Məhkəmə qərarları › İş №2(102)-4811/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4811/2023

26.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4811/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Qaçqınların və X9 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Qaçqınların və X9 üzrə Dövlət Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “evdən ç ıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5063/23 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 26 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2018-ci il tarixdə RX seriyalı ******* nömrə ilə qeydiyyata alınmışdır. 2. ünvan 2 ünvanında yerləşən 46 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh2 mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində 13.07. 2012-ci il tarixdə RX seriyalı ******* nömrə ilə qeydiyyata alınmışdır 3. ünvan 3 ünvanda yerləşən 46 saylı mənzilinin 1/6 hissəs i xüsusi mülkiyyət kimi Cavabdeh2, 4/6 hissəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1603 nömrəli reyestr kitabının 146859 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. Cavabdeh2 Zəngilan rayonundan məcburi köçkündür. Cavabdeh2, oğlu X10, qızı Cavabdeh1, nəvələri X13 və X2 rayonu, 1-ci Kərpic küçəsi, ev 5 ünvanında 1995-ci ildən indiyədək müvəqqəti qeydiyyatdadırlar.

5. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 30 noyabr 2022-ci il tarixli, 08518320-1222 saylı məktubuna əsasən məhkəməyə Şahid Nəsimi RPİ-nin 21-ci PB-nə verdiyi izahatı daxil olmuşdur. Şəxsi məlumatlar bölməsində izahat verən Şahid ünvan 6 ünvanında qeydiyyatda olduğu, ünvan 11 ünvanında faktiki yaşadığı müəyyən olunmuşdur. Şahid verdiyi izahatında bildirmişdir ki, o, 2004-cü ilin aprel ayından etibarən hazırki ünvanda yaşayır və bu evdə kirayəşin kimi qalır. 2004-cü ilin aprel ayından evin kirayəsini Cavabdeh1 ödəyir. Cavabdeh1 özünü ev yiyəsi kimi bildirdiyindən, həmin tarixdən ev kirəsini ona verir. Sonda izahatının doğruluğunu öz imzası ilə təsdiq etmişdir.

6. Şahid xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 aprel 2012-ci il tarixli, 2(006)- 682/2012 saylı qərardadına əsasən İddiaçı X6 və X3 qarşı «paylı mülkiyyətdə olan əşyadan və mirasdan payların naturada ayrılması» tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi göstərilən şərtlərlə təsdiq edilmişdir:

1. İddiaçı cavabdehlər X6 və X3 qarşı «paylı mülkiyyətdə olan əşyadan və mirasdan payların naturada ayrılması» tələbinə dair iddiasından imtina edir.

2. Bakı şəhəri Nər imanov rayonu 2-ci Cənub küçəsi ev 1 mənzil 46da olan paylarının İddiaçı 4/6 hissəsindən, cavabdeh X11 1/6 hissəsindən Cavabdeh2 xeyrinə imtina edirlər.

3. Bakı şəhəri Nərimanov rayonu 2-ci Cənub küçəsi 1 saylı evin 17,0 m2 yaşayış sahəsindən ibarət olan 1 otaqlı 46 saylı mənzil Cavabdeh2 adına rəsmiləşdirilir.

4. Bakı şəhəri Səbail rayonu Nizami küçəsi ev 86 mənzil 27-də olan paylarının Cavabdeh2 1/6 hissəsindən, cavabdeh X11 1/6 hissəsindən İddiaçı xeyrinə imtina edirlər.

5. Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 86 saylı evin 23,0 m2 yaşayış sahəsindən ibarət olan 2 otaqlı 27 saylı mənzil İddiaçı adına rəsmiləşdirilir. 6. 1993-cü il buraxılışlı, mühərrik nömrəsi **********6815, ban nömrəsi WDB1241331B947560 olan, ** MJ *** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz-300D» markalı və 197 2-ci il buraxılışlı, mühərrik nömrəsi 0471866, ban nömrəsi ******* olan, ** CP *** dövlət qeydiyyat nişanlı «VAZ-2101» markalı avtomobillərdə olan paylarının İddiaçı 4/6 hissəsindən, Cavabdeh2 1/6 hissəsindən cavabdeh X4 xeyrinə imtina edirlər. 7. 1993-cü il buraxılışlı, mühərrik nömrəsi **********6815, ban nömrəsi WDB1241331B94 7560 olan, ** MJ *** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz-300D» markalı və 1972-ci il buraxılışlı, mühərrik nömrəsi 0471866, ban nömrəsi ******* olan, ** CP *** dövlət qeydiyyat nişanlı «VAZ-2101» markalı avtomobillər cavabdeh X4 mülkiyyətinə verilməklə onun adına rəsmiləşdirilir. 8. 07 sentyabr 2005-ci il tarixli və 14 aprel 2011-ci il tarixli şəhadətnamələrdə qeyd edilən 95 səhmdar cəmiyyətdə 19995 ədəd səhmdə olan paylarının İddiaçı 4/6 hissəsindən, Cavabdeh 2 1/6 hissəsindən cavabdeh X4 xeyrinə imtina edirlər. 9. 07 sentyabr 2005-ci il tarixli və 14 aprel 2011-ci il tarixli şəhadətnamələrdə qeyd edilən 95 səhmdar cəmiyyətdə 19995 ədəd cavabdeh X4 adına rəsmiləşdirilir.

10. Tərəflər məhkəmədən xahiş edirlər ki, hüquqların qeydiyyata alınması ilə əlaqədar müvafiq İcra Hakimiyyəti orqanlarına hüquqların qeydiyyata alınması həvalə edilsin.

11. Tərəflər məhkəmədən xahiş edirlər ki, hüquqların qeydiyyata alınması ilə əlaqədar müvafiq İcra Hakimiyyəti orqanına hüquqların qeydiyyata alınması həvalə edilsin. Qərardadla mülki iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh1 qarşı «mülkiyyətdə olan evin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət e dərək, ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 1-ci Kərpic döngəsi, 5 ünvanda yerləşən mülkiyyətin boşaldılmasını xahiş etmişdir.

9. Qaçqınların və X9 üzrə Dövlət Komitəsi mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

10. Sonradan, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 mülki işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir.

11. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 1-ci kərpic döngəsi 5 ünvanda yerləşən **********19-10301 saylı çıxarışa əsasən 1/3 hissədə ona məxsus yaşayış sahəsinin cavabdehlər tərəfindən boşaldılması və Cavabdeh1 16.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus həyət evində 1/3 hissənin 2 balaca otağını baldızı Cavabdeh1 özlüyündə öz istifadəsinə götürmüş, otağın birini uzun illərdir kirayəyə vermiş, kirayədən əldə etdiyi pulları öz məsrəflərinə xərcləyir, digər otağı isə öz şəxsi istifadəsindədir. Onun da övladları var. Adına çıxarış olduğu evdən o da istifadə etmək istəyir, lakin buna yol verilmir. Onu hədələyirlər.

13. Birinci instansiya məhkəməsində Cavabdeh1 tərəfindən məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, iddia ərizəsində göstərilənlər mənzilə iddiaçının mülkiyyət hüququnun olması istisna edilməklə göstərilən digər hallar əslində həqiqəti əks etdirmir. Belə ki, iddiaçı ilə onların qohumluq münasibətləri vardır. İddiaçı onun mərhum q ardaşı arvadıdır. Onlar, o, cümlədən hal-hazırda 90 yaşlı anası X5, qardaşı X10, X14 və X1 rayonundan məcburi köçkün kimi mübahisəli mənzilə iddiaçının razılığı ilə 1993-cü ildə köçüb yaşasalar da, 1995-ci ildən həmin mənzildə Zəngilan rayonundan olan qaçqın kimi qeydiyyatdadırlar. Bu qədər ailənin iddiaçının özünün qeyd etdiyi kimi balaca otaqda yerləşməsi nə dərəcədə inandırıcı ola bilər?. Bu uzun 30 il ərzində necə ola bilər ki, o, bir otağı kirayəyə versin və iddiaçının isə bununla əlaqədar ona qarşı heç bir tələbi olmasın?. Ona görə də, bu göstərilənlər həqiqətə uyğun deyil. Onu da xüsusilə vurğulamaq istəyir ki, qaçqın və məcburi köçkünlərin hüquqlarının və qanuni maraqlarının müdafiəsinə, pozulmuş hüquq və vəzifələrinin bərpasına qanunvericiliklə müəyyən olunmuş qaydada yardım etmək dövlət qaçqınkomun əsas fəaliyyət sahələrindən biridir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Məhkəməyə təqdim olunan arayışla da təsdiq edilir ki, o və digər ailə üzvləri onunla birlikdə 5 nəfər tərkibdə mübahisələndirilən mənzildə 1995-ci ildən məcburi köçkün kimi qeydiyyata alınmaqla orada məskunlaşmışlar. Onların başqa yaşayış yeri yoxdur. Həmin mənzili boşaltmağa da razıdır. Mənzilin boşaldılması yuxarıda sadalanan qanunun tələbinə əsasən müvafiq dövlət qurumları onları müvəqqəti olaraq yaşayış sah əsi ilə təmin etdikləri təqdirdə boşaltmağa razıdır. Bu məsələnin həlli də X9 üzrə Dövlət Komitəsinə və müvafiq icra hakimiyyətlərinə həvalə edilmişdir. Ona görə də, həmin dövlət qurumlarında nümayəndələrin məhkəmədə iştirakı zəruridir. Hesab edir ki, iddia ərizəsi onlar müvəqqəti olaraq yaşayış sahəsi ilə təmin olunduqları təqdirdə təmin edilə bilər.

14. Cavabdeh1 tərəfindən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair ərizəsinə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, o, 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün gəldiyi vaxtdan qardaşı Zakirin və gəlinləri Yeganənin razılığı ilə onların 1-ci kərpic döngəsi, ev 5 ünvanındakı mənzillərində məskunlaşmış, indiyə qədər də həmin ünvanda müvəqqəti qeydiyyatdadır və orada yaşayır. İddiaçı ona qarşı iddia irəli sürü r ki, guya o, həyətə kirayəçi gətirmiş və ondan 16.000 manat pul tələb edir. Bu iddia tamamilə əsassız olduğu üçün qəbul etmir. Çünki, onları ora köçürəndə Mehrac xala mənzilin alt mərtəbəsində yaşayırdı. Mehrac xalanı ora qardaşı Zakir onlardan öncə yerləşdirmişdi. Məcburi köçkün düşmüş əmisi oğlu Vilayəti də ailəsi ilə birlikdə qardaşı Zakir həmin həyətdə yerləşdirmişdi. Bir müddət sonra otaq 5 nəfərə görə kiçik olduğu üçün Vilayət ailəsi ilə birlikdə həyətdən köçmüşdür. Onlar həmin mənzildə kiçik bir mətbəx düzəltmişlər. Mehrac xalanın yaşadığı mənzilə tez-tez kanalizasiya suyu axırdı deyə qardaşı Mehrac xalanı həmin otağa yerləşdirmiş və ona kirayə pulunu anasına verməyi tapşırmışdır. Evdə idarəçiliyi anası etdiyinə görə həmin pula ev üçün ərzaq almışdır. Göründüyü kimi, onun nə o mənz ilə kirayəçi gətirmək, nə də ki, verilən kirayə pulu ilə heç bir əlaqəsi olmamışdır. Onsuz da əlavə zərurət olduqda ehtiyaclarını qardaşı Zakir ödəmişdir. 2004-cü ildə öz oğlanları tamah məqsədilə qardaşına qəsd etmişlər. Qardaşını xüsusi amansızlıqla qətlə yetirdikləri üçün ləyaqətsiz vərəsə elan olunmuşlar. Amnistiyaya düşmək üçün dəfələrlə razılıq ərizəsi istəmişlər. Onlar razı olmadıqları üçün düşmən kəsilmişlər. Seymur həbsdən çıxandan sonra anası Yeganənin əli ilə onları evdən çıxarmağa çalışır və qardaşının sağlığında onlara yardım kimi verdiyi kirayə pulunu tələb edirlər. Bununla onların canlarını acıtmağa çalışırlar və qisas almağa cəhd edirlər. Qeyd edir ki, 30 ildən sonra, qardaşının ölümündən 18 il sonra bu cür iddialar əsassızdır, məntiqsizdir. Qeyd olunanlara əsasən İddiaçı o nlara qarşı olan iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizəsinin rədd edilməsi xahiş edilmişdir.

15. Cavabdeh2 tərəfindən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair ərizəsinə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, onlar (yəni o və ailə üzvləri) 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün kimi Bakıda yaşayan oğlu Zakirin və gəlini Yeganənin razılığı ilə onların ünvan 11 ünvandakı mənzillərində məskunlaşmışlar, bu günə qədər də həmin ünvanda məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadırlar və orada yaşayırlar. Zakirin onlarla bərabər Zəngilan rayonundan məcburi köçkün gələn əmisi oğlu Vilayəti də 5 nəfər ailə üzvü ilə birlikdə həyətdəki bir otağa yerləşdirmişlər. Məskunlaşdıqları evin alt mərtəbəsində oğlunun Mehrac adında kirayəçisi var idi. Oğlu və gəlini köçkün düşən qohumlara hər cür yardım edirdilər. Onlara isə yardım məqsədi ilə evin dolanışığını keçindirmək üçün Mehraca kirayə pulunu ona verməyi tapşırmışdır. Bir müddət sonra ev darısqal və şəraitsiz (mətbəx yox idi) olduğu üçün Zakirin əmisi oğlu ailə üzvləri ilə birlikdə o həyətdən köçmüşdür. Bundan sonra Zakir kirayəçi Mehracı həmin otağa köçürdü və yenə də, kirayə pulunu ona verməyi tapşırmışdır. Mehrac dünyasını dəyişənə qədər həmin həyətdə yaşamışdır. Onu da qeyd edir ki, Mehrac ölümündən bir müddət əvvəl gəlib ona demişdir ki, rəhmətliyin oğlu Seymur gəlib kirayə pulunu bundan sonra ona verməsini istəyir. O, etiraz etməmiş və ondan sonra Mehrac kirayə pulunu onlara vermişdir. Yəni illər öncə də gəlib onlardan mənzili boşaltmağı və ya kirayə pulunu tələb etsəyd ilər yenə də razılaşardılar. Çox təəssüf ki, 2004-cü ildə oğlu Zakir öz oğlanları tərəfindən qətlə yetirilmişdir. O zamandan sonra gəlini ilə əvvəlki münasibəti olmamışdır. Buna baxmayaraq, gəlini heç vaxt, hətta oğlunun ölümündən sonra belə nə onları həmin mənzildən çıxarmağa, nə də ki, həyətdə kirayəçi olduğunu bildiyi halda kirayə pulunu almağa təşəbbüs göstərməmişdir. Zakirin ölümündən 18 il keçdikdən sonra Yeganə onları mənzildən çıxarmaq üçün müraciət etmişdir (hansı ki, bunu daha öncə də edə bilərdi). Bu müraciət isə oğlu Zakirin qatili Seymurun türmədən çıxmasından sonraya təsadüf edir. Oğlunu xüsusi amansızlıqla qətlə yetirdikləri üçün onları bağışlamamışdır. Ona görə də, onları düşmən kimi görürlər, qisas almağa, canlarını incitməyə çalışırlar. Çox təəssüf ki, bunu da bir vaxtlar onu çox sevən, hər zaman ona hörmət edən gəlini Yeganənin vasitəsilə həyata keçirməyə çalışırlar. Qeyd olunanlara əsasən İddiaçı onlara qarşı olan iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizəsinin rədd edilməsi xahiş edilmişdir.

16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-299/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddianın qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi rayonu 1-ci Kərpic döngəsi 5 saylı evin İddiaçı məxsus olan (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) 1/3 hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması, iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 90 manatın 50 manatı və mediasiya xərci qismində ödənilmiş 50 manat pul vəsaitinin cavabdehlər Ca vabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi olan 40 manatnın İddiaçı aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlərin nümayəndəsi iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, 1-ci Kərpic döngəsi 5 saylı evin İddiaçı məxsus olan 1\3 hissəsinin mülkiyyətçisi olmasını və onların evin həmin hissəsini boşaltmalı olmasını qəbul etmişdir. Başqa sözlə, cavabdeh tərəf iddiaçının paylı mülkiyyət hissəsində yaşamaları və istifadələrinin qanuni əsaslarının olmamasını etiraf etmişlər. Bu isə cavabdehlərin iddiaçını paylı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum etməsi kimi qiymətləndirilir.

18. Məhkəmə hesab etmişdir ki, iddianın Bakı şəhəri Nəsimi rayonu 1-ci Kərpic döngəsi 5 saylı evin İddiaçı məxsus olan (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) 1/3 hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılmalı olmasına dair hissəsi əsaslıdır və ona görə də təmin edilməlidir

19. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, məhkəmə iddia tələbinin qalan hissədə əsaslı olmasına dair iddiaçı tərəfin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçı Cavabdeh1 kirayə haqqı kimi ödənildiyini iddia etdiyi 16.000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istinad etdiyi Şahid məhkəmə iclasına dəvət edil məsi, ifadəsinin dinlənilməsinin mümkünsüzlüyü onun vəfat etməsi ilə bağlıdır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında Şahid Nəsimi RPİnin 21-ci PB-də verdiyi izahatında kirayə haqqı ödədiyini göstərsə də, onun hansı tarixlərdə və hansı məbləğlərdə kirayə haqqı ödəməsini açıqlamadığı üçün bu faktın həqiqətən də baş verməsi anlamına gəlməyə əsas vermir. Habelə Şahid qeyd edilən izahatı hansı işlə (mübahisə) ilə əlaqədar verməsi və nəticə etibarı ilə toplanmış materiallar əsasında qərarın qəbul edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır.

21. Məhkəmə hesab etmişdir ki, iddia tələbi kirayə haqqı kimi alınması iddia edilən pul vəsaitinin Cavabdeh1 iddiaçının xeyrinə tutulması hissəsində tam sübuta yetirilmədiyindən təmin edilə bilməz.

22. Məhkəmə gəld iyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29,43-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdehlərin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərd ə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Məhkəmə təqdim edilən çıxarışa əsasən iddiaçının mülkiyyət hüququnun təmin edilməsi məqsədilə iddia tələbini təmin etsə də, digər qanunvericilik aktı ilə nəzərdə tutulmuş imperativ tələbi pozmuşdur. Belə ki, sözügedən sərəncama əsasən məcburi köçkünlərin öz doğma yurdlarına qayıdanadək müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması qadağan edilsə də, məhkəmə mübahisəli mənzilin boşaldılması ilə bağlı qətnamə çıxarmışdır.Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə halla r mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Məhkəmə qətnamə çıxararkən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin də təsdiqlədiyi faktı, yəni cavabdehin mübahisəli mənzildən başqa yaşayış yeri olmadığını və Komitə tərəfindən başqa müvəqqəti məskunlaşma yerinin təmin edilməməsini nəzərə almamışdır.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra - apelyasiya instansiyası məhkəməsi) 2(103)-5063/2023 nömrəli mülki iş üzrə 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və F.Ş.Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının Bakı şəhəri, Nəsimi rayonu, 1ci Kərpic döngəsi 5 saylı evin İddiaçı məxsus olan 1\3 hissəsinin mülkiyyətçisi olmasını və onların evin həmin hissəsini boşaltmalı olmasını qəbul edir, lakin cavabdehlərin məcburi köçkün olması, onların hər hansı yaşayış yerinin olmadığını, həmçinin Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən yaşamaq üçün mənzillə təmin edilmədiyi, ona görə cavabdehlərin öz doğma torpaqlarına qayıdacaqları vaxta qədər vaxt verilməsini xahiş edir. Başqa sözlə, cavabdeh tərəf iddiaçının paylı mülkiyyət hissəsində yaşamaları və istifadələrinin qanuni əsaslarını n olmamasını etiraf etmişlər. Bu isə cavabdehlərin iddiaçını paylı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum etməsi kimi qiymətləndirilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın Bakı şəhəri, Nəsimi rayonu, 1-ci Kərpic döngəsi, 5 saylı evin İddiaçı məxsus olan (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) 1/3 hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılmalı olmasına dair hissəsi əsaslıdır və ona görə də təmin edilməlidir.

28. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəz ərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmiş və onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Belə ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən 13 iyul 2012-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı hüquqların dövlət qeyd iyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 46 saylı mənzili xüsusi mülkiyyət kimi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1603 nömrəli reyestr kitabının 146859 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeyd edilən bəndə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Məhkəmə təqdim edilən çıxarışa əsasən iddiaçının mülkiyyət hüququnun təmin edilməsi məqsədilə id dia tələbini təmin etsə də, digər qanunvericilik aktı ilə nəzərdə tutulmuş imperativ tələbi pozmuşdur. Belə ki, sözügedən Sərəncama əsasən məcburi köçkünlərin öz doğma yurdlarına qayıdanadək müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması qadağan edilsə də, məhkəmə mübahisəli mənzilin boşaldılması ilə bağlı qətnamə çıxarmışdır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 41 saylıMənzilKommunal İstismar Sahəsinin 17 oktyabr 2022-ci il tarixli, 544 saylı arayışından görünür ki, Cavabdeh2 Zəngilan rayonundan məcburi köçkündür. Cavabdeh2, oğ lu X10, qızı Cavabdeh1, nəvələri X13 və X2 rayonu, 1-ci Kərpic küçəsi, ev 5 ünvanında 1995-ci ildən indiyədək müvəqqəti qeydiyyatdadırlar. Qeyd edilən maddəyə əsasən məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Məhkəmə qətnamə çıxararkən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin də təsdiqlədiyi faktı, yəni cavabdehin mübahisəli mənzildən başqa yaşayış yeri olmadığını və Komitə tərəfindən başqa müvəqqəti məskunlaşma yerinin təmin edilməməsini nəzə rə almamışdır. Qeyd edilən maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnamə çıxararkən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin də təsdiqlədiyi faktı, yəni cavabdehin mübahisəli mənzildən başqa yaşayış yeri olmadığını və Komitə tərəfindən başqa müvəqqəti məskunlaşma yerinin təmin edilməməsini nəzərə almamışdır.Yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi rəhbər tutaraq bildirirəm ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-299/2023 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5063/2023 saylı eyni mövqeli qətnaməsi qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

32. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MPM

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin ə sası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya insta nsiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Məhkəmə kollegiyası izah edir ki, mülkiyyətin müdafiəsini təmin edən 157.2-ci maddəsinin mənasından göründüyü kimi, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin müəyyən olunması zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, əşyanın cavabdehin sahibliyində olması, cavabdehin əşyaya sahibliyinin qanunsuz olması.

48. Mübahisə predmeti daşınmaz əşyadır. Belə əşyalar üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh mənzil üzərində hüququnun qeydə alınması ilə bağlı hər hansı sübuta malik deyil, lakin iddiaçı məhz daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüququndan çıxış edərək hazırkı tələbini irəli sürmüşdür.

49. Mülki prosessual qanunvericili yə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

50. Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin işə cəlb edilməməsi ilə bağlı dəlilə münasibətdə isə qeyd edilməlidir ki, işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr tərəfindən dövlət komitəsi işə cəlb edilmişdir. Onlara həmin dövlət orqanı tərəfindən mənzil verilməsindən sonra çıxarılma ilə bağlı dəlilə münasibətdə isə qeyd edilməlidir ki, həmin məsələ hazırda deyil, məhz icra mərhələsində həll edilməlidir.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki pros essual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, M əhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5063/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar