Məhkəmə qərarları › İş №2(102)-476/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-476/2025

07.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-476/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilk iddia üzrə İddiaçı Cavabdeh2 qarşı ilk, Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:Yaşayış sahəsindən (mənzildən) istifadə hüquqlarının itirilmiş hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İlk iddia üzrə İddiaçı Cavabdeh2 qarşı “cavabdehin mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi” ilk, Cavabdeh2 İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın paylara bölünməsi ” qarşılıqlı iddiasına dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1295/2024 nömrəli, 1 oktyabr 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Mənzil-Tikinti Kooperativi və İddiaçı arasında bağlanmış 02 avqust 2004cü il tarixli, 76 nömrəli müqaviləsinə əsasən İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativin Sumqayıt şəhəri, 1-ci mikrorayonda tikəcəyi kooperativ yaşayış binasından üç otaqlı mənzil almaq üçün tərəflər arasında müqavilə bağlanmış. Həmin müqavilənin 2-ci bəndinə görə vətəndaş İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin tikəcəyi yaşayış binasından alacağı üç otaqlı mənzilin ilkin dəyərini Kooperativin Nizamnaməsinə uyğun və kooperativ üzvlərini xx.xx.2003-cü il tarixli ümumi yığıncağının qərarına əsasən ödəniş gününə Azərbaycan Respublikası Milli Bankının məzənnəsi ilə manatla ödənilir. Həmin müqavilənin 3-cü bəndinə görə vətəndaş İddiaçı tərəfindən hər dəfə ödənilmiş pay haqqlarının məbləğini təsdiq edən sənəd MTK tərəfindən verilir. Həmin müqavilənin 4-cü bəndinə görə kooperativ pay haqqlarını vaxtında ödəməyən kooperativ üzvləri 10 gün müddətində "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2003-cü il tarixli ümumi yığıncağının qərarına əsasən kooperativ üzvlüyündən xaric edilir. Həmin müqavilənin 9cu bəndinə görə "xxxx" Mənzil-Tikinti Kooperativinin Sumqayıt şəhəri, 1-ci mikrorayonda layihə-smeta sənədlərinə uyğun tikəcəyi yaşayış binasında üç otaqlı mənzilin üm umi sahəsi 97 m2 təşkil edir. 2. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən 02 avqust 2004-cü il tarixdə verilmiş 118 nömrəli kassa mədaxil qəbzindən görünür ki, İddiaçı 65.436.000 manat pulu 02 avqust 2004-cü il tarixli, 76 nömrəli müqavilə üzrə MTK-ya ödəmişdir. 3. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən 19 yanvar 2005-ci il tarixdə verilmiş 395 nömrəli kassa mədaxil qəbzinə əsasən İddiaçı 30.012.000 manat pulu 02 avqust 2004-cü il tarixli, 76 nömrəli müqavilə üzrə MTK-ya ödəmişdir. 4. "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi iclasının 259 nömrəli protokolundan görünür ki, İddiaçı kooperativinin üzvü qəbul olunmaqla MTK-nın Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsindəki 45V nömrəli, ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, 7 nömrəli mənzilin payçısı olması təsdiq edilmişdir. 5. "xxxx" Mənzil-Tikinti Kooperativinin 26 sentyabr 2014-cü il tarixli maliyyə arayışına əsasə Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsindəki 45V nömrəli ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 3-cü mərtəbəsində ümumi sahəsi 50,6 m2 olan 3 otaqlı, 7 nömrəli mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu olmamış.

6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışında qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2014-cü il tarixində ********** qeydiyyat nömrə si ilə İddiaçı adına qeydiyyatdan keçmişdir.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 24 fevral 2016-cı il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər isə X4 oğlu, X3, Cavabdeh1 və Cavabdeh2dır.

8. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2760/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, ilkin iddianın tam, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh2 ilə İddiaçı arasında Göyçay rayon qeydiyyat şöbəsində xx.xx.2006cı il tarixdə bağlanmış, 259 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər anası Cavabdeh2 yanında qalması, xx.xx.2023-cü ildən etibarən xx.xx.2009-cu il təvəllüdlü X4 oğlunun və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 190 manat olmaqla, cəmi 380 manat İddiaçı tutularaq Cavabdeh2 verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması, məhkəmə qətnaməsinin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir.

9. Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən verilmiş 82 nömrəli, xx.xx.2005-ci il tarixli orderdən görünür ki, ünvan 2 İddiaçı ailə üzvü kimi Cavabdeh2 göstərilməklə SŞİH-nin 345 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən verilmişdir.

10. Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-Təsərrüfat İdarəsinin forma 2 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsindəki 45V nömrəli, 10 mərtəbəli evin 3-cü mərtəbəsində 50.6 m2 yaşayış sahəsi olan 3 otaqlı, 7 nömrəli mənzildə yaşayır. Mənzi tam kommunal şəraitlidir. Ev İddiaçı məxsusdur. Onun ailəsi iki nəfərdən özü və Cavabdeh2 ibarətdir.

11. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-974/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh1 münasibətdə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ca vabdehlərin iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3 otaqlı, ümumi sahəsi 97 kv.metr olan 45V, nömrəli evin 7 nömrəli (bundan sonra mübahisəli mənzil) mənzilində olmuş istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və xx.xx.2009-cu il təvəllüdlü X4 oğlunun, xx.xx.2011-ci il təvəllüdlü X1 iddiaçının mülkiyyətində olan mübahisəli mənzilindən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi işin faktiki hallarına istinad edilərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Cavabdeh2 ilə nikaha daxil olmazdan əvvəl yəni xx.xx.2004-cü il tarixdə dəyərini tam ödəniş etməklə almışdır. Cavabdehlə aralarında olan ailə münasibətləri 5 ildən çox müddətdir ki, bitmiş olsa da və ey ni zamanda məhkəmə qətnaməsi ilə aralarında olan nikaha xitam verilsə də cavabdeh ona məxsus olan evdən çıxmır. Onun etirazının əsası mənzildə onun pay hüquqlarının olduğunu bildirməsidir. Bundan əlavə iş üzrə digər Cavabdeh1 onların ailə üzvləri olmamışdır. O, qeyd olunan mülkiyyətdə olan mənzildə ümumiyyətlə yaşamamışdır. Onun ümumiyyətlə mənzildə qeydiyyatı formal olmuşdur.

14. Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzili üzərində onun 2/3 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə 2004-cü ildə yaşı çatmadığından dini nikah kəsdirməklə ailə qurmuşdur. xx.xx.2006-cı il tarixdə cavabdeh İddiaçı ilə nikahlarını rəsmiləşdirmişlər. B irgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 oğlu, xx.xx.2011-ci il təvəllüdlü X2 anadan olmuşdur. 2023-cü ilin əvvəlinə kimi münasibətləri normal olsa da sonradan cavabdeh Rusiyada yaşadığından, ona və uşaqlara münasibətdə soyuqluq yarandığından aralarında münasibətlər pozulmuş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2760/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş, hər ay iki uşağın saxlanması üçün 380 manat sabit pul məbləğində aliment ödənilməklə azyaşlı uşaqları onun himayəsində saxlanılmışdır. Bildirir ki, İddiaçı Rusiyaya gedib-gəldiyindən mübahisəli mənzilin təmiri onun tərəfindən tam başa çatdırılaraq Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3 otaqdan ibarət olan, ümumi sahəsi 97 m2 olan 45V nömrəli evin, 7 saylı mənzilində 2006-cı ilin əvvəlindən başlayaraq hazıradək uşaqları ilə birlikdə yaşayır. Qeyd edir ki, Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 345 nömrəli sərəncamı ilə Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, 7 saylı mənzilə dair 82 saylı order verilmiş və orderdə qeyd olunmuşdur ki, həmin mənzildə İddiaçı və Cavabdeh2 yaşamaq hüququ vardır. Həmin orderdə Cavabdeh2 - İddiaçı həyat yoldaşı kimi qeyd olunmuşdur. Bu fakt təsdiq edir ki, onlar həmin dövrlərdə faktiki ailə münasibətlərində olmuşlar. Həmçinin, "xxxx" MTK-nin 275 nömrəli, xx.xx.2014-cü il tarixli maliyyə haqq-hesabı arayışını da hər ikisinin daimi qeydiyyatda olması qeyd olunmaqla həmin mənzilə dair çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nə müraciət etmişlər. Həyat yoldaşı İddiaçı adına DƏ DRX-nin 2 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarış verilmişdir. Qeyd etdiyi kimi istər orderin verilməsində, istərsə də "xxxx" MTK-nin 275 nömrəli, xx.xx.2014-cü il tarixli maliyyə haqq-hesabını arayışında hər ikisinin adı olmuş və DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışın verilməsi birgə nikahda olduqları və yaşadıqları dövrlərdə olduğu üçün həmin mənzilə pay hüququ vardır.

16. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli, e-2(060)-974/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) İddiaçı Cavabdeh2 qarşı cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi tələbinə dair ilk iddiası təmin edilməmiş, ödənilmiş dövlət rü sumu ilk iddiaçıya aid edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın paylara bölünməsinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V ünvanında yerləşən 7 saylı mənzil üzərində paylar ½ hissədə ilkin iddia üzrə İddiaçı, ½ hissədə ilkin iddia üzrə Cavabdeh2 olmaqla müəyyən edilmiş, İddiaçı 50 (əlli) manat dövlət rüsumunun alınaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir.

17. Məhkəmənin mövqeyi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil tərəflərin nikahda olduqları dövrdə, hətta faktiki nikaha daxil olduqları müddətdə alınmışdır. Belə ki, mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışı xx.xx.2014- cü il tarixdə verilmişdir. Bu isə onu təsdiq etmişdir ki, sifarişçi podratçıya xx.xx.2014-cü ildə mənzilin dəyərini tam ödəmişdir. Mənzilin ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün əmlak nikah dövründə və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməlidir. Bundan əlavə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş orderə əsasən müəyyən edilir ki, Baxışıov Ceyhun 1980-ci il təvəllüdlü, həyat yoldaşı 1987-ci il təvəllüdlü Cavabdeh2 olması barədə ailə tərkibindədir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 228.2, 228.5, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32, 33.3, 33.4, 36.3, 36.4, 37.1, 37.2-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-974/2024 nömrəli qətnamənin ləğv edilməsini, ilk iddianın təmin ediməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ərarvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi aras ında bağlanmış xx.xx.2004-cü il tarixli, 76 nömrəli müqavilədən göründüyü kimi iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3 otaqlı, ümumi sahəsi 97 kv.metr olan 45V, nömrəli evin 7 nömrəli mənzili iddiaçıya alqı-satqı edilmişdir. Tərəflər arasında imzalanmış müqaviəyə əsasən mənzilin ümumi dəyəri manatın Azərbaycan məzənnəsinə uyğun olaraq 95.448.000 (doxsan beş milyon dörd yüz qırx səkkiz) manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli 118 nömrəli qəbzdən göründüyü kimi mənzil alınarkən mənzilin ümumi dəyərinin - 65.436.000 (altımış beş milyon dörd yüz otuz altı) manat hissəsi iddiaçı tərəfindən ödəniş edilmişdir. Bundan sonra mənzilin qalıq dəyəri olan 30.012.00 manat hissəsi iş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli qəbzd ən göründüyü kimi tam olaraq iddiaçı tərəfindən MTK-nə ödəniş edilmişdir. Tərəflərin rəsmi nikaha daxil olması ilə bağlı iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür isə cavabdeh Baxışova (Qasımova) Pərvanə İlham qızı ilə İddiaçı xx.xx.2006-cı il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Hətta Baxışova (Qasımova) Pərvanə İlham qızı tərəfindən müxtəlif tarixlər göstərərək mənzil alınarkən onların həmin vaxtda faktiki nikada olmasını bildirmiş olsa da həmin sənədlər üzərindəki tarixlərlə iddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı təqdim edilmiş qəbzlər üzərindəki tarixlərlə əlaqəli şəkildə təhlil etdikdə mənzilin tərflərin nikaha daxil olmasından əvvəl alındığı və dəyərinin iddiçı tərəfindən nikaha daxil olm azdan əvvəl ödənildiyinin real şahidi oluruq. Amma göründüyü kimi işə baxan məhkəmə qeyd olunan maddi hüquq normasına istinad etmiş olsa da, cavabdehin mənzil alınarkən iddiaçı ilə rəsmi və ya faktiki nikada olması ilə bağlı halları hər hansı bir mötəbər sübut olmadan işin faktiki hallarını araşdırmamış və nəticədə qeyd olunan maddi hüququn normasını pozmaqla onun mülkiyyət hüquqlarını pozaraq əmlakı üzərində Cavabdeh2 ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarmışdır. Ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İş materiallarına əlavə edilmiş sübutlardan göründüyü kimi mənzil İddiaçıla Cavabdeh2 nikaha daxil olmasında əvvəl alınaraq dəyəridə həmin tarixd ə ödənilmişdir. Amma buna baxmayaraq işə baxan məhkəmə qeyd olunan maddi hüquq normasınıda pozaraq işə baxmış və nəticədə onun mülkiyyət hüquqlarını məhdudlaşdıracaq qətnamə çıxarmışdır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 5.13-cü bəndinə əsasən qanunvericilik həmçinin rəsmi nikahda olsalar da, onların birgə təsərrüfat aparmadığı dövrdə hər birinin qazandığı əmlakı ümumi əmlaka aid etmir. Belə ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərarvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan birgə ni kah dövründə əldə olunmuş əmlakın bölgüsü zamanı faktiki nikah münasibətlərinə xitam verildiyi və birgə təsərrüfatın başa çatdığı tarixin müəyyən olunması işin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflərin izahatları əsasında həmin anı mübahisəsiz qaydada müəyyən etmək mümkün deyildirsə mülki işin məhkəmə baxışına hazırlanması mərhələsində məhkəmə Mülki Prosessual Məcəllənin 14.1-ci və 167.1-ci maddələrinə əsasən bu məsələni tərəflərlə müzakirə etməli, 77.3-cü maddəsinə əsasən sübutetmə yükünə uyğun olaraq tərəflərə müvafiq sübutları təqdim etməyi təklif etməlidir. Göründüyü kimi tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlaka münasibətdə onların nikah dövründə birgə vəsait hesabına əldə olunmasını qarşlıqlı iddia ərizəsi üzrə iddiaçı sübut edən dəlillər təqdim edə bilm əsə də, işə baxan məhkəmə Ali Məhkəmənin qeyd olunan qərarında göstərilən halları işin halları ilə səhv təfsir etmiş və nəticədə qanunsuz qətnamə çıxarmışdır. İlkin iddia ərizəsinə münasibətdə işə baxan məhkəmə Mülki Məcəllənin 228.1-ci maddəsinin tələblərinidə pozmuşdur. Yuxarıda qeyd etdiyim kimi mənzil hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 oktyabr 2024-cü il tarixli, 2(105)-1295/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Lalə Rəhimlidən və Almaz Süleymanovdan ibarət tərkibdə) ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-974/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və xx.xx.2009-cu il təvəllüdlü X4 oğlunun, xx.xx.2011-ci il təvəllüdlü X1 mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi tələbinə dair ilk və Cavabdeh2 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın paylara bölünməsi barədə qarşılıqlı iddia tələblərinin təmin ediməməsi qət edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkə qeyd etmişdir ki, ər-arvadın ümumi əmlakının bölünməsinə dair mübahisənin tərəfləri ər-arvad statusu qazanmış şəxslər ola bilərlər. Ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiy yəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Ailə münasibətlərinə daxil olan şəxslərin ər-arvad statusu nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır, nikahın pozulduğu gün başa çatır (Azərbaycan Respublikasının Ailə Məcəlləsi 2.3, 9.4 və 23.1-ci maddələr). Ailə Məcəlləsinin 1.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamış şəxslər ərarvad hesab edilmirlər.

23. Kollegiya qeyd etmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.

24. İddiaçı və " xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 76 nömrəli müqavilədən göründüyü kimi mübahisəli mənzili ilk iddia üzrə iddiaçı 2004-cü ildə almış və müqaviəyə əsasən mənzilin ümumi dəyəri həmin vaxt 95.448.000 (doxsan beş milyon dörd yüz qırx səkkiz) manat müəyyən edilmişdir. 25. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 118 nömrəli və 19 yanvar 2005-ci il tarixdə verilmiş 395 nömrəli kassa mədaxil qəbzlərindən (iş v. 98-99) görünür ki, İddiaçı 65.436.000 (altmış beş milyon dörd yüz otuz altı min) manat və 30.012.000 (otuz milyon on iki min) manat pulu xx.xx.2004-cü il tarixli, 76 nömrəli müqavilə üzrə MTK-ya ödəmişdir (ümumilikdə 95.448.000 manat). Tərəflərin rəsmi nikaha daxil olması ilə bağlı iş materiallarında olan nik ah haqqında şəhadətnamədən görünür ki, tərəflər nikaha xx.xx.2006-cı il tarixdə daxil olmuşlar.

26. Göründüyü kimi ilk iddia üzrə iddiaçı mübahisəli mənzili nikaha daxil olmazdan əvvəl əldə etmişdir ki, belə olan halda həmin mənzil tərəflərin ər-arvad kimi birgə mülkiyyəti sayıla və onlar arasında bölünə bilməz.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin dəyərinin nə vaxt və hansı məbləğdə ödənilməsi göstərilməyən xx.xx.2014-cü il tarixli maliyyə arayışını əsas götürərək mübahisəli mənzilin dəyərinin həmin tarixdə ödənilməsi qənaətinə gəlməsini, lakin xx.xx.2004-cü il tarixli və xx.xx.2005ci il tarixli kassa mədaxil qəbzlərini isə nəyə görə sübut qismində qəbul etməməsini qətnamədə əsaslandırmamışdır.

28. Halbuki, tərəflərin həmin mənzilin y aşayış sahəsindən 2014-cü ildən əvvəl də istifadə etmələri işin mübahisəsiz halı olmuşdur.

29. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.2014cü il tarixli 294 nömrəli maliyyə arayışı, həmin tarixli 259 nömrəli "xxxx" MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarış və plan-cizgi DƏDKR publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə mübahisəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilmişdir. 30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əm lak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

31. Qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə mübahisəli mənzilin təmirinin onun tərəfindən tam başa çatdırılmasını, onun əldə edilməsi üçün özü və ya valideynləri tərəfindən pul vəsaiti qoyulmasını təsdiq edən mötəbər sübut növü təqdim etməmişdir, o cümlədən göstərilən dəlillər iş materialları və işin araşdırılmış halları ilə məhkəmə iclasında müəyyən olunmamışdır.

32. Apellyasiya məhkəməsi “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 4.4, 4.5, 4.6-cı bəndlərinə də istinad etmiş və hesab etmişdir ki, Cavabdeh2 mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi paylara bölünməsi barədə qarşılıqlı iddia tələbi əsassız olduğundan, həmin tələbin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

33. Kollegiya Cavabdeh2 mübahisəli mənzil üzərində mülkiyyətçi kimi pay hüququnun olmadığını nəzərə almış, həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilk iddia ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

34. İşdən görünür ki, mübahisəli mənzillə bağlı tərəflər arasında hüquq münasibətləri 2006-cı ildə yaranmışdır.

35. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən (həmin vaxt qüvvədə olan redaksiyada), mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin v erdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 36.

61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hü ququnu əldə edirlər.

37. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yar anır. 38. 2009-cu ilin oktyabrın 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

40. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə q aydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

41. Məhkəmə kollegiyası hesab etmişdir ki, ilk iddia üzrə Cavabdeh2 iddiaçıya məxsus mübahisəli mənzilə köçərkən onun ailə üzvü olmuş, o cümlədən xx.xx.2009-cu il təvəllüdlü X4 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X2 iddiaçının övladları olmaqla mənzilin yaşayış sahəsindən istifadə hüququ əldə etmişlər. Hazırda tərəflərin ailə münasibətlərinə xitam verilsə də, bu hal ilk iddia üzrə cavabdehin mənzilin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi, cavabdehin və uşaqların mənzildən çıxarılması üçün əsas deyildir.

42. Məhkəmə iclasında iş materialları ilə həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında nikah müqaviləsi və ya mənzilin yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, h əyata keçirilməsi şərtləri və xitamı ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyildir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda isə bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının müvafiq kompensasiya vermədən mövcud tələbi irəli sürməsi əsassızdır və təmin oluna bilməz.

44. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyası 13, 29-cu maddələri, Azərbaycan Respublikasının Mülki Məcəllənin 139.1, 139.3, 146.1, 146.2, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 178.1, 178.2, 225.1, 225.2, 225.3, 225.4, Azərbaycan Respublikasının Ailə M əcəlləsinin 1.4, 32.1, 32.2, 34.1, 36.1, 36.3, 37.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

45. İddiaçı (Vəkil2 ) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)- 1295/2024 saylı qətnaməsini ilkin iddia ərizəsinin rədd edlmiş hissəsində ləğv edib ilkin iddia ərizəsinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış sahəsinin mülkiyyət formasının dəyi şdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həmçinin dəyişilməsinəsəbəb olur. Bu halda xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30 və 34-cümaddələri ilə müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarına istinadən hesab edir ki, mülkiyyətimdə olan mənzil xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyesterində onun adına qeydiyyatdan keçdiyindən cavabdehlərin mənzildən istifadə hüquqlarının həll edilməsi də xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən həll edilməlidir. Çünki cavabdehin mənzildən istifadə hüquqları Azərbaycan Respublikasının MM-nin 228.1-cimadəsinə əsasən mənzil 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyesterindən onun adına qeydiyyatdan keçdiyi andan yaranmış və aralarında olan nikaha məhkəmə qətnaməsi ilə 2023-cü ildə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və AzərbaycanRespublikasıMənzilMəcəlləsinin 30.4- cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam veril dikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hesab edir ki, cavabdehin mülkiyyətində olan mənzilində olmuş istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi barədə iddia ərizəsi əsasılı olduğundan təmin edilməlidir. Cavabdehlə aralarında olan nikaha xitam verilsə də cavabdeh mülkiyyətində olan mənzildən çıxmır. O, qanunsuz olaraq bütövlükdə mülkiyyət hüquqlarını məhdulaşdırmaqda davam edir.

47. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamaqla yanaşı, mübahisənin həlli üçün zəruri xüsusatlara lazımınca diqqət yetirməmiş və sübutları düzgün tətbiq etməmişdir. İddia tələbi üzrə cavabdeh tərəfin irəli sürdüyü etiraza qarşı dəlillər üzrə dəyərləndirmə aparmamış, həmin əmlakın birgə əmlak kimi qiymətləndirərkən, nəyə əsasən həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi dəyərləndirilməli olmasını əsaslandırmamışdır.

48. Apellyasiya instansiya məhkəməsi şikayətin hər bir dəlili üzrə dəyərləndirmə aparılmalı olduğu halda, heç bir dəyərləndirmə aparmayararaq ədalət mühakiməsinin nəticəsi olan məhkəmə aktında ziddiyyətli halların əks olunduğu məhkəmə aktı qəbul etmişdir.

49. Apellyasiya instansiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından, həmçinin mad di və prosessual hüquq normalarının səhv təfsir edilməklə tətbiq edilməsi nəticəsində qəbul edildiyindən ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir.

50. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 228.1 Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4. 34.1, Azərbaycan Respublikası MPM-nin 9.3, 14.1, 88, 217.1-ci maddələrinə, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014- cü il tarixli qərarına istinad edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Cavabdeh Qasımova (Baxışova) Pərvanə İlham qızı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1295/2024 saylı qətnaməsinin ona aid hissədə ləğv edilərək Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V ünvanında yerləşən, 7 saylı mənzili üzərində mənim 1/2 hissədə payımın müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri:

52. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

53. Şikayətçi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməyən hissəsini mübahisələndirdiyindən və hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikas ı Mülki Məcəlləsi

54. Maddə139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

55. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

56. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şik ayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

57. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

58. Maddə 178.1.Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

59. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

60. Maddə 178.8(hüquq münasibətinin yarandığı vaxt qüv vədə olan redaksiya). Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

61. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

62. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

63. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına h əmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

64. Maddə 1.4 Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.

65. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

66. Maddə 32.2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Ərarvadın ümumi birgə mülkiyyətinə: 67. 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 68. 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

69. Maddə 34.1 Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklind ə və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

70. Madə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

71. Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində b axır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

77. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

78. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

79. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması q ətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

80. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hall arının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

81. Şikayətçi apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməyən hissəsini mübahisələndirdiyindən hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir

82. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Qasımova (Baxışova) Pərvanə İlham qızı kassasiya şikayətinə qarşı verdiyi etirazda Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-1295/2024 saylı qətnaməsinin ona aid hissədə ləğv edilərək Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V ünvanında yerləşən, 7 saylı mənzil i üzərində 1/2 hissədə payının müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, Azərbaycan Respublikasının MPM-in 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən sadəcə ilkin iddia üzrə iddiaçı kassasiya şikayəti verdiyinə görə işə sadəcə həmin kassasiya şikayəti həddində baxılmalı və həmin kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

83. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

84. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işdən görünür ki, mübahisəli mənzillə bağlı tərəflər arasında hüquq münasibətləri 2006-cı ildə yaranmışdır. İlk iddia üzrə Cavabdeh2 iddiaçıya məxsus mübahisəli mənzilə köçərkən onun ailə üzvü olmuş, o cümlədən xx.xx.2009-cu il təvəllüdlü X4 oğlu və xx.xx.2011-ci il təvəllüdl ü X2 iddiaçının övladları olmaqla mənzilin yaşayış sahəsindən istifadə hüququ əldə etmişlər. Hazırda tərəflərin ailə münasibətlərinə xitam verilsə də, bu hal ilk iddia üzrə cavabdehin mənzilin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi, cavabdehin və uşaqların mənzildən çıxarılması üçün əsas deyildir. Məhkəmə iclasında iş materialları ilə həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında nikah müqaviləsi və ya mənzilin yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyildir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda isə bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya v erməsi yolu ilə xitam verilə bilər.Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, ilk iddia üzrə iddiaçının müvafiq kompensasiya vermədən mövcud tələbi irəli sürməsi əsassızdır və təmin oluna bilməz.

85. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddia tələbi üzrə cavabdeh tərəfin irəli sürdüyü etiraza qarşı dəlillər üzrə dəyərləndirmə aparılmadığı, həmin əmlak birgə əmlak kimi qiymətləndirilərkən, nəyə əsasən həmin əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak kimi dəyərləndirilməli olmasının əsaslandırılmadığı barədə dəlilləri ilə əlaqədar qeyd edir ki, dəlilin iş üzrə əlaqəsi yoxdur.Belə ki, iş üzrə hər hansı əmlak həmin əmlak birgə əmlak kimi qiymətləndirilməmişdir.

86. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nə ticənin işin faktiki hallarına uyğun olmadığı barədə dəlili ilə əlaqədar bildirir ki, və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.Çünki Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinin tələbinə müvafiq olaraq kassasiya şikayətində qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

87. Kollegiya bildirir ki, yoxlanılan hissə üzrə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kolleg iyası yoxlanılan hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

88. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissə üzrə apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

89. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi İddiaçı iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

90. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəm ə kollegiyası qərara aldı: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 oktyabr 2024-cü il tarixli 2(105)-1295/2024 nömrəli qətnaməsi İddiaçı iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar