Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4785/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pəncərələrin və ara divarında açılmış qapının bağlanması, ekspertiza məsələləri, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pəncərələrin və ara divarında açılmış qapının bağlanması” tələbinə dair iddia üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)119/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayət inə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətinin X3 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdə iddiaçı X1 adına xüsusi mülkiyyət hüquq əsasında dövlət qeydiyyatına alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətinin X3 Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət hüquq əsasında dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin onun mülkiyyətində olan torpaq sahəsində açılmış pəncərələrin və ara divarında açılmış qapının bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyətində ünvan 3 ünvanda 073867 həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi vardır. Özünün və uşaqlarının xəstəliyi ilə bağlı 2019-cu ilin may ayının 1-dən 2020-ci ilin yanvar ayının 13-dək Bakı və Sumqayıt şəhərlərinə müayinə və müalicə olduğu üçün Göyçay şəhərində yaşamamışdır. Evə qayıtdıqdan sonra qonşusu Cavabdeh həyə tlərinin arasında qapı yeri saxlanılmaqla mülkiyyətində olan hissədə ara divarı hördürdüyünün və ara divarı funksiyasını həyata keçirən öz evinin divarından həyətinə pəncərə açdığının görmüşdür. Cavabdeh ara divarı hördürdüyü üçün ondan 500 manat pul almışdır. Cavabdeh ara divarında qapı açılmasının səbəbi kimi öz evinin arxasına nəzarət edəcəyini göstərmişdir. Qonşu olduğu üçün cavabdehin qanunsuz hərəkətlərinə humanistlik göstərmişdir. Lakin təxminən iki ay əvvəl cavabdehin evinin damından onun həyətinə axan suyun evinin bünövrəsinə zərər vurduğunu müəyyən etmiş və bünövrənin möhkəmləndirilməsi üçün usta çağırmış, ustalar evinin bünövrəsini qazıb karkas qoyaraq beton tökdürmüşdür. İyun ayının 20-də evdə olarkən yataq otağının pəncərəsi ilə üzbəüz cavabdehin öz evini divarından pəncərə aç ıldığını görmüş və cavabdehə etirazını bildirərək yataq otağımın pəncərəsi ilə üzbəüz pəncərənin açılmasının mentalitetə uyğun gəlmədiyini irad tutub pəncərə deyil nəfəslik açılmasını xahiş etmiş, lakin cavabdeh nəfəslik açarsa evinin görkəminin pozulacağını söyləyərək pəncərə yerini bağlamamışdır. İki azyaşlı övladı nevroloji xəstə olmaqla əlilldilər və cavabdeh uşaqların yataq otağının pəncərəsi ilə üz-üzə kondisioner quraşdırmışdır ki, kondisionerin səsi xəstə uşaqlarını narahat edir. Ümumiyyətlə cavabdeh və ailə üzvləri ara divarda açılmış qapıdan istədikləri vaxt həyətinə girir, narahat edirlər. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinə qapı açaraq həyətinə girməklə və ara divarı funksiyasını həyata keçirən divarda pəncərə açmaqla mülkiyyət hüquqlarını pozur.
5. Məhkəmə texniki-tikinti ekspertizasının xx.xx.2021-ci il tarixli rəyinə əsasən Göyçay şəhəri, Ə.Cavad küçəsi 2, 1-ci dalanda yerləşən Cavabdeh yaşayış evinin 1 -ci mərtəbəsində 1,1x1,9m ölçüdə, ikinci mərtəbəsində 1,1x1,9m və 1,6x1,6m ölçüdə pəncərə və evinin arxa hissəsinə açılan qapı boşluğları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş daşınmaz əmlakın texniki pasportunda nəzərdə tutulmadığını nəzərə alaraq, həmin açılmış pəncərə və qapı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1 bəndinin tələblərinə uyğun deyildir. Cavabdehə məxsus fərdi yaşayış evinin yağış suları iddiaçı ilə cavabdehin yaşayış evinlərinin arasında olan boşluğa axıdıldığ ı müəyyən olunmuşdur. Lakin İddiaçı evinə baxış zamanı hər-hansı bir ziyan dəydiyi müəyyən olunmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
6. Göyçay Rayon Məhkəməsinin Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 iyul 2021-ci il tаrixli, 2(046)-163/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı X1 Cavabdeh qarşı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin arxa hissəsindən cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin pəncərələri ilə üzbə-üz açılmış pəncərələrin və torpaq sahəsindən açılmış qapının bağlanması barədə tələbinin təmin edilməsi, Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin arxa tərəfindən, iddiaçı X1 mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin arxa hissəsinə Cavabdeh tərəfi ndən açılmış pəncərələr və qapı boşluğunun cavabdehin vəsaiti hesabına bağlanılması, iş üzrə ödənilmiş dövlət rüsumu olan 10 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı X2 verilməsi, iddiaçı Cavabdeh 100 manat məhkəmə xərcinin alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir.
7. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin arxa divarından yəni, iddiaçı X1 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin arxa divarının pəncərələri ilə üzbə-üz pəncərə açmış, hər iki divar arasında ola boşluğa həyəti tərəfdən qapı açmışdır. İddiaçı X4 Cavabdeh tərəfindən açılmış pəncərələrdən onun evinin içərisini göründü yünü iddia edir və həmin qapı və pəncərələrin bağlanmasını tələb edir, fərdi yaşayış evindən sərbəst istifadə hüququnu məhdudlaşdırılması kimi qiymətləndirir.
8. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən fərdi yaşayış evində açılmış pəncərələr və qapı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 70.1-ci maddəsinin tələblərinə uyğun formada inşa edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan ünvan 3 yerləşən fərdi yaşayış evinin arxa divarı ilə üzbəüz Cavabdeh tərəfindən mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evin divarından pəncərələr və həyətyanı torpaq sahəsində qapı açıldığından iddiaçının özünə məxsus fərdi yaşayış evindən sərbəst istifadəsinə maneələr yaranmışdır. Cavabdeh bu hərəkətləri nətic əsində iddiaçı X1 mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları pozulur.
9. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı X1 Cavabdeh qarşı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin arxa hissəsindən cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin pəncərələri ilə üzbə-üz açılmış pəncərələrin və torpaq sahəsindən açılmış qapının bağlanması barədə tələbi əsaslı olduğundan təmin edilməlidir.
10. Məhkəmə gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cu maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi, 71-ci maddəsinin 2-ci bəndi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 70.1-ci maddəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Apellyаsiyа şikаyətləri onunla əsaslandırılmışdır ki, Cavabdeh 1986cı ildə öz şəxsi vəsaiti hesabına həmin dövrdə qüvvədə olan qaydalara uyğun icazə alaraq, ona ayrılmış torpaq sahəsində fərdi yaşayış evi inşa et miş və ailə üzvləri ilə həmin evə köçərək yaşamağa başlamışdır. Cavabdeh 1986-cı ildə inşa edilmiş fərdi yaşayış evi üzərində ilkin hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüquqları xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına aldıraraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport almışdır. Bundan sonra Cavabdeh ailə üzvlərinin sayında artım olduğu üçün yaşayış evində yenidənqurma işlərinin aparılmasına zərurət yaranmış, bu səbəbdən sonuncu mövcud qaydalara uyğun olaraq görüləcək yenidənqurma işlərinin planını əks etdirən memarlıq planlaşdırma layihəsinə Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə müraciət etmiş sonuncunun təqdim etdiyi layihə tikinti norma qaydalarına uyğun olduğu üçün bəyənilmiş və rayonun baş memarı tərəfindən xx.xx. 2017-ci il tarixdə təsdiq edilmişdir. Bundan sonra cavabdeh tərəfindən təsdiq edilmiş layihəyə uyğun olaraq, yenidənqurma işləri aparılmış və yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. Yenidənqurma işləri aparılarkən, tikinti norma qaydalarının tələblərinə cavabdeh tərəfindən əməl edilmiş, təsdiq edilmiş layihədənkənar, eləcə də iddiaçının, o cümlədən üçüncü şəxslərin mənafeyinə ziyan dəyəcək hər hansı işləri görülməmişdir. Buna baxmayaraq, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar tərəfindən təsdiq edilmiş layihəyə uyğun açılmış pəncərələrin bağlanması tələbi ilə məhkəmə müraciət etmişdir. İddiaçının iddia tələbi əsasında iş üzrə məhkəm ə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydən görünür ki, Göyçay şəhər Ə.Cavad küçəsi 2, 1-ci dalanda yerləşən Cavabdeh yaşayış evinin 1-c mərtəbəsində 1,1 x 1.9 m ölçüdə, ikinci mərtəbəsində 1.1 x 1.9 m və 1.6 x 1.6 ölçüdə pəncərə və evinin arxa hissəsinə açılan qapı boşluqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş daşınmaz əmlakın texniki pasportunda nəzərdə tutulmadığından, həmin açılmış pəncərə və qapı A zərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci maddəsinə əsasən tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Maddənin məzmunundan belə başa düşülür ki, ara məsafəsi gözlənilmədən açılmış pəncərə və qapılar şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla yalnız azaldıla bilər. Lakin ekspert, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci maddəsinin tələblərinə uyğunsuzluğun nədən ibarət olmasını açıqlamamış, mübahisəli qapı və pəncərələrin hansı ölçüdə ola bilməsi ni göstərməmiş, istinad etdiyi maddi hüquq normasının tələbini səhv təfsir etmiş, rəydə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri, eləcə də yaşayış evinin yanğın təhlükəsizliyi, sağlam sanitar-epidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi nəzərə alınmaqla, açılan pəncərə boşluqlarının hansı ölçüyədək azaldılmasını göstərməmişdir. İşə baxan məhkəmə bu kimi hallara diqqət yetirməmiş, kifayət qədər aydın və tam olmayan ekspert rəyini əsas götürərək, qanuni əsaslarla açılmış pəncərə boşluqlarının cavabdehin vəsaiti hesabına bağlanması nəticəsinə gəlmişdir. İşin hallarından görünür ki, məhkəmə, qanuni əsaslarla açılmış pəncərə boşluqlarının Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci maddəsinin tələblərinə uyğun olmaması anlamına gələrkən xx.xx.2017 -ci il tarixdə baş memar tərəfindən təsdiq edilmiş memarlıq planlaşdırma layihəsinə nəzər yetirməmiş, digər sübutlarla birlikdə ekspert rəyinə hüquqi qiymət verməmiş, iddiaçının xeyrinə, cavabdehin isə ziyanına yönələn, eləcə də əsası olmayan və iddia tələbinin təmin olunmasına əsaslı təsir edən ekspert rəyinə istinad edərək, cavabdehin mülkiyyət hüququnun pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. Xüsusi ilə qeyd edilən məqamlardan ən başlıcası odur ki, məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən hüquq münasibətinin hansı tarixdə yaranmasını aydınlaşdırmamışdır. İş materiallarında olan texniki pasportdan görünür ki, Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evi 1986-cı ildə inşa edilmiş və həmin evə dair 2011-ci ildə ilkin hüquqmüəyyənedici sənədlər əsasında hüquqların dövlə t qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində çıxarış və texniki pasport verilmişdir. Lakin işə baxan məhkəmə işin bu hallarına diqqət yetirməmiş, iddiaçının şəxsi mülahizəsinə əsasən tələb etdiyi qapı və pəncərələrin bağlanması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. İddiaçı iddia ərizəsində mübahisəli qapı və pəncərələrin 2019-cu ildə açıldığını iddia etsə də, lakin bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. 2013-cü ilin yanvar ayının 1-dən qüvvədə olan Azərbaycan Respublikası Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri hazırki mübahisəyə tətbiq edilə bilməz. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya şikayətinə əlavə edilmiş memarlıq planlaşdırma layihəsindən görünür ki, Cavabdeh tərəfindən 2017-ci ildə mülkiyyətində olan fərdi yaşayış evində tikinti-quraşdırma işlərinin həyata keçirilməsi ilə bağlı görüləcək işlərin əks olunduğu memarlıq planlaşdırma layihəsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hesab edildiyi üçün rayonun baş memarı tərəfindən təsdiq edilmişdir. Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evində tikinti-quraşdırma işlərinin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada memarlıq planlaşdırma layihəsi hazırladaraq təsdiq edilməsi üçün Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə təqdim etmiş, layihə, şəhərsalma və tikinti normativ sənədlərin tələblərinə cavab verdiyi üçün təsdiq edilmiş, təsdiq edilmiş layihəyə uyğun cavabdeh tərəfindən tikinti işləri aparılmışdır. Yuxarıda sadalanan qanun normalarının tələbinə istinadən qeyd edilməlidir, müvafiq icra hakimiyyəti orqanı cavabdeh tərəfindən təqdim edilmiş memarlıq planlaşdırma layihəsini şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun hesab edib, təsdiq etdiyi halda, həmin layihədə nəzərdə tutulan tikililərin qanunsuz sayılması qanuni və əsaslı hesab edilə bilməz.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/6113 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən ekspert qarşısında pəncərəsinin bağlanması tələb edilən tikilinin tikinti norma və qaydaların a uyğun tikilib-tikilməməsinin müəyyən edilməsi tələb olunmuşdur. Bununla əlaqədar olaraq qeyd olunur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1.1. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq planlaşdırma bölməsinin hazırlanması tələb olunur. 1.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur. 1.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələbləri nə uyğun tərtib edilməlidir. 1.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və yaşayış evinin layihəsinin memarlıq planlaşdırma bölməsini bu Məcəllənin 80.1 -ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. 1.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evinin tikinti layihəsinin memarlıq planlaşdırma bölməsinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Yuxarıda qeyd olunanları və pəncərələrinin bağlanması tələb edilən tikilinin, mülki iş materiallarında olan Göyçay rayonu İcra Hakimiyyətinin Memarlıq Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş “Memarlıq Planlaşdırma Layihəsi”ndə qeyd olunan ölçülərə uyğun olaraq inşa edildiyini nəzərə alaraq həmin tikilinin tikinti norma və qaydalarına uyğun olaraq inşa edildiyi müəyyən olunur. Pəncərələrinin bağlanması tələb edilən tikili mülki iş materiallarında olan Göyçay rayonu İcra Hakimiyyətinin Memarlıq Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş “Memarlıq Planlaşdırma Layihəsi”ndə qeyd olunan ölçülərə uyğun olaraq inşa edildiyini və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsində göstərilənləri nəzərə alaraq həmin tikilinin tikinti norma və qaydalarına uyğun olaraq inşa edildiyi müəyyən olunur. İş üzrə iddiaçı şəxs olan X1 mülkiyyətində olan fərdi yaşayış evinə baxış keçirilən zaman tik ilinin hər hansı bir hissəsində su axıdılması nəticəsində yarana biləcək qüsurlar aşkar edilməmişdir.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-119/22 nömrəli iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov, A.Mahmudov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması və iddianın təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş fak tlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir.
16. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Ə.Cavad küçəsi dalan 1, ev 3 saylı ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı X1, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçı ilə həyətləri arasında qapı yeri saxlanılmaqla onun mülkiyyətində olan hissədə ara divarı hördürmüş və ara divarı funksiyasını həyata keçirən öz evinin divarından onun həyətinə pəncərə açdırmışdır.
17. Cavabdeh apellyasiya şikayətinin dəlillərində yenidənqurma işləri aparılarkən, tikinti norma qaydalarının tələblərinə onun tərəfindən əməl edildiyini, təsdiq edilmiş layihədənkənar, eləcə də iddiaçının, o cümlədən üçüncü şəxslərin mənafeyinə ziya n dəyəcək hər hansı işlərin görülmədiyini bildirmişdir. Həmçinin o, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspert rəyi ilə ilə razı deyil.
18. Belə ki, ekspert, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 70.1-ci maddəsinin tələblərinə uyğunsuzluğun nədən ibarət olmasını açıqlamamış, mübahisəli qapı və pəncərələrin hansı ölçüdə ola bilməsini göstərməmiş, istinad etdiyi maddi hüquq normasının tələbini səhv təfsir etmiş, rəydə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri, eləcə də yaşayış evinin yanğın təhlükəsizliyi, sağlam sanitarepidemioloji, insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi nəzərə alınmaqla, açılan pəncərə boşluqlarının hansı ölçüyədək azaldılmasını göstərməmişdir. İşə baxan məhkəmə bu kimi hallara diqqət yetirməm iş, kifayət qədər aydın və tam olmayan ekspert rəyini əsas götürərək, qanuni əsaslarla açılmış pəncərə boşluqlarının cavabdehin vəsaiti hesabına bağlanması nəticəsinə gəlmişdir.
19. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş ekspert rəyi tam olaraq əsaslandırılmamışdır. Həmin rəy mötəbər sübut kimi qəbul edilə bilməz.
20. Məhkəmə hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf cavabdeh tərəfindən onun hüquqlarının pozulduğunu bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. İş materiallarında olan ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən tikilmiş tikilinin tikinti norma və qaydalarına zidd olaraq in şa edildiyi müəyyən edilmir. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir.
21. Məhkəmə kollegiyası izah etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
22. Həmçinin, cavabdehin izahatından da göründüyü kimi o, mübahisə predmeti olan qapının tam bağlanmasına, qonşuya baxan pəncərənin yarıya qədər görünməyən şüşə ilə açılmayan tərzdə bağlanmasına, yalnız nəfəslik qoyulmasına razıdır.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4, 170.1, 170.2, 171.1, 171.2, 172.2, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 97.1, 101.3, 384-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki evin arasındaki cavabdehin qapı və pəncərələri açdığı torpaq sahəsi iddiaçının mülkiyyətindədi və bu halı onun mülkiyyətində olan daşınmaz əmlakın texniki pasportu təsdiq edir.
26. Məhkəmə ekspert rəyini sübut kimi qəbul etmiş və rəyin mötəbərliyini sübhə altına alan hər hansı halın mövcud olmaması, iddiaçının bununla bağlı sübutları təqdim etməməsi barədə səhv nəticəyə gə lmişdir.
27. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadındaki 6 sualdan 4-nə ekspert rəyinə cavab verilməmişdi və həmin suallara cavab verilsəydi cavabdehin pəncərələr və qapı açdığı torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu təsdiqlənəcəkdi.
28. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1, 69.2, 69.5.1, MPM-nin 88, 102.3, 217.1, 372.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
30. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
31. Maddə 24.3. Hüquqlar və azadlıqlar hər kə sin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
32. Maddə 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
33. Maddə 71.2. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
34. Maddə
71. Vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Mülki Məcəllə
35. Maddə 152.4. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sah ib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
36. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.
37. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazlar ın, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
38. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
39. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
40. Maddə 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və t ərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərind ən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsini n qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-119/2022 nömrəli mülki iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.