Məhkəmə qərarları › İş №2(102)-4778/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4778/2022

18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4778/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4778/2022 (Açar sözlər: maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızınndan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “dəymiş real zərər, əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2997/2022 nömrəli, 4 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 oktyabr 2022-ci il tarixdə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 10.11.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, kredit verən İddiaçı ilə kredit alan Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, İddiaçı Cavabdeh xx.xx.2014cü il tarixədək 55000 manat məbləğində kredit vermişdir.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-639/2014 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “dəymiş rea l zərər, əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş 55000 manat real zərər, 35000 manat əldən çıxmış fayda, habelə 10000 manat məbləğində mənəvi zərər olmaqla, cəmi 100000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin X1 baş inspektoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhərində inşası aparılan hündürmərtəbəli yaşayış binalarında şərik olması barədə yalan məlumat verərək ’XXX" Mənzil-tikinti kooperativi tərəfindən ünvan-də tikilməkdə olan hündürmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzilin ona satılması adı ilə aldadaraq 2011-2012-ci illərdə hissə-hissə olmaqla cəmi 55000 manatını ələ keçirmiş və ona həmin məbləğdə maddi zərər vurmuşdur. Bundan başqa həmin 3 otaqlı ev ona təhvil verilmiş olsaydı bu gün onun bazar dəyəri 90000 manat təşkil edir ki, 35000 manat əldən çıxmış fayda olaraq nəzərə alınmalıdır. Eyni zamanda 9 il ərzində yaşadığı əsəb, stress və mənəvi sarsıntı üzündən aldığı müalicə ilə əlaqədar 10.000 manat məbləğində mənəvi zərər dəymişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündə qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs – cavabdeh, iddiaçıya ‘'XXX" Mənzil-tikinti kooperativi tərəfindən ünvan-də tikilməkdə olan hündür mərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzili təklif edərək, həmin yaşayış sahəsini alqı-satqı müqaviləsi əsasında 70000 ABŞ dollarına həmin dövrün məzənnəsi ilə 55000 manata sata biləcəyini vəd edib, iddiaçı ilə razılaşıb ondan 2011-ci ilin dekabr ayından 2012-ci ilin noyabr ayınadək qeyd olunan məbləği Bakı şəhəri, Suraxanı rayonu ərazisində hissəhissə olaraq almasına baxmayaraq sonuncunun adına mənzillə bağlı heç bir rəsmiləşdirmə aparmayaraq, aldatma yolu ilə özgəyə məxsus külli miqdarda əmlakı ələ keçirərək dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzas ı təyin edilmişdir. Ona dəymiş zərərin cavabdeh tərəfindən vurulması və onun təqsirli olması Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə tam sübuta yetirilmişdir. Hazırda cavabdeh Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Onun maddi vəziyyəti çox yaxşıdır. Cavabdehin başqasının adına rəsmiləşdirdiyi obyekti vardır. Bizneslə məşğul olur və ona dəymiş zərəri ödəmək üçün kifayət qədər qazanca, maddi vəsaitə malikdir. Göstərilənləri və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün iş üzrə preyudisial əhəmiyyətini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş 55000 manat real zərər, 35000 manat əldən çıxmış fayda, habelə 10000 manat məbləğində mənəvi zərər olmaqla, cəmi 100000 manat cavabdehdən tutularaq ona ödənilməlidir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3515/2021 nömrəli iş üzrə 1 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 55000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, mülki işin icraatı zamanı preyudisial faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur.

8. Məhkəmə 55000 manat real zərər hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia həmin hissədə tam sübut olduğu üçün təmin edilməlidir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı əldən çıxmış faydanın nədən ibarət olduğunu və faktiki sübut təqdim etmədiyindən, iddia həmin hissədə rədd olunmalıdır.

10. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 439.4, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 448.2, 449.1, 462.1, 465.2, 467, 567, 1092.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərara, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli Qərarına, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 107, 115.0.1, 217.3 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunan hissədə ləğv edilməsi və iddia tələbinin tamamilə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbini əsaslandırarkən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)639/2014 nömrəli hökmünə istinad etmişdir. Məhkəmə isə həmin hökmü tam oxumadan mübahisəyə düzgün qiymət verməyərək iddia tələbini qismən təmin etmişdir. Halbuki, hökmün özündə və həmin cinayət işinin materiallarında iddiaçının ziyanın ödənilməsi barədə notarial təsdiq edilmiş şəxsən öz ərizəsi var. Yəni, hökm çıxarılana qədər iddiaçı və digərlərinin zərərləri tam ödənilmişdir. Lakin, məhkəmə bu halları ətraflı araşdırmadan və eyni zamanda onun iştirakını təmin etmədən qətnamə qəbul etmişdir. Həmçinin qeyd olunan hökmün 9-cu səhifəsinin 2-ci abzasında qeyd edilir ki, “hazırda iddiaçının cavabdehə qarşı heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir”. Həmin səhifənin növbəti abzasında isə “zərərçəkmiş şəxs bununla bağlı məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə də təqdim etmişdir”. Lakin məhkəmə iddiaçının ona vurulmuş ziyanın cavabdeh tərəfindən hələ 2014-cü ildə ödənilməsi barədə etirafını nəzərə almadan qətnamə qəbul etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2997/21 nömrəli iş üzrə 4 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Rəşad Həsənov və Məmməd Mə mmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası cavabdehin dəlillərini qəbul etməyərək, qeyd etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-639/2014 nömrəli hökmündə, eləcə də iddiaçının həmin cinayət işi üzrə təqdim etdiyi ərizədə cavabdeh tərəfindən ondan aldığı 55000 manat məbləğində pul vəsaitinin geri qaytarılmasını göstərməmişdir. Belə ki, iddiaçı tərəf həmin cinayət işi üzrə tələbinin və şikayətinin olmadığını bildirməklə cavabdehin cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.

16. Cavabdehin barəsində olan cinayət işi üzrə iddiaçı sadəcə şikayətinin və tələbinin olmamasını bildirmişdir, bu isə cavabdeh tərəfindən iddiaçıya olan borcun geri qaytarılması a nlamına gəlməsinə əsas vermir. Göründüyü kimi, tərəflər arasında real borc münasibətləri yaranmasa da, cavabdeh iddiaçıya ödəməli olduğu maddi ziyanın məbləğini borc kimi etiraf etmiş və borcun etiraf edilməsi barədə qanunda nəzərdə tutulan məzmun və formaya uyğun müqavilə bağlanmışdır.

17. Məhkəmə qeyd etmişdir ki, iş materiallarına cavabdehə məhkəmə iclasları barədə bildirişlərin iş materiallarında olan və məhkəməyə məlum olan, eləcə də apellyasiya şikayətində göstərilən cavabdehin ünvanına göndərilməsini təsdiq edən reyestr əlavə edilmişdir. Həmçinin məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə SMS bildirişlər də göndərilmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin mövqeyini əsassız hesab edir.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 881.1, 881.2, 881.2.2, 881.3, 881.5, 882-ci maddələrinə, MPM-in 14.2, 82.4, 217.3, 217.4, 372.6, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək 4 may 2022-ci il tarixli qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının indi tələb etdiyi maddi zərəri hələ 2014-cü ildən ödəyib və oda cavabdehə qarşı tələbinin və şikayətinin olmamasını bildirib. Bu hal məhkəmə qətnaməsi ilə müəyyən edilib. Buna baxmayaraq məhkəmə səhv nəticəyə gələrək mübahisəyə MM-in 21-ci maddəsini səhv tətbiq edib. Halb uki, MM-in 21-ci maddəsinin mübahisəyə tətbiq edilməsinə heç bir əsas yoxdur.

21. Eyni zamanda qeyd edilmişdir ki, məhkəmənin istinad etdiyi maddi hüquq normalarından biri də MM-in 881 və 882-ci maddələridir. Halbuki, həmin maddələrin tətbiq edilmə əsası ilə məhkəmənin gəldiyi nəticə ziddiyyətlidir. Əgər məhkəmə MM-in 881-ci maddəsini tətbiq edirsə, o zaman iddiaçının cinayət işi üzrə təqdim etdiyi ərizəni və məhkəmədə verdiyi ifadəsini də olduğu kimi qəbul edib cavabdehin ona maddi zərər vurduğunu iddia etdiyi məbləğin geri qaytarılması qənaətinə gəlməli idi.

22. İş üzrə məhkəmə MPM-nin 88-ci maddəsinin tələbini pozaraq sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməyərək istinad etdiyi cinayət işi üzrə hökmdəki hazırkı iddiaçının izahatına və ərizəsinə düzgün hüquqi qiymət verməyib. Mülki iş materiallarından da görünür ki, işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə ziddiyyətlidir. Yəni məhkəmə araşdırma zamanı təqdim edilən sübutlara uyğun olmayan səhv nəticəyə gələrək qətnamə qəbul edib. Belə ki, iddiaçı apelyasiya instansiya məhkəməsində iştirak etməyib, ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli, 1(101)-639/2014 nömrəli Hökmündə qeyd edilən notarial qaydada təsdiq edilmiş ərizənin nə üçün verilməsi barədə araşdırma aparılmadan və həmin ərizədə cavabdehə tələbinin və şikayətinin olmamasının səbəbi araşdırmadan məhkəmə qətnamə qəbul edib. Halbuki, 2014-cü ildə məhkəmə təqim edilmiş notarial qaydada təsdiq edilmiş ərizə, artıq ona vurulmuş maddi ziyanın qaytarılmasını təsdiq edən ən mötəbər sübutdur. Lakin, nə birinci instansiya məhk əməsi, nə də apelyasiya instansiyası məhkəməsi bu sübuta düzgün hüquqi qiymət verməyib. Həmin ərizənin nə üçün qəbul etməməsini əsaslandırmayıb.

23. Məhkəmə iddiaçının iştirakını təmin etmədən, ona sualların yönləndirilməsinə şərait yaratmadan yalnız öz mülahizələri əsasında işin faktiki halları ilə ziddiyyət təşkil edən hazırkı qətnaməni qəbul etməklə MPM-in 217.3 və 217.4-cü maddələrinin tələblərini pozub. MPM-in 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Məhkəmə istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)639/2014 nömrəli hökmünün bir hissəsini mötəbər hesab edərək hüquqi qiymət versədə, digər hissəsinə hüquqi qiymət verməyib. Halbuki, eyni hökmdə İdd iaçı tərəfindən Cavabdeh qarşı şikayətinin və tələbinin olmaması müəyyən edilib.

25. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarına istinad etsə də, onu səhv təfsir edərək mübahisəyə tətbiq edib. Bu halın gələcəkdə dəyişdirilmədən saxlanması isə məhkəmə təcrübəsində vahidliyin pozulmasına və Konstitusiya məhkəməsinin qərarının əhəmiyyətinin azalmasına səbəb olacaqdır. b)

26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 2

8. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

29. Maddə 881.2.2. Ayrı şərt haqqında razılaşma olmadıqda, barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir.

30. Maddə 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklin də tərtib olunduğu hallar istisna təşkil edir.

31. Maddə 881.5. Əgər müqavilə iştirakçıları hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilmirlərsə, xüsusən məcburi qüvvəyə malik qanuni göstərişlərlə əlaqədar həyata keçirə bilmirlərsə, barışıq razılaşmasının qüvvəsi yoxdur.

32. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Prosessual Məcəllə

33. M addə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzg ün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

45. İlk növbədə qeyd olunur ki, şikayətdə irəli sürülən dəlillər əsasən işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-639/2014 nömrəli hökmündə, eləcə də iddiaçının həmin cinayət işi üzrə təqdim etdiyi ərizədə cavabdeh tərəfindən ondan aldığı 55000 manat məbləğində pul vəsaitini n geri qaytarılmasını göstərməmişdir. Belə ki, iddiaçı tərəf həmin cinayət işi üzrə tələbinin və şikayətinin olmadığını bildirməklə cavabdehin cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Cavabdehin barəsində olan cinayət işi üzrə iddiaçı sadəcə şikayətinin və tələbinin olmamasını bildirmişdir, bu isə cavabdeh tərəfindən iddiaçıya olan borcun geri qaytarılması anlamına gəlməsinə əsas vermir. Tərəflər arasında real borc münasibətləri yaranmasa da, cavabdeh iddiaçıya ödəməli olduğu maddi ziyanın məbləğini borc kimi etiraf etmiş və borcun etiraf edilməsi barədə qanunda nəzərdə tutulan məzmun və formaya uyğun müqavilə bağlanmışdır.

47. Apelyasiya Məhkəməsi müəyyən edilən işin faktiki hallarına maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

48. Beləki, apelyasiya məhkəməsi mübahisəyə zərər, barışıq razılaşması haqqında müqavilə, borcun etirafı haqqında müqavilə münasibətlərini nizama salan maddi hüquq normalarını tətbiq etməkdə haqlı olmuşdur.

49. Həmin maddi hüquq normaları işin faktiki hallarına tam uyğun gəlir. Beləki, cavabdeh iddiaçıya qarşı dələduzluq edərək ona maddi zərər vurmuş, məhkəmə baxışı zamanı iddiaçı cavabdehə təyin ediləcək cəzasını yüngülləşdirmək üçün təqsirləndirilən şəxsdən şikayəti olmadığını bildirmiş, ğarışması barədə ərizə vermiş, vurulmuş zərərin məbləği ilə bağlı borc müqaviləsi bağlanmış və təqsirləndirilən şəxs borcunun olmasını etiraf etmişdir.

50. Cinayət işinə baxılarkən zərərçəkənin ərizə yazması mübahisə ilə bağlı tərəflərin barığışa gəlməsini, borc müqavilsinin bağlanması təqsirləndirilən şəxsin borcunun olmasını etiraf etməsini ehtiva ed ir. Qanunverici həmin hərəkətlərin edilməsini qadağan etmir. Zərərçəkən cinayət təqibi ilə bağlı icraatın istənilən mərhələsində təqsirləndirilən şəxslə barışa bilər. Lakin, bu halın mövcudluğu vurulmuş zərərin ödənilməsi kimi qəbul edilməməlidir. Zərərin ödənilməsi konkret sübutlarla təsdiq edilməlidir ki, hazırkı işdə cavabdehin borcu iddiaçıya ödəməsini təsdiq edən mötəbər sübutlar yoxdur.

51. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Prosesin çəkişmə prinsipinə riayət edilmədən həyata keçirilməsi barədə cavabdehin dəlili isə açıq-aşkar əsassızdır. Eyni dəlilləri cavabdeh apelyasiya şikayəti verəndə də irəl i sürmüş və məhkəmə həmin dəlillərə hüquqi qiymət vermişdir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2997/2022 nömrəli, 04 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir, qəbul edildiyi andan qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar