Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-480/2022 21.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 Cavabdeh4 qarşı İddiaçı Cavabdeh4 cavabdeh İddiaçı2 qarşı iddiaları üzrə QƏRARİ iş № 2(102)-480/22 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi, əmlakın qanunsuz sahiblikdən geri alınması, əmlakın sənədlərinin qaytarılması, əmlakdan qanunsuz istifadə nəticəsində əsassız əldə olunmuş gəlirlərin qaytarılması, əsassız varlanma) Bakı şəhəri, 21 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının kat ibliyi, iddiaçı (cavabdeh) İddiaçı2 vəkili və nümayəndəsi X1, cavabdeh (iddiaçı) Cavabdeh4, onun vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı2 Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair, iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı2 qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması, əmlakın sənədlərinin, əmlakdan qanunsuz istifadə nəticəsində əsassız əldə olunmuş gəlirlərin qaytarılması” tələbinə dair iddiaları üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3124/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı (cavabdeh) İddiaçı2 və cavabdeh (iddiaçı) Cavabdeh4 kassasiya şikayətlərinə 21 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı1 öz şəxsi vəsaiti he sabına ünvan 1 ünvanında yerləşən 4 Saylı Bakı Taksimotor Parkı kimi qeyri-yaşayış sahəsini yaxın qohumu olan qardaşı oğlu Cavabdeh2 adına özəlləşdirmiş və sonuncunun həmin əmlaka mülkiyyət hüququ qeydiyyatdan keçmişdir.
2. Cavabdeh2 18 mart 2010-cu il tarixli etibarnamə ilə harada yerləşməsindən asılı olmayaraq bütün əmlakını idarə etmək, həmin əmlak üzərində sərəncam vermək və digər hüquqları həyata keçirmək səlahiyyətlərini 50 il müddətinə İddiaçı1 vermişdir.
3. Həmin etibarnamə əsasında İddiaçı1 əmlakı idarə etmiş, orada öz vəsaiti ilə yenidənqurma və əlavə tikinti işləri aparmış, 11 oktyabr 2014-cü il tarixdə baş vermiş yanğından sonra isə öz vəsaiti hesabına təmir-bərpa işləri görmüşdür.
4. Cavabdeh2 01.12.2014-cü il tarixdə notarial qaydada Azərbaycan Respublikasının səlahiyyətli dö vlət orqanlarına ünvanlanmış ərizəsində qeyd edib ki, ünvan 3 yerləşən keçmiş 4 saylı Tarksimotor parkı 12.03.2002-ci il tarixli №000916 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən atasının qardaşı, əmisi İddiaçı1 tərəfindən, əmisinin vəsaiti ilə onun adıma özəlləşdirilsə də, həmin əmlak faktiki olaraq İddiaçı1 məxsusdur. Buna görə də həmin əmlakın idarə olunmasına, əmlaka dair sərəncam verilməsinə, bir sözlə əmlakın gələcəkdə hüquqi müqəddaratının müəyyən edilməsinə dair 18 mart 2010-cu il tarixində İddiaçı1 adına 50 il müddətinə istifadəsi nəzərdə tutulmuş baş etibarnamə vermişdir. Bu səbəbdən bir daha bildirir ki, ünvan 3 yerləşən mülkə əmisi İddiaçı1 mülkiyyət hüququnu tanıyır və gələcəkdə mülkə iddia etməyəcək və hər hansı formada mübahisə qaldırmayacaqdır.
5. Cavabdeh2 24 av qust 2019-cu il tarixdə ölmüşdür.
6. Bu səbəbdən özəlləşdirilmiş əmlakla balı mübahisə bağlı yaranmışdır. a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı1 iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada maddi ziyanın əvəzi olaraq 7 709 540 manat (6 310 200+1399340), mənəvi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun, Cavabdeh1 mənəvi ziyanın əvəzi olaraq 20000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 8930 kv.m olan qeyri-yaşayış sahəsinin – 4 saylı Taksimotor parkı kimi daşınmaz əmlakın Cavabd eh2 adına Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən mülkiyyət hüquqlarına dair qeydiyyatın (Reyestr kitabı 2,qeydiyyat №00916,12.03.2002-ci il tarixli şəhadətnamə) ləğv edilməsi, həmin əmlaka dair mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona müvafiq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı Cavabdeh4 cavabdeh İddiaçı1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 8930 kv.m olan qeyri-yaşayış sahəsinin – 4 saylı Taksimotor parkı kimi daşınmaz əmlakın cav abdehin qanunsuz sahibliyindən geri alınması, cavabdehin həmin sahədən çıxarılması, cavabdehin üzərinə həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarına dair sənədlərin və texniki pasportun ona qaytarılması vəzifəsinin qoyulması, həmin qeyriyaşayış sahəsindən qanunsuz istifadə etdiyi iki il ərzində əldə etdiyi gəlir olan 720000 manat vəsaitin cavabdehdən alınaraq Cavabdeh2 vərəsələrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Birinci instansiya məhkəməsinin 31 avqust 2020-ci tarixli qərardad ilə işlər bir icraatda birləşmişdir.
11. Məhkəmədə işə baxılarkən İddiaçı1, iddia verilməmişdən əvvəl isə Cavabdeh2 vəfat etdiklərindən, İddiaçı2 İddiaçı1, Cavabdeh4 isə Cavabdeh2 prosessual hüquq varisi kimi işə cəlb edilmişlər.
12. İddiaçı X3 iddia tələblərinin həcminin azald araq, Cavabdeh4 ünvan 4 ünvanında yerləşən “Azəravtonəqliyyat” DK-nın 4 saylı, Bakı Taksimotor parkının, onun özəlləşdirilməsinə sərf olunmuş pul vəsaitinin əvəzinin, parkın ərazisində tikilmiş əmlak kompleksinin dəyəri kimi 7.850.000 manat pulun, mənəvi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı X3 iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası İddiaçı1 ünvan 1 ünvanında yerləşən “Azəravtonəqliyyat” DK-nın 4 saylı Bakı Taksimotor Parkını Kiçik dövlət müəssisələrinin özəlləşdirilməsinə dair Dövlət proqramı çərçivəsində özəlləşdirilməsi prosesində əmək kollektivinin güzəştli şərtlərlə satın almaq hüququnu Cavabdeh2 etibar etmişdir. Əslində, “Azəravtonəqliyyat” DK-nin 4 saylı Bakı Taksimotor Parkının özəlləşdirilməsində atası iştirak etmiş, həmin dövlət müəssisəsini atası özəlləşdirmişdir. Sadəcə atası obyekti öz adına deyil, qardaşı oğlu Cavabdeh2 adına özəlləşdirmək qərarına gəlmişdir. Mərhum Cavabdeh2 atasının qardaşının oğludur.
14. Göstərilən dövlət əmlakının özəlləşdirilməsi prosesində Cavabdeh2 iddiaçının atasının pul vəsaiti və təklifi ilə iştirak etmiş, iddiaçının atası tərəfindən verilmiş pul vəsaiti ilə əmlak kompleksinin satın alınmasını həyata keçirmişdir. Əmlak kompleksi əmək kollektivinin adına özəlləşdirildikdən sonra pay əldə etmiş kollektiv üzvləri 01 mart 2012-ci il tarixli “Əmlak alqı-satqı” müqaviləsi əsasında ünvan 1 ünvanda yerləşən Taksimotor Parkından hər birinə düşən əmlak payını iddiaçının atasına satmışlar, sadəcə olaraq ata sı alqı-satqı müqaviləsinin qardaşı oğlu Şota Abbasovun adına sənədləşdirilməsini istəmişdir. Həmin əmlakın alqı-satqı pulu və digər xərclər də iddiaçının atası tərəfindən çəkilmişdir.
15. Bundan sonra Cavabdeh2 adına Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən Mülkiyyət Hüququ haqqında Şəhadətnamə (Reyestr kitabı 2, Qeydiyyat JV50C0916, 12.03.2002-ci il tarixli) verilmişdir. Həmin əmlak kompleksi sahibkarlıq məqsədli tikililərdən-avtomobil təmiri bokslarından, sexlərdən, yardımçı sahələrdən ibarətdir.
16. Bütün sənədləşmələr Cavabdeh2 adına aparılsa da, özəlləşdirməyə çəkilən xərclər – əmlakın Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlak Komitəsinin Özəlləşdirilməsi Departamentindən alınması, auksionun keç irilməsi xərcləri, özəlləşdirməyə görə dövlət büdcəsinə ödənilmiş ödənişlər, sonradan kollektiv üzvlərinə ödənişlər iddiaçının atası tərəfimdən aparılmışdır. Əmlak kompleksi 2002-ci ildən atası tərəfindən idarə olunmağa başlanmışdır. Bunu orada çalışan kollektiv üzvləri və sonradan işə qəbul olunan şəxslər də bilirlər və məhkəmə iclasında bu faktları təsdiq edəcəklər. Atası göstərilən ünvandakı obyektləri 2002-ci ildən vəfat edən günədək idarə etmişdir.
17. Atası vəfat etdikdən sonar atasının vərəsəsi kimi obyekt iddiaçının idarəçiliyindədir. Atası 02.04.2010-cu il tarixdə Bakı Şəhər Vergilər Departamenti tərəfindən fərdi sahibkar kimi qeydə alınmışdır (VÖEN: **********). 18. iddiaçının atası fərdi sahibkar kimi anbarları, sexləri icarəyə vermiş, bütün icarəçilərlə müqavilələr atası tərə findən bağlanmış, əmlakın tam idarəçiliyi onun nəzarətində olmuşdur. 2002-ci ildən sonrakı illərdə göstərilən ünvanda, əmlak kompleksi atası tərəfindən yenidən qurulmuş, əlavə tikililər inşa olunmuş, atası tərəfindən sözügedən ünvanda əlavə tikililər tikilməsinə və təmir edilməsinə külli miqdarda əlavə vəsait qoyuluşu olmuşdur.
19. Əmlak kompleksinin atasının vəsaiti hesabına Cavabdeh2 adına alınması Cavabdeh2 notariat qaydada təsdiq olunmuş 01.12.2014-cü il tarixli “Azərbaycan Respublikasının Səlahiyyətli dövlət orqanlarına” ünvanlandığı ərizəsi ilə öz təsdiqini tapır. Həmin ərizədə Cavabdeh2 göstərib: “Bildirmək istəyirəm ki, ünvan 1 ünvanında yerləşən keçmiş 4 Saylı Taksimotor parkı 12.03.2002-ci İ tarixli JN20009 16 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən atamın qardaşı - əmim İddiaçı1 Şato oğlu tərəflndən onun vəsaiti hesabına mənim adıma özəlləşdirilsə də, hesab edirəm ki, həmin əmlak faktiki olararaq İddiaçı1 məxsusdur. Öna görə də həmin əmlakın idarə olunmasına, əmlaka dair sərəncam verilməsinə, bir sözlə əmlakın gələcəkdə hüquqi müqəddəratının müəyyən edilməsinə dair 18 mart 2010-cu il tarixdə İddiaçı1 adına 50 il müddətinə istifadəsi nəzərdə tutulmuş baş etibarnamə vermişəm. Bu səbəbdən bir daha bildirirəm ki, ünvan 1 ünvanında yerləşən mülkə əmim İddiaçı1 mülkiyyət hüququnu tanıyır və gələcəkdə həmin mülkə iddia etməyəcək və hər hansı formada mübahisə qaldırmayacaq. İmza: Cavabdeh2”. 01.12.2014-cii ildə Cavabdeh2 əlyazması ilə yazdığı bu sənəd həm də kompyuterdə yazılmış və Cavabdeh2 imzası, eləcə də, Bakı şəhər 50 saylı Notariat kontorunda 05.12.201 4-cü ii tarixində təsdiqlənmişdir.Eyni zamanda, Cavabdeh2 tərəfindən iddiaçının atasının adına bütün əmlakının idarə edilməsi, sərəncam verilməsi, satılması, bağışlanması səlahiyyətlərinin verilməsilə dair 18 mart 2010-cu il tarixdə Bakı şəhəri 36 saylı Notariat Kontorunda 139509 Reyestr kitabında 7E-04-12Ö9 nömrə ilə qeydə alınmış (50 il müddətinə) baş etibarnamə verilmişdir.
20. Beləliklə, iddiaçının atası tərəfindən satın alınaraq qardaşı oğlu Cavabdeh2 adına rəsmiləşdirilmiş əmlak kompleksinə dair hal-hazırda rəhmətə getmiş hər iki şəxs arşında hər hansı bir mübahisəli vəziyyət olmamışdır. Cavabdeh2 yazdığı ərizə və ona verdiyi etibarnamə ilə atasında inam yaratmışdır ki, faktiki olaraq ona məxsus olan, əlavə vəsait qoyuluşları ilə xeyli yaxşılaşdırdığı və tərəfindən idarə olunan əmlak kompleksinə dair qardaşı oğlunun hər hansı bir iddiası olmayacaqdır. Bütün qohumları da bilirlər ki, Sotanın adına rəsmiləşdirilmiş əmlak əslində atasına məxsusdur və qardaşı oğlu kimi atası ona etibar edərək adına əmlak rəsmiləşdirmişdir. Cavabdeh2 maddi vəziyyəti pis olmuşdur, o, iddiaçının atasının işçisi, etibar etdiyi yaxın qohumu olmuşdur. Lakin 24.08.2019-cu il tarixində Cavabdeh2 vəfat etmişdir. Bundan sonra iddiaçının atası qardaşı oğlu Cavabdeh2 həyat yoldaşı Cavabdeh3 əmlakın geri qaytarılmasını və əmlakı onun adına sənədləşdirməyi xahiş etdikdə, Şahid1 bundan imtina etmiş, atasının əmlakını mənimsəmək istəyinə düşmüşdür. İddiaçının atası Şota.Abbasovun notarial qaydada təsdiq edilmiş ərizəsini təqdim etmiş və bildirmişdir ki, bu ərizə onun haqlı olduğunu, əmlakın ona məxsus o lduğunu sübut edir. Şahid1 həmin ərizəni heç bir əhəmiyyəti olmayan sənəd adlandırmışdır. Belə olan halda, iddiaçının atası cavabdehdən əmlakın pulunu və həmin ərazidə sərf etdiyi xərcləri tələb etmişdir. Lakin Cavabdeh3 pulu ödəməkdən də imtina etmiş və ona məhkəməyə müraciət etməyi təklif etmişdir. Mübahisəli əmlak formal olaraq Cavabdeh2 adına rəsmiləşdirilsə də, faktiki olaraq iddiaçının atasının mülkiyyətimdə olmuş, həmin ərazidə atası bir neçə tikili tikdirmişdir. Bütün tikilən əmlaklara dair atası sərəncam vermiş, əmlakın özəlləşdirilməsinə və həmin ərazidə tikililərin inşasına xeyli miqdarda pul vəsaiti xərcləmişdir. Qeyd olunan ərazidə həmçinin mebel sexi fəaliyyət göstərir. Həmin mebel sexini də vəfat edənə qədər iddiaçının atası idarə etmişdir. Lakin Cavabdeh3 (hazırda Cavabdeh2 hüquqi varisi, Cavabdeh4) iddiaçının atasının mərhum qardaşı oğluna olan etibarından sui-istifadə edərək atasına məxsus əmlakı geri verməkdən imtina edir.
21. Sözügedən əmlakın özəlləşdirilməsinə 2002-ci ildə 823141 ABŞ dolları (indeksasiya nəzərə alınmaqla) məbləğində pul vəsaiti xərclənmişdir. Həmin pul vəsaitinin hazırda manata münasibətdə ekvivalenti ******* manat (1 dollar-1.70 manat) məbləğinə bərabərdir. Əmlak özəlləşdirilərkən ümumi sahəsi 2619.8 kv.m təşkil edirdi. Lakin özəlləşdirdikdən sonra ərazidə əlavə tikililər inşa edilmiş və hazırda əlavə tikililərin ümumi sahəsi 6310.2 kv.m, əmlakın ümumi sahəsi isə 8930 kv.m-dir. Əlavə tikililərin tikilməsinə və təmirinə görə hər kv.metri 1000 manatdan hesablanarsa 6310200 manat (6310.2x1000 manat) məbləğində pul vəsaiti cavabdehdən t utularaq ona ödənilməlidir.
22. Həmçinin mübahisəli ərazidə 2014-cü ildə yanğın baş vermiş, yanğın nəticəsində tikililərə ciddi ziyan dəydiyi üçün iddiaçının atası həmin ərazidə tikililəri söküb yenidən tikdirmiş, əlavə tikililər inşa etmiş, yeni tikililəri təmir etmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş foto şəkillər, şahid ifadələri ilə təsdiq edilir.
23. Hazırda mərhum Cavabdeh2 vərəsəsi Cavabdeh4dur və bu iş üzrə yeganə cavabdehdir. Bundan başqa, cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanla yanaşı həm də mənəvi ziyan da dəymişdir. Atasının öz doğma qardaşının vərəsəsinin ona qarşı belə hərəkət etməsi, onu aldatması, doğmaları tərəfindən gördüyü xəyanət ona pis təsir etmiş, atası uzun müddət mənəvi sarsıntı və əsəb keçirmişdir. Atası uzun illər həmin əmlaklara pul x ərcləyib vaxt sərf etmişdir, əziyyət çəkərək özünə iş qurmuşdur. Lakin cavabdehin qanunsuz hərəkətlərinə görə mülkiyyətindəki əmlaklardan mərhum olmuşdur. Bütün bu hadisələr nəticəsində ona mənəvi ziyan dəyib.
24. İddiaçı2 iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 157.5-157.8, 158.2-158.4, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir.
25. Cavabdeh4 iddiasını onunla əsaslandırıb ki, atası Cavabdeh2 2002-ci ildə ünvan 1-də yerləşən qeyri-yaşayış sahəsini özəlləşdirməklə həmin əmlakın mülkiyyətçisinə çevrilmişdir. Ona mülkiyyət hüquqlarını təsdiq edən JN ******* saylı mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Uzun illər ərzində göstərilən əmlak kompleksində yenidənqurma və təmir işləri aparılmış, bir sıra əlavə tikililər tikilmişdir ki, nəticədə bu qeyri-yaşa yış sahəsi ciddi biznes sahəsinə çevrilmişdir.
26. Əmlakın özəlləşdirilməsindən sonra oranın idarə edilməsi üçün atası öz əmisi olan İddiaçı1 Şota oğlunu cəlb etmiş və bu idarəçilik üçün ona 18 mart 2010-cu il tarixli etibarnamə və digər zəruri sənədləri vermişdir. Sonradan məlum olduğu kimi, İddiaçı1 2010-cu ildə öz adına VÖEN açdırmaqla (fərdi sahibkar kimi qeydiyyata alınmaqla) qeyriyaşayış sahəsinin müəyyən hissələri ilə bağlı müqavilələri öz adından bağlamışdır. Halbuki bu sahənin tam mülkiyyətçisi atası olmuşdur. Güman ki, İddiaçı1 bunu sahə ilə bağlı real gəlirləri atasından gizlətmək üçün etmişdir. 2012-ci ildən başlayaraq atası xəstəliyə düçar olmuş və səhhətində problemlər yaranmağa başlamışdır. Həmin vaxtdan İddiaçı1 atasının səhhətinin pis olmasından istifadə edərək ona müxtəli f formada hədəqorxu gəlmək və onun özünü və ailə üzvlərini həyatı ilə təhdid etməklə qeyri-yaşayış sahəsində atası ilə şərik olmağa məcbur etməyə çalışmışdır. Həmçinin İddiaçı1 artıq bir ildən də çox idi ki, qeyri-yaşayış sahəsindəki biznesdən əldə edilən gəlirləri mənimşəyərək onları mülkiyyətin sahibinə, yəni atasına vermirdi. Məhz bunu nəzərə alaraq, həmçinin İddiaçı1 əmlakla bağlı gəlirləri gizlətdiyi, vergidən yayınma halları ilə bağlı şübhələri olduğuna görə mərhum atası 11.04.2019 tarixdə cavabdehə qeyri-yaşayış sahəsinin idarə edilməsi üçün verdiyi etibarnaməni ləğv etmiş, eyni zamanda ona xəbər göndərmişdir ki,əmlakın sənədlərini geri versin və əmlakı idarəetməni dayandırmaqla oradan çıxsın. Lakin İddiaçı1 buna da əməl etməmiş, atasının xəstə olmağından istifadə edərək, əmlaka qan unsuz olaraq sahiblik etməkdə davam etmiş, eyni zamanda əmlakın idarə edilməsindən əldə edilən gəlirləri mənimsəmişdir. Atası 20 avqust 2019-cu il tarixdə vəfat etmişdir. Bundan sonra İddiaçı1 onun yoxluğundan istifadə etməklə, ümumiyyətlə, əmlakı ələ keçirmək fikrinə düşmüş, bunun üçün onun təklif etdiyi sənədlərə imza atmağı müxtəlif qorxularla ailə üzvlərinə təklif etmişdir.
27. Atasının ölümündən sonra atasından qalan miras onun tərəfındən qəbul edilmişdir. Digər vərəsələr, yəni bacısı, qardaşı və anası mirasdan onun xeyrimə imtina etmişlər. Lakin İddiaçı1 tərəfindən yuxarıda qeyd edilən qeyri-yaşayış sahəsi zəbt edildiyindən və əmlaka dair sənədlər gizlədildiyindən hazırda həmin əmlakı öz adına sənədləşdirə bilmir. İddiaçı1 hüquqi varisi İddiaçı2 bu günədək qeyri-yaşayış sahəsini heç bir qanuni əsas olmadan zəbt etməkdə və oradakı biznesdən əldə edilən gəlirləri mənimsəməkdə davam edir. Bu isə o deməkdir ki, artıq bir ildir ki, İddiaçı1 və onun varisi əmlakı tam qanunsuz olaraq zəbt etmişdir və iki ilə yaxındır ki, əmlakdan əldə edilən gəlirləri mənimsəməkdədir.
28. Onda olan, həmçinin atasının sağlığında atasından eşitdiyi məlumatlara görə qeyri-yaşayış sahəsinin icarəsindən hər ay 30-35 min manat gəlir əldə edilir. Cavabdehin hüquqi varisi isə bu gəlirləri mənimsəməkdədir. Cavabdeh əvvəlcə mərhum atası Cavabdeh2, indi isə onun vərəsələrinin əmlaklarını qanunsuz olaraq ələ keçirmişdir, həmçinin bununla da həmin əmlakı idarə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olur və eyni zamanda, onun öz əmlakından istifadə etməklə həyata keçirilə biləcək qanuni sahi bkarlıq fəaliyyətinin həyata keçirilməsinə imkan vermir.
29. Cavabdeh4 iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2, 1091 və 1092.1-ci maddələrinə istinad etmişdir.
30. Birinci instansiya məhkəməsi iş üzrə kompleks məhkəmə-tikinti və qiymətləndirmə ekspertizası təyin edərək, ekspertizanın qarşısında ünvan 3 yerləşən qeyri-yaşayış sahəsi – 4 saylı Taksimotor parkının ölçüləri, oradkı tikililər və əmlakın qiyməti ilə bağlı müvafiq suallar qoymuş, rəy verilməsi "xxxx" MMC-yə həvalə olunmuşdur. 31. "xxxx" MMC-nin 12 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən ünvan 3 yerləşən 4 Saylı Bakı Taksimitor Parkının mövcud tikili sahəsi 4930.0 kv.m., texniki pasportda göstərilən sahə ilə faktiki olan (üst-üstə düşən) sahəsi 2182.7 kv.m. təşkil edir.Texniki pasportda yer almayan əlavə tikili və artırılan sahələr mövcuddur və həmin sahələrin ümumi ölçüsü 2747.3 kv.m-dir. Bütövlükdə real bazar qiyməti ******* (beş milyon beş yüz min) manat təşkil edir.
32. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1239/2021 nömrəli, 05 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı2 Cavabdeh4 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh4 5.509.000 (beş milyon beş yüz doqquz min) manatın alınaraq İddiaçı2 verilməsi, qalan hissədə iddianın təmin olunmamaı, Cavabdeh4 iddiasının qismən təmin olunması, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi-4 saylı, Taksimotor parkı kimi daşınmaz əmlakın İddiaçı2 sahibliyindən alınaraq Cavabdeh4 sahibliyinə qaytarılması, İddiaçı2 həmin qeyri-yaşayış sahəsindən çıxarılması, İddiaçı2 üzərinə qeyri yaşayış sahəsinin mülkiyyət hüquqlarına dair sənədlə rin və texniki pasportun Cavabdeh4 qaytarılması vəzifəsinin qoyulması, qalan hissədə iddianın təmin olunmaması, hər iki iddia üzrə qətnamənin təmin olunmuş tələblər hissəsində eyni vaxtda icra olunması, ekspertiza xərci olan 500 manat pulun bərabər olaraq hər birindən 250 manat olmaqla İddiaçı2 və Cavabdeh4 "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. (hakim Fikrət Mirzəyev)
33. Birinci instansiya məhkəməsi toplanmış sübutlara, o cümlədən şahid ifadələrinə və ekspert rəyinə hüquqi qiymət verərək qeyd etmişdir ki, 50 saylı Notariat Kontorunun xüsusi notariusu K.Rəhmanov tərəfindən 01.12.2014- cü il tarixdə təsdiq olunmuş, Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarına ünvanlanmış və imzalanmış ərizəyə əsasən Cavabdeh2 göstərib ki, “ünvan 3 yerləşən keçmi ş 4 saylı Tarksimotor parkı 12.03.2002-ci il tarixli №000916 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən atamın qardaşı, əmim İddiaçı1 tərəfindən onun vəsaiti ilə mənim adıma özəlləşdirilsə də, hesab edirəm ki, həmin əmlak faktiki olaraq İddiaçı1 məxsusdur.Ona görə də həmin əmlakın idarə olunmasına, əmlaka dair sərəncam verilməsinə, bir sözlə əmlakın gələcəkdə hüquqi müqəddəratının müəyyən edilməsinə dair 18 mart 2010-cu il tarixində İddiaçı1 adına 50 il müddətinə istifadəsi nəzərdə tutulmuş baş etibarnamə vermişəm. Bu səbəbdən bir daha bildirirəm ki, ünvan 3 yerləşən mülkə əmim İddiaçı1 mülkiyyət hüququnu tanıyır və gələcəkdə mülkə iddia etməyəcəyəm və hər hansı formada mübahisə qaldırmayacağam”.
34. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış ********* saylı cinayət işi tələb olunaraq araşdırılmışdır. Həmin cinayət işinin materiallarına əsasən cinayət işi 11 oktyabr 2014-cü il tarixdə naməlum şəxslər tərəfindən İddiaçı1 məxsus ünvan 3 yerləşən 4 Saylı Bakı Taksimotor Parkının yandırılması və zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan dəyməsi ilə əlaqədar fakt üzrə Azərbaycan Respublikası CM-nin 186.2.1 və186.2.2-ci maddələri ilə 15 may 2015-ci il tarixdə başlanmış, 15 iyul 2015-ci il tarixində müstəntiq Nicat Nayıbovun qərarına əsasən təqsirləndirilən şəxs müəyyən olunmadığından cinayət işinin icraatı dayandırılmışdır. Araşdırma zamanı Cavabdeh2 18 noyabr 2014-cü il və 01 dekabr 2014-cü il tarixlərdə iki dəfə dindirilmişdir. 18 noyabr 2014-cü ildə verdiyi izahatında Cavabdeh2 bildirm işdir ki, Taksimitor Parkını əmisi İddiaçı1 onun adına sənədləşdirmişdir. Qohumları ona demişlər ki, bu taksimotor parkı onun adınadır. Bundan sonra İddiaçı1 bildirib ki, taksimotor parkını onun adından çıxartsın. Taksimotor parkı İddiaçı1 məxsusdur. İndiyə qədər taksimotor parkında 3-4 dəfə olmuşdur. Yanğın baş verən gün taksi motor parkında olmuşdur. Obyektin nə vaxtdan fəaliyyət göstərdiyini bilmir. Ancaq onu deyə bilər ki, təxminən 2007-ci ildə İddiaçı1 yaxınlaşıb ondan iş istəmişdir. O isə həmin yerdə dispetçer kimi işləməyi təklif etmişdir. Onunla razılaşmış, 1-2 il həmin yerdə işlədikdən sonra az gəlirli iş olduğunu görüb həmin işdən çıxmışdır. Həmin vaxtdan bu yana Xalqlar Dostluğu metrosu yaxınlığında qul bazarı deyilən yerdə fəhlə kimi işləməyə başlayib. Taksimotor parkını İddiaç ı1 idarə edir, ancaq həmin obyektin hansı sənədlər əsasında idarə olunması barədə məlumatı yoxdur. Bildirmək istəyir ki, onun taksi motorparkı ilə heç bir əlaqəsi yoxdur, həmin yerdən hər hansı bir gəlir əldə etmir. 2007-ci ildə dispetçer işlədiyi vaxt həmin taksimotor parkının ona məxsus olması barədə məlumatı olmamışdır. ünvan 9 ünvanında yerləşən 4 Saylı Bakı Taksimitor Parkında hər hansı bir tikinti aparmamışdır və hər hansı bir tikinti aparılmışdırsa, bu barədə məlumatı yoxdur. Ümumiyyətlə, indiyə qədər orada cəmi 3-4 dəfə olmuşdur. Hazırda fəhlə işləyir.Yalnız 2010-cu ildə obyektin ona məxsus olduğunu bilmişdir. Həmin taksimotor parkı ilə hər hansı bir əlaqəsi yoxdur. Onun xəbəri olmadan İddiaçı1 əmlakı onun adına özəlləşdirmişdir.
35. Birinci instansiya məhkəməsi müəyyən edib ki, mə rhum İddiaçı1 şəxsi vəsaiti hesabına ünvan 11 ünvanında yerləşən 4 Saylı Bakı Taksimotor Parkı kimi qeyri-yaşayış sahəsini yaxın qohumu olan öz qardaşı oğlu mərhum Cavabdeh2 adına özəlləşdirilmiş və sonuncunun həmin əmlaka mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. Cavabdeh2 50 il müddətinə harada yerləşməsindən asılı olmayaraq bütün əmlakını idarə etmək, həmin əmlak üzərində sərəncam vermək və digər hüquqları həyata keçirmək səlahiyyətlərini İddiaçı1 vermişdir. Cavabdeh2 hüquqi varisi həmin etibarnamənin 11.04.2019 tarixdə ləğv edildiyini bildirsə də, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmin etibarnamə əsasında İddiaçı1 əmlakı idarə etmiş, orada öz vəsaiti ilə yenidənqurma və əlavə tikinti işləri aparmış 11 oktyabr 2014-cü il tarixdə baş vermiş yanğından sonra isə öz vəsai ti hesabına təmir-bərpa işləri görmüşdür. Cavabdeh2 qeyd olunan əmlaka hər-hansı məbləğdə vəsait sərf etməsi işdə olan sübutlar və işin faktiki halları ilə öz təsdiqini tapmır. Belə ki, Cavabdeh2 notarial qaydada verdiyi ərizəsində və cinayət işinin araşdırılması zamanı verdiyi izahatlarında dəfələrlə qeyd etmişdir ki, əmlak onun adına özəlləşdirilsə də həm özəlləşmə xərclərini, həm də əmlakın idarə olunması, əlavə tikinti aparılması xərclərini əmisi İddiaçı1 çəkmişdir. Taksimotor parkına onun heç bir aidiyyəti yoxdur. Hətta əmlakın onun adına özəlləşdirilməsindən bir-neçə il sonra, təqribən 2010-cu ildə məlumat əldə etmişdir. Əmlakdan əldə olunan gəlirdən ona da verilməsi barədə İddiaçı1 ilə hərhansı bir razılaşma olmamışdır, özü də bir müddət İddiaçı1 idarəçiliyi ilə orada dispetçer işlə mişdir. Qeyd olunan əmlaka dair heç bir iddiası yoxdur və olmayacaq.
36. Birinci instansiya məhkəməsi hesab edib ki, Cavabdeh2 (hal-hazırda onun hüquqi varisi) ünvan 9 ünvanında yerləşən 4 Saylı Bakı Taksimotor Parkı kimi qeyriyaşayış sahəsinə hər hansı bir vəsait sərf etmədən başqa şəxsin vəsaiti hesabına əsassız olaraq varlanmışdır. Əsassız varlanma nəticəsində əldə edilmiş vəsait 5.509.000 (beş milyon beş yüz doqquz min) manat təşkil edir. Belə ki, əmlakın alınmasına köhnə manatla 45000000 (45 milyon) manat sərf olunmuşdur. Həmin məbləğ AZN-lə 9000 (doqquz min) manata bərabərdir. Ekspert rəyinə əsasən isə əmlakın bütövlükdə real bazar qiyməti ******* (beş milyon beş yüz min) manat təşkil edir. Ona gərə də maddi ziyan hissəsində İddiaçı2 Cavabdeh4 qarşı iddiası qismən, yəni 5.509.000 ( beş milyon beş yüz doqquz min) manat hissədə təmin olunmalıdır.
37. Birinci instansiya məhkəməsi İddiaçı2 mənəvi zərərlə bağlı iddiası üzrə mövqeyi belə olub ki, iddiaçı ona (mərhum atasına) mənəvi zərər dəyməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyi üçün həmin hissədə iddia təmin edilə bilməz.
38. Birinci instansiya məhkəməsi Cavabdeh4 iddiası üzrə belə nəticəyə gəlib ki, ünvan 1 ünvanında yerləşən 4 Saylı Bakı Taksimotor Parkı kimi qeyri-yaşayış sahəsi 12.03.2002-ci il tarixdən mərhum Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçdiyi üçün onun (hal-hazırda hüquqi varisinin) mülkiyyət hüququnu məhdudlaşdıran hallar aradan qaldırılmaqla qeyd olunan qeyri yaşayış sahəsi onun sahibliyinə qaytarılmalıdır.
39. Birinci instansiya məhkəməsi Cavabdeh4 əmlakdan qanunsuz istifadə nəticəsində əsassız əldə olunmuş gəlirlərin qaytarılması, eləcə də cavabdehin barəsində xüsusi qərardad çıxarılaraq onun tərəfindən törədilən əməllərin, o cümlədən vergidən yayınma faktlarının araşdırılması üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilməsi hissəsində iddianı əsasız sayıb və bunu onunla əsaslandırıb ki, iddaçı cavabdehdən 720000 (yeddi yüz iyirmi min) manat vəsaitin alınaraq ona verilməsini tələb etsə də, həmin hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmiş, cavabdehin (onun hüquqi varisinin) əməllərində cinayət və ya digər hüquqi məsuliyyət yaradan halların olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
40. Birinci instansiya məhkəməsi işin faktiki hallarını, hər iki tərəfin diqqətəlayiq mənafeyini, el əcə də tələblərin birinin digəri ilə qarşılıqlı əlaqəli olduğunu nəzərə alaraq hesab edib ki, hər iki iddia üzrə qətnamə təmin olunmuş tələblər hissəsində eyni vaxtda icra olunmalıdır.
41. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 157.2, 1091.1, 1091.2, 1092.1.1, 102.2.1, 1092.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 82.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
42. İddiaçı (cavabdeh) İddiaçı2 apellyasiya şikayəti verib, öz iddiasının təmin edilməyən, Cavabdeh4 iddiasının təmin edilən hissəsində qətnamənin ləğv, öz iddiasının tam təmin, İddiaçı1 iddiasını rədd edilməsi xahiş edib.
43. İddiaçı2 apellyasiya şikayətinin dəlilləri: - iş materiallarında olan "xxxx" MMC-nin 10.09.2020-ci il tarixli 40 saylı hesabatına əsasən sözü gedən əmlak kompleksinin real bazar dəyəri 7.850,000 manat təşkil edir. Lakin Nizami rayon məhkəməsi sözügedən sənədə istinad etməmiş, iş materiallarında olan və əmlakın real bazar dəyərini əks etdirməyən ekspert rəyinə istinad etmişdir; - həmin ekspert rəyində isə əmlakların real bazar dəyəri 5.500.000 manat məbləğində dəyərləndirilmişdir. Bu isə əmlakların real bazar dəyərini əks etdirmir; - həmçinin atasının bir qohum kimi etibar etdiyi və inandığı cavabdehlərin onun atasına məxsus olan əmlakı heç bir əsas olmadan əldə etmək istəkləri nəticəsində mənəvi sarsıntı keçirmişlər. Onlar qohumları Elnar və Şotanın etdiyi hərəkətə görə əsəb sarsıntısı, güclü ruhi həyəcan, mənəvi iztirab keçirmişlər. Odur ki, iddiaları mənəvi ziyan hissəsində də əsaslıdır və təmin edilməlidir.
44. İddiaçı (cavab deh) Cavabdeh4 da apellyasiya şikayəti verib, öz iddiasının təmin edilməyən, İddiaçı2 iddiasının təmin edilən hissəsində qətnamənin ləğv, öz iddiasının tam təmin, İddiaçı2 iddiasını rədd edilməsi xahiş edib.
45. İddiaçı1 apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1091 və 1092-ci maddələrini bu iş üzrə düzgün şərh və tətbiq etməmişdir. Belə ki, məhkəmədə atası ilə əmlak komleksini icarə əsasında istifadə edən şəxlər arasında müqavilələrin mövcudluğu təsdiqini tapsa da, məhkəmə Mülki Məcəllənin 157.5-ci maddəsinə zidd olaraq əmlaka qanunsuz sahiblik edən şəxslər tərəfindən icarəçılərdən yığılan vəsaitin əmlakın qanuni sahibinə, yəni mülkiyyətçi olaraq ona qaytarılmasına dair iddianı heç bir əsas gətirmədən rədd etmişdir.
46. Apellyasiya instansiyası tərəflərin vəsatətinə əsasən 02 aprel 2021-ci il tarixli qərardadlarla mübahisədə adı keçən əmlakın sahəsi, tikililərin ölçüsü və s. barədə mühəndis-texniki ekspertizası, eləcə də qiymətin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyin etmişdir. Mühəndis-texniki ekspertizasının aparılması Məhkəmə Ekspertizası Mərkəzinə, qiymətləndirmə ekspertizasının aparılması "xxxx" MMC-yə tapşırmışdır.
47. Yeni Dövr qiymətləndirmə mərkəzi” MMC-nin 18.05.2021-ciil tarixli YDN №036 hesabatına əsasən Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 24-də yerləşən qeyriyaşayış sahəsinin (4 nömrəli taksimotor parkı) bazar dəyəri 5.200.000 (beş milyon iki yüz min) likvid dəyəri isə 4.600.000 (dörd milyon altı yüz min) manatdır.
48. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3124/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1239/2020 saylı, 05.11.2020-ci il tarixli qətnaməsinin Cavabdeh4 5.509.000 (beş milyon beş yüz doqquz min) manatın alınaraq İddiaçı2 verilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh4 5.200.000 (beş milyon iki yüz min) manatın alınaraq İddiaçı2 verilməsi, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Tofiq Səmədov, İkram Şirinov)
49. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə İddiaçı1 iddiasının qayəsini təhkil edən, əslində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 24 -də yerləşən qeyri-yaşayış sahəsini («Azəravtonəqliyyat» DK-nin 4 saylı Bakı Taksimotor Parkı) özəlləşdirilməsində atasının iştirak etməklə həmin dövlət müəssisəsini özəlləşdirərkən obyekti öz adına deyil, şəxsi vəsaiti hesabına qardaşı oğlu Cavabdeh2 adına rəsmiləşdirilməklə sonuncunun həmin əmlaka mülkiyyət hüququ qeydiyyatdan keçməsi faktı birinci instansiya məhkəməsində araşdırılan sübutlarla öz təsdiqini tapdığından, Cavabdeh4 həmin sahəni məhz atası Cavabdeh2 tərəfindən 2002-ci ildə özəlləşdirməsi kimi iddia və iddiaya etirazın dəlilləri tam təkzib edilmişdir.
50. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsi İddiaçı1 iddiası üzrə göstərilən nəticəyə gələrkən haqlı olaraq Cavabdeh2 İddiaçı1 50 il müddətinə harada yerləşməsindən asılı olmayaraq bütün ə mlakını idarə etmək, həmin əmlak üzərində sərəncam vermək və digər hüquqları həyata keçirmək səlahiyyətlərini verməsinə dair etibarnaməyə istinad etmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh2 İddiaçı1 50 il müddətinə verdiyi etibarnamənin məzmunu ilə bağlı İddiaçı2 iddia tələblərinin əsaslılığına düzgün hüquqi qiymət vermiş və müəyyən etmişdir ki, həmin etibarnamə əsasında İddiaçı1 əmlakı idarə etmiş, orada öz vəsaiti ilə yenidənqurma və əlavə tikinti işləri aparmış, 11 oktyabr 2014-cü il tarixdə baş vermiş yanğından sonra isə öz vəsaiti hesabına təmir-bərpa işləri görmüşdür. İşin bu halı Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış ********* saylı cinayət işinin materialları ilə də öz təsdiqini tapır.
51. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Cavabd eh4 apellyasiya şikayətində 2014-cü ildə əmlak kompleksində yanğın baş verən zaman, yəni əmlak kompleksinin yandırılması ilə bağlı İddiaçı1 bundan istifadə edərək, atasına guya onu bu məsələyə görə həbs edə bilməsinə dair hədə qorxu gələrək əmlakın özünə deyil, Eminə məxsus olduğu barədə izahat yazdığı halda sonuncunun məsələni həll edə bilməsinə inanan atasının onun dediyi formada ərizə və izahatlar yazmasına dair göstərdiyi dəlilləri ilə bağlı məhkəmələrə heç bir sübut növü təqdim etməmişdir.
52. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, Cavabdeh2 hüquqi varisi həmin etibarnamənin 11.04.2019 tarixdə ləğv edildiyini bildirsə də, bunun təsdiqi ilə bağlı hər hansı sübut növü təqdim etməmişdir.
53. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 24-də yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsində İddiaçı1 iştirak etməklə həmin dövlət müəssisəsini özəlləşdirirkən obyekti öz adına deyil, şəxsi vəsaiti hesabına qardaşı oğlu Cavabdeh2 adına rəsmiləşdirilməsi və faktiki özü də tərəfindən idarə olunması kimi faktlar iş üzrə dindirilmiş şahid ifadələrinin məzmunu ilə təsdiq olunmasına birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət vermişdir. Həmçinin apellyator İddiaçı1 da verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin şahid ifadələrini sübut növü kimi qiymətlərilməsini mübahisələndirməmiş, bu ifadələrin mötəbər sübut növü kimi qiymətləndirilməli olmamasına dair hər hansı dəlil irəli sürməmişdir.
54. Apellyasiya instansiyası məhkəməsi hesab edib ki, birinci instansiya məhkəməsinin Cavabdeh2 mübahisəli əmlaka hər-hansı məbləğdə vəsait sərf etməsinin işdə olan sübutlarla, mərhum Cavabdeh2 sağlığında cinayət işinin araşdırılması zamanı verdiyi ifadələr, etibarnamənin məzmunu, şahid ifadələri və işin digər faktiki halları ilə təkzib edilməsinə dair mövqeyi düzgün olmuşdur.
55. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edib ki, İddiaçı2 apellyasiya şikayətində atasının bir qohum kimi etibar etdiyi və inandığı cavabdehlərin onun atasına məxsus olan əmlakı heç bir əsas olmadan əldə etmək istəmələri nəticəsində mənəvi sarsıntı keçirdiklərini və bu səbəbdən də iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində də əsaslı olduğunu bildirsə də, həmin hallarla bağlı sübutları məhkəməyə təqdim etməmiş, iş materialları ilə də bu hallar müəyyən edilməmişdir.
56. Apellyasiya instans iyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək göstərib ki, birinci instansiya məhkəməsi mübahisəli əmlakın Cavabdeh2 adına özəlləşdirilsə də, həm özəlləşmə xərclərini həm də əmlakın idarə olunması, əlavə tikinti aparılması xərclərini sonuncunun əmisi İddiaçı1 çəkməsi faktını düzgün müəyyən etməklə yanaşı, 4 Saylı Bakı Taksimitor Parkı kimi qeyri-yaşayış sahəsinin 12.03.2002-ciil tarixdən mərhum Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçməsini və bu qeydiyyatın qanunsuzluğunun da mübahisələndirilməməsini nəzərə alaraq onun (hazırda hüquqi varisinin) mülkiyyət hüququnu məhdudlaşdıran halların aradan qaldırılmaqla qeyd olunan qeyri-yaşayış sahəsinin sahibliyinə, eləcə də əmlakın sənədlərinin qaytarılmalı olmasına düzgün hüquqi qiymət vermiş dir.
57. Həmçinin iddaçı Cavabdeh4 cavabdehdən 720000 (yeddi yüz iyirmi min) manat vəsaitin alınaraq ona verilməsini tələb etmə hissəsində öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmiş, cavabdehin (onun hüquqi varisinin) əməllərində cinayət və ya digər hüquqi məsuliyyət yaradan halların olmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
58. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, birinci instansiya məhkəməsinin bu nəticəsinin qanuni və əsaslı olması həmçinin, sözügedən əmlakdan əldə olunan gəlirdən Cavabdeh2 verilməsi barədə İddiaçı1 ilə hər-hansı bir razılaşma olmayıb.
59. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, 4 Saylı Bakı Taksimitor Parkı kimi qeyri-yaşayış sahəsinin İddiaçı1 onun adında olmamasına baxmayaraq, 12.03.2002- ci il tarixdən onun qanunsuz olaraq idarəçiliyində, sahibliyində olması, eləcə də, sözügedən şəxslər arasında mübahisəli obyektin özəlləşdirilməsi, təmirtikintisi ilə bağlı aralarında hər hansı borc münasibətlərinin yaranması kimi hallar öz təsdiqini tapmır. Bu baxımdan, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaratmış, pozulmuş və tərəflərin mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin real bərpası təmin olunmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq işin faktiki hallarını, hər iki tərəfin diqqətəlayiq mənafeyini, eləcə də tələblərin birinin digəri ilə qarşılıqlı əlaqəli olduğunu nəzərə alaraq hesab etmişdir ki, hər iki iddia üzrə qətnamə təmin olunmuş tələblər hissəsində eyni vaxtda icra olunmalıdır.
60. Bununla belə, apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 şikayəti üzrə belə nəticəyə gəlib ki, qətnamə Cavabdeh4 5.509.000 (beş milyon beş yüz doqquz min) manatın alınaraq İddiaçı2 verilməsi hissəsində məbləğ dəyişdirilməlidir.
61. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MMC-nin 18.05.2021-ci il tarixli, YDN №036 saylı daşınmaz əmlakın qiymətləndirilmə rəyinə əsasən hesab edib ki, mübahisədə adı keçən əmlakın (4 nömrəli taksimotor parkı) bazar dəyəri 5.200.000 (beş milyon iki yüz min) likvid dəyəri isə 4.600.000 (dörd milyon altı yüz min) manat olduğu üçün Cavabdeh4 5.200.000 manat alınaraq İddiaçı2 verilməlidir.
62. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə qiymət verərək göstərib ki, ekspertiza rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyy ən edilmədiyindən və həmin ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan (İddiaçı2 təşəbbüsü ilə keçirilmiş və məhkəməyə təqdim etdiyi qiymətləndirmə hesabatının real bazar dəyərini əks etdirməsinə dair sübutlar təqdim etməmişdir), həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
63. İddiaçı (cavabdeh) İddiaçı2 (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, öz iddiasının tam, İddiaçı1 iddiasının rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
64. İddiaçı2 kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsas landırılıb, şikayətdə əmlakın dəyərinin 5.200.000 qiymətləndirlməsi barədə rəyə istinad edilməsinin düzgün olmaması göstərilib.
65. İddiaçı (cavabdeh) Cavabdeh4 (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
66. Cavabdeh4 kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb. b) Kassasiya şikayətlərinə qarşı yazılı etirazın dəlilləri
67. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
68. Məhkəmə kollegiyasının iclasında iddiaçı (cavabdeh) İddiaçı2 vəkili və nümayəndəsi X2 təmsil etdiyi şəxsin şikayətini müdafiə edərək onun təmin, digər tərəfin kassasiya şikayətinin isə rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
69. Məhkəmə kollegiyasının iclasında iddiaçı (cavabdeh) Cavabdeh4, onun vəkili və nümayəndəsi Vəkil1 təmsil etdiyi şəxsin şikayəti müdafiə edərək onun təmin, digər tərəfin kassasiya şikayətinin isə rədd edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə mü əyyən edilmiş qaydada həyata keçirilir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə g öndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
70. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
71. Hazırkı kassasiya şikayətlərində hər iki tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini müvafiq olaraq öz iddialarının rədd, qarşı tərəfin iddiasının təmin edilən hissələrdə ləğvini xahiş etməklə, qətnaməni faktiki olaraq tam mübahisələndirmişlər. Bu baxımd an məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
73. Kassasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətlərinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
74. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi hər iki iddia tələbi və apelly asiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
75. İddiaçı2 (onun mərhum atası İddiaçı1) iddiası əmlakın alınmasına, təmirinə, yenidən qurulmasına çəkilmiş xərcin alınması barədə olmuşdur. İşin müəyyən edilmiş hallarına görə də mübahisədə adı keçən əmlak Cavabdeh2 adına rəsmiləşsə də, İddiaçı1 vəsaiti hesabına alınmış, həmin əmlak faktiki İddiaçı1 məxsus olmuş, İddiaçı1 öz vəsaiti ilə orada yenidənqurma işləri aparıb, oranı təmir etdirmişdir. İşin bu hallarını məhkəmələr işdəki çoxsaylı sübutlar, o cümlədən Cavabdeh2 notarial qaydada verdiyi ərizəsi və polisdəki izahatı ilə müəyyən etmişlər.
76. Cavabdeh4 iddiası mərhum atasının mülkiyyətində olan əmlakın və əmlaka aid sənədlərin qaytarılması barədə olub, həmin iddia üzrə də müəyyən edilib ki, mübahisədə adı keçən əmlak Cavabdeh2 mülkiyyət ində olduğu üçün, həmin əmlak və əmlaka dair sənədlər sonuncunun vərəsəsi olan iddiaçı Cavabdeh4 qaytarılmalıdır.
77. Məhkəmə kollegiyası İddiaçı2 kassasiya şikayəti üzrə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əmlakın dəyərini ekspertiza rəyinə uyğun müəyyən edib və bu zaman ekspert rəyinə qiymət verərək qeyd edib ki, ekspertiza rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və həmin ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan həmin rəy mötəbər sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə görə də ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu bax ımdan, apellyasiya məhkəməsinin ekspert rəyini qiymətləndirməsi qeyd edilən normaya uyğun olmuşdur.
78. Eyni zamanda məhkəmə kollegiyası iddiaçı Cavabdeh4 kassasiya şikayəti üzrə də qeyd edir ki, apellyasiya məhkəməsinin Cavabdeh4 apellyasiya şikayəti üzrə gəldiyi nəticə əsaslı olub. Qətnamədən görünür ki, apellyasiya məhkəməsi Cavabdeh4 apellyasiya şikayətinin dəlilləri üzrə tam qiymətləndirmə aparmış, əmlakın dəyərini də ekspert rəyinə əsasən azaltmaqla Cavabdeh4 şikayətini qismən təmin etmişdir.
79. Apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla, mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqini düzgün saymaqla əsaslı və qanuni nəticəyə gəlmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hər iki iddia tələbi üzrə hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.
80. Məhkəmə kollegiyası hər iki iddia tələbi və apellyasiya şikayətləri üzrə apellyasiya məhkəməsinin hazırki qərarın 49-62-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır. Bu baxımdan əlavə şərhə zərurət görmür.
81. Kassasiya şikayətlərinin dəlillərinə gəldikdə, yuxarıda qeyd edildiyi kimi həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni olub və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət verib.
82. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
83. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419 -cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı (cavabdeh) İddiaçı2 və cavabdeh (iddiaçı) Cavabdeh4 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3124/2021 nömrəli, 29 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.