Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-48/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-48/2022 (Açar sözlər: protokoldan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, tələbin sübuta yetirilməməsi ) Bakı şəhəri, 10 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriya r Əli oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh1 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə qarşı “protokoldan çıxarışın, maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3583/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh1 ilə ər-arvaddırlar.
2. Tərəflərin münasibəti pozulub, iddiaçının bildirməsinə görə cavabdeh nikahın pozulm ası barədə məhkəmədə artıq iddia qaldırıb.
3. Mübahisə nikahdan əvvəl alınmış Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 4A, mənzil 106-ya mübnaisbətdə yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 MTK tərəfindən Cavabdeh1 adına Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 4A, mənzil 106-ya dair verilmiş 01 nömrəli 07 may 2018-ci il tarixli protokolun, 029/18 nömrəli, 07 may 2018-ci il tarixli maliyyə arayışının etibarsız hesab olunması və bunlara əsasən verilmiş 21.05.2018-ci il tarixli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılıb ki, iddiaçı ilə Cavabdeh1 arasında nikah bağlanmış və nikah 05 dekabr 2009-cu il tarixdə qeydə al ınmışdır.
6. Nikahdan təqribən bir il əvvəl 2008-ci ildə iddiaçının atası Ağakişiyev Rasim tərəfindən ‘'EDEM” Mənzil Tikinti Kooperativdən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 4A, mənzil 106 iddiaçının adına almışdır. Mənzil alındıqdan sonra təmir edilərək 2009-cu ildə toy olduqdan sonra həmin mənzilə köçmüşlər.
7. Mənzil alınan vaxtdan bütün kommunal ödənişlər iddiaçının adına olmuşdur. Eyni zamanda "Azəriqaz” QSC, Telefon Qovşağı, "Azərişıq", "xxxx" ilə müqavilələr iddiaçı ilə bağlanmışdır. 8. 2018-ci ildə iddiaçı işlə bağlı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə getmiş, getməmişdən əvvəl cavabdehə 19 aprel 2018-ci il tarixdə etibarnamə vermişdir. İddiaçı etibarnamə ilə cavabdehin onun adından çıxış edərək, müvafiq hərəkətlər etməyi cavabdehə etibar etmişdir.
9. C avabdeh bu etibarnamədən sui-istifadə edərək, iddiaçının atasının aldığı və mübahisə predmeti olan mənzili iddiaçının adına deyil, öz adına rəsmiləşdirmişdir. Hazırda münasibətləri pozulub, cavabdeh nikahın pozulması barədə məhkəməyə ərizə verib.
10. İddiaçı təzəlikcə bilmişdir ki, yaşadığı mənzilə dair cavabdeh adına çıxarış alıb. İddiaçının razılığı olmadan qanunsuz olaraq digər Cavabdeh2 bil-bilə ki, bu mənzili iddiaçının atası alıb və iddiaçının adına müqavilə və maliyyə arayış imzalanıb, Cavabdeh1 adına saxta protokol və maliyyə arayışı tərtib edərək, həmin sənədlər əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına çıxarış verilmişdir.
11. Bununla da, cavabdehlər idd iaçının verdiyi etibarnamədən sui-istifadə edərək, qanunsuz hərəkətlərə yol vermişlər.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.3-337.5, 340-cı Ailə Məcəlləsinin 32.1, 33 və 34-cü maddələrinə istinad etmişdir.
13. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Vüqar Quliyev)
14. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, iddiaçı Cavabdeh1 19 aprel 2018-ci il tarixdə bütün əmlakının idarə edilməsi və.s hüquqlarına dair etibarnamə vermiş, 09.10.2019-cu il tarixdə isə həmin etibarnamənin qüvvəsinə xitam verilməsilə bağlı Bakı şəhəri 6 saylı notariat ofisinə müraciət etmişdir. İddiaçı mübahisələndirilən çıxarışın verildiyi mənz ili nikahdan təqribən bir il əvvəl 2008-ci ildə iddiaçının atası Rasim Ağakişiyev tərəfindən Cavabdeh2ndən iddiaçının adına alındığını göstərsə də, bu barədə sübutları məhkəmə iclasında təqdim edə bilməmişdir.
15. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinadən qeyd edib ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin dəlilləri: - MTK-nın "xxxx" ASC-yə təqdim etdiyi dislokasiya cədvəlində mənzilin qarşısında iddiaçının adı qeyd edilmişdir, demək, həmin mənzil 2008-ci ildən iddiaçının adına olmuşdur, eyni hallar digər kommunal xidmətlərə də aiddir; - 2018-ci il tarixli protokoldan çıxarışdan görünür ki, cavabdeh müraciət edərək, kooperativə üzv qəbul edilməsini xahiş etmişdir. Necə ola bilər ki, 2009-cu ildən ailə qurub mənzildə 2018-ci ilədək müqavilə bağlamadan, ödəniş etmədən, kooperativ üzvlüyünə qəbul edilmədən yaşasınlar. Təkcə protokoldan çıxarışın mövcudluğu əmlakın özəlləşdirilməsi üçü n çıxarış verilməsinə əsas ola bilməz.
18. İddiaçı apellyasiya baxışında mənzili 2009-cu ilin aprel-may aylarında almasını, həmin ilin dekabr ayında cavabdehlə nikaha girməsini, MTK ilə müqaviləni özü bağlamasını, lakin müqavilənin nə əsli, nə də surətinin onda olmamasını bildirib.
19. Apellyasiya instansiyasının sorğusuna Cavabdeh2 MTK-nın cavab məktubuna əsasən sözügedən mənzilin alqı-satqısına dair ilkin müqavilə Cavabdeh2 MMC (hazırki Cavabdeh2 MTK) ilə X1 arasında 30.06.2009-cu il tarixdə bağlanmış, MTK tərəfindən verilmiş 30.06.2009-cu il tarixli 171 nömrəli maliyyə arayışına əsasən mənzilin pay dəyəri payçı X1 tərəfindən tam şəkildə ödənilmişdir. Lakin 2018-ci ildə Cavabdeh1 tərəfindən MTK-ya ərizə ünvanlanmış və soyadının dəyişdirildiyinə görə müqavilənin və maliyyə arayışının dəyi şdirilməsi və yenidən tərtib edilməsi xahiş edilmişdir.
20. Cavabdeh1 apellyasiya şikayətinə etiraz vermişdir. Etirazın dəlilləri: - mübahisədə adı keçən mənzilə dair müqavilə 30 iyun 2009-cu il tarixdə cavabdeh X1 ilə Cavabdeh2 MMC arasında bağlanıb, daha sonra cavabdeh iddiaçı ilə nikaha girib həmin mənzildə yaşayıblar; - soyadının dəyişməsi (Ağakişiyeva) ilə əlaqədar olaraq cavabdeh 01 may 2018-ci ildə MTK-ya müraciət edib, 02 may 2018-ci ildə cavabdehlə yeni müqavilə bağşlanmış, 07 may 2018-ci ildə protokoldan çıxarış və maliyyə arayışı verilmişdir; - göründüyü kimi, mənzil 2009-cu ildən etibarən cavabdeh N.Ağakişyevanın adına olub; -mənzil cavabdeh N.Ağakişyevanın atasını verdiyi pullu alınıb: - iddiaçının istinad etdiyi kommunal xidmətlərə görə müqavilədə iddiaçının adının qarşısında kı imza da cavabdehə məxsusdur.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3583/2021 nömrəli, 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2711/2020 saylı iş üzrə 30 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Azad İmanov)
22. Apellyasiya instansiyası Cavabdeh2 MTK-nın sorğuya cavab məktubuna əlavə edilmiş 30.06.2009-cu il tarixli 394 nömrəli müqavilənin və 30.06.2009-cu il tarixli 171 nömrəli maliyyə arayışının təsdiq olunmuş surətilərinə əsasən müəyyən edib ki, X1 Cavabdeh2 MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından mübahisəli mənzil almış, mənzilin pay dəyəri payçı X1 tərəfindən tam şəkildə ödə nilmişdir. 01.05.2018-ci il tarixdə Cavabdeh1 ərizə ilə MTK-ya müraciət edərək, MTK ilə bağladığı 30.06.2009-cu il tarixli müqaviləni, ər soyadına keçdiyi üçün Ağakişiyeva soyadı ilə yenidən yazmağı və ünvana çıxarış alınması üçün ona sənəd verilməsini xahiş etmişdir. Beləliklə, müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair ilkin müqavilə 2009-ci il tarixdə cavabdehlə bağlanılmış, dəyəri tam ödənilməklə bu barədə maliyyə arayışı verilmişdir. Həmçinin yenidən rəsmiləşdirmə zamanı iddiaçının cavabdehə verdiyi etibarnamədən istifadə olunması müəyyən edilməmişdir.
23. Apellyasiya instansiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlib ki, iddiaçı mənzilin 2008-ci ildə atası tərəfindən onun adına alındığını, cavabdehin ona verdiyi etibarnamədən istifadə edərək, sonradan mənzili onun xəbəri olm adan öz adına rəsmişləşdirdiyini və çıxarış aldığını iddia etsə də, iddiaçının bu dəlilləri təkzib olunur.
24. Apellyasiya instansiyası qeyd edib ki, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Bu baxımdan, iddiaçı qeyd etdiyi tələbinin əsasını təşkil edən halları sübutetmə yükünü daşısa da, iddia etdiyi halları əsaslandıra, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı müqavilənin onun adına bağlanıldığını qeyd etsə də, həmin müqaviləni birinci instansiya məhkəməsində təqdim etməmiş, apellyasiya baxışı zamanı isə müqavilənin nə əslinin, nə də surətinin onda olmadığını bildirmişdir.
25. Apellyasiya instansiyası da mövqeyini Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verib, qətnamənin ləğv, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlilləri: - Cavabdeh2 MMC-nin nə vaxtdan MTK-ya çevrilməsi araşdırılmayıb; - cavabdehin MTK üzvlüyünə qəbul edilməsi barədə 07 may 2018-ci il tarixli iclasın 01 sayı protokolunda soyad dəyişilməsi barədə heç bir qeyd yoxdur. Protokoldan görünür ki, cavabdeh MTK-ya üzv qəbul edilməsini xahiş etmişdir; - 30.06.2009-cu il tarixli 394 nömrəli müqaviləni Cavabdeh2 MMC tərəfindən müdir kimi X3 imzalayıb. Apellyasiya məhkəməsi X2 2009-cu ildə Cavabdeh2 MMC-nin direktoru olub-olmamasını araşdırılmayıb. b) Kassasiya şikayətinə qarşı yazılı etirazındəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.
30. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil2 kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mater iallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün t ətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
35. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi Cavabdeh2 MTK tərəfindən digər Cavabdeh1 adına Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 4A, mənzil 106ya dair verilmiş 01 nömrəli 07 may 2018-ci il tarixli protokolun, 029/18 nömrəli, 07 may 2018-ci il tairxli maliyyə arayışının etibarsız hesab olunması və bunlara əsasən verilmiş 21.05.2018- ci il tarixli çıxarışın ləğv olunması barədədir. İddiaçı tələbinin faktiki əsası kimi mənzilin 2008-ci ildə atası tərəfindən iddiaçının adına alınmasına, cavabdehin ona verdiyi etibarnamədən istifadə edərək, sonradan mənzili iddiaçının xəbəri olmadan öz adına rəsmişləşdirməsinə istinad etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.3-337.5 və 340-cı maddələrinə istinad etmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsinin əsas şərti də mənzilin 2008-ci ildə atası tərəfindən iddiaçının adına alınmasının sübut edilməsindən asılı olmuşdur.
38. İşə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi isə müəyyən edib ki, X1 Cavabdeh2 MMC tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından mübahisəli mənzili 30.06.2009-cu il tarixli 394 nömrəli müqavi lə əsasında almış, mənzilin pay dəyəri payçı X1 tərəfindən tam şəkildə ödənilmişdir. 01.05.2018-ci il tarixdə Cavabdeh1 ərizə ilə MTK-ya müraciət edərək, MTK ilə bağladığı 30.06.2009-cu il tarixli müqaviləni, ər soyadına keçdiyi üçün Ağakişiyeva soyadı ilə yenidən yazmağı və ünvana çıxarış alınması üçün ona sənəd verilməsini xahiş etmişdir. Mübahisəli mənzilə dair ilkin müqavilə 2009-ci il tarixdə cavabdehlə bağlanılmış, dəyəri tam ödənilməklə bu barədə maliyyə arayışı verilmişdir. Üstəlik, yenidən rəsmiləşdirmə zamanı iddiaçının cavabdehə verdiyi etibarnamədən istifadə olunması müəyyən edilməmişdir.
39. İşdən görünür ki, iddiaçı mənzilə dair ilkin olaraq müqavilənin onun adına bağlanıldığını qeyd etsə də, həmin müqaviləni birinci instansiya məhkəməsində təqdim etməmiş, apelyasiya baxışı z amanı isə müqavilənin nə əslinin, nə də surətinin onda olmadığını bildirmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Göründüyü kimi işin müəyyən edilmiş halları iddianın təmin edilməsini istisna etmişdir. Buna görə də məhkəmə kollegiyası iddianı rədd etmiş birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsini gəldiyi nəticəni əsaslı və qanuni hesab edir.
41. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, idd ia edənin üzərinə düşür.
42. X6 Məhkəməsinin də bir çox Qərarlarında hüquqi mövqeyi belədir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbti probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur və bu zaman sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallardan irəli gələ bilər. ( məs. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli qərar, §68)
43. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü üçün və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddian ı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.
44. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
45. Məhkəmə kollegiyası Cavabdeh2 MMC-nin nə vaxtdan MTK-ya çevrilməsinin, 2009-cu ildə Cavabdeh2 MMC-nin müdirinin kim olmasının araşdırılmaması, cavabdehin MTK üzvlüyünə qəbul edilməsi barədə 07 may 2018-ci il tarixli iclasın 01 sayı protokolunda soyad dəyişilməsi barədə heç bir qeydin olmaması barədə kassasiya şikayətini dəlillərini əsassız sayır. Belə ki, iddiaçı mənzilə dair müqavilənin ilkin olaraq 2008-ci ildə onunla bağlanmasını sübut edə bilmədiyi halda, kassasiya şikayətində göstərdiyi bu dəlillərin apellyasiya məhkəməsi tərəfindən araşdırılb-araşdır ımamasının hər hansı əhəmiyyəti də olmamışdır.
46. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2(103)3583/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.