Məhkəmə qərarları › İş №2(102)-4785/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4785/2019

03.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4785/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-819/2019 nömrəli iş üzrə 22 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh (üçüncü şəxs X5) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 111 saylı mənzildə payın naturada ayrıl ması və açıq hərracdan satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib bölünməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Almaz Süleymanova) 15 noyabr 2018-ci il tarixli 2(001)-1000/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Raqib Qurbanov -sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) 22 yanvar 2019-cu il tarixli 2(103)-819/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1000/2018 saylı mülki iş üzrə qəbul etdiyi 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 yanvar 2019-cu il tarixli qətnaməsinin payın naturada ayrılması hissəsində dəyişdirilmədən qüvvədə saxlanılması, qalan hissədə mənzilin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçilər arasında onların paylarına münasib bölünməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın baxılmamış saxlanması barədə yeni qərar qəbul edilməsi xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası “xxxx” MMC 000nin MB 12/068 saylı, 23 yanvar 2019-cu il tarixli rəyinə əsasən mənzilin bazar qiymətinin 90.000-92.000 manat arası təşkil etdiyi bildirilmişdir. Həmin rəyə əsasən X4 və X1 bildirişlər göndərilmiş və 30.000 manat ödəməklə payın alı nması təklif olunmuşdur. X5 öz növbəsində belə bir təkliflə İddiaçı poçt vasitəsi ilə bildiriş göndərmiş, əlavə olaraq qeyd etmişdir ki, “daşınmaz əmlakın naturada bölünməsi, açıq hərracda satılması və əldə edilmiş vəsaitin bölünməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Ekspert rəyinə əsasən əmlakın naturada bölünməsi mümkün deyildir. Məhkəmənin hazırkı qətnaməsində də göstərilmişdir ki, birinci instansiya məhkəməsində iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2018-ci il tarixli 21572 nömrəli rəyində mənzilin naturada bölünməsinin texniki cəhətdən mümkün deyildir. İşin hallarından məlum olur ki, əmlakın naturada bölünməsi mümkün olmadığından iddia tələbi həmin hissədə rədd edilə bilərdi, digər tələblər-üzrə isə mən zilin açıq hərracda satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçilər arasında onların paylarına münasib bölünməsi hissəsində ya təmin edilə bilərdi və ya baxılmamış saxlanıla bilərdi. Bundan başqa da, mülkiyyətçilərdən X5 maraqlı şəxs kimi ya tərəflərin yada ki, məhkəmənin öz təşəbbüsü ilə işə cəlb edilməli idi ki, məhkəmələr tərəfindən buna da əməl edilməmişdir. Bundan başqa, eyni paya mülkiyyəti olan mülkiyyətçilər tərəfindən ayrı-ayrılıqda eyni predmet barədə iddia ilə məhkəməyə müraciət edilmişdirsə, bu işlər bir icraatda birləşdirilməli idi. Qətnamə payın naturada ayrılması hissəsində qanuni və əsaslı olduğundan dəyişdirilmədən öz qüvvəsində saxlanmalı, qalan hissədə mənzilin açıq hərracda satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçilər arasında onların paylarına münasib bölünməsi hissəsində ləğv edilməlidir. Əks nalda məhkəmə bununla iddiaçını gələcəkdə mənzilin açıq hərracda satılması tələbi üzrə məhkəmə müdafiə hüququnu pozmuş olur. Bundan başqa apellyasiya instansiyasında cavabdeh X2 iddiaya öz etirazını bildirərək, mənzilin real bölünməsinin mümkün olmadığını bildirmiş və mübahisəli mənzil onun yeganə yaşayış yeri olduğundan, o, həmin mənzilin satılmasının əleyhinə olduğunu qeyd etmişdir. Göründüyü kimi cavabdeh mənzilin kompensasiya kimi iddiaçıya düşən hissədə nə pul formasında ona ödəmək istəmir, nə də ki, satışına razı deyildir. Prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət verm ir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmələr tərəfindən işin müəyyən edilən hallarından görünür ki, 111, 11 saylı mənzilin 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh, 1/3 hissəsi isə X3 mülkiyyətindədir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2018-ci il tarixli 21572 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Azadlıq prospektində yerləşən 172 saylı evin 11 saylı mənzilin İddiaçı 1/3 hissədəki payının digər mülkiyyətçilərin payına tənasübsüz zərər vurmadan naturada bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.7. bəndlərinin, eləcə də məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarının tələblərinə əsasən texniki cəhətdən mümkün deyildir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi payın ayrılması mümkün olmadıqda, payının əvəzinə digər mülkiyyətçilər tərəfindən ona kompensasiya ödənilməsini tələb edə bilər və yalnız digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsindən imtina olunduqda, mülkiyyətçi əmlakın hərracdan satılması və əldə oluna n pulun paylara uyğun bölünməsi tələbini irəli sürə bilər. Lakin hazırkı işdə iddiaçı qanunla nəzərdə tutulmuş qaydaların ardıcıllığına əməl etməmiş və nə birinci instansiya məhkəməsində, nə də ki apellyasiya baxışı zamanı özünə məxsus 1/3 hissədə payın əvəzinə bazar qiymətinə uyğun olaraq kompensasiya ödənilməsini cavabdehə yazılı şəkildə təklif etməmişdir. Məhkəmə iclasında da Cavabdeh bildirmişdir ki, iddiaçı tərəfindən payının əvəzinə ona kompensasiya ödənilməsi barədə hər hansı yazılı bildiriş göndərilməmişdir. O, yalnız iddiaçı tərəfindən ona rəsmi olaraq, yazılı bildiriş göndərildiyi təqdirdə, buna münasibət bildirə bilər. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş qaydaların ardıcıllığına əməl edilmədiyindən, yəni p ayının əvəzinə digər mülkiyyətçilər tərəfindən ona kompensasiya ödənilməsini tələb etmədiyindən iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Belə ki,Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zə rər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsi ni qoya bilər. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 04.04.2014-cü il tarixli Qərarı»nda göstərilmişdir ki, “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qərarda həmçinin göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. İşin araşdırılan hallarından görünür ki, mənzilin naturada bölgüsü texniki cəhətdən mümkün olmamışdır. Lakin iddiaçı öz payının dəyərinin digər mülkiyyətçilər Cavabdeh və X5 tərəfindən ona ödənilməsini tələb etməsi barədə işdə heç bir sübut mövcud deyildir. Kassator kassasiya şikayətində cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatında onların payına görə pul ödəmək imkanının olmadığını bildirdiyini, buna görə də, ayrılan mülkiyyətçilərin payının dəyərinin digər paylı mülkiyyətçilər tərəfindən onlara verilməsinin qeyrimüm kün olduğunun aşkar olduğunu qeyd edərək, əmlakın açıq hərracda satılması tələbinin təmin edilməli olduğunu göstərmişdirlər. Lakin kassasiya şikayətinin bu dəlilləri iş materialları ilə təkzib edilir. Digər tərəfdən kassator mənzilin açıq hərracda satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçilər arasında onların paylarına münasib bölünməsi hissəsində ləğv edilməsini və bu hissədə ərizənin baxılmamış saxlanılmasını xahiş etmiş, əks halda məhkəmənin bununla iddiaçını gələcəkdə mənzilin açıq hərracda satılması tələbi üzrə məhkəmə müdafiə hüququnu pozmuş olacağını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın rədd edilməsi sonradan iddiaçı tərəfindən Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edilmiş payın ayrılması qaydasına riayət edilməklə, naturada ayrılması mümkün olmayan əmlakdakı payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb edərək və onların bundan imtinasını alaraq yenidən əmlakın açıq hərracdan satılaraq dəyərinin mülkiyyətçilər arasında bölünməsini tələb etməsinə mane olmur. Çünki yeni iddia eyni tərəfə qarşı və eyni predmet barədə olsa da, yeni əsaslarla qaldırılmış iddia olacaqdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, müba hisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən etmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-819/2019 nömrəli iş üzrə 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar