Məhkəmə qərarları › İş №2(102)-48/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-48/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-48/2021 04.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığortaçının subroqasiya hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4388/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 04 fevral 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AD 159340 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ”Land Rover” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir.

2. İş materiallarından görünür ki, Cavabdeh1 “Land Rover” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün 14.01.2019-cu il tarixədək Cavabdeh2 etibarnamə vermişdir.

3. Həmçinin iş materiallarından görünür ki, “Land Rover” markalı **-ZZ-*** qeydiyyat nömrəli avtomobil 31 avqust 2018-ci il tarixdən 31 avqust 2019-cu il tarixədək sığortaçı İddiaçı sığorta olunmuşdur. Sığorta olunan şəxs kimi Cavabdeh2 qeyd edilmişdir. Sığorta müqaviləsinə əsasən sığortalıya əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bi r şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat sığorta haqqı ödənilməsi nəzərdə tutulmuşdur.

4. İş materiallarında olan AP seriyalı ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, 21 yanvar 2019-cu il tarixdə Bakı şəhərində sürücü Ağazadə X6 prospektində qarşısında özü ilə eyni istiqamətdə hərəkət edən “Mercedes Benz” C180 markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə müvafiq ara məsafəsi saxlamamış, nəticədə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X idarə etdiyi “Mercedes Benz” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı, X1 idarə etdiyi “Hyundai Grandeur” markalı 10SX910 dövlət qeydiyyat nişanlı, X idarə etdiyi “Mercedes Benz” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmişdir. 5. 11 fevral 2019-cu il tarixli Sığorta A ktından görünür ki, sığortalı Cavabdeh2 idarə etdiyi “Land Rover” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində X2 idarə etdiyi, X3 məxsus “Hyundai Grandeur” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 150 manat miqdarında müəyyən edilmişdir. 6. 24 yanvar 2019-cu il tarixli Sığorta Aktından görünür ki, sığortalı Cavabdeh2 idarə etdiyi “Land Rover” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində X məxsus “Mercedes Benz” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1750 manat miqdarında müəyyən edilmişdir. 7. 25 yanvar 2019-cu il tarixli Sığorta Aktından görünür ki, sığortalı Cavabdeh2 idarə etdiyi “Land Rover” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində X mə xsus “Mercedes Benz” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 1400 manat miqdarında müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "İddiaçı" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3300 manat məbləğində verilmiş sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahis etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "İddiaçı" 31 avqust 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Land Rover” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müdd ətində - 20 yanvar 2019-cu il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X idarə etdiyi “Mercedes Benz” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı, X1 idarə etdiyi “Hyundai Grandeur” markalı 10-SX- 910 dövlət qeydiyyat nişanlı, X idarə etdiyi “Mercedes Benz” markalı **-NA-***dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmişdir. Binəqədi DYPŞ-nin protokolu ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənlərin avtomobillərinin zədələnməsi ilə əlaqədar cəmi 3300 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan ş əxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehlərdən tutularaq ASC-yə verilməlidir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 yanvar 2020-ci il tarixli 2(008)- 494/2020 saylı qətnaməsi ilə (hakim S.Talıbov) iddia tələbi qismən təmin edilmiş, 3100 manat məbləğində pul vəsaitinin, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabd eh2 etibarnaməsinin müddəti bitdikdən sonra “Land Rover” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi səbəbindən iddiaçının ona qarşı reqres hüququnun yaranmışdır

12. Bundan başqa digər cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsinə və bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat vasitəsini etibarnamə olmadan Cavabdeh2 sahibliyinə verdiyindən yüksək təhlükə mənbəyinin mülkiyyətçisi kimi Cavabdeh1 Cavabdeh2 ilə birlikdə məsuliyyət daşıyır.

13. Həmçinin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 13 dekabr 2019-cu il tarixli ekspert rəyində müəyyən edilmiş halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyi mötəbər sübut kimi qəbul edilərək, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə tutulması işin hallarına uyğun olmaqla ağlabatan və ədalətlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, 1108.3-cü maddələrinə, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4388/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Sadıqov (sədrlik edən və məruzəçi), F.Babayev və A.İmanov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2(008)494/2020 saylı iş üzrə 31 yanvar 2020-ci il tarixli qə tnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar avtomobillərə vurulmuş ziyanın məbləği ilə bağlı hissədə nəticəyə gəlməkdə müəyyən edilməli olan halların aydınlaşdırılmasına yol verən suallar olmuşdur. Həmçinin ekspert rəyindən də müəyyən edilir ki, ekspert tərəfindən qarşısında qoyulmuş suallara uyğun cavablar verilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndəril məsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert öz rəyində məhkəmə tərəfindən ekspert qarşısında qoyulan suallara deyil başqa məsələlərə münasibət bildirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

22. MPM-in 40 7.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Hazırkı kassasiya şikayətində iş üzrə Cavabdeh2 apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən h üquq Mülki Məcəllə

26. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. (maddə 936.1)

27. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (maddə 936.2)

28. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (maddə 936.5)

29. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). (maddə 1096.1)

30. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (mddə 1096.2)

31. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. (maddə 1097.1)

32. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyət nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ö dəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və hüquqi şəxsin öhdəsinə qoyulur. (maddə 1108.1)

33. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyind ən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. (maddə 1108.2) “İcbari sığortalar haqqında” Qanun

34. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilirsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. (maddə 25.1.3)

35. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. (maddə 25.2)

36. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (madə 37.1) Mülki Prossesual Məcəllə

37. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

38. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

40. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

41. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası ekspert rəyində məhkəmə tərəfindən qoyulan sualların cavablandırılmaması ilə bağı kasasiya şikayətinin dəillərinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar avtomobillərə vurulmuş ziyanın məbləği ilə bağlı hissədə nəticəyə gəlməkdə müəyyən edilməli olan halların aydınlaşdırılmasına yol verən suallar olmuş və məhz həmin suallar ekspert tərəfindən cavablandırılmışdır.

45. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4388/2020 nömrəli iş üzrə 01 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar