmuşdur.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-164/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi, birinci instansiya məhkəməsi qətnaməsinin evin ipotekadan azad edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, "xxxx" MMC və üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı İsmayıllı şəhəri, ü nvan 1 ünvanında 0.0072 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 57.2 kv.metr olan bir mərtəbəli qeyri-yaşayış binasının ipotekadan azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.