Məhkəmə qərarları › İş №2(102)-480/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-480/2025

23.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-480/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “əşyaların cavabdehin hesabına çıxarılması və qanunsuz hərəkətlərin edilməsinin cavabdehə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası üçün əsaslar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(105)-395/2024 nöm rəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 306 ünvanda yerləşən 0,0039 ha (39 kv.m.) torpaq sahəsindən bir neçə əşyaların cavabdehin hesabına çıxarılması və cavabdeh tərəfindən qanunsuz hərəkətlərin davam etdirilməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin (hakim H.Əhmədov) 12 oktyabr 2023-cü il tarixli, 2(012)-4274/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 16 iyul 2024-cü il tarixli, 2(105)-395/2024 nömrəli qətnaməsi ilə (hakim F.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər L.Rəhimlidən və İ.Dəmirovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0039 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən 1 ədəd kondisioner mühərrikinin və 1 ədəd su çəninin Cavabdeh vəsaiti hesabına çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Cavabdeh vəkili Vəkil həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası nın 15 oktyabr 2024-cü il tarixli, 2(102)-3777/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti qeyri-mümkün hesab edilməklə, müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(105)-395/2024 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

6. Cavabdeh nümayəndəsi, Vəkil vasitəsi ilə 21 noyabr 2024-cü il tarixdə kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(105)-395/2024 nömrəli qərardadı ilə (hakim F.Məm mədovun sədrliyi və məruzəsi ilə, hakimlər L.Rəhimlidən və A.Süleymanovadan ibarət tərkibdə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-395/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair cavabdehin nümayəndəsi, Vəkil ərizəsi təmin edilməmişdir.

8. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyul 2024-cü il tarixli qətnaməsindən cavabdehin vəkilinin elektron kabinetinə apellyasiya instansiyası məhkəməsi tərəfindən 05 avqust 2024-cü il tarixdə yerləşdirilmişdir. İddiaçının vəkili ilk dəfə 20 sentyabr 2024-cü il tarixdə kassasiya şikayəti vermiş, Ali Məhkəmənin 15 oktyabr 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi iş üzrə verilmiş kassasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən etmişdir ki, kassasiya şikayətini elektron qaydada Vəkil imzalamış, lakin cavabdeh tərəfindən vəkilə verilən 2024-cü il 30 avqust tarixli etibarnamədə sonuncunun cavabdehin adından kassasiya şikayəti vermək səlahiyyəti əks olunmamışdır. Hazırkı iş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil 25 oktyabr 2024-cü il tarixdə Cavabdeh tərəfindən yeni etibarnamə verilmiş, həmçinin etibarnamə ilə nümayəndəyə məhkəmə aktlarından şikayət verilməsi səlahiyyəti verilmişdir. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil 21 noyabr 2024-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinin məhkəmə işlərinin elektron idarəetmə sisteminə prosessual müddətin bərpası barədə əri zə ilə müraciət etmişdir.

10. Kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin üzrlü hesab edilməsi barədə iddiaçı tərəfin dəlillərinə münasibətdə apellyasiya kollegiyası qeyd etmişdir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.

11. Cavabdeh tərəf ərizəsində qeyd etmişdir ki, 30 avqust 2024-cü il tarixli etibarnamədə nümayəndəyə onu Ali Məhkəmədə təmsil etmək səlahiyyəti nəzərdə tutulduğundan Cavabdeh belə hesab etmişdir ki, həmin etibarnamə kassasiya şikayəti verilməsi üçün yetərlidir.

12. Məhkəmə həmin halı üzrlü hesab etməyərək qeyd etmişdir ki, cavabdeh vəkil və nümayəndə tərəfindən təmsil edilmiş, bu da cavabdeh tərəfin prosessual qanunvericilik normaları, qanunvericilikdə baş vermiş dəyişikliklər barədə məlumatlı olmasını və kassasiya şikayətinin MPM-in 402 və 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmalı olduğundan məlumatlı olduğunu təsdiq edir.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3, 128.3, 129.1, 129.2, 130.1, 133.1, 133.3, 135.6, 405.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

14. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2024-cü il tarixli, 2(105)-395/2024 nömrəli qərardadının ləğv edilməsi və ərizəni yenidən baxı lması üçün apellyasiya instansiyası məhkəməsi qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 30 avqust 2024-cü il tarixli etibarnamədə cavabdeh nümayəndəyə məhkəmə instansiyalarında, o cümlədən Ali Məhkəmədə onu təmsil etmək səlahiyyəti vermişdir. Cavabdeh belə hesab etmişdir ki, həmin etibarnamə kassasiya şikayəti verilməsi üçün yetərlidir. Lakin, kassasiya məhkəməsi həmin etibarnaməni kassasiya şikayəti vermək üçün yetərli hesab etməmişdir. Bu səbəbdən cavabdeh yenidən etibarnamə verərək kassasiya şikayətini imzalamaq səlahiyyətinin nəzərdə tutulmasını etibarnaməyə daxil etmişdir. Göründüyü kimi, kassasiya şikayəti qanunla nəzərdə tutulmuş müddət ərzində vermişdir. Mülki Prosessual Məcəllədə prosessual müddətin buraxılmasın ın üzrlü səbəblərini göstərən norma mövcud deyil. Bu səbəbdən də apellyasiya məhkəməsinin müddətin buraxılmasının üzürlü səbəbləri barədə məhkəməyə sübut təqdim edilməməsinə istinad etməsi əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və 65-ci maddələrinin tələblərinə uyğunsuzluq təşkil edir.

16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

17. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə ic raatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin t ələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin 16 iyul 2024-cü il tarixli qətnaməsi 31 iyul 2024-cü il tarixdə cavabdehin vəkili Vəkil “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, ona rəsmi qaydada təqdim olunmuşdur.

20. Cavabdehin vəkili ilk dəfə kassasiya şikayətini prosessual qanunvericiliklə müəyyən olunmuş müddət daxilində, 20 sentyabr 2024-cü il tarixdə vermiş, lakin həmin kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının 15 oktyabr 2024-cü il tarixli qə rardadı ilə vəkilə verilmiş etibarnamədə cavabdehin adından kassasiya şikayəti imzalamaq səlahiyyəti əks olunmaması əsası ilə qeyri-mümkün hesab olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti eyni əsasla geri qaytarılmış və həmin qərardad cavabdehin vəkilinin elektron kabinetinə 31 oktyabr 2024-cü il tarixdə yerləşdirilmişdir.

21. İş materiallarının 197-ci vərəqəsində olan Azərbaycan Respublikasının Amerika X1 təsdiq edilmiş etibarnamədən görünür ki, Cavabdeh 25 oktyabr 2024-cü il tarixdə Vəkil bir sıra səlahiyyətləri, o cümlədən məhkəmə aktlarından şikayətlərin verilməsi (imzalaması) səlahiyyətini etibar etmişdir.

22. Cavabdehin adından səlahiyyətli nümayəndəsi, Vəkil kassasiya şikayəti verilməsi üçün prose ssual müddətin bərpasına dair ərizə ilə 21 noyabr 2024-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir.

23. Məhkəmə kollegiyası müddətin bərpasına dair ərizənin təmin edilməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi əsaslandırma ilə razılaşmayaraq qeyd edir ki, həmin məhkəmə yuxarıda qeyd olunan dəyərləndirmə apararkən cavabdehin Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşamasını, iş materiallarına əlavə olunmuş birinci etibarnamədə kassasiya şikayəti vermək səlahiyyətinin nəzərdə tutulmamasının kassasiya instansiyası məhkəməsi tərəfindən bildirildiyi vaxtdan ağlabatan müddət ərzində faktiki olduğu dövlətdə yeni etibarnamə verməsini, həmin etibarnamənin Azərbaycana göndərilməsi üçün müəyyən vaxt tələb olunmasını nəzərə almamışdır.

24. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, işinin ədalətli araşdırılmasını, eləcə də hüquq və azadlıqları pozulduğu halda, məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəmə müdafiəsi təminatı ilə bağlı rəhbər müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiy alarında həyata keçirilməsini ehtiva edir. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquq demokratik cəmiyyətdə mövcud olmaqla dövlətin konstitusiyası və qanunlarında öz əksini tapır. Sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 359-cu maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə, 26-cı maddəsinə, 60-cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İ və İİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2003cü il 25 fevral və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli Qərarları).

26. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli qərarında vurğulamışdır ki, məhkəməyə müraciət hüququnun həyata keçirilməsinin qanunvericiliklə müəyyən olunmuş prosessual tələblərlə şərtləndirilməsi qəbuledilən olsa da, həmin normalar şəxsi məhkəməyə müraciət etmək hüququndan məhrum edəcək dərəcədə hədsiz formallıqdan uzaq olmalıdır.

27. Konstitusiya Məhkəməsi həmin qərarında Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə istinad edərək göstərmişdir ki, kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 405-ci maddəsi ilə nəzərdə tutulmuş müddət (2 ay) keçdikdən sonra və ya bu müddətin keçməsinə az vaxt qala geri qaytarıldığı halda, şikayətdəki nöqsan ların aradan qaldırılmasından sonra yenidən məhkəməyə müraciət edilə biləcəyi prosessual müddət qanunvericiliklə müəyyən edilməmişdir. Bu isə bəzən şəxsin təqsiri olmadan, obyektiv səbəblərdən məhkəməyə şikayət verməklə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərin ötürülməsi ilə nəticələnir, lakin belə hallar məhkəmələr tərəfindən üzürlü səbəb olaraq qiymətləndirilmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə uyğun olaraq məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Nəticədə şəxs şikayətin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olur ki, bu da məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır.

28. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət hüququnun təmin edilməsi üçün şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün ağlabatan müddətin hakim tərəfindən müvafiq qərardad ilə müəyyən edilməsi məqsədəmüvafiqdir.

29. Beləliklə, müddətin bərpasına dair cavabdeh tərəfin ərizəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasının Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə və həmin maddəyə dair Konstitusiya Məhkəməsinin Plenumunun qey d olunan qərarında ifadə olunan hüquqi mövqeyə uyğun gəlməməsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməklə, iş materialları bu ərizəyə yenidən baxılması üçün qaytarılmalıdır.

30. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən müddətin bərpasına dair cavabdehin ərizəsində göstərilən hallara hüquqi qiymət verilərkən, eyni zamanda Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinin tələblərinə riayət edilib-edilməməsi araşdırılmaqla, müvafiq qərar qəbul edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 03 dekabr 2024-cü il tarixli, 2(105)-395/2024 nömrəli qərardadı ləğv edilsin və iş materialları həmin Məhkəmənin 16 iyul 2024-cü il tarixli, 2(105)-395/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdehin ərizəsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar