Məhkəmə qərarları › İş №2(102)-477/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-477/2021

17.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-477/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh2 qarşı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsinin maraqlı tərəf kimi cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə aid mülkiyyət şəhadətnaməsinin və çıxarışın etibarsız sayılması tələbi, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası, sübutetmə yükü) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh1 nümayəndəs i X17 və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1005/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisə predmeti Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,06 ha torpaq sahəsidir. Həmin sahə Azərbaycan SSRİ Nazirlər Sovetinin xx xxxx 1989-cu il tarixli, 247 nömrəli qərarı ilə İddiaçı1 təhkim edilmişdir.

2. İddiaçı1, həmin torpaq sahəsini xx xxxxxx 1996-cı ildə sadə yazılı iltizamla 1.500 ABŞ dolları müqabilində qardaşı X1 vermişdir. İddiaçı1, iltizamda həmin məbləğin 1.000 dollarını aldığını, qalan 500 dollarını iki ay müddətində tələb edəcəyini, torpağı M.Na dirovun daimi istifadəsinə verdiyini qeyd etmişdir. İltizam İddiaçı1 və şahidlərin imzaları ilə təsdiq edilmişdir. Eyni zamanda iltizamın ikinci səhifəsinə “500 yüz aldım” sözləri ilə qeyd düşülmüş və imza atılmışdır.

3. İş materiallarında olan, Torpağın mülkiyyətə verilməsinə dair JN-1392F nömrəli şəhadətnamədən görünür ki, həmin torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 199-ci il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı1, onun ailə üzvləri İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmişdir.

4. Eyni zamanda Torpağın mülkiyyətə verilməsinə dair JN-2397F nömrəli şəhadətnamədən görünür ki, Quba rayonu, Birinci Nügədi kəndi ərazisindən 0,09 ha torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. Şəhadətnamədə mülkiyyətin İddiaçı1ya keçməsinin əsası kimi Quba rayon X10 xx xxxx 2006-cı il ta rixli, 4-ə-591 saylı alqı-satqı müqaviləsi qeyd olunmuşdur.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsinin məlumatına əsasən həmin şəhadətnaməyə dövlət reyestrindən xx xxxxxx 2011-ci il tarixli, **********66 reyestr nömrəli çıxarış verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA ******* nömrəli çıxarışa əsasən, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Cavabdeh1 adına ve rilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F KOD ********* saylı şəhadətnamənin onlara aid 0,06 hissədə etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında cavabdehin adına verilmiş MA seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2011-ci il tarixli Çıxarışın onlara aid 0,06 ha hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddia belə əsaslandırılmışdır ki, iddiaçılar, Veysəlqara Nadirovdan miras qalmış Quba rayonu, İ Nügədi kəndindəki yaşayış evində doğulmuş və doğulduğu vaxtdan hal-hazıra kimi həmin evdə yaşamışlar. Torpaq islahatı gedişindən əvvəl həyətyanı torpaq sahəsi almaq üçün sovxoza müraciət etmiş, sovxoz tərəfindən İddiaçı1 ata evinin arxa tərəfindən 0,06 ha həyatyanı torpaq sahəsi verilmişdir. Sonradan həmin torpaq sahəsinə dai r 2006-cı ildə onların adına JN-1392F Kod 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. İddiaçı1 həmin şəhadətnaməni atasına məxsus sənədlərlə birlikdə evdə saxlamışdır. İddiaçı1 valideynlərinin sağlığında və onlar öləndən sonra onlardan miras qalmış evdə ailəsilə birlikdə yaşayaraq mirası faktiki idarə etdiyindən bu ilin əvvəllərində atasının evinə dair vərəsəlik haqqında şəhadətnamə almaq üçün sənədləri axtararkən evə dair bütün sənədlərin, eləcə də ona və ailə üzvlərinə məxsus ata evinin arxa tərəfində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinə dair verilmiş şəhadətnamənin olmadığını görmüşdür. Bu barədə bacı və qardaşlarından soruşmuş, evə dair sənədlərin sürətini təkrar çıxartdırarkən ona məlum olmuşdur ki, qardaşı Mehman Nadirov sağ ikən analarının adın a banka qoyulmuş pulu almaq üçün öz adına vərəsəlik hüququ haqqında şəhadətnamə almış və bununla əlaqədar evdən sənədləri gizli yolla ələ keçirmişdir. Bundan başqa Mehman Nadirov ona və ailə üzvlərinə məxsus 0,06 ha torpaq sahəsini həmin ərazidə boş qalmış bələdiyyəyə məxsus 0,03 ha torpaq sahəsi ilə birlikdə cəmi 0,09 ha torpaq sahəsinə dair qanunsuz yolla Nübar Nadirovanın adına DT və XK-dan Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F Kod 30319018 Şəhadətnamə almışdır. Sonra da həmin Şəhadətnaməyə əsasən cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* saylı ********** qeydiyyat nömrəli xx.xx.2011-ci il tarixli Çıxarış almışdır. DƏDRX-dan aldığı cavab məktubundan və əlavə olunmuş sənədlərdən görünür ki, Seriya MA ******* saylı, *** ******* qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarış Torpağın Mülkiyyətə verilməsinə dair JN-239F, Kod 30319018 saylı şəhadətnaməyə əsasən verilmiş, həmin şəhadətnamənin verilməsinə əsas olan sənəd isə Quba rayon Notariat kontorunun xx xxxx 2006-cı il tarixli 4-ə-591 saylı alqı-satqı müqaviləsi olmuşdur. Bundan sonra X24 Xidmət mərkəzinin Notariat Kontoruna sorğu vermiş, sorğusunun cavabında Quba rayon Notariat Kontorunda xx.xx.2006-cı il tarixli, 4ə-591 saylı müqavilənin arxiv sənədləri arasında aşkar olunmadığı qeyd edilmişdir. Mübahisəli torpaq sahəsi aldıqları vaxtdan hazıra kimi onların istifadəsindədir. Ona və ailə üzvlərinə məxsus 0,06 ha torpaq sahəsinə dair heç bir alqı-satqı müqaviləsi yoxdur, onlar notariat kontorunda belə bir müqavilə bağlamamışlar.

8. Cavabdeh1 iddia ər izəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Nadir Nəbiyev, xx.xx.1996cı ildə şahidlər Meyxanım Nadirova, Rail Babaşov İlham Xasiyevin iştirakı ilə tərtib edilmiş ilztizam əsasında mübahisəli torpaq sahəsini 1.500 ABŞ dollarına satmışdır. Həmin vaxtdan torpaq sahəsini atası Mehman Nadirov onun adına almış, lakin azyaşlı olduğundan sahənin alınmasına dair iltizamı öz adına yazmışdır. Torpağın alqı-satqısına dair müqavilə müvafiq qaydada rəsmiləşmədiyindən Quba rayonunda aqrar islahat zamanı həmin sahəyə xx.xx.2016cı ildə iddiaçıların adına JN-1392F nömrəli mülkiyyət şəhadətnaməsi verilmişdir. Artıq həmin dövrdə yetkinlik yaşına çatdığından bundan bir il sonra Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli 4-ə-591 saylı alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sa həsinə dair onun adına JN-2397F nömrəli mülkiyyət şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Torpağa dair vergiləri cavabdeh ödəmişdir. xx.xx.2006-cı il tarixli müqavilənin bağlanmasından 13 il vaxt keçmişdir, notariat kontorunun arxiv sənədlərində qorunub saxlanmamasında cavabdeh məsul şəxs deyil. Həmin müqavilə aşkar olunmadan müqavilədəki imzaların olmaması, əqdin forma və məzmununa əməl edilməməsinin bildirilməsi və müqavilənin müzakirə edilməsi əsassızdır. Həmin alqı-satqı müqaviləsinin etibarsızlığı tələb edilmədən, onun barəsində iddia verilmədən şəhadətnamənin etibarsızlığının tələb edilməsi əsassızdır.

9. Quba Rayon Məhkəməsinin (hakim R. Həsənov) xx xxxxxx 2019-cu il tarixli, 2(027)- 325/2019 nömrəli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, alqı-satqı müqaviləsinin notariusda aşkar olunmaması əsasına görə iddia rədd edilə bilməz. Cavabdeh tərəflər arasında bağlanmış alqısatqı müqaviləsini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinə təqdim etmiş, həmin müqavilə əsasında torpağın mülkiyyətə verilməsinə dair JN-1397 F nömrəli şəhadətnamə verilmişdir. Həmin alqı-satqı müqaviləsinin bir nüsxəsi müqavilə bağlanmış notariat kontorunda saxlanılır. Müqavilənin nüsxəsinin notariat kontorunda aşkar edilməməsində cavabdehin heç bir məsuliyyəti yoxdur. İddiaçı1 imzaladığı xx.xx.1996-cı il tarixli iltizamda torpaq sahəsinin daimi istifadə üçün verildiyi qeyd edilir. Daimi istifadə sözü tor paq sahəsini satmaq sözünə yaxındır və rəsmi olaraq satmasa da ona istifadəyə verməsi mənasına gəlir. Məhkəmə iclasında İddiaçı1 həmin iltizamı borca görə yazdığını və borcu qaytardığını qeyd etsə də, həmin borcun nədən ibarət olması, həmin pulun qaytarılmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Deyilənlər barədə yeganə sübut qeyd edilən iltizamdır. Mübahisəli torpaq sahəsinin 1996-cı ildən, şəhadətnamə alındıqdan sonra 2006-cı ildən Cavabdeh1 torpaq sahəsini istifadə etmiş, torpağa dair vergiləri ödəməsi barədə iş materiallarında həmin torpaq sahəsinə dair torpaq vergilərinin və sahənin suvarılmasına dair su vergilərinin Cavabdeh1 tərəfindən ödənilməsinə dair qəbzlər və bələdiyyə arayışı vardır. İddiaçı torpaq sahəsinə dair vergilərin onun tərəfindən ödənilməsini qeyd etsə d ə, bunu təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa mümkün deyil ki, torpaq sahəsi iddiaçılarda olduğu halda cavabdeh həmin sahəyə dair vergiləri ödəsin. Çünki, heç kim başqasına aid olan və başqasının istifadəsində olan torpaq sahəsinə vergiləri ödəməz və bu ağlabatan deyildir. Bundan əlavə, torpaq sahəsinə dair cavabdehə mülkiyyət şəhadətnaməsinin verilməsinə əsas olmuş xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı barədə tələb irəli sürülməmişdir. Alqı-satqı müqaviləsi mübahisələndirilmədən və etibarsız hesab edilmədən, o qüvvədə olduğu halda torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ******* nömrəli çıxarış qismən etibarsız hesab edilə bilməz. b) Apellyasiya instansiyası məhkəmə sindəki birinci icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Abbasov (sədrlik edən və məruzəçi), T.Məmmədov və Ş.Abbasov) xx xxxx 2019-cu il tarixli, 2(105)-2171/2019 nömrəli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-325/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, Cavabdeh1 Quba rayonunun Nügədi kəndinin ərazisində 0,09 ha torpaq sahəsi verilməsi barədə Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F KOD ********* saylı şəhadətnamə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına verilmiş JN-1392F Kod 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan plan üzrə 0,06 hahissədə etibarsız hesab edilmiş, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına verilmiş MA se riyalı, 0303818saylı, **********qeydiyyat nömrəli, 29noyabr 2011-ci il tarixli çıxarış qeyd edilən hissədə ləğv edilmişdir.

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hazırkı iddia tələbindən görünür ki, iddiaçılar onlarla cavabdeh arasında mülkiyyətlərində olan 0,06 ha torpaq sahəsinə dair heç bir müqavilə bağlanmamasına, Cavabdeh1 isə, əksinə, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını və həmin hüququ təsdiq edən Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F KOD ********* saylı şəhadətnamənin onunla iddiaçı arasında bağlanmış xx xxxx 2006-cı il tarixli, 4-ə591 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında baş tutmasına istinad etmişdir. İş materiallarında olan Quba rayon Regional “Asan Xidmət” X2 xx xxxxxxxx 2018-ci il tarixli 1068 saylı məktubundan görünür ki, xx xxxx 2006-cı il tarixli, 4-ə-591 reyestr nömrəli alqı-satqı müqaviləsi “Asan Xidmət” X2 arxiv sənədləri arasında aşkar edilməmişdir. Məhkəmə kollegiyasının sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinin xx xxxx 2019-cu il tarixli, 05/01-685/11 nömrəli cavab məktubundan görünür ki, Quba rayon X11 rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. Məhkəmə kollegiyasına təqdim edilən Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx xxxx 2019-cu il tarixli, 1120 saylı məktubundan da görünür ki, 1992-ci ilin dekabr ayından sonra X13 heç bir sənəd daxil olmamışdır. Həmçinin Cavabdeh1 da 0,06 ha torpaq sahəsini iddiaçıdan xx xxxx 2006-cı il tarixli, 4-ə-591 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında aldığını bildirsə də, nə həmin m üqavilənin surətini nə də əslini məhkəməyə təqdim edə bilməmişdir. Surəti iş materiallarında, əsli isə məhkəmə kollegiyasına tədim edilmiş olan cavabdehin istinad etdiyi 4-ə-591 reyestr nömrəsi ilə təsdiq edilən müqavilə xx xxxxx 2006-cı ildə X15 ilə X8 arasında Quba rayon Alpan kəndində yerləşən 0,09 ha torpaq sahəsinin alqı-satqısı barədə olmuşdur. Göründüyü kimi, qeyd edilən müqavilənin mövcudluğu iş materialları ilə nəinki təsdiq, hətta təkzib edilir. Cavabdehin adına Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F KOD ********* saylı şəhadətnamənin verilməsinə əsas olan və həmin şəhadətnamədə göstərilən 4-ə-591 reyestr nömrəli müqavilə başqa tarixdə, başqa şəxslər arasında, başqa torpaq sahəsi barəsində bağlanmışdır. İddiaçılarla cavabdeh arasında iddiaçılara məxsus 0,06 ha torpaq sahəs inin alqı-satqısına dair müqavilə olmadığı üçün Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F KOD ********* saylı şəhadətnamə ilə Quba rayonu, Nügədi kəndi ərazisində 0,09 ha torpaq sahəsinin JN-1392F Kod 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan plan üzrə iddiaçılara məxsus 0,06 ha hissəsi əsassız olaraq Cavabdeh1 adına qeydə alınmışdır. Başqa sözlə, Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F KOD ********* saylı şəhadətnamə ilə Quba rayonu, Nügədi kəndi ərazisində 0,09 ha torpaq sahəsinin iddiaçılara məxsus 0,06 ha hissəsi olmayan müqavilə əsasında cavabdehin adına qeydə alınmışdır. Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F KOD ********* saylı şəhadətnamə ilə cavabdehin adına qeydə alınmış 0,09 ha torpaq sahəsinin 0,06 ha hissəsinin JN-1392F Kod 3031901 8 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçılara məxsus 0,06 ha torpaq sahəsi ilə eyni olması da işin mübahisələndirilməyən halıdır. Məhkəmə kollegiyası cavabdehin adına şəhadətnamənin verilməsinə əsas olmuş, X16 bağlanmış xx xxxx 2006-cı il tarixdə 4-ə-591 saylı alqı-satqı müqaviləsinin etibarsızlığı barədə tələb irəli sürülməməsi barədə birinci instansiya məhkəməsinin istinad etdiyi halı iddianın rədd edilməsi üçün əsas hesab etmir. Çünki işin müəyyən edilmiş hallarında görünür ki, iddiaçılarla cavabdeh arasında, ümumiyyətlə, xx xxxx 2006-cı il tarixdə 4-ə-591 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmamışdır. 4-ə-591 saylı reysetr nömrəsilə başqa tarixdə, başqa şəxslər arasında, başqa torpaq sahəsi barəsində müqavilə bağlanmışdır. Belə olan halda, mövcud olmay an müqavilənin etibarsızlığı barədə iddia tələbi də istisna olunur. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov) 2(102)-7158/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2171/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır.

14. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, işin hallarına görə, iddiaçılardan İddiaçı1 tərəfindən yazılmış və işdə olan iltizamdan görünür kmi, o, onun hesabında olan və atasının evinin arxa tərəfində yerləşən 0,08 ha torpaq sahəsini qardaşı X1 1500 ABŞ dollarına satmış, həmin puldan 1000 dollarını almış və 500 dollarını iki ay müddətində tələb edəcəyini qeyd etmişdir. Həmin iltizamın arxa hissəsində isə 500 dolları aldım və imza vardır. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iş üzrə bu sənədə lazımi hüquqi qiymət verməmişdir. Halbuki həmin sənədin iş üzrə mühüm əhəmiyyəti olmuşdur. Sənəd xx.xx.1996-cı il tarixdə tərtib olunmuş və şahidlər tərəfindən də imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız ba şqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir. Həmin Məcəllənin 560.3.4-cü maddəsində hüquqdan sui-istifadənin hallarından biri kimi digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hallarından biri kimi təsbit olunmuşdur. Yuxarıda qeyd olunan maddələrin tələblərindən göründüyü kimi müqavilənin məcburi forma şərtinə əməl edilmədiyinə istinad etmək hüququna malik olan iddiaçılar da bu hüquqlarından vicdanla istifadə etməyə borcludurlar. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən torpaq sahəsinin iddiaçılar tərəfindən müqavilənin məcburi forma şərtinə əməl olunmadan belə cavabdehin mülkiyyətinə könüllü verib-verməmələrini, bununla əlaqədar əvvəldən onların məlumatlarının olub-olmamalarına dair işin faktiki hallarını araşdırmamış, işin 96-cı vərəqində olan “İltizam” adı altında yazılmış sübuta işin digər halları ilə əlaqədar qiymət verməmiş və nəticə etibarı ilə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-S.Qafari (sədrlik edən və məruzəçi), G.Tağızadə və F.Məmmədov) xx xxxxxx 2019-cu il tarixli, 2(105)-1005/ 2020 nömrəli qətnaməsi ilə Quba rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Cavabdeh1 Quba rayonunun Nügədi kəndinin ərazisində 0,09 ha torpaq sahəsi verilməsi barədə Torpağın Mülkiyyətə verilməsinə dair JN-2397F KOD ********* saylı şəhadətnamə İddiaçı1, İddiaçı2 və İddiaçı3 adına verilmiş JN-1392F Kod 30319018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan plan üzrə 0,06 ha hissədə etibarsız hesab edilmiş, Cavabdeh1 adına həmin şəhadətnamə əsasında verilmiş MA seriyalı, 0303818saylı, ********** qeydiyyat nömrəli, xx xxxxxx 2011-ci il tarixli çıxarış 0,06 ha hissədə ləğv edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh1 0,06 ha torpaq sah əsini iddiaçıdan xx xxxx 2006-cı il tarixli, 4-ə-591 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında aldığını bildirsə də, nə həmin müqavilənin surətini, nə də əslini məhkəməyə təqdim edə bilməmiş, əksinə Quba rayon Regional “AsanXidmət” X2 xx xxxxxxxx 2018-ci il tarixli 1068 saylı məktubuna əsasən, xx xxxx 2006-cı il tarixli, 4-ə-591 reyestr nömrəli alqı-satqı müqaviləsi “Asan Xidmət” X2 arxiv sənədləri arasında aşkar edilmədiyi, cavabdehin istinad etdiyi 4-ə-591 reyestr nömrəsi ilə təsdiq edilən müqavilə xx xxxxx 2006-cı ildə X15 ilə X8 arasında Quba rayon Alpan kəndində yerləşən 0,09 ha torpaq sahəsinin alqı-satqısı barədə olmuşdur. Göründüyü kimi, Torpağın Mülkiyyətə verilməsinə dair JN-23977 KOD ********* saylı Şəhadətnamə ilə Quba rayon Nügədi kəndi ərazisində 0.09 ha torpaq sahəsinin iddiaçılara məxsus 0.06 ha hissəsi mövcud olmayan müqavilə əsasında Cavabdeh1 adına qeydə alınmış və nəticədə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 heç bir qanuni əsas olmadan özlərinə məxsus torpaq sahələrinə dair mülkiyyət hüququndan məhrum olmuşlar. Mübahisələndirilən torpaq sahəsinin iddiaçılar tərəfindən müqavilənin məcburi forma şərtinə əməl olunmadan belə cavabdehin mülkiyyətinə könüllü verib-verməmələrini, bununla əlaqədar əvvəldən onların məlumatlarının olubolmamalarına, eləcə də “İltizam” adı altında yazılmış sübuta dair məhkəmə kollegiyası qeyd etmişdir ki, Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir (MülkiMəcəllənin144.1.maddəsi). “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublika sı Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiyasının xx xxxx 2006-cı il tarixli qərarına görə göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsin dən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin məhkəmə tərəfindən təsdiq edilərək bağlanmış hesab edilməsindən ötrü, digər tərəfin təqsirinə görə müqavilənin bağlanması mümkünsüz olsun. Lakin işin 96-cı vərəqində olan “iltizam”dan görünür ki, həmin iltizam 01avqust1996-cı il tarixdə İddiaçı1 tərəfindən imzalansa da, mübahisəli torpaq sahəsi cavabdehə deyil, qardaşı Mehman Nadirova istifadə üçün verdiyini göstərmişdir. Lakin həmin iltizam torpağın digər mülkiyyətçiləri olan Elnur və İlhamə Nadirovlar tərəfindən imzalanmamış, bu da sonuncuların həmin iltizamdan məlumatsız olmalarına dəlalət edir. Eyni zamanda Cavabdeh1 mübahisəli torpaq sahəsini 2006cı ildə iddiaçılardan aldığını və torpaq sahəsini əkib-becərə bilmədiyini göstərsə də, torpaq sahəsinin iddiaçılar tərəfindən ona təhvil verilməsini və həmin vaxtdan torpağın onun istifadəsində olmasını təsdiq edən sübutlar məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Əksinə iddiaçılar torpaq sahəsinin onlarda olduğunu, atasının evinə dair vərəsəlik haqqında şəhadətnamə almaq üçün sənədləri axtararkən evə dair bütün sənədlərin, eləcə də ona və ailə üzvlərinə məxsus ata evinin arxa tərəfində yerləşən 0,06 hahəyətyanı torpaq sahəsinə dair verilmiş şəhadətnamənin olmadığını görüb, bu barədə bacı və qardaşlarından soruşduğunu, evə dair sənədlərin surətini təkrar çıxartdırarkən qardaşı Mehman Nadirov sağ ikən analarının adına banka qoyulmuş pulu almaq üçün öz adına vərəsəlik hüququ haqqında şəhadətnamə alması və bununla əlaqədar evdən sənədləri gizli yolla ələ keçirməsi məlum ol muşdur. Onların cavabdehlə belə bir müqavilə bağlamadıqlarını, qeyd olunan iltizamda göstərilən məbləği isə İddiaçı1 dediyinə görə borc aldığını və həmin borcu qaytardığını qeyd etmişlər. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbindən də görünür ki, reyestrin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası o halda qüvvədə olur ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməsin və bu qeyri-dəqiqlik barədə əldə edən şəxs vicdanlı olsun. Hazırkı işdə isə reyestrin məzmunun qeyri-dəqiqliyi sübuta yetirilərək cavabdeh mövcud olmayan müqavilə əsasında belə bir qeydin aparılması qeyri-dəqiqliyi əldə edən şəxs kimi sonuncuya məlum olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 kassas iya şikayəti verərək, qətnamənin ləğv edilməsini, müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi xx.xx.1996-cı il tarixli iltizama işin digər halları ilə birikdə düzgün hüquqi qiymət verilməsinə dair kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl edilməmiş və faktiki olaraq əhəmiyyət verilməmişdir. Bundan başqa apellyasiya məhkəməsi qətnaməsində hüquq pozuntusu edərək iltizamda torpağın digər mülkiyyətçiləri olan Elnur və İlhamə Nadirovlar tərəfindən imzalanmadığını, bu, sonuncuların həmin iltizamdan məlumatsız olmalarına dəlalət etmsini qeyd etmişdir. Bu halın yazılması məhkəmənin hazırkı işlə tanış olmamasını, iş materiallarını araşdırma masını bir daha sübut edir. Ona görə ki, iş materialları ilə tanış olan məhkəmə kollegiyası ən azından bu faktı bilməli idi ki, iltizam yazılan xx.xx.1996-cı ildə İddiaçı1 İddiaçı2 ilə evli deyildi, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı3 isə dünyaya gəlməmişdi. Halbuki, cavabdehin nümayəndəsi İddiaçı1 nə vaxt, kimlərlə ailə qurması və övladının olmasına dair kifayət qədər sübutları məhkəməyə təqdim etmişdir. Mübahisəli torpaq sahəsi alındıqdan sonra onlarda olmuş, onlar torpaq sahəsinə yeni şəhadətnamə almış, bundan sonra isə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Şəhadətnamə və çıxarış alınması zamanı torpaq sahəsini ölçmək və koordinatlarını təyin etmək üçün mütəxəssislər gəlir və sahəni ölçürlər. Əgər torpaq sahəsi iddiaçıda olsaydı, sahənin qapısı bağlı olsaydı, torpaq sahəsi onlarda olmasaydı yəqin ki, cavabdeh torpaq sahəsinə dair çıxarış ala bilməzdi. Ən azından iddiaçı mütəxəssisləri görər, bununla bağlı 2018-ci ildə deyil, ən azından çıxarış alınan zaman 2011-ci ildə mübahisə başlayardı. İddiaçıda olan torpaq sahəsinə dair cavabdeh hansı əsasla vergiləri ödəyə bilərdi, hansı əsasla sahəni suvara bilərdi? Birinci instansiya məhkəməsində iş materiallarına əlavə edilmiş qəbzlərdən göründüyü kimi torpaq sahəsinə dair vergiləri cavabdeh ödəmiş, məhkəmə iclasında iştirak etmiş şahidlərin ifadələrindən də göründüyü kimi torpaq sahəsi onlarda olmuşdur. Bundan başqa iltizam olmasına baxmayaraq faktiki hüquqi mahiyyəti sövdələşmə olan yazılı mətndə İddiaçı1 öz tərəfindən qeyd olunduğu kimi mübahisəli torpaq elə həmin vaxt iddiaçı tərəfindən təhvil verilmişdir. Bunun əksinə olaraq iddia həm İddiaçı1 özü tərəfindən yazılı olaraq etiraf edilən bu sübuta, həm həyatın axarına, həm də işin hallarına ziddir. Həqiqətən torpağın həmin vaxt iddiaçının özü tərəfindən verildiyini təsdiq edən bu sübutdan əlavə “İltizam”ın məzmun baxımından mahiyyəti də torpağın həmin vaxt təhvil verildiyini qaçılmaz məntiqi zərurət olaraq təsdiq edir. Belə ki, sözügedən “İltizam”da bir tərəfdən razılaşmada nəzərdə tutulan satış məbləğinin vaxtında ödənilməməsi halında əlavə 20% ödənişin ediləcəyi nəzərdə tutulmuşdur. Ödənişin bu qədər qəti bir şərtə tabe tutulduğu halda torpağın alıcıya onilliklər ərzində verilməməsinə alıcının səsiz qalması həyatın ümumi axarına daban-dabana ziddir. Üstəlik sözügedən bu “İltizam”da iddiaçı açıqca və öz xətti ilə yazıb imzalamışdır ki, həm in torpağa dair “bu gündən etibarən bir təmənnam olsa hər ildə bir o qədər faiz gələcək və ödəyəcəm”. Yəni iddiaçı həm torpağı təhvil vermişdir, həm də bildirir ki, bu torpağa dair hər hansı iddiası və tələbi olmayacaq. İş üzrə sübutlarda iddiaçıların hüquqdan sui-istifadə etmələrinin açıq-aşkar görünməsinə baxmayaraq bu hallara hüquqi qiymət vermədən Sumqayıt Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar ədalət və hüquqdan sui-istifadə ilə bağlı normalara, ədalət mühakiməsinin varlıq səbəbinə və funksiyasına ziddiyyət təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili, kassasiya şikayətinin dəlillərinə uyğun iza hat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

21. İddiaçılar məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi.

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

24. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

25. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

26. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

27. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

28. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

29. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

30. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

31. Maddə 560.3.1 və 560.3.4. Qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi və ya digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi:

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instan siyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyas ı məhkəməsinin mövqeyi

39. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi yuxarıda göstərilən qaydada əvvəlcə iddiaçıların, daha sonra isə cavabdehin adına sənədləşdirilmişdir (§ 1-5).

40. Daşınmaz əmlakın dövlət reyestri məlumatlarına əsasən həmin sahə üzərindəki mülkiyyət hüququ xx xxxxxx 2011-ci il tarixdə aparılmış **********66 reyestr qeydi ilə cavabdehə məxsusdur.

41. Məlum olduğu kimi reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (§ 25).

42. Bu qayda ona dəlalət edir ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, daşınmaz əmlakın dövlət reyestrində xeyrinə qeydiyyat aparılmış şəxsin hüquqlarına dair məlumatlar əsaslı, həqiqi və tam sayılır, əşya hü quqları qorunur.

43. Belə olan halda, həmin reyestrdəki qeydin əsaslı olmadığını iddia edən şəxs öz iddiasını mötəbər və kifayətedici dəlillərlə sübuta yetirməlidir. Başqa sözlə, reyestrdə xeyrinə qeydiyyat aparılmış şəxs, həmin əmlak üzərindəki hüququnu sübut etməyə borclu deyil. Mübahisə halında qeydiyyata alınmanı düzgün hesab etməyən tərəf onun düzgün olmadığını sübuta yetirmək yükünü daşıyır (§ 32).

44. Bu baxımdan hazırkı işdə mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində adına olan qeydin həqiqiliyini sübuta yetirmək cavabdehin vəzifəsi deyil. Çünki, əksi sübut edilmədikcə həmin qeydiyyat, habelə onun əsasında duran hüquqi səbəblər etibarlı sayılır. Reyestrdə cavabdehin adına olan qeydin əsaslılığına dair qanuni prezumpsiyanın əksini iddia edən tərəf kimi idd iaçılar istinad etdikləri halları sübuta yetirməlidirlər.

45. Baxılan işdə iddiaçılar mübahisəli sahənin cavabdehin adına qeydə alınmasına əsas olmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-2397F nömrəli şəhadətnamənin etibarsız sayılmasını tələb edirlər. Buna əsas kimi torpaq sahəsinin alqı-satqısına dair Quba rayon X11 xx xxxx 2006cı il tarixli, 4-ə-591 saylı müqavilənin bağlanmadığını bildirirlər.

46. Bu mövqe daşınmaz əşyaların rəsmi reyestrini aparan dövlət orqanı, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindəki məlumatın əsaslı olmadığı iddiasına söykənir. Belə olan halda, həmin hal mötəbər, şübhə yaratmayan və kifayətedici dəlillərlə sübuta yetirilməlidir. Daşınmaz əşyaya dair hüququn qeydə alınmasının əsası olan müqavilələr notarial qaydada təsdiqləndiyi üçün onların qorunması n otariat orqanının vəzifəsidir. Bu baxımdan notarial qaydada təsdiqlənmiş əqdin nüsxəsinin saxlanılmamasına görə müqavilə tərəfi məsul tutula bilməz. Çünki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsası olan müqavilə ilə bağlı mübahisə yarandıqda, həmin müqavilə ilk növbədə təsdiqləndiyi notariat orqanından yoxlanılmalı, bu mümkün olmadıqda ən azı həmin dövr üzrə müqavilələrin müvafiq qaydada qeydiyyatının aparıldığı reyestr kitablarındakı məlumatlarla eyniləşdirmə aparılmalıdır. Məhz həmin arxiv sənədləri, kitabları və digər məlumatlarla müqavilənin bağlanmadığı şübhəyə yer qalmayacaq şəkildə təsdiqləndikdə iddia olunan hal sübuta yetirilmiş sayıla bilər. Əks halda daşınmaz əmlakın dövlət reyestrindəki məlumatların həqiqiliyi prezumpsiyası dəyişməz olaraq qalır.

47. Hazır kı işdə Ədliyyə Nazirliyinin Quba Regional “Asan Xidmət” X6 verdiyi xx.xx.2019-cu il tarixli, 258 nömrəli cavab məktubundan görünür ki, Quba rayon X10 xx xxxx 2006-cı il tarixli, 4-ə-591 saylı alqı-satqı müqaviləsi Quba rayon notariat ofisinin arxiv sənədləri arasında aşkar edilməmişdir. Lakin həmin reyestr nömrəsi ilə fərqli tarixlərdə, yəni xx.xx.2006-cı il tarixdə X9 ilə X15 arasında bağlanmış alqı-satqı müqaviləsi və xx.xx.2006-cı il tarixdə X3 ilə X7 arasında bağlanmış bağışlama müqaviləsi aşkar edilmişdir. Həmin dövrə məxsus alqı-satqı müqavilələrinin qeydiyyatına dair (4Ə) reyestr kitabı Quba rayon notariat ofisinin arxivinə təhvil verilmiş arxiv sənədləri arasında aşkar edilmədiyindən qeyd olunan müqavilələrin reyestr qeydiyyat kitabından keçib-keçməməsi, eləcə də qüvvədə olub-olma msına dair heç bir məlumat yoxdur.

48. Göründüyü kimi Quba rayon X10 xx xxxx 2006-cı il tarixli, 4-ə-591 saylı alqı-satqı müqaviləsi arxiv sənədlərində aşakar edilmədiyi halda, həmin müqavilənin bağlanmadığını qəti şəkildə təsdiq edə biləcək sübut qeyd olunan reyestr nömrəsinin aparıldığı reyestr kitabı ola bilər. Lakin 2006-cı ilə aid alqı-satqı müqavilələrinin qeydiyyatına dair (4Ə) reyestr kitabı Quba rayon notariat ofisinin arxivinə təhvil verilmiş arxiv sənədləri arasında aşkar edilməmişdir.

49. Bundan əlavə, cavabdehə məxsus mülkiyyət şəhadətməsində göstərilən xx xxxx 2006-cı il tarixli müqavilənin 4-ə-591 saylı reyestr nömrəsinin əslində başqa müqavilələrə (xx.xx.2006-cı il tarixdə X9 ilə X15 arasında bağlanmış alqı-satqı müqaviləsinə və xx.xx.2006-cı il tarixdə X3 ilə X7 arasında b ağlanmış bağışlama müqaviləsinə) aid olması barədə gəlinən nəticə də əsaslı sayıla bilməz, ona görə ki, əvvəla, Quba Regional “Asan Xidmət” X6 məlumatında həmin müqavilələrin reyestr qeydiyyat kitabından keçib-keçməməsi, eləcə də qüvvədə olubolmamasına dair heç bir məlumatın olmadığı göstərilmişdir. Başqa sözlə, həmin müqavilələrin də mövcudluğu və 4-ə-591 saylı reyestr nömrəsinin onlara aid olması reyestr kitabından dəqiqləşdirilə bilər ki, Notariat Ofisi bunun mümkün olmadığını bildirmişdir.

50. Bundan əlavə, 4-ə-591 saylı reyestr nömrəsinin eyni (2006-cı) ildə üç ay fərqi ilə iki müxtəlif müqaviləyə verilməsi, əslində məlumatın özünün doğruluğunu şübhə altına alır. Çünki, notariat orqanında təsdiqlənmiş müqaviləyə verilən (reyestr kitabında qeydə alınan) bir reyestr nömrəsinin eyni ildə təsdiqlənmiş digər müqaviləyə verilməsi mümkün görünmür.

51. Qeyd edilənlər ona dəlalət edir ki, apellyasiya məhkəməsi 4-ə-591 saylı reyestr nömrəsinin 2006-cı ildə iki ayrı müqaviləyə necə verilməsini, həmin müqavilələrdəki reyestr nömrəsinə dair məlumatın mötəbərliyini araşdırmamışdır. Belə olan halda, bu məlumatın daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın əsası kimi göstərilən müqavilənin bağlanmamış sayılması üçün kifayətedici və mötəbər sübut sayılması mülki prosessual qanunvericiliyin tələblərinə uyğun gəlmir (§ 34).

52. Hazırkı işin müəyyən edilmiş hallarından biri odur ki, mübahisəli torpaq sahəsinin xx.xx.1996-cı ildə İddiaçı1 tərəfindən 1.500 manat müqabilində cavabdehin atası Mehman Nadirova verilməsinə dair yazılı iltizam mövcuddur.

53. İddiaçı1 torpaq sahəsini xx.xx.1996-cı ildə Mehman Nadirova satmadığını, həmin iltizamı M.Nadirovdan aldığı borc pula görə yazdığını, borcunu sonuncuya qaytardığını, sahənin aldığı vaxtdan onların istifadəsində olduğunu bildirmişdir.

54. Cavabdeh tərəf isə bildirir ki, əslində həmin iltizamla torpaq sahəsi onlara satılmış və təhvil verilmişdir. İddiaçı1, iltizamda açıqca və öz xətti ilə yazmış və imzalamışdır ki, həmin torpağa dair “bu gündən etibarən bir təmənnam olsa hər ildə bir o qədər faiz gələcək və ödəyəcəm”. Yəni iddiaçı həm torpağı təhvil vermişdir, həm də bildirir ki, bu torpağa dair hər hansı iddiası və tələbi olmayacaq. Cavabdeh, 1996-cı ildə azyaşlı olduğundan atası sahənin alınmasına dair iltizamı öz adına yazdırmış, torpağın alqı-satqısına dair müqavilə müvafiq qaydada rəsmiləşmədiyindən Quba rayonunda a qrar islahat zamanı həmin sahəyə xx.xx.2016-cı ildə iddiaçıların adına JN-1392F nömrəli mülkiyyət şəhadətnaməsinin verilmiş, artıq həmin dövrdə yetkinlik yaşına çatdığından bir il sonra Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2006cı il tarixli 4-ə-591 saylı alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsinə dair onun adına JN-2397F nömrəli mülkiyyət şəhadətnaməsinin verilmiş, bundan sonra isə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Odur ki, həqiqətdə torpaq sahəsi alındığı vaxtdan etibarən onların sahibliyində olmuş, sahənin torpaq və su vergilərini özləri ödəmişlər. Əgər torpaq sahəsi iddiaçıda, qapısı da bağlı olsaydı, yəni torpaq sahəsi onlarda olmasaydı cavabdeh torpaq sahəsinə dair çıxarış ala bilməzdi. Çünki, torpağa dair çıxarış alınarkən dövlət orqanının müt əxəssisləri gəlib yerində ölçmə aparırlar. Ən azından iddiaçı mütəxəssisləri görər, bununla bağlı 2018-ci ildə deyil, ən azı çıxarış alınan zaman 2011-ci ildə mübahisə başlayardı.

55. İşdə olan X4 xx.xx.2018-ci il tarixli, 133 nömrəli arayışından görünür ki, Cavabdeh1 2006-cı ildən həyətyanı torpaq vergilərini JN-2397 F saylı şəhadətnaməyə, 2011-ci ildən isə ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ödəmişdir.

56. Kassaisya instansiyası məhkəməsinin bu iş üzrə əvvəlki qərarında işin həmin hallarına və tərəflərin qarşılıqlı münasibətinə diqqət çəkilərək, İddiaçı1 mübahisəli torpaq sahəsini 1.500 manat müqabilində cavabdehin atası Mehman Nadirova satmasına dair sadə yazılı iltizamın iş üzrə mühüm əhəmiyyəti olduğu, bu sənədə lazımi hüquqi qiymət verilmədiyi vurğulanm ış, hüquqdan sui-istifadə ilə bağlı qaydalara istinad edilməklə məsələninin yenidən araşdırılması üçün iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır (§ 14).

57. Buna baxmayaraq, apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarına hüquqdan sui-istifadə ilə bağlı normalar çərçivəsində hüquqi qiymət verməmişdir.

58. Halbuki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan suiistifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqla rı yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir.

59. Bu səbəbdən qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, habelə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır və qanunla qorunmur. Yəni, sui-istifadə edilən hüquqa söykənən tələblər və ya əməllər müdafiə oluna bilməz (§ 29-31).

60. Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, iş üzrə tərəflərin dəlillərinə və toplanmış sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verməli, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmalıdır (§ 32-35).

61. Beləliklə, göstərilənləri nəzərə alaraq Kollegiya bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olmadığı üçün ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

62. Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1005/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar