Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4771/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “xxxx” ASC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “xxxx” ASC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, apelyasiya şikayətinin apelyasiya instansiyası məhkəməsi tərəfindən icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” ASC qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Burcayev, iş № 2(008)-6896/2018) iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx” ASC-dən 500 (beş yüz) manat məbləğində maddi zərər, 4000 (dörd min) manat mənəvi ziyan və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Cavabdeh “xxxx” ASC həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2019-cu il tarixli qərardadı ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn, iş № 2(103)-6200/2019) Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 23 noyabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilmişdir. Kassasiya şikayətinin dəlilləri: “xxxx” ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsini, apelyasiya şikayətinin apelyasiya instansiyası məhkəməsi tərəfindən icraata götürülməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı və “xxxx” ASCnin nümayəndəsi X1 izahatları dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noy abr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Cavabdeh «xxxx» ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən edilir ki, apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəddən (i/apim,v 59) görünür ki, dövlət rüsumu 08.02.2019-cu il tarixli 666 nömrəli ödəniş tapşırığı vasitəsilə ödənilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni elektron ödəniş sistemləri vasitəsilə (hökumət ödəniş portalı) deyil, digər üsulla ödənilmişdir. Bu səbəbdən apellyasiya şikayətinə əlavə olunmuş ödəniş tapşırığı dövlət rüsumunun müəyyən edilmiş qayda da və məbləğdə ödənilməsini təsdiq edən sənəd kimi qəbul oluna bilməz Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə aşağıdakı prosessual hüquq normasını tətbiq etmişdir: Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə görə apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 108.3-cü maddəsində isə təsbit olunmuşdur ki, dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “xxxx” ASC kassasiya şikayətində qərardadın ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “ “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə 08.02.2019-cu il tarixli 666 nömrəli ödəniş tapşırığının əsli əlavə olunmuş və ödəniş tapşırığının "Ödəniş təyinatı və əsas bölməs ində" “HÖP vasitəsilə”, yəni Hökumət Ödəniş Portalı vasitərilə sözləri əlavə edilmişdir. Eyni zamanda qeyd edirik ki, ödənişi həyata keçirən bankdan həmin ödəniş tapşırığının qəbzində Azərbaycan Respublikasının Mərkəzi Bankı-Hökumət Ödəniş Portalı vasitəsilə ödənildiyi birbaşa göstərilmilşdir. Bundan başqa məhkəmə əgər Hökumət Ödəniş Portalına elektron vasitə ilə daxil olsaydı həmin ödənişin qeydə alındığını görərdi. Lakin, məhkəmə bunu da etməmişdir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qərardadın ləğ vi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 12 aprel 2019-cu il tarixli qərardadı ləğv edilsin. Mülki iş apelyasiya qaydasında yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4771/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4771/2019
05.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver