Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4810/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli 2(107)634/2020 saylı qətnaməsindən üçüncü şəxs N oğlu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.N.Abbasov, iş № 2(025)-33/2017) İddiaçı cavabdehlər Cavabdeh2nə, “Cavabdeh1-N” MMC-yə və üçüncü şəxs N oğluna qarş ı iddiası təmin edilərək “Cavabdeh1-N” MMC-nin xx xxxxxx 2011-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının ləğv edilməsi və N qəsəbəsində yerləşən 0,46 hektar torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 1 otaqlı 24 kv.metr yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin qiymətinin 42.000 manat olması əsas götürülməklə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.R.Rəfiyev, G.Q.Abbasov və E.Ş.Hüseynov, iş № 2(107)2222/2018) üçüncü şəxs Nin apelyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixl i qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: Q.A.Əsgərov, E.R.Vəliyeva və S.F.Hacıyev, iş № 2(102)7649/2019) iddiaçının kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərimişdir. İşə təkrar baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.A.Mahmudov, Ə.T.Məcidov və M.A.Əsədli) Ş.V.Vəliyevin apelyasiya şikayəti qismən təmin edilərək Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi qismən, yəni “N qəsəbəsində yerləşən 0,46 hektar tor paq sahəsinin və üzərində yerləşən 1 mərtəbəli 1 otaqlı 24 kv.metr yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin qiymətinin 42.000 manat olması əsas götürülməklə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası istiqamətində icra hərəkətlərinin həyata keçirilməsi” hissəsində ləğv edilmiş və həmin hissənin qətnamədən xaric edilib qətnamənin qalan hissədə - “Cavabdeh1-N” MMC-nin xx xxxxxx 2011-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv edilməsi və s. hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: N qəsəbəsi, 0,46 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 24 kv.metr təşkil edən fərdi yaşayış evi İddiaçı mülkiyyətində olmuş və həmin ev X3 ilə N oğlu ara sında bağlanmış borc müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə həmin evin və torpaq sahəsinin satılması, satışdan əldə edilmiş vəsait hesabına X1 cəmi 18.036,44 manat məbləğində borcunun ödənilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar icra məmurunun sifarişi ilə “Cavabdeh1-N” MMC-nin xx xxxxxx 2011-ci il tarixli hesabatına əsasən ipoteka predmeti 17.000 manat məbləğində qiymətləndirilmiş və xx xxxxxx 2011-ci il tarixdə keçirilmiş hərracda alıcı olmadığına görə hərrac baş tutmamışdır. xx xxxxxx 2012-ci il tarixdə evin ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə təkrar hərrac keçirilmiş, lakin yenə də alıcı olmadığına görə hərrac baş tutmamışdır. xx xxxxxx 2012-ci il tarixli hərracın yekunları haqqında protokola və hərracın yekunları üzrə əmlakın alqı-satqısına dair müqaviləyə əsasən ipoteka predmeti ilkin satış qiymətindən 25 faiz az olmayan son satış qiyməti ilə, yəni 10.838 manata Şamxal Vəliyevə satılmışdır. 2016-cı ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh1-N” MMC-nin xx xxxxxx 2011-ci il tarixli hesabatı əsasında ona məxsus fərdi yaşayış evinin müəyyən olunmuş 17.000 manat məbləğində ilkin satış qiymətinin onun real bazar qiymətinə uyğun olmamasını əsas göstərməklə həmin hesabatın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs N oğlu kassasiya şikayət i verərək işə ərazi aidiyyətinin pozulmaqla, iddia müddətinin tətbiqi məsələsinin müzakirə olunmadan baxılmasını əsas göstərməklə qətnamənin apelyasiya şikayətinin rədd olunmuş hissədə ləğv edilməsini və iddianın tam rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, əmlakın mülkiyyətçisi İddiaçı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx xxxxxx 2011-ci il tarixli hesabatın ləğv edilməsinə dair hazırkı iddia tələbindən əvvəl hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin işə məhkəmə instansiyalarında bir neçə dəfə baxılmış və Qəbələ Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair Şəki Apellyasiya Məhkəməsi M ülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə ləğv edilərək iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin həmin qərarında hər iki mülki işin, yəni hərracın yekunlarının etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsinə dair mülki işlə əmlakın qiymətləndirilməsi haqqında hesabatın ləğv edilməsinə dair mülki işin bir icraatda birləşdirilib baxılmasının müzakirə olunması barədə Şəki Apellyasiya Məhkəməsinə göstəriş verilmişdir. İşdən göründüyü kimi məhkəmə kollegiyası biri-biri ilə bağlı olan həmin işlərin bir icraatda birləşdirilməklə baxılmasının mümkünlüyü məsələsini müzakirə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsi nə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə qarşı iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. (169.3) Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxx 2020-ci il tarixli qətnaməsi lə ğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4810/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4810/2020
14.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver