Məhkəmə qərarları › İş №2(102)-478/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-478/2023

21.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-478/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1645/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs "xxxx" BOKT MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(105)366/2018 saylı icra vərəqəsinin icrası qaydasında Quba rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında keçirilmiş hərrac üzrə "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, Y-303 saylı hərracın nəticələri haqqında yekun protokola və həmin tarixli hərracın yekunları üzrə alqısatqı müqaviləsinə əsasən İddiaçı (bundan sonra- iddiaçı) məxsus Quba rayon 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi (bundan sonra – mübahisəli daşınmaz əmlak) 127.500 manata "xxxx" BOKT MMC-yə (bundan sonra – üçüncü şəxs və ya MMC) satılmışdır. xx.xx.2018-ci il tarixdə sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestri ndə xüsusi mülkiyyət hüququ ilə adıçəkilən MMC-nin adına qeydiyyatdan keçmiş və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Bundan sonra, iddiaçı, Hərrac təşkilatçısına və hərracın qalibi olmuş MMC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmış və həmin iş üzrə Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-1305/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh DƏDRX-nin 5 s aylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli daşınmaz əmlaka dair cavabdeh tərəfindən üçüncü şəxsin adına aparılmış mülkiyyət hüququna dair qeydin və bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin mübahisəli əmlaka dair keçirilmiş hərracın etibarsız hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvəsini aldıqdan sonra həmin qətnaməni təqdim etməklə cavabdeh inzibati orqana müraciət edərək, üçüncü şəxsin adına aparılmış mülkiyyət hüququna dair qeydin və çıxarışın ləğv edilməsini, ilkin vəziyyətə qaytarılmaqla onun çıxarışının bərpa edilməsini xahiş etmişdir. Cava bdeh orqanın cavab məktubunda qeyd olunmuşdur ki, qətnamədə həmin qeydin və çıxarışın ləğv edilməsi barədə öhdəlik olmadığına görə ərizəsi təmin edilməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, üçüncü şəxsin adına qeydin aparılması və çıxarışın verilməsinə hüquqi əsas olmuş hərracın nəticələrinə dair yekun protokol və alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi halda, bu əsaslarla edilmiş qeydiyyat və verilmiş çıxarış da ləğv edilməlidir. Üçüncü şəxs MMC-nin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Quba Rayon məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsinə əsasən iddiaçıya məxsus mübahisəli daşınmaz əmlakın hərracdan satılması qət edilmişdir. Əmlak hərracda xx.xx.2018-ci il tarixdə MMC-y ə satılmış və onun mülkiyyəti kimi qeydə alınaraq adına çıxarış verilmişdir. Sonradan iddiaçı həmin hərracın etibarsızlığı barədə iddia qaldırmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hərrac etibarsız hesab edilmişdir. Hazırda MMC işdə ən çox zərər çəkən şəxs olsa da, onun adına aparılmış mülkiyyət qeydinin və verilmiş çıxarışın ləğv edilməsinə etiraz etmir. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia təmin olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrası qaydasında Quba rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında keçirilmiş hə rrac üzrə "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, Y-303 saylı “hərracın nəticələri haqqında” yekun protokola və həmin tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsinə əsasən İddiaçı məxsus Quba rayon 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 127.500 manata "xxxx" BOKT MMC-yə satılmışdır. xx.xx.2018-ci il tarixdə sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə MMC-nin adına qeydiyyatdan keçmiş və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli Çıxarış verilmişdir. Bundan sonra, iddiaçı, Hərrac təşkilatçısına və hərracın qalibi olmuş MMC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və hərracın yekunları üzrə alq ı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmış və həmin iş üzrə Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mülkiyyət hüququna dair qeydin aparılmasına və Çıxarışın verilməsinə əsas olan sənədlər ləğv edilmişdir. Ona görə də iddia təmin edilməlidir. Məhkəmə öz mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Üçüncü şəxs apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə işə obyektiv yanaşmadan, əsassız və ədalətsiz qətnamə qəbul etmiş, qətnamədə hansı dəlilə əsasən, nə səbəbə iddianı təmin etməsinə dair heç bir əsaslandırma aparmamışdır. Bundan əlavə, qətnamədə nümayəndəsinin çıxışı təhrif edilərək, iddiaya etiraz etmədiyi qeyd edilmişdir. Halbuki, o, məhkəmədən iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1645/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər- Z.Məmmədov sədrlik edən, məruzəçi, F.Məmmədov və İ.Dəmirov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir və apellyasiya şikayətinin dəlillərinə əsasən iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin dəlilləri, ona etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs (Vəkil2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti a pellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslandırılmadığı göstərilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.2. Qanunla müəyyən edilmiş qay dada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir. Hazırki kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktının əsaslılığı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Üçüncü şəxs "xxxx" BOKT MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi v ə prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrası qaydasında Quba rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında keçirilmiş hərrac üzrə "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, Y-303 saylı “hərracın nəticələri haqqında” yekun protokola və həmin tarixli hərracın yekunları üzrə alqı-satqı müqaviləsinə əsasən İddiaçı məxsus Quba rayon 1-ci Nügədi kəndində 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi 127.500 manata "xxxx" BOKT MMC-yə satılmışdır. xx.xx.2018-ci il tarixdə sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə MMC-nin adına qeydiyyatdan keçmiş və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli Çıxarış verilmişdir. Bundan sonra, iddiaçı, Hərrac təşkilatçısına və hərracın qalibi olmuş MMC-yə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia qaldırmış və həmin iş üzrə Bakı Şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mülkiyyət hüququna dair qeydin aparılmasına və Çıxa rışın verilməsinə əsas olan sənədlər ləğv edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.2-ci maddələrinin mənasına görə, qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol- daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları, habelə üçüncü şəxs "xxxx" BOKT MMC-nin kassasiya şika yəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmiş və yuxarıda sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kollegiya, həmçinin bildiri r ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs "xxxx" BOKT MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1645/2022 nömrəli, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar