Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1295/2024 01.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, ilk iddia üzrə cavabdeh Qasımova (Baxışova) Pərvanə İlham qızı və onun vəkili və nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı cavabdehin mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi tələbinə dair ilk, Cavabdeh2 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın paylara bölünməsi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-974/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" Mənzil-Tikinti Kooperativi və İddiaçı arasında bağlanmış 02 avqust 2004-cü il tarixli, 76 nömrəli müqavilənin surətindən görünür ki, vətəndaş İddiaçı "xxxx" Mənzil- Tikinti Kooperativin Sumqayıt şəhəri, 1-ci mikrorayonda tikəcəyi kooperativ yaşayış binasından üç otaqlı mənzil almaq üçün "xxxx" Mənzil-Tikinti Kooperativinə müraciət edir və tərəflər arasında müqavilə bağlanır. Həmin müqavilənin 2-ci bəndinə görə vətəndaş İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin tikəcəyi yaşayış binasından alacağı üç otaqlı mənzilin ilkin dəyərini Kooperativin Nizamnaməsinə uyğun və kooperativ üzvlərini xx.xx.2003-cü il tarixli ümumi yığıncağının qərarına əsasən ödəniş gününə Azərbaycan Respublikası Milli Bankının məzənnəsi ilə manatla ödənilir. Həmin müqavilənin 3-cü bəndinə görə vətəndaş İddiaçı tərəfindən hər dəfə ödənilmiş pay haqqlarının məbləğini təsdiq edən sənəd MTK tərəfindən verilir. Həmin müqavilənin 4-cü bəndinə görə kooperativ pay haqqlarını vaxtında ödəməyən kooperativ üzvləri 10 gün müddətində "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2003-cü il tarixli ümumi yığıncağının qərarına əsasən kooperativ üzvlüyündən xaric edilir. Həmin müqavilənin 9-cu bəndinə görə "xxxx" Mənzil-Tikinti Kooperativinin Sumqayıt şəhəri, 1-ci mikrorayonda layihə-smeta sənədlərinə uyğun tikəcəyi yaşayış binasında üç otaqlı mənzilin ümumi sahəsi 97 m2 təşkil edir.
2. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən 02 avqust 2004-cü il tarixdə verilmiş 118 nömrəli kassa mədaxil qəbzindən görünür ki, İddiaçı 65.436.000 (altmış beş milyon dörd yüz otuz altı min) manat pulu 02 avqust 2004-cü il tarixli, 76 nömrəli müqavilə üzrə MTK-ya ödəmişdir.
3. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən 19 yanvar 2005-ci il tarixdə verilmiş 395 nömrəli kassa mədaxil qəbzindən görünür ki, İddiaçı 30.012.000 (otuz milyon on iki min) manat pulu 02 avqust 2004-cü il tarixli, 76 nömrəli müqavilə üzrə MTK-ya ödəmişdir.
4. "xxxx" Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi iclasının 259 nömrəli protokolundan görünür ki, İddiaçı kooperativinin üzvü qəbul olunmaqla MTK-nın Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsindəki 45V nömrəli, ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, 7 nömrəli mənzilin payçısı olması təsdiq edilmişdir.
5. "xxxx" Mənzil-Tikinti Kooperativinin 26 sentyabr 2014-cü il tarixli maliyyə arayışından görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsindəki 45V nömrəli ünvanda yerləşən kooperativ binasının 1-ci giriş, 3-cü mərtəbəsində ümumi sahəsi 50,6 m2 olan 3 otaqlı, 7 nömrəli mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur.
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, mənzil ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2014-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyatdan keçmişdir.
7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı 24 fevral 2016-cı il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər isə X8 oğlu, X6, Cavabdeh1 və Cavabdeh2dır.
8. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2760/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ilkin iddianın tam, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh2 ilə İddiaçı arasında Göyçay rayon qeydiyyat şöbəsində xx.xx.2006-cı il tarixdə bağlanmış, 259 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X8 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər anası Cavabdeh2 yanında qalması, xx.xx.2023-cü ildən etibarən xx.xx.2009-cu il təvəllüdlü X8 oğlunun və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 190 manat olmaqla, cəmi 380 manat İddiaçı tutularaq Cavabdeh2 verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması, məhkəmə qətnaməsinin alimentin tutulması hissəsində dərhal icra olunması qət edilmişdir.
9. Sumqayıt Şəhər Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 467696 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında olan nikaha Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-2760/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixində 543 № ilə qeyd edilmişdir.
10. Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən verilmiş 82 nömrəli, xx.xx.2005-ci il tarixli orderdən görünür ki, ünvan 2 İddiaçı ailə üzvü kimi Cavabdeh2 göstərilməklə SŞİH-nin 345 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən verilmişdir.
11. Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil-Təsərrüfat İdarəsinin forma 2 saylı arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsindəki 45V nömrəli, 10 mərtəbəli evin 3-cü mərtəbəsində 50.6 m2 yaşayış sahəsi olan 3 otaqlı, 7 nömrəli mənzildə yaşayır. Mənzi tam kommunal şəraitlidir. Ev İddiaçı məxsusdur. Onun ailəsi iki nəfərdən özü və Cavabdeh2 ibarətdir.
12. Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-974/2024 saylı, 29 yanvar 2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh1 münasibətdə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
13. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1, iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3 otaqlı, ümumisahəsi 97 kv.metr olan 45V, nömrəli evin 7 nömrəli mənzilində olmuş istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və xx.xx.2009-cu il təvəllüdlü X8 oğlunun, xx.xx.2011-ci il təvəllüdlü X2 iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3 otaqlı, ümumi sahəsi 97 kv.metr olan 45V, nömrəli evin 7 nömrəli mənzilindən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3 otaqlı, ümumi sahəsi 97 kv.metr olan 45V, nömrəli evin 7 nömrəli mənzilini, xx.xx.2004-cü il tarixdə Sumqayıt şəhərində yerləşən, "xxxx" Mənzil Tikinti Kooperativi ilə aralarında imzalanmış müqaviləyə əsasən, mənzilin ümumi dəyərini nəğd şəkildə tam ödəməklə almışdır. Qeyd olunan mənzil hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh Baxışova (Qasımova) Pərvanə İlham qızı ilə xx.xx.2006-cı il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətləri 5 ildən çox müddətdir ki, bitdiyindən aralarında olan nikah Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2760/2023 saylı qətnaməsi ilə pozularaq birgə nikahlarından anadan olan övladları xx.xx.2009-cu il təvəllüdlü X8 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X2 yanında saxlanması və uşaqların saxlanması üçün hər ay ondan sabit pul məbləğində 190 manat olmaqla iki uşaq üçün 380 manat ailimentin tutulması qət edilmişdir. Qeyd edir ki, mənzil cavabdehlə nikaha daxil olmazdan əvvəl yəni xx.xx.2004-cü il tarixdə dəyərini tam ödəniş etməklə almışdır. Yuxarıda qeyd etdiyi kimi cavabdehlə aralarında olan ailə münasibətləri 5 ildən çox müddətdir ki, bitmiş olsa da və eyni zamanda məhkəmə qətnaməsi ilə aralarında olan nikaha xitam verilsə də cavabdeh ona məxsus olan evdən çıxmır. Onun etirazının əsası mənzildə onun pay hüquqlarının olduğunu bildirməsidir. Bundan əlavə iş üzrə digər Cavabdeh1 onların ailə üzvləri olmamışdır. O, qeyd olunan mülkiyyətdə olan mənzildə ümumiyyətlə yaşamamışdır. Onun ümumiyyətlə mənzildə qeydiyyatı formal olmuşdur.
15. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3 otaqdan ibarət olan, ümumi sahəsi 97 kv.metr olan 45V nömrəli evin, 7 saylı mənzili üzərində onun 3/2 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, birinci iddia üzrə İddiaçı ona və Cavabdeh1 qarşı Sumqayıt şəhəri, birinci mikrorayon, 3 otaqdan ibarət olan, ümumi sahəsi 97 m2 olan 45V nömrəli evin 7 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab olunması, onun və xx.xx.2009-cu il təvəllüdlü oğlu X8 oğlunun, xx.xx.2011-ci il təvəllüdlü qızı X3 Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3 otaqdan ibarət olan, ümumi sahəsi 97 m2 olan 45V nömrəli evin 7 saylı mənzilindən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun iddia tələbi ilə razı deyildir. İddianı ona və uşaqlarına qarşı tamamilə qanunsuz və əsassız hesab edir. Ona görə də qarşılıqlı iddia ilə məhkəməyə müraciət edir. Belə ki, cavabdeh İddiaçı ilə 2004-cü ildə yaşı çatmadığından dini nikah kəsdirməklə ailə qurmuşdur. xx.xx.2006-cı il tarixdə cavabdeh İddiaçı ilə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2009cu il təvəllüdlü X8 oğlu, xx.xx.2011-ci il təvəllüdlü X5 anadan olmuşdur. 2023-cü ilin əvvəlinə kimi münasibətləri normal olsa da sonradan cavabdeh Rusiyada yaşadığından, ona və uşaqlara münasibətdə soyuqluq yarandığından aralarında münasibətlər pozulmuş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-2760/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş, hər ay iki uşağın saxlanması üçün 380 manat sabit pul məbləğində aliment ödənilməklə azyaşlı uşaqları onun himayəsində saxlanılmışdır. Bildirir ki, İddiaçı Rusiyaya gedib-gəldiyindən mübahisəli mənzilin təmiri onun tərəfindən tam başa çatdırılaraq Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3 otaqdan ibarət olan, ümumi sahəsi 97 m2 olan 45V nömrəli evin, 7 saylı mənzilində 2006-cı ilin əvvəlindən başlayaraq hazıradək uşaqları ilə birlikdə yaşayır. Qeyd edir ki, Sumqayıt şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 345 nömrəli sərəncamı ilə Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V, 7 saylı mənzilə dair 82 saylı order verilmiş və orderdə qeyd olunmuşdur ki, həmin mənzildə İddiaçı və Cavabdeh2 yaşamaq hüququ vardır. Həmin orderdə Cavabdeh2 - İddiaçı həyat yoldaşı kimi qeyd olunmuşdur. Bu fakt təsdiq edir ki, onlar həmin dövrlərdə faktiki ailə münasibətlərində olmuşlar. Həmçinin, "xxxx" MTK-nin 275 nömrəli, xx.xx.2014-cü il tarixli maliyyə haqq-hesabı arayışını da hər ikisinin daimi qeydiyyatda olması qeyd olunmaqla həmin mənzilə dair çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nə müraciət etmişlər. Həyat yoldaşı İddiaçı adına DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarış verilmişdir. Qeyd etdiyi kimi istər orderin verilməsində, istərsə də "xxxx" MTK-nin 275 nömrəli, xx.xx.2014-cü il tarixli maliyyə haqq-hesabını arayışında hər ikisinin adı olmuş və DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli ******* saylı çıxarışın verilməsi birgə nikahda olduqları və yaşadıqları dövrlərdə olduğu üçün həmin mənzilə pay hüququ vardır.
17. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-974/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) İddiaçı Cavabdeh2 qarşı cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi tələbinə dair ilk iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilmiş, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın paylara bölünməsinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45V ünvanında yerləşən 7 saylı mənzil üzərində paylar ½ hissədə ilkin iddia üzrə İddiaçı, ½ hissədə ilkin iddia üzrə Cavabdeh2 olmaqla müəyyən edilmiş, İddiaçı 50 (əlli) manat dövlət rüsumunun alınaraq Cavabdeh2 ödənilməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi iddia tələbləri ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzil tərəflərin nikahda olduqları dövrdə, hətta faktiki nikaha daxil olduqları müddətdə alınmışdır. Belə ki, mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışı xx.xx.2014-cü il tarixdə verilmişdir. Bu isə onu təsdiq edir ki, sifarişçi podratçıya xx.xx.2014-cü ildə mənzilin dəyərini tam ödəmişdir. Mənzilin ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün əmlak nikah dövründə və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməlidir. Bundan əlavə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş orderə əsasən müəyyən edilir ki, Baxışıov Ceyhun 1980-ci il təvəllüdlü, həyat yoldaşı 1987-ci il təvəllüdlü Cavabdeh2 olması barədə ailə tərkibindədir.
19. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 228.5, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4, Ailə Məcəlləsinin 32, 33.3, 33.4, 36.3, 36.4, 37.1, 37.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
20. Qətnamədən ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin ediməsi və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ərarvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İddiaçı ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2004cü il tarixli, 76 nömrəli müqavilədən göründüyü kimi iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, 3 otaqlı, ümumi sahəsi 97 kv.metr olan 45V, nömrəli evin 7 nömrəli mənzili iddiaçıya alqı-satqı edilmişdir. Tərəflər arasında imzalanmış müqaviəyə əsasən mənzilin ümumi dəyəri manatın Azərbaycan məzənnəsinə uyğun olaraq 95.448.000 (doxsan beş milyon dörd yüz qırx səkkiz) manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixli 118 nömrəli qəbzdən göründüyü kimi mənzil alınarkən mənzilin ümumi dəyərinin - 65.436.000 (altımış beş milyon dörd yüz otuz altı) manat hissəsi iddiaçı tərəfindən ödəniş edilmişdir. Bundan sonra mənzilin qalıq dəyəri olan 30.012.00 manat hissəsi iş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli qəbzdən göründüyü kimi tam olaraq iddiaçı tərəfindən MTK-nə ödəniş edilmişdir. Tərəflərin rəsmi nikaha daxil olması ilə bağlı iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür isə cavabdeh Baxışova (Qasımova) Pərvanə İlham qızı ilə İddiaçı xx.xx.2006-cı il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Hətta Baxışova (Qasımova) Pərvanə İlham qızı tərəfindən müxtəlif tarixlər göstərərək mənzil alınarkən onların həmin vaxtda faktiki nikada olmasını bildirmiş olsa da həmin sənədlər üzərindəki tarixlərlə iddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı təqdim edilmiş qəbzlər üzərindəki tarixlərlə əlaqəli şəkildə təhlil etdikdə mənzilin tərflərin nikaha daxil olmasından əvvəl alındığı və dəyərinin iddiçı tərəfindən nikaha daxil olmazdan əvvəl ödənildiyinin real şahidi oluruq. Amma göründüyü kimi işə baxan məhkəmə qeyd olunan maddi hüquq normasına istinad etmiş olsa da, cavabdehin mənzil alınarkən iddiaçı ilə rəsmi və ya faktiki nikada olması ilə bağlı halları hər hansı bir mötəbər sübut olmadan işin faktiki hallarını araşdırmamış və nəticədə qeyd olunan maddi hüququn normasını pozmaqla onun mülkiyyət hüquqlarını pozaraq əmlakı üzərində Cavabdeh2 ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarmışdır. Ərlə-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İş materiallarına əlavə edilmiş sübutlardan göründüyü kimi mənzil İddiaçıla Cavabdeh2 nikaha daxil olmasında əvvəl alınaraq dəyəridə həmin tarixdə ödənilmişdir. Amma buna baxmayaraq işə baxan məhkəmə qeyd olunan maddi hüquq normasınıda pozaraq işə baxmış və nəticədə onun mülkiyyət hüquqlarını məhdudlaşdıracaq qətnamə çıxarmışdır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 5.13-cü bəndinə əsasən qanunvericilik həmçinin rəsmi nikahda olsalar da, onların birgə təsərrüfat aparmadığı dövrdə hər birinin qazandığı əmlakı ümumi əmlaka aid etmir. Belə ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərarvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü zamanı faktiki nikah münasibətlərinə xitam verildiyi və birgə təsərrüfatın başa çatdığı tarixin müəyyən olunması işin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflərin izahatları əsasında həmin anı mübahisəsiz qaydada müəyyən etmək mümkün deyildirsə mülki işin məhkəmə baxışına hazırlanması mərhələsində məhkəmə Mülki Prosessual Məcəllənin 14.1-ci və 167.1-ci maddələrinə əsasən bu məsələni tərəflərlə müzakirə etməli, 77.3-cü maddəsinə əsasən sübutetmə yükünə uyğun olaraq tərəflərə müvafiq sübutları təqdim etməyi təklif etməlidir. Göründüyü kimi tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlaka münasibətdə onların nikah dövründə birgə vəsait hesabına əldə olunmasını qarşlıqlı iddia ərizəsi üzrə iddiaçı sübut edən dəlillər təqdim edə bilməsə də, işə baxan məhkəmə Ali Məhkəmənin qeyd olunan qərarında göstərilən halları işin halları ilə səhv təfsir etmiş və nəticədə qanunsuz qətnamə çıxarmışdır. İlkin iddia ərizəsinə münasibətdə işə baxan məhkəmə Mülki Məcəllənin 228.1ci maddəsinin tələblərinidə pozmuşdur. Yuxarıda qeyd etdiyim kimi mənzil hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh Qasımova (Baxışova) Pərvanə İlham qızı və onun vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmsını xahiş etdilər.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
25. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
26. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...)
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
28. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
29. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
30. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
31. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. (...)
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
32. 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
34. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
35. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
38. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə...
40. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
41. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir.
43. Birinci instansiya məhkəməsi ilk iddianı rədd, qarşılıqlı iddianın təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışı xx.xx.2014-cü il tarixdə verilmişdir. Bu isə onu təsdiq edir ki, sifarişçi podratçıya xx.xx.2014-cü ildə mənzilin dəyərini tam ödəmişdir. Mənzilin ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün əmlak nikah dövründə və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməlidir. Bundan əlavə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş orderə əsasən müəyyən edilir ki, Baxışıov Ceyhun 1980-ci il təvəllüdlü, həyat yoldaşı 1987-ci il təvəllüdlü Cavabdeh2 olması barədə ailə tərkibindədir.
44. Məhkəmə kollegiyası gəlinmiş nəticə ilə razılaşmır və qeyd etməyi zəruri hesab edir ki, ər-arvadın ümumi əmlakının bölünməsinə dair mübahisənin tərəfləri ər-arvad statusu qazanmış şəxslər ola bilərlər. Ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Ailə münasibətlərinə daxil olan şəxslərin ər-arvad statusu nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır, nikahın pozulduğu gün başa çatır (Azərbaycan Respublikasının Ailə Məcəlləsi 2.3, 9.4 və 23.1-ci maddələr). Ailə Məcəlləsinin 1.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamış şəxslər ər-arvad hesab edilmirlər.
45. Kollegiya qeyd edir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.
46. İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 76 nömrəli müqavilədən göründüyü kimi mübahisəli mənzili ilk iddia üzrə iddiaçı 2004-cü ildə almış və müqaviəyə əsasən mənzilin ümumi dəyəri həmin vaxt 95.448.000 (doxsan beş milyon dörd yüz qırx səkkiz) manat müəyyən edilmişdir.
47. "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş 118 nömrəli və 19 yanvar 2005-ci il tarixdə verilmiş 395 nömrəli kassa mədaxil qəbzlərindən (iş v. 98-99) görünür ki, İddiaçı 65.436.000 (altmış beş milyon dörd yüz otuz altı min) manat və 30.012.000 (otuz milyon on iki min) manat pulu xx.xx.2004-cü il tarixli, 76 nömrəli müqavilə üzrə MTK-ya ödəmişdir (ümumilikdə 95.448.000 manat). Tərəflərin rəsmi nikaha daxil olması ilə bağlı iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər nikaha xx.xx.2006-cı il tarixdə daxil olmuşlar.
48. Göründüyü kimi ilk iddia üzrə iddiaçı mübahisəli mənzili nikaha daxil olmazdan əvvəl əldə etmişdir ki, belə olan halda həmin mənzil tərəflərin ər-arvad kimi birgə mülkiyyəti sayıla və onlar arasında bölünə bilməz.
49. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin dəyərinin nə vaxt və hansı məbləğdə ödənilməsi göstərilməyən xx.xx.2014-cü il tarixli maliyyə arayışını əsas götürərək mübahisəli mənzilin dəyərinin həmin tarixdə ödənilməsi qənaətinə gəlməsini, lakin xx.xx.2004-cü il tarixli və xx.xx.2005-ci il tarixli kassa mədaxil qəbzlərini isə nəyə görə sübut qismində qəbul etməməsini qətnamədə əsaslandırmamışdır.
50. Halbuki, tərəflərin həmin mənzilin yaşayış sahəsindən 2014-cü ildən əvvəl də istifadə etmələri işin mübahisəsiz halı olmuşdur.
51. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, xx.xx.2014-cü il tarixli 294 nömrəli maliyyə arayışı, həmin tarixli 259 nömrəli "xxxx" MTK üzvlərinin ümumi iclasının protokolundan çıxarış və plan-cizgi DƏDKR publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə mübahisəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilmişdir.
52. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
53. Qarşılıqlı iddia üzrə iddiaçı məhkəməyə mübahisəli mənzilin təmirinin onun tərəfindən tam başa çatdırılmasını, onun əldə edilməsi üçün özü və ya valideynləri tərəfindən pul vəsaiti qoyulmasını təsdiq edən mötəbər sübut növü təqdim etməmişdir, o cümlədən göstərilən dəlillər iş materialları və işin araşdırılmış halları ilə məhkəmə iclasında müəyyən olunmamışdır.
54. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli qərarında göstərilmişdir ki, 4.4. Qanunverici ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Bu məsələni tənzimləyən analoji norma Mülki Məcəllənin 225.4-cü maddəsidir.
55. 4.5. Ərin - arvadın hər birinin əmlakına istənilən yaxşılaşdırma deyil, yalnız onun dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirilməsi müəyyən edilərsə, bu maddənin tətbiqi mümkündür. Mübahisəli əmlakın dəyərini artıran vəsait nikah dövründə qoyulsa belə, ər-arvadın ümumi əmlakı və ya onların ayrıca əmlakı hesabına deyil, əmlakın məxsus olduğu tərəfin şəxsi vəsaiti hesabına həyata keçirildiyi müəyyən edilərsə, Ailə Məcəlləsinin 35-ci maddəsi mübahisəyə tətbiq edilə bilməz.
56. 4.6. Mülki Məcəllənin 225.4-cü və Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiya şərtləri baxımından nəzərə alınmalıdır ki, ərin (arvadın) ayrıca əmlakının onların ümumi mülkiyyəti sayılması üçün əsas şərt qoyulan vəsaitin həcmi olmayıb, məhz qoyulmuş bu vəsait hesabına ər-arvadın hər birinin əmlakının dəyərinin xeyli və yaxud əhəmiyyətli dərəcədə artmasıdır. Bununla yanaşı, Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, bu cür əmlakda tərəflərin payları ərin (arvadın) diqqətəlayiq mənafeyi nəzərə alınaraq, fərqli şəkildə müəyyən edilə bilər. Belə ki, həmin mübahisələrə baxan məhkəmələr ayrıca əmlakın ümumi əmlak sayılmasını tələb edən tərəfin payını ərə (arvada) ayrıca məxsus olan əmlakın dəyərini artıran vəsaitin qoyulduğu dövrdə həcmi və həmin vəsaitdə mübahisə edən tərəfin iştirak dərəcəsini nəzərə alaraq (buna mütənasib olaraq) müəyyən etməlidir.
57. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 mübahisəli mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi paylara bölünməsi barədə qarşılıqlı iddia tələbi əsassız olduğundan, həmin tələbin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
58. Kollegiya Cavabdeh2 mübahisəli mənzil üzərində mülkiyyətçi kimi pay hüququnun olmadığını nəzərə alır həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
59. İşdən görünür ki, mübahisəli mənzillə bağlı tərəflər arasında hüquq münasibətləri 2006-cı ildə yaranmışdır.
60. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən (həmin vaxt qüvvədə olan redaksiyada), mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
61. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
62. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
63. 2009-cu ilin oktyabrın 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
65. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
66. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə Cavabdeh2 iddiaçıya məxsus mübahisəli mənzilə köçərkən onun ailə üzvü olmuş, o cümlədən xx.xx.2009-cu il təvəllüdlü X8 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X5 iddiaçının övladları olmaqla mənzilin yaşayış sahəsindən istifadə hüququ əldə etmişlər. Hazırda tərəflərin ailə münasibətlərinə xitam verilsə də, bu hal ilk iddia üzrə cavabdehin mənzilin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi, cavabdehin və uşaqların mənzildən çıxarılması üçün əsas deyildir.
67. Məhkəmə iclasında iş materialları ilə həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında nikah müqaviləsi və ya mənzilin yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyildir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda isə bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
68. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının müvafiq kompensasiya vermədən mövcud tələbi irəli sürməsi əsassızdır və təmin oluna bilməz.
69. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
70. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
71. Beləliklə qeyd edilənlərə və sadalanan qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək ilk və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir.
72. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iş üzrə iddia ərizələrinin verilməsinə görə ödənilmiş dövlət rüsumları MPM-in 119.1-ci maddəsinə əsasən tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-974/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və xx.xx.2009-cu il təvəllüdlü X8 oğlunun, xx.xx.2011-ci il təvəllüdlü X2 mənzildən çıxarılaraq mənzilin boş vəziyyətdə ona təhvil verilməsi tələbinə dair ilk və Cavabdeh2 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın paylara bölünməsi barədə qarşılıqlı iddia tələbləri təmin ediməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.