Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4758/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4758/2022 Açar sözlər: ölüm haqqında tibbi şəhadətnamənin etibarsız hesab edilməsi şəhadətnamənin və ölüm haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “ölüm haqqında tibbi şəhadətnamənin və ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3784/2022 nömrəli iş üzr ə 17 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Muradov Yavər Yaqub oğlu xx.xx.2021-ci ildə “Covid-19+ ikitərəfli pnevmoniya" diaqnozu ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb X3 qəbul edilmiş, xx.xx.2021-ci ildə xəstə evə buraxılmış, bununla bağlı xəstəxanadan buraxılış forması doldurulmuşdur. Muradov Yavər Yaqub oğlu xəstəxanadan buraxıldığı gün yaşadığı - Bakı şəhəri, Y/Günəşli qəsəbəsi "D" Y/S, ev 11, mənzil 4-də vəfat etmişdir.
2. İddiaçı tərəfindən tərtib olunmuş ərizədən görünür ki, o, Cavabdeh MMC-yə müraciət edərək, atası Muradov Yavər Yaqub oğlunun sonrakı müayinə və müalicəsindən imt ina etdiyini bildirərək, xəstəxanadan evə yazılmasını istədiyini bildirmiş, vəziyyətinin ağırlaşdığı haqda məlumatlandırıldığını göstərərək, bütün məsuliyyəti öz üzərinə götürdüyünü, tibbi personaldan heç bir narazılığının olmadığını qeyd etmişdir.
3. Çağırış əsasında Muradov Yavər Yaqub oğlu vəfat etdiyi mənzildə olmuş Bakı şəhəri, Təcili və X4 Stansiyasının (BST və TTYS) 22 saylı bölməsinin hakimi C.Yusifov tərəfindən xx.xx.2021-ci il tarixli "Ölüm haqqında xəbərdarlıq vərəqəsi" və "Müşayiət vərəqi" doldurulmuş və həmin vərəqələrdə mərhumun ölüm faktı təsdiqlənməklə ölümün səbəbi kimi "COVİD-ə yoluxma" qeyd edilmişdir. 4. 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZ-İİ seriyalı, 208309 saylı ölüm haqqında şəhadətnamənin surətində n görünür ki, Muradov Yavər Yaqub oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm səbəbi “törədicisi müəyyən olunmamış digər pnevmoniya” göstərilməklə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 855 nömrə ilə qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş Muradov Yavər Yaqub oğlunun ölümü haqqında xx.xx.2021ci il tarixli tibbi şəhadətnamənin və onun əsasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbini onunla əsasl andırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4-cü bəndinə əsasən "Ölüm haqqında tibb şəhadətnamə" mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir (4.1). Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında "Xəbərdarlıq vərəqəsi"ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra "hüquq-mühafizə orqanı") məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri-yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir (4.2). Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi" və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxs in qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir (4.3). Həmin Qaydanın 4.4.2-ci bəndinə görə infeksiyon xəstəliklər və ya onlara şübhə olduğu hallarda tibbi şəhadətnamə patolojianatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Bu baxımdan cavabdehin mərhum atası Muradov Yavər Yaqub oğlunun ölümü haqqında tibbi şəhadətnamə verməyə səlahiyyəti olmamış, həmçinin şəhadətnaməni vermək səlahiyyəti istinad olunan normativ akta əsasən onun qeydiyyatda olduğu və faktiki yaşadığı ərazi üzrə 24 saylı Birləşmiş Şəhər Poliklinikasına, yaxud patoloji-anatomik və ya məhkəmətibbi müayinə aparan tibb müəssisəsinə aid olmuşdur.
7. İddiaçının vəkili ərizə ilə müraciət edərək mülki işin Maraqlı şəxs maraqlarına toxunmasını və on un mülki işə üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.
8. Məhkəmə tərəfindən Maraqlı şəxs iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsi əsassız olduğundan rədd olunmalıdır. İddiaçının hazırkı iddianı tələb etmək hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Bütün qeyd edilən faktlar tam şəkildə sübuta yetirir ki, iddiaçı ərizəsində irəli sürdüyü tələbin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandıra bilməmişdir. Belə olan təqdirdə əgər iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi məhkəmə tərəfindən əsassız kimi qəbul edilməli və rədd edilməlidir.
10. Cavabdeh MMC tərəf indən məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Muradov Yavər Yaqub oğlu xx.xx.2021-ci il tarixində Təcili və X4 Stansiyasının 22 saylı Bölməsinin təcili tibbi yardım maşını ilə “Covid-19 pozitiv. İkitərəfli pnevmoniya” diaqnozu ilə Modul tipli hospitala daxil olmuşdur. xx.xx.2022-ci il tarixində təxminən saat 15:00 radələrində müalicədən imtina ilə (oğlu İddiaçı müalicədən imtina sənədini imzalamış, ola biləcək ağırlaşmalar barədə məlumatlandırılmış və bütün ağırlaşmalar barədə məsuliyyəti öz üzərinə götürmüşdür) evə buraxılmışdır. Evə getdikdən təxminən 5 saat sonra xəstədə bioloji ölüm qeydə alınmışdır. Təcili yardım briqadaları ölümü təsdiqləsə də, ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Xəstənin yaxını Muradov Yavərin qeydiyyatda olduğu polikli nikadan ölüm haqqında tibbi şəhadətnaməni ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən xəstə hospitaldan çıxdıqdan sonra 48 saat müddətində evdə ölüm faktı qeydə alınarsa, müalicə aldığı hospital ölüm haqqında tibbi şəhadətləndirilmə verə bilər. Məhkəməyə olunan müraciət ərizəsi hospitala xx.xx.2022-ci ildə daxil olmuş və artıq səhəri gün Muradov Yavər Yaqub oğlunun adına ölüm haqqında tibbi şəhadətnamə yaxınlarına təqdim edilmişdir. Muradov Yavər Yaqub oğlunun müalicə həkimi Abduyev Zöhrab xx.xx.2022-ci il tarixindən FHN-nin X9 tipli hospitalında həkim vəzifəsində çalışır.
11. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Baki Şəhər Təcili və X5 Stansiyasi” X13 tərəfindən məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan g örünür ki, xx.xx.2021 -ci il tarixdə saat 17:57-da “103” xidmətinə ünvan 1 ünvanından 070-32269-39 mobil nömrəsindən Yavər adlı şəxsin (64yaş) adına “rəhmətə gedib” səbəbi ilə çağırış verilmişdir. Çağırışı 22 saylı bölmənin həkimi Coşqun Yusifov icra edərək, ünvanda X7 məxsus meyit ilə rastlaşmış, “Həkimə qədər ölüm. Kişi cinsli meyit. Covidə yoluxma.” diaqnozu qoymuşdur. Hadisə barədə 33-cü polis bölməsinə kapitan Məmmədova məlumat verilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 10632/2021 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyi “X10" X13nə qarşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb X6, Bakı şəhəri Təcili və X4 Stansiyası və Azərbaycan Res publikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi üçüncü şəxs qismində cəlb olunmaqla tibbi şəhadətnamənin verilməsi tələbinə dair inzibati iş üzrə icraata xx.xx.2021-ci il tarixdə Muradov Yavər Yaqub oğlunun ölümünü təsdiq edin şəhadətnamənin iddiaçıya verildiyi əsas götürülməklə xitam verilmişdir.
13. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə və üçüncü şəxs Maraqlı şəxs qarşı “ölüm haqqında tibbi şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair” iddiasının təmin edilməməsi və iddia tələbinin təmin olunmadığına görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı atası Muradov Yavər Yaqub oğlunun ölümü haqqında Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tibbi şəhadətnamənin və onun əsasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin qanunvericiliyin tələbləri pozulmaqla verildiyini, bu səbəbdən də etibarsız olduğunu iddia etsə də, bu barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, iddia ərizəsində irəli sürdüyü tələbin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandıra bilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlard an istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.
15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 9, 14, 14.2, 77.1, 80, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işin materiallarına əlavə edilmiş poçt sənədlərindən göründüyü kimi iddiaçının nümayəndəsi səhhətində yaranmış problemlə əlaqədar sonuncu mə hkəmə iclasında iştirak etməsinin mümkün olmayacağı və bu səbəbdən məhkəmə iclasının təxirə salınması barədə iddiaçı və nümayəndəsi tərəfindən məhkəməyə teleqram göndərilmişdir. Lakin məhkəmə qanunsuz olaraq onların göstərdiyi səbəbi üzrsüz hesab edərək məhkəmə iclasını təxirə salmadan məhkəmə prosesini yekunlaşdırmışdır. Halbuki əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi üzrlü səbəb göstərmədən və ümumiyyətlə məhkəməyə məlumat vermədən məhkəmə iclasında iştirak etməsə də, məhkəmə iclası təxirə salmışdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, iddia tələblərinin əsaslandığı hallardan biri də qanunsuz verilmiş ölüm haqqında tibbi şəhadətnamənin əsasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnamənin verilməsi olmuşdur. Məhz həmin şəhadətnamə verilərkən ölüm haqqında tibbi şəhadətnamənin əsli həmin şöbəyə təqdim edilmişdir. Ona görə də mülki işin tamlığını təmin etmək üçün iddia ərizəsi məhkəməyə təqdim edilməmişdən əvvəl ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin tələb edilməsi haqqında iddiaçının nümayəndəsi tərəfindən vəkil sorğusu verilmiş, lakin vəkil sorğusuna cavab verilməmişdir. Məhkəmə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsini iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb etsə də, onun məhkəmə iclasında iştirakını qanunla müəyyən olunmuş qaydada təmin etməmiş, sadəcə olaraq sonuncu məhkəmə iclasından 1 gün əvvəl – xx.xx.2022-ci il tarixdə tərtib etdiyi məktubla onu məhkəmə iclasına çağırmışdır. Üçüncü şəxs Maraqlı şəxs nümayəndəsinin sübutları n tələb edilməsi qaydasında sübut etmə predmetinə aid olmayan verdiyi vəsatət (məs., X1 qeydiyyatda olub olmaması barədə) məhkəmə tərəfindən əsassız olaraq təmin edilib müvafiq məhkəmə sorğuları göndərilib cavablar alınsa da, sübut etmə predmetinə aid olan ölüm haqqında tibbi şəhadətnamənin verilməsinə əsas olan sənədlərin tələb edilməsi barədə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinə sorğu göndərməmişdir. Həmçinin, iddiaçının və nümayəndəsinin üzrlü səbəbdən iştirak etməməsi nəzərə alınaraq məhkəmə iclası təxirə salındığı və 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı məhkəmədə təmin olunduğu halda, iddiaçının nümayəndəsi tərəfindən məhkəmənin vasitəsilə həmin nümayəndədən ölüm haqında tibbi arayışın əslinin yaxud təsdiqlənmiş surəti nin verilməsi tələb olunacaqdır. Bununla belə məhkəmə nə özü həmin sübutun alınmasına təşəbbüs (təklif) göstərmiş, nə də məsələnin həlli üçün Qeydiyyat şöbəsinin iştirakını məhkəmə prosesində təmin etməmişdir. Məhkəmə qeyd edilən prosessual hərəkətləri etməyərək və qanunsuz olaraq məhkəmə iclasını təxirə salmayaraq iddiaçını qeyd edilən prosessual imkandan məhrum etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə iddiaçı, atası Muradov Yavər Yaqub oğlunun ölümü haqqında Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci iltarixli tibbi şəhadətnamənin və onun əsasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin qanunvericiliyin tələblərinin pozulmaqla verildiyini, bu səbəbdən də etibarsız olduğunu iddia etsə də, bu barədə mötəbər sübutları iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışında isə məhkəməyə təqdim edə bilməmişdir. Halbuki iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər - xəstəxanadan buraxılış forması, ölüm haqqında xəbərdarlıq vərəqəsi, müşayiət vərəqi, ölüm haqqında tibbi şəhadətnamə, AZİ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamə, eləcə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubu, bu məktuba əlavə edilən sənədlər və iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 05 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası ”nın 4.4-cü bəndinə əsasən iddia tələbləri tamamilə sübuta yetirilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3784/2022 17 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı və onun vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)1308/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi qismən, yəni “2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, iş üzrə icraata “2 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 208309 nömrəli ölüm haqqında şəhadətnamənin etibarsız hesab edilm əsi” hissədə icraata xitam verilmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3784/2022 17 may 2022-ci il tarixli qətnaməsi ilə 1-ci instansiya məhkəməsinin tibbi şəhadətnamənin etibarsız hesab olunması tələbinin rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanmışdır.
20. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindənmaddi və prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 119.1, 372.6, 372.7, 384.0.1, 385.2, 387.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətin in dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında ləğv edilərək, iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya Məhkəməsi işin birinci instansiya məhkəməsində baxışı zamanı iddiaçının və nümayəndəsinin üzrlü səbəb olduğu halda məhkəmə iclasının təxirə salınması barədə müraciətlərinin təmin edilməməsini, eləcə də işin apellyasiya icraatı zamanı üzrlü səbəb olduğu halda iddiaçının nümayəndəsinin məhkəmə iclasının təxirə salınması barədə ərizəsini nəzərə almayaraq iddiaçının nümayəndisinin məhkəmə iclasında iştirakını təmin etməməklə Azərbaycan Respublikasi MPM-nin 9-cu maddəsində nəzərdə tutulmuş prosesin çəkişmə prinsipini po zmuşdur.
24. İstər birinci instansiya məhkəməsi, istərsə də, Apellyasiya Məhkəməsi qətnaməsində mötəbər sübutların iddia ərizəsinə əlavə edilmədiyini qeyd etsə də, konkret olaraq hansı zəruri sübutların təqdim edilməsini iddiaçıya və ya onun nümayəndəsinə təklif etməyərək Azərbaycan Respublikasi MPM-nin 77.3-cü maddəsinin tələbini pozmuşdurlar.
25. Birinci instansiya məhkəməsi tərəfindən qarşı tərəfin- cavabdehin nümayəndəsinin iş üzrə əhəmiyyət kəsb etməyən vəsaiti əsasında məhkəmə sorğusunun (məs, mərhumun həyat yoldaşı X2 qeydiyyatda olub olmaması barədə) verilməsi təmin edilsə də, iddiaçının bilavasitə mübahisə predmetinə aid olan ölüm haqqında tibbi şəhadətnamənin və onun verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətinin Qeydiyyat şöbəsindən tələb edilməsinə dair məhkəmə sorğu sunun verilməsinə haqqında vəsaitinin birinci instansiya məhkəməsi və Apelyasiya Məhkəməsi təmin etməyərək tərəflərə eyni cür yanaşmamaqla Azərbaycan Respublikası MPM-nin 8-ci maddəsində nəzərdə tutulmuş hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipini pozmuşdurlar.
26. Apellyasiya Məhkəməsi iddiaçının sübut qismində təqdim etdiyi tibbi sənədlərin və s. sübutların eləcə də istinad etdiyi qanunvericilik aktının iddia tələblərini müəyyən edən faktlar və hallarla əlaqədar olmasını nəzərə almayaraq Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinin tələblərini pozmuşdur.
27. Apellyasiya Məhkəməsi iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 05 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “insanın ölüm anının müəyyən edilməsi, rean imasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4-cü bəndini nəzərə almayıb əslində rədd etsə də, həmin hüquqi aktı rədd etmək üçün hər hansı bir dəlil göstərməməklə Azərbaycan Respublikası MPM-nin 220.4-cu maddəsinin tələbini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
25. İddiaçının tələbi atasının vəfatı ilə bağlı verilmiş tibbi şəhadətnamənin və ölüm haqqında şəhadətnamənin etibarsız hesab olunması barədədir. Apelyasiya Məhkəməsi ölüm haqqında şəhadətnamənin etibarsız hesab olunması hissəsində icraata xitam vermişdir və bu hissə ilə bağlı şikayət yoxdur.
26. İddiaçı tibbi şəhadətnamə nin etibarsızlığı ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşmır.
27. Əvvəla, kolegiya qeyd edir ki, iddiaçının atasının vəfat etməsi barədə tibbi şəhadətnamənin verilməsinin iddiaçının hansı hüquqlarını pozması ilə bağlı hal aydın deyil.
28. Tibbi şəhadətnamə, ölüm haqqında şəhadətnamə o halda mübahisələndirilə bilər ki, həmin sənədlərdəki məlumatlar iddiaçının mənafeyini pozmuş olsun. İddiaçının atası xx.xx.2021-ci il tarixdə “Covid-19+ ikitərəfli pnevmoniya" diaqnozu ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb X3 qəbul edilmiş, xx.xx.2021-ci ildə xəstə evə buraxılmış, bununla bağlı xəstəxanadan buraxılış forması doldurulmuşdur. Muradov Yavər Yaqub oğlu xəstəxanadan buraxıldığı gün yaşadığı - Bakı şəhəri, Y/Günəşli qəsəbəsi "D" Y/S, ev 11, mənzil 4-də vəfat etmişdi r.
29. İddiaçı atasının ölüm tarixinin, yerinin, səbəblərinin düzgün yazılmamasına istinad etmədən sadəcə, yuxarıda qeyd olunan sənədləri mübahisələndirir. Ölmüş şəxsə tibbi şəhadətnamə verilir ona görə ki, onun əsasında ölüm haqqında şəhatənamə verilsin. Hazırkı işdə də, belə sənədlər verilmişdir. Ölüm haqqında şəhadətnamənin etibarsızlığı tələbi üzrə icraaata xitam verilmişdir. İddiaçı yenə tibbi şəhadətnamənin eibarsızlığını tələb etməkdə davam edir və bunu həmin sənədin mahiyyətinin düzgün olmaması ilə deyil, sadəcə verilmə prosedurlarının pozulması ilə əsaslandırır. Apelyasiya məhkəməsi belə açıq-aşkar əsassız iddianın rədd edilməsi ilə razılaşmaqda haqlı olmuşdur.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərini n qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq m əhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmal ıdır. 31. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MKnın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasında n, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
32. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qə tnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Qeyd olunan halla rını nəzərə alan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3784/202 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.