Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4760/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı MTK-nın vəkili Rnun və Cavabdeh oğlunun vəkili Pnın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.02.2019-cu il tarixli, 2(103)1545/2019 nömrəli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim R.Səmədov) 18.10.2018-ci il tarixli, 2(006)-4997/2018 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh oğluna qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, “xxxx” MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 10.05.2008-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, F.Babayev) 13.02.2019-cu il tarixli, 2(103)-1545/2019 nömrəli qətnaməsi ilə Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18.10.2018-ci il tarixli, 2(006)-4840/2018 nömrəli qətnaməsinin dəyişdirilməsi, “xxxx” MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 10.05.2008-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 700000 manatın “xxxx” MMC-dən alınaraq Cavabdeh oğluna qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.02.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh oğluna qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 20.07.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 10.05.2008-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh oğlu və vəkili P kassasiya şikayətini onunla əsaslandırmışlar ki, “xxxx” MMC-nin təsisçiləri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən hazırda azadlıqdan məhrumetmə cəzasını çəkdikləri üçün apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin real icrası absurddur. Binanın tikintisi və satışı ilə “xxxx” MMC ilə İddiaçı MTK məşğul olmuş, onlar maddi mənfəəti, gəliri birgə əldə etmişlər. Binanın tikintisi zamanı cavabdehin vəsaiti hesabına alınmış materiallardan istifadə olunmuşdur. Məhkəmənin hazırki qətnaməsi isə əsassız olaraq İddiaçı MTK-nı “xxxx” MMC ilə aralarında olan parçalanma nəticəsində vətəndaşlara dəyən maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi vəzifəsindən azad etməklə haqsızlığın davam etdirilməsinə səbəb yaratmış, bu məqsədlə cavabdehə dəymiş zərəri n İddiaçı MTK-dan deyil, “xxxx” MMC-dən tutulmasına dair qətnamə qəbul etməklə qətnamənin ədalətsizliyini pərdələməklə tələbdən kənara çıxmışdır. Odur ki, qətnamənin real icrası üçün məbləğ İddiaçı MTK-dan tutulmalı idi. Bununla belə, mübahisəli sahənin alındığı tarixdən bu günə kimi iki dəfə qiymətlənməsini və illərlə cavabdehə vurulmuş mənəvi ziyanı nəzərə alarkən tutulmuş 700000 manat məbləğini də az hesab edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 24.05.2010-cu il tarixli, 2(102)-1380/10 saylı qüvvəyə minmiş və artıq icraya yönəldilmiş qərarına əsasən “xxxx” MMC ilə Cavabdeh arasında 10.05.2008-ci il tarixdə ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 350 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dai r iddia rədd edilmişdir. Bu iddianın rədd edilməsinin hüquqi səbəbi isə iddianı vermiş subyekt deyil, bağlanmış sözügedən müqavilənin qanunazidd olmamasıdır. Cavabdehin çəkdiyi xərclər əsasında alınmış materiallarla tikilmiş binada olan hüququnu nəzərə almadan birinci instansiya məhkəməsi əsassız olaraq iddianı rədd etmiş, apelyasiya instansiyası məhkəməsi isə faktiki olaraq həmin qətnaməni tərəfin hüquqlarını pozan hissədə dəyişdirmədən saxlamışdır. Digər tərəfdən Cavabdeh məhkəmə gedişatında və ondan sonra da aldığı qeyri-yaşayış sahəsinə getməyə çalışsa da, onun giriş-çıxışına naməlum şəxslər tərəfindən maneələr yaradılmış, onun qanuni sahibliyindən məhrum etməyə çalışmışlar. Buna baxmayaraq, iddiaçı tərəf müqavilədən və arayışdan 2018-ci ilin yay aylarında xəbər tutduqlarını iddia etmi ş, məhkəmə və məhkəmədənkənar çəkişmələrin, danışıqların və mübahisələrin on il çəkməsindən sonra Nəsimi rayon Məhkəməsinin hakimi R.Səmədov sadəcə daxili inamına əsaslanaraq iddiaçı tərəfindən absurd iddiasını inandırı hesab etmiş və iddia müddətinin keçməsi ilə bağlı iddianın rədd olunmasına dair cavabdehin ərizəsini rədd etmişdir. Bundan əlavə, 2008-ci ildə qeyd olunan ünvanda 350 kv.m qeyri-yaşayış sahəsini alan vaxt sənədlərin doğruluğunu yoxlamaq üçün cavabdeh şəxsən bu işdə marağı olan distu m ilə “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanan müqavilənin əslini diqqətlə oxumuşdur. Həmin müqavilədə göstərilirdi ki, tikilməkdə olan həmin binadan yaşayış və qeyri-yaşayış sahələrinin 50%-ni “xxxx” MMC, qalan 50%-ni isə “xxxx” MMC öz adından alqı-satqı müqaviləsi bağlayıb sərbəst satmaq hü quqları vardır. Bundan başqa, həmin müqavilədə göstərilirdi ki, həmin tikintidə vergi və digər xərcləri “xxxx” MMC ödəməlidir. Bu məsələlər barədə hazırda həbsdə olan “xxxx” MMC-nin rəhbərləri də cinayət işinin məhkəmə araşdırması zamanı öz ifadələrində müəyyən məlumatlar verməklə bu ifadələr qoşma kimi kassasiya şikayətinə əlavə etdikləri məhkəmə hökmündə də öz əksini tapmışdır. Hazırda işin qəsdən eyni mövzulu iddialar verilməsi, məhkəmə qərarlarının icra edilməsi nəticəsində uzadılması cavabdehin sahiblik, sərəncam və s. bu kimi hüquqlarının pozulmasına gətirib çıxarmaqla, məhkəmə qərarlarının icra edilmədiyi hər gün üçün tərəf maddi və mənəvi ziyana uğramaqdadır. Hazırda Ali Məhkəmənin işlə əlaqədar sözügedən qərarı Yasamal rayon İcra şöbəsinin qərar, bildiriş və xəbərdarlıqlarına baxm ayaraq icrasız qalmışdır. Yasamal rayon məhkəməsinin qətnaməsi cavabdehin xeyrinə hüquqi qüvvəsini aldıqdan sonra verilmiş icra vərəqəsində və məhkəmə qərarında da göstərilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə cavabdehin sərbəst giriş-çıxış hüququnun məhdudlaşdırılması yalnız “xxxx” MMC-nə deyil, digər şəxslərə də qadağan edilmişdir. Sözügedən müqavilənin imzalanma tarixindən 10 il keçmişdir. Mülki Məcəllənin 382-ci maddəsinin adında iddia müddətinin ümumiyyətlə bərpasından bəhs olunsa da, həmin maddənin məzmununa ancaq fiziki şəxslərə münasibətdə iddia müddətinin bərpası mümkün sayılır. Başqa sözlə, orada hüquqi şəxslərə münasibətdə iddia müddətinin bərpası imkanı müəyyən edilməmişdir. Nəsimi rayon məhkəməsində işə baxılarkən məhkəmə iclasında təqdim edilmiş müqaviləyə baxış keçi rilsə də, müqavilənin ilk səhifələrində möhürün və imzanın olmadığı aşkar edilmişdir. Bu birtərəfli qaydada müqavilənin ilk səhifələrinin saxtalaşdırılmasına əsas verirdi. Həmin müqavilədə şrift və səhifə rəngləri də fərqlidir. Ali Məhkəmədə sözügedən müqavilənin əsassız hesab edilməsinə dair iddia artıq rədd edildiyindən hesab edirlər ki, fakt öz təsdiqini tapmış, müqavilənin etibarsız olmadığı Ali Məhkəmə səviyyəsində təsdiqlənmişdir. Bundan başqa, E ünvanında yerləşən ümumi sahəsi 350 kv.m olan qeyriyaşayış sahəsinə cavabdehin sərbəst giriş-çıxışının məhdudlaşdırılmasının qadağan olunmasına dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsi apelyasiya və kassasiya instansiyalarında baxılmaqla 2012-ci ildə qüvvəyə minmişdir. Həmin tarixdən bu günə qədər artıq 6 il keçməsinə baxmayaraq hazırki iş üzrə iddiaçının məsələ barədə məlumatlı olduğu açıq-aşkardır. Cavabdeh mübahisəli əmlakı dəfələrlə tələb etsə də, onun qanuni tələbləri icra edilməmişdir. İddiaçının nümayəndəsi mübahisə barədə onlara 2018ci ildə məhkəmə icraçıları tərəfindən telefon zəngi ilə məlumat verildiyini və bundan sonra hüquqlarının pozulduğu barədə xəbərdar olduqlarını bildirsə də, bu barədə sübutu, rəsmi bildirişi və s. məhkəməyə təqdim etməmişdir. Bu məlumat iddia müddətinin keçəməməsini bildirmək üçün uydurulmuşdur. Beləliklə, apellyasiya kollegiyası da qeyd olunan halları araşdırmamış, maddi və prosessual hüquq normalarının pozuntusu ilə əsassız qətnamə qəbul etmişdir. Ona görə də onlar, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1545/2019 saylı, 13.02.2019-cu il tarixli qətnam əsinin ləğv edilməklə iddia müddətinin keçməsi və digər əsasları nəzərə alınmaqla iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, 3-cü şəxs X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh oğlu məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlunun vəkili P kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikaəytin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın vəkili R kassasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlər in düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş və işin mübahisələndirilməyən hallarına görə, Bakı şəhər İcra hakimiyyəti başçısının birinci müavininin 21.02.1994-cü il tarixli 223 saylı sərəncamına əsasən Milli Təhlükəsizlik Nazirliyinə (MTN-nin 29.12.1993-cü il tarixli məktubu nəzərə alınmaqla) Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivinin Bünyadzadə küçəsində yaşayış evinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmış, Nazirliklə İddiaçı MTK-nın sələfi olan “xxxx” MMC arasın da 20.06.2007-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə görə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 21.04.1984-cü il tarixli sərəncamı ilə həmin ünvanda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları üçün yaşayış binasının tikintisi məqsədilə ayrılmış torpaq sahəsinin istifadə olunmamış hissəsində 2-ci çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinin və tikintisinin “xxxx” MMC tərəfindən öz vəsaiti və imkanları, həmçinin cəlb etdiyi investisiyalar hesabına həyata keçirməsi, bununla əlaqədar müvafiq sənədlərin rəsmiləşdirilməsinin də həmin MMC tərəfindən aparılması razılaşdırılmış, Bakı şəhər İcra hakimiyyəti 07.06.2007-ci il tarixli məktubu ilə bununla əlaqədar müvafiq sənədləşmə işlərinin aparılmasına etiraz etmədiyini bildirmişdir. İşin müəyyən olunmuş digər halına görə İddiaçı MTK -nın sələfi olan “xxxx” MMC ilə “xxxx” MMC arasında 04.02.2008-ci il tarixli “birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən “xxxx” MMC Bakı şəhər İH-nin başçısının 21.02.1994-cü il tarixli 233 saylı sərəncamı ilə E-dəki 2 bloklu 16 mərtəbəli yaşayış binasının tikintisinə ayrılmış torpaq sahəsini müqavilənin şərtlərinə uyğun olaraq tikinti işlərinin aparılması üçün “xxxx” MMC-yə həvalə etməyi, “xxxx” MMC isə öz növbəsində təqdim olunmuş həmin sahədə yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinə yetirməyi öhdəsinə götürmüş, birgə təsərrüfat fəaliyyətinin həyata keçirilməsinə nəzarət, bu Müqavilənin şərtlərinə uyğun olaraq öz səlahiyyətləri daxilində hər iki tərəfin üzərinə qoyulmuşdur. Müqavilənin 2.1.5-c i bəndində nəzərdə tutulmuşdur ki, müqavilə imzalandığı tarixdən etibarən tərəflər yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla satış, alqı-satqı müqavilələri və digər sənədlər əsasında “xxxx” MMC-nin adından rəsmiləşdiriləcəkdir; “xxxx” MMC gördüyü işin ümumi dəyərinin 50% həcmində öz payına düşən yaşayış və qeyri-yaşayış sahələrini ancaq “xxxx” MMC-nin adından sata bilər. İş materiallarından aydın olur ki, 22.01.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış İddiaçı MTK, “xxxx” MMC-nin (21.11.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır) həmin MTK-ya qoşulması nəticəsində yaranmışdır və onların hüquqi varisidir. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından aydın olur ki, “xxxx” MMC ilə X2 arasında 10.05.2008-ci il tarixdə “xxxx” müqavilə bağlanmış, bu na əsasən MMC, Bakı şəhəri, ünvan 4 ünvanında inşa edilən binanın 350 m2 qeyri-yaşayış sahəsini Cavabdeh oğluna 700 000 manata satmışdır; MMC tərəfindən verilmiş 10.05.2008-ci il tarixli maliyyə arayışına görə, həmin qeyri-yaşayış sahəsinin dəyəri X2 tərəfindən nağd şəkildə ödənilmişdir. Ali Məhkəmənin surəti iş materiallarına əlavə edilmiş 24 may 2010-cu il tarixli qərarından müəyyən edilir ki, “xxxx” MMC “xxxx” MMC vasitəsilə digər şəxslərlə bağlamış olduğu müqavilələrlə yanaşı həmçinin X2 ilə bağladığı 10.05.2008-ci il tarixli müqavilənin də etibarsız hesab edilməsinə dair iddia qaldırmış, həmin iddia “xxxx” MMC və X2 arasında 10.05.2008-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair hissədə təmin edilməmişdir. İş materiallarından həmçinin aydın olur ki, X1 “xxxx” M MC-yə qarşı “sahiblik və istifadə hüquqlarının pozulmasının aradan qaldırılması” barədə iddia tələblərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmış, həmin məhkəmənin 06 avqust 2012-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilərək, Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən yaşayış binasının ümumi sahəsi 350 m2 qeyri-yaşayış sahəsinə dair Xin sahiblik və istifadə hüquqlarına edilmiş maneələrin aradan qaldırılması “xxxx” MMC-yə həvalə edilmiş, habelə MMC-yə həmin sahədə işlərin görülməsi və maneəsiz istifadə ilə bağlı hər hansı hərəkətlərin edilməsi qadağan edilmiş, qətnamə əsasında verilən icra sənədi icraya yönəldilmişdir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, “xxxx” MMC-nin səlahiyyətli şəxsləri çoxsaylı ittihamlarla təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.04.2013-cü il tarixli hökmü əsasında məhkum edilmiş və bundan sonra binanın bütün nəzarəti İddiaçı MTK-yə keçmişdir. İş materiallarından həmçinin aydın olur ki, 27.04.2016-cı il tarixdə İddiaçı MTK ilə X3 (payçı) arasında “qeyri-yaşayış sahəsi haqqında” müqavilə bağlanmış, müqaviləyə əsasən kooperativ ünvan 5 ünvanında yerləşən və MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 924,0 m2 qeyri-yaşayış sahəsini payçıya verməyi, payçı isə həmin sahəni qəbul edərək qeyri-yaşayış sahəsinin qabaqcadan müyyənləşdirilmiş dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MTK məhz sələfi “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış 04.02.2008-ci il tarixli müqavilənin 2.1.5-ci maddəsinə istinadən “xxxx” MMC-nin tikilən həmin binada mənzil satışı səlahiyyətinin olmad ığını iddia edərək hazırkı iddia tələblərini irəli sürmüş, birinci instansiya məhkəməsi də iddiaçının həmin dəlilini qəbul etməklə müqavilənin etibarsız hesab edilməli olduğu nəticəsinə gəlmişdir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya işin müəyyən olunmuş hallarını məhz bu kontekstdə qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya gö rə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). İşin hallarından göründüyü kimi, ünvan 6 ünvanındakı 2 bloklu 16 mərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar iddiaçı MTK-nın sələfi “xxxx” MMC ilə “xxxx” MMC arasında 04.02.2008-ci il tarixdə “birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilə bağlanmış, müqaviləyə görə “xxxx” MMC sözügedən binanın tikintisinə ayrılmış torpaq sahəsini tikinti işlərinin aparılması üçün “xxxx” MMC-yə həvalə etməyi, “xxxx” MMC təqdim olunmuş həmin sahədə yaşayış binasının tikintisini layihə və tikinti sənədlərinə uyğun olaraq öz vəsaiti hesabına tam yerinə yetirməyi öhdəsinə götürmüş, birgə təsərrüfat fəaliyyətinin həyata keçirilməsinə nəzarət səlahiyyətləri daxilində hər iki tərəfin üzərinə qoyulmuş, müqavilənin 2.1.5-ci bəndində isə müqavilə imzalandığı tarixdən etibarən tərəflərin yaşayış və qeyri-yaşayış sahələrinin satışını eyni qiymətlə aparmaqla, alqı-satqı müqavilələrinin və digər sənədlərin “xxxx” MMC-nin adından rəsmiləşdiriləcəyi, “xxxx” MMC-nin gördüyü işin ümumi dəyərinin 50%-i həcmində öz payına düşən yaş ayış və qeyri-yaşayış sahələrini də ancaq “xxxx” MMC-nin adından sata biləcəyi nəzərdə tutulmuşdur; hazırkı işdə mübahisələndirilən müqavilə isə “xxxx” MMC-nin adından deyil, məhz “xxxx” MMC adından bağlanmış, birinci instansiya məhkəməsi də məhz işin bu xüsusatına əsaslanmaqla müvafiq nəticəyə gəlmişdir. Göründüyü kimi iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdi rilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Apellyatorun nümayəndəsinin “mübahisələndirilən müqavilə və maliyyə arayışına Ali Məhkəmənin 24 may 2010-cu il tarixli qərarı ilə hüquqi qiymət verilməklə onların qanuniliyinin tanındığı” arqumentini isə kollegiya əsassız hesab edərək göstərmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Başqa sözlə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş faktlar yalnız həmin işdə iştirak edən şəxslər baxımından preyudisial əhəmiyyət kəsb edir; həmin işdə isə nə “xxxx” MMC, nə də onun hüquq varisi İddiaçı MTK tərəf kimi iştirak etməmişlər. Digər tərəfdən, həmin işdə “xxxx” MMC əmlakın dəyərinin ödənilmədiyinə əsaslanmaqla əqdin etibarsız olduğunu irəli sürdüyü halda, hazırkı işdə müqavilə və maliyyə arayışının etibarsızlığı tələbinin əsasını əqdin buna səlahiyyəti olmayan şəxs tərəfindən bağlanması arqumenti təşkil edir. İddia müddəti (bu müddətin keçib-keçmədiyi) irəli sürülən iddia tələbinin təmin edilibedilməməsinə birbaşa təsir etdiyindən kollegiya, Cavabdeh (nümayəndəsinin ) iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə də qiymət verməyi zəruri hesab etmiş və qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Mülki Məcəll ənin 377.1-ci maddəsinə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. Həmin Məcəllənin 354.1-ci və 354.2-ci maddələrinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən hall arı bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilən maddələrin mənasından aydın olur ki, müddətin axımının başlandığı tarix hesablanarkən şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün nəzərə alınmalıdır. İşin materiallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi cavabdehə təhvil verilməmiş, o, həmin qeyri-yaşayış sahəsindən istifadə etməmiş, orada təmir işləri aparmamış, hətta Yasamal Rayon Məhkəməsinin 06 avqust 2012-ci il tarixli qətnaməsinin icrası qaydasında da əmlaka faktiki sahiblik etməmişdir. İddiaçının nümayəndəsi isə “xxxx” MMC ilə X arasında bağlanmış müqavilədən yalnız 2018-ci ilin yay aylarında xəbər tutduqlarını bildirmişdir. Həmçinin yuxarıda da qeyd edildiyi kimi Yasamal Rayon Məhkəməsinin 06 avqust 2012-ci il tarixli qətnaməsinin aid olduğu mülki işə baxılan zaman nə “xxxx” MMC, nə də onun hüquq varisi İddiaçı MTK işdə iştirak etməmişlər. İşin qeyd edilən faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə kollegiyası, göstərilən müqavilənin bağlanması barədə yalnız 2018-ci ilin yay aylarında xəbər tutmaları barədə iddiaçının nümayəndəsinin verdiyi izahatı inandırıcı hesab edir. Bu isə o deməkdir ki, iddiaçının iddia müddətini ötürmədiyi qənaətinə gəlmək işin hallarına daha uyğundur. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi əqdin etibarsızlığının hüquqi nəticələrini tətbiq edərək tərəflərin əvvəlki vəziyyətə qayt arılmasını təmin etməməklə maddi hüquq normasının tələbini pozmuşdur.Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu mənada, Cavabdehlə “xxxx” MMC arasında bağlanmış əqd etibarsız hesab edildiyindən belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 05 dekabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “...Sumqayıt Apellyasiya Məhkəməsinin MK-sı mübahisəli mənzilə dair alqı-satqı müqaviləsini etibarsız hesab edərkən, ondan irəli gələn məsələləri həll etməmiş, alıcının və satıcının hüquqi statusunu ilkin vəziyyətə qaytarmamış və T.Mənsurovun həmin mənzilə dair ödədiyi pulun ona qaytarılmasını həll etməmişdir. Bununla məhkəmə, tətbiq edilməli olan Mülki Məcəllənin 337.5-ci maddəsini tətbiq etməmişdir. Buna əsasən Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, etibarsız hesab edilən alqı-satqı müqaviləsinə müvafiq ödənilən pulun qaytarılmaması T.Mənsurovun Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur”. Göstərilənlərə əsasən apelyasiya kollegiyası birinci instiansiya məhkəməsinin qəb ul etdiyi qətnaməni dəyişdirməklə belə qənaətə gəlmişdir ki, “xxxx” MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 10.05.2008-ci il tarixli müqavilə etibarsız hesab edildiyindən müqavilə üzrə ödənilmiş 700000 manatın “xxxx” MMC-dən alınaraq Cavabdeh oğluna qaytarılmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş kassasiya şikayətinin dəlilləri üzrə işin hallarına düzgün hüquqi qiymətini vermiş, iddia müddətinin ötürülməməsi ilə bağlı arqumenti ətraflı əsaslandırmış, tərəflər arasındakı mübahisənin hə lli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkə mə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.02.2019-cu il tarixli, 2(103)-1545/2019 nömrəli tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4760/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4760/2019
04.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver