Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-476/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron rayonu 2 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət, buraxılmış prosessual müddətin bərpasından imtina, qətnamənin elektron kabinetə yerləşdirilməsi, prosessual müddətin axımı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron rayonu 2 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1200/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 kassasiya şikayətinə 22 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron rayonu 2 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-3672 nömrəli, 29 iyul 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin 17 fevral 2023-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Elman Məmmədov) b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1200/2023 nömrəli iş üzrə 2 avqust 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 17 fevral 2023-ci il tarixli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-3672 nömrəli, 29 iyul 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi qət edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh1 məxsus elektron kabinetə yerləşdirilmişdir.
6. Cavabdeh 30 oktyabr 2023-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək qətnamənin ona rəsmi qayada verilməməsini göstərərək, qətnamənin ona təqdim edilməsini xahiş etmişdir. Elə həmin tarixdə də qətnamənin surəti cavabdehə təqdim edilmişdir.
7. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə qətnamədən kassasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə vermişdir.
8. Cavabdeh müddətin bərpası barədə ərizəsini onunla əsaslandırmışdır ki, qətnamə ona poçt vasitəsilə deyil, elektron kabinet vasitəsilə çatdırılmışdır. Onun isə bundan xəbəri olmamışdır. Qətnaməni yalnız məhkəməyə müraciət etməklə xx.xx.2023-cü ildə almışdır.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1200/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin 2 avqust 2023-cü il tarixli, 2(105)-1200/2023 nömr əli qətnaməsindən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş və kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə Cavabdeh1 geri qaytarılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qətnaməsi cavabdehin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, bununla da onun qətnamədən kassasiya şikayəti verilməsindən ötrü prosessual müddətin axımı ertəsi gündən başlamış, xx.xx.2023-cü il tarixə kimi davam etmişdir.
11. Apellyasiya instansiya məhkəməsi Cavabdeh1 müddətin bərpası barədə ərizədə göstərdiyi dəlillərə münasibətdə bildirmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (K.N.Qəribovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı).
12. Apellyasiya instansiya məhkəməsinin mövqe yinə görə prosessual müddətin bərpa edilməsi üçün o hallar mövcud olmalıdır ki, həmin hal tərəfi prosessual hərəkətinin aparılması imkanından məhrum etsin. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
13. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmadığını sübut etməlidir. Çünki qanunla müəyyən edilmiş prosessual müddətin işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir.
14. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə kassasiya şikayətinin qaytarılması kassa torun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırsa da, belə müdaxilə, hüquqi müəyyənliyin və ədalət mühakiməsinin lazımi şəkildə həyata keçirilməsini təmin etmək, o cümlədən sui-istifadələrin və süni süründürməçiliyin qarşısını almaq, tərəflərin bərabərliyini, mübahisənin səmərəli qaydada və ağlabatan müddətdə həll edilməsini, habelə məhkəməyə hörməti təmin etmək məqsədlərinə mütənasibdir. Əks halda bu kimi hallar ədalət mühakiməsinin qanunla müəyyən edilmiş qaydada həyata keçirilməsinə laqeydlik kimi qiymətləndirilə bilər
15. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3., 10-1.5, 408.1.4-c maddələri və “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlu ğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, sözügedən qətnamə cavabdehə rəsmi şəkildə çatdırılmamışdır. Belə ki, cavabdeh qətnaməni poçt vasitəsilə ilə gözlədiyi halda, qətnamə onun ünvanına daxil olmamışdır. Bu barədə məlumat aldıqda isə məhkəmədən bildirmişlər ki, qətnamə elektron kabinetə yerləşdirilmişdir. Cavabdehin isə bundan xəbəri olmamışdır. Belə ki, qətnamənin elektro n kabinetə yerləşdirilməsi barədə cavabdehin telefon nömrəsinə bildiriş gəlməmişdir. Cavabdeh yalnız xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət edərək və imza atmaqla qətnaməni almışdır. Bu səbəbdən də sözügedən qətnamədən kassasiya şikayəti vermə müddətinin ötürülməsi üzrlü sayılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektro n məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiy a sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
20. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.
21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, barəsində şik ayət verilən Sumqayıt Apellyasiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qətnaməsi 28 avqust 2023-cü ildə cavabdehin elektron kabinetinə yerləşdirilib, cavabdeh kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq prosessual müddət bitdikdən sonra, yəni 01 noyabr 2023-cü il tarixdə kassasiya şikayətini elektron kabinetə yerləşdirməklə göstərilən müddəti ötürmüşdür.
24. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə cavabdehin dəlilləri əsassızdır.
25. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
26. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Mə cəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.
27. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə görə də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
28. İşdən görünür ki, qətnamə cavabdehin elektron kabinetinə 28 avqust 2023-cü ildə yerləşdirimişdir.
29. Nəzərə alınsa ki, MPM-in 135.5-ci maddəsinə görə həmin Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir və MPM-in 10-1.8 və 135.6-cı maddələrinə görə də elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir və məhkəmə sənədləri elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır, belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Əvvəla, müddətin ötürülməsinin üzrlü halı kimi cavabdehin dəlillərinə qiymət verməklə apellyasiya i nstansiyası məhkəməsi ərizəni təmin etməyib. Bundan əlavə, cavabdeh kassasiya şikayətində bir tərəfdən qətnamənin elektron kabinetə daxil edilməsindən xəbəri olmamasına, bir tərəfdən də qətnamənin xx.xx.2023-cü ildə məhkəmədən rəsmi qaydada ona verilməsini qeyd etməklə biri-digərini təkzib edən dəlillər irəli sürmüşdür. Bir halda ki, cavabdeh prosessual müddətin axımını qətnamənin elektron kabinetə daxil edildiyi 28.08.23-cü il tarixindən deyil, qətnamənin xx.xx.2023-cü ildə məhkəmədən rəsmi qaydada ona verilməsi tarixindən hesablanmalı olmasına istinad edir, belə olan halda heç müddətin bərpasına dair ərizə verməyə ehtiyac da qalmazdı.
31. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin o lunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1200/2023 nömrəli, 15 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.