Məhkəmə qərarları › İş №2(102)-4783/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4783/2019

03.07.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4783/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, cavabdehlərin və üçüncü şəxsin vəkili ƏQnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs NC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 03 iyul 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 noyabr 20 18-ci il tarixli qətnaməsi ilə (hakim A.Əliyev, iş № 2(002)-2870/2019 saylı mülki iş) ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı Cavabdeh2 MMC-də iştirakına xitam verilməsi, İddiaçı 6184633,23 (altı milyon bir yüz səksən dörd min altı yüz otuz üç manat) manatın tutularaq, Cavabdeh2 MMC-yə ödənilməsi, qarşılıqlı iddianın digər hissədə təmin edilməməsi, ilk və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən, məruzəçi), E.Nəbiyev və A.Hüseyn, 2(103)2870/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsi qismən, yəni qarşı lıqlı iddiaya aid hissədə ləğv edilərək, Cavabdeh1 və Cavabdeh2 MMC, həmçinin mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs CN tərəfindən İddiaçı qarşı irəli sürülmüş İddiaçı Cavabdeh2 MMC-də iştirakına xitam verməklə dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi və İddiaçı 6184633,23 manatın tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi barədə qarşılıqlı iddiası və üçüncü şəxsin iddiası təmin edilməməmiş və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin (VÖEN **********) nizamnamə kapitalının 50% payçısı kimi, Cavabdeh2 MMC- nin balansında olan əmlakların (daşınar, daşınmaz, avtonəqliyyat vasitələri və s.) nizamnamə kapitalındakı 50% təsi s payına uyğun naturada bölünməklə onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 və Cavabdeh2 MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X8 cavabdeh İddiaçı qarşı iddia qaldıraraq, X3 Cavabdeh2ndə iştirakına xitam verməklə dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi və X2 6184633,23 manatın tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyas ı məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs NC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin və üçüncü şəxsin vəkili ƏQ kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkə mə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X3 ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və "xxxx" MMC-yə qarşı "nizamnamə kapitalındakı paya u yğun əmlakın naturada verilməsi tələbinə dair ilkin iddiasının rədd edilməsi, qarşılıqlı iddiası Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh FA qarşı "MMC də iştirakına xitam verilməsi, dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi və pulun tutulmasına dair" qarşılıqlı iddia ərizəsini qismən təmin edərək, İddiaçı "xxxx" MMC-də iştirakına xitam verilməklə, İddiaçı 6184633,23 manat tutularaq "xxxx" MMC-yə verilməsi, qarşılıqlı iddianın qalan hissəsini təmin etməyən birinci instansya məhkəməsinin qətnaməsinin qismən qarşılıqlı iddiaya aid hissədə ləğv edərək Cavabdeh1 və "xxxx" MMC, həmçinin mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs CN tərəfindən İddiaçı qarşı irəli sürülmüş İddiaçı Cavabdeh2ndə iştirakına xitam verməklə dövlət reyestrində müvafiq dəyişikliklər edilməsi və İddiaçı 6184633,23 manat tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qarşılıqlı iddia və üçüncü şəxsin iddiası rədd edərək, qalan hissədə qətnaməni dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, cavabdehlərin və üçüncü şəxsin istinad etdiyi iddialar cinayət xarakterli iddialar və yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq oluna bilər. Lakin cavabdehlərin və üçüncü şəxsin istinad etdiyi iddialarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcud deyildir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərin və üçüncü şəxsin istinad etdiyi MM-nin 94-cü maddəsi hazırki işə tətbiq edilə bilməz. Belə ki, həmin maddənin tələblərinə görə iştirakçının şəxsi borcları üzrə tutmanın onun məhdud məsuliyyətli cəmiyyətin əmlakındak ı payına yönəldilməsinə yalnız onun başqa əmlakının borclarını ödəməyə kifayət etmədiyi halda yol verilir. Həmin iştirakçının kreditorları məhdud məsuliyyətli cəmiyyətdən tutmanın yönəldilməsi məqsədilə cəmiyyətin əmlakının borclunun nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməyi və ya bu əmlak hissəsini ayırmağı tələb edə bilərlər. Cəmiyyətin əmlakının ayrılmalı hissəsi və ya onun dəyəri kreditorların tələb irəli sürdükləri məqamda tərtib edilmiş balans üzrə müəyyənləşdirilir (maddə 94.1). İştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı bütün payına tutmanın yönəldilməsi onun cəmiyyətdə iştirakına xitam verir (maddə 94.2). Qeyd olunan normalardan görünür ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısının şəxsi borcları üzrə tutma o halda onun cəmiyyətin əmlakındak ı payına yönəldilə bilər ki, borcu ödəmək üçün iştirakçının başqa əmlakı mövcud olmasın. Yalnız bundan sonra kreditorlar cəmiyyət iştirakçısının nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməsi və ya bu əmlak hissəsini ayırması tələbini irəli sürə bilərlər. Lakin hazırki işdə bu qaydaya riayət olunması barədə sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi hüquq normalarına pozulmaqla qəbul ediılmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.05.2006-cı ildə təsdiq edilmiş nizamnaməsindən görünür ki, cəmiyyətin təsisçiləri X8 (Türkiyə Respublikası) İddiaçıdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinə edilmiş 30.10. 2017-ci il tarixli dəyişiklikdən görünür ki, cəmiyyətin təsisçiləri X8 (Türkiyə Respublikası), İddiaçı və Cavabdeh1dır. "xxxx" MMC-nin Nizamnaməsinə edilmiş 01.02.2018-ci il tarixli dəyişiklikdən görünür ki, cəmiyyətin nizamnaməsinin titul vərəqində və mətnində adı "xxxx" MMC-i kimi oxunsun. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X5 İdarəsinin məktubundan görünür ki, Vergilər Nazirliyi Yanında Milli Gəlirlər Departamentinin Hüquqi X5 idarəsinə daxil olmuş Cavabdeh2 (VÖEN: **********) adının dəyişdirilməsindən sonra təsisçilərin və onların nizamnamə kapitalındakı paylarının miqdarında hər hansı dəyişikliyin olub-olmaması, Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatların təqdim edilməsinə dair müraciəti nizə qanunvericiliyə uyğun olaraq baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Cəmiyyətin təsisçilərim ümumi yığıncağının 29.01.2018-ci il tarixli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək Cavabdeh2 kimi müəyyən edilmişdir və müvafiq dəyişiklik 01.02.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin bildirilir ki, İdarədə olan reyestrdə Cəmiyyətin adının dəyişdirilməsindən məlumat aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, İdarədə olan reyestrə əsasən Cəmiyyətin təsisçiləri və onların nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: Cavabdeh1-2500 ABŞ dolları, 25 pay, 25% pul şəklində; İddiaçı-2500 ABŞ dolları, 25 pay, 25% pul şəklində; X8 (Türkiyə Respublikası)-5000 ABŞ dolları, 50 pay, 50% pul. Azərbaycan Respyblikasının Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin "xxxx" MMC-nin direktoru X4 ünvanladığı 30.10.2018-ci il tarixli məktubundan görünür ki, idarəyə daxil olmuş "xxxx" MMC-nin təsisçisi İddiaçı və digərləri tərəfindən cəmiyyətə külli miqdarda ziyan vurulması barədə müraciəti üzrə araşdırma aparılmış və nəticədə material üzrə vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən suiistifadə cinayətinin tərkib əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cavabdeh1 qarşılıqlı iddiasını rədd edən apellyasiya instansiyası məhkəməsi İddiaçı barəsində Azərbaycan Respublikasının CM-nin 308.1 maddəsi ilə başlanılmış cinayət işinin nəticəsini aydınlaşdırmadan, qarşılıqlı iddia üzrə iddiaçının və 3-cü şəxsin məhkəmə hökmü olmadan İddiaçı şirk ətdən qanunsuz yolla əldə etdiyi pulu geri qaytarılmasını tələb etmək hüquqları olmasını nəzərə almamış, kifayət qədər əsaslandırmadan qanunu qüvvədə olmayan məhkəmə hökmünə istinad etməlidir. İş materiallarında olan "xxxx" MMC-nin 08 may 2018-ci il tarixli müstəqil auditorun hesabatının surətindən görünür ki, 2011-2015-ci il ərzində İddiaçı tərəfindən kassadan ********* manat götürülməsi əks olunur. Həmin məbləği təsdiq edən ilkin sənədlər araşdırmaya təqdim olunmamışdır. Hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanları tərəfindən araşdırması zərurəti yaranmışdır. "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının 07.09.2018-ci il tarixli protokolundan görünür ki, iclasda "xxxx" MMC-nin 50% təsisçi payı sahib NCin nümayəndəsinin rəsmi müraciətinə əsasən "xxxx" MMC-nin malyiyyə-təsərrüf at fəaliyyətinin nəticələrini əks etdirən X1 əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən aparılmış audit yoxlaması barədə rəyin və "xxxx" MMC-nin fəaliyyət göstərdiyi dövrdən 2017-ci ilin avqust ayınadək olan dövrün maliyyə-təsərrüfat vəziyyətini müzakirə edilmişdir. İclasa 25% təsisçi payına sahib İddiaçı rəsmi məktubda müraciət olunsa da, onun adından iştirak edən olmamışdır. İclasda qərara alınmışdır ki, İddiaçı tərəfindən mənimsənilmiş vəsaitlərin "xxxx" MMC-nin kassasına geri qaytarılması üçün tədbirlər görülsün; İddiaçı "xxxx" MMC-də iştirakına xitam verilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunsun "xxxx" MMC-nin borclarının ödənilməsi üçün onun daşınır və daşınmaz əmlaklarından istifadə edilsin: (icarəyə verilməsi, özgəninkiləşdirilməsi və.s formada); "xxxx" MMC-nin sa hibkarlıq 07.09.2019-cu il tarixədək dayandırılsın. Audit rəyinə əsasən hazırda "xxxx" MMC-nin balans dəyəri (daşınar və daşınmaz əmlaklar, kreditor borcları da daxil olmaqla) 4595535,37 manat İddiaçı hazırda "xxxx" MMC-də olan payının həcmi isə 25% təşkil edir. Balans dəyərinə münasibətdə İddiaçı payının məbləği 1148883,85 manatdır. İddiaçı "MMC-yə" vurduğu maddi zərər isə yuxarıda qeyd edildiyi kimi 7333517,08 manatdır. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Auditor fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən Auditorun hesabatı audit subyektinin maliyyə vəziyyəti, maliyyə hesabatlarının doğrulduğu, mühasibat uçotunun ümumi vəziyyəti b arədə auditorun rəyi ifadə olunan və auditin sifarişçisinə ünvanlanan və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Hazırki iş üzrə audit rəyini sübut kimi qəbul etməyən apellyasiya instansiyası məhkəməsi həmin rəyi araşdırmadan, rəyə müvafiq hüquqi qiymət vermədən, əsaslandırmadan əsassız olaraq 08 may 2018-ci il tarixli audit rəyini sübut növü kimi qəbul etməmişdir və qarşılıqlı iddianı rədd etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə iş üzrə qanuni qərar qəbul edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Adıgözəlova Füzuli Qəşəm oğlunun kassasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh1, "xxxx"MMC-nin və müstəqil tələb irəli sürən üçüncü şəxs NCin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar