Məhkəmə qərarları › İş №2(102)-4758/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4758/2020

17.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4758/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4758/20 (Açar sözlər: cinayət nəticəsində vurulmuş zərərlə bağlı əldən çıxmış fayda tələbi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Osmanov Pərviz Əlikişi oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2420/2020 nömrəli, xxxxx 2020ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfi ndən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh iddiaçı “xxxx” MMC (indiki İddiaçı” MMC) ilə bağladığı xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə, xx.xx.2014-cü il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə və vəzifə təlimatına əsasən, cəmiyyətdə satış meneceri vəzifəsinə qəbul edilmiş, həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilən özgə əmlakını talama məqsədilə cəmiyyətin anbarından maddi məsuliyyətinə götürdüyü ayrı-ayrı növdə olan tikinti materiallarını sataraq əldə olunmuş məbləğdən bir hissəsini cəmiyyətin xəzinəsinə təhvil verməyərək şəxsi ehtiyaclarına sərf etməklə ona etibar olunmuş külli miqdarda özgə əmlakını vahid qəsdlə qulluq mövqeyi ndən istifadə edib mənimsəməklə talamışdır. Cavabdeh həmin əmələ görə məhkum edilmiş və vurulmuş zərər olaraq 227 932,29 manat məbləğində pul vəsaiti cinayət təqibi zamanı zərər kimi ödənilmişdir. Hazırkı işdə iddiaçı qeyd olunan məbləğin 10%-ni əldən çıxmış fayda kimi tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 227 932,29 manat məbləğində əsas borca görə yaranmış 22 793,22 (iyirmi iki min yeddi yüz doxsan üç manat iyirmi iki qəpik) manat məbləğində əldən çıxmış faydanın tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Binəqədi Ray on Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-7711/2019 saylı qətnaməsi ilə (hakim F.Hətəmzadə) İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci və Əmək Məcəlləsinin 198, 199, 201-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-Ş.Məmmədova (sərlik edən və məruzəçi), V.Həsənov və X.Sarıyev) xx xxxx 2020-ci il tarixli, 2(103)-2420/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)7711/2019 nömrəli qətnaməsi İddiaçı MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər. Məhkəmə mübahisəni həll edərkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili İsayeva Xalidə İsa qızı kassasiya şikayətini müdafiə edərək, şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Osmanov Pərviz Əlikişi oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə görə bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək h aqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinə görə işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Eyni Məcəllənin 201-ci maddəsinin 2-ci hissəsinə görə işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəliri n, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İddiaçının tələbi ondan ibarətdir ki, cavabdehin cinayət nəticəsində vurduğu zərərin 10%-ni əldən çıxmış fayda kimi tələb edir. İddiaçı hesab edir ki, hazırkı mübahisənin həllində maddi hüquq norması düzgün tətbiq edilməmiş, Əmək Məcəlləsinin 201-ci maddəsinin 2-ci hissəsi deyil, həmin Məcəllənin 201-ci maddəsinin 3-cü hissəsi tətbiq edilməli idi. Çünki həmin normaya görə işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləki, Məcəllənin 201-ci maddəsinin 2-ci hissəsinə görə işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi məsuliyyət daşımır. Həmin normanın 3-cü hissəsi iddiaçı tərəfindən düzgün şərh edilməmişdir. Qeyd olunan normada deyilir: Əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə işəgötürənə m üəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə cəlb edilə bilər. Normanın dispozisiya şərtləri belə başa düşülməlidir ki, əgər işçinin qəsdi işəgötürəni gələcəkdə əldə edə biləcəyi gəlirdən, mənfəətdən məhrum etməyə yönəldilməsinə səbəb ola biləcək hüquqazidd hərək etməyə yönəldilmişdirsə onda həmin norma tətbiq edilir. Hazırkı işdə cavabdeh mənimsəmə və israf etmə, vəzifə saxtakarlığı cinayətinə görə məhkum edildiyindən qeyd olunan norma tətbiq edilə bilməz. Çünki cavabdehin niyyəti şirkəti gələcək faydadan məhrum etmək olmamış, ona etibar edilən əmlakı mənimsəməyə və israfı etməyə yönəlmişdir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2420/2020 nömrəli iş üzrə xxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar