Məhkəmə qərarları › İş №2(102)-4812/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4812/2019

04.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4812/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi,Cavabdeh2 və vəkili X6 iştirakları ilə, Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim: Z.Ə.Axundov 2(003)-2527/2018) iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin edilmiş, Bakı şəhəri, Binə qəsəbəsi,137 saylı sahədə yerləşən torpaq sahəsində olan hasara (əmlaka) qəsd və müdaxilənin edilməsi Cavabdeh2 qadağan edilməsi, Cavabdeh2 mənəvi zərərə görə 500(beş yüz) manat məbləğində manat pulun İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi Cavabdeh2 münasibətdə qalan hissədə və iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi) E.Y.Şamayev və X.Ə.Saryev; 2(103)-13359/2018) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin veri lməsi üçün cavabdeh Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərə Xəzər rayonu, ********** küçəsində yerləşən torpaq sahəsində olan hasarına (əmlakına) hər cür qəsd və müdaxiləyə qadağa qoymaqla, ona vurulmuş maddi ziyana görə 10 000 (on min) manat, mənəvi ziyana görə 10 000 (on min) manat olmaqla, cəmi 20 000 (iyirmi min) manat kompensasiya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) RİHB-nın "Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında" 27.08.1993-cü il tarixli, ******* saylı sərəncam əsasında Binə qəsəbəsində *** saylı sahədə ona 750 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin toıpaq sahəsinin cizgi və xəritədən çıxarışı hazırlanaraq 24.09.2014 -cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhəri şöbəsinə göndərilmişdir. O, 1993-cü il tarixdə evin tikintisinə başlasa da, Cavabdeh1 və Cavabdeh2 evin tikintisinə mane olmuşlar. Nəticədə evin tikintisi natamam qalmışdır. Həyətinin daş hasarı dəfələrlə cavabdehlər tərəfindən sökülmüşdür. O, həyətini əkib-becərə bilmir. Cavabdehlərin məhkəməyə verdilkləri "torpaq sahəsindən çıxarılma" iddia tələbinə əsasən beş ilə yaxındır ki, həyat yoldaşı cavabdeh qismində məhkəmədə iştirak edir. Nəticədə həmin iddia rədd olunsa da, o, işindən olmuş, aylarla yollarda qalmış, yol və kirayə haqqı ödəmiş, kafelərdə yeməklə pul xərcləmişdir. Bu xərclər və keçirdikləri psixol oji sarsıntılar kər kəsə bəllidir. 17.01.2017-ci il tarixdə Cavabdeh2 onun həyat yoldaşına xəsarə yetidiyinə görə barəsində CM-nin 128-ci madəsi ilə cinayət işi başlamış, Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh2 500 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Həmin cinayət işinə görə onlar altı ay istintaq və məhkəməyə gedib gəlmiş, işindən olmuş vəəlavə xərclər çəkmişlər. Sağlamlıqlarının pozulması ilə bağlı əlavə çəkdikləri xərclərin, o cümlədən müalicə, əlavə qidalanmaya, dərmanların alınmasına xərclədiyi pulun(zərərin) təxminən 2000 manatını tələb etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsassız və qanunsuz olduğu üçün ləğv edilməsini və iddia tələbinin təmin edilməməklə rədd edilməsi barədə qə rar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.1, 217.2, 217.3, 220-ci maddələrinin tələblərini pozmuş, səhv nəticəyə gələrək qərəzli və ədalətsiq qətnamə qəbul etmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında cvabdeh Cavabdeh2 və vəkili X6 oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. İddiaçı nümayəmdəsi X3 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldikləri üçün işin kassasiya baxışında onların izahatları dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə laz ımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsin in maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından, o cümlədən işə əlavə edilmiş, Ba kı şəhəri Əzizbəyov (indiki Xəzər) RİHB-nın "Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrıması haqqında” 27.08.1993-cü il tarixli, ****** saylı sərəncamı əsasında İddiaçı Ağayar qızına Binə qəsəbəsində 137 saylı sahədə 750 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 727 nömrəli reyestr kitabının 68906 nömrəli vərəqində 30.05.2017-ci ildə qeydiyyata alınmışdır. İddiaçı cavabdehlərin onun mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə mane olduğunu, nəticədə ona maddi və mənəvi ziyan vurduğunu iddia edir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)- 286/2017 saylı, 25.07.2017-ci il tarixli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 128- ci maddəsi ilə nəzərdə tutuhnuş cinayət əməlini törətməkdə təqsirli bilin miş və ona beş yüz manat miqdarında cərimə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3302/17 saylı 19 aprel 2017-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh X2 qarşı məhkəmədə iddia qaldıraraq sonuncunun torpaq sahəsindən çıxarılma barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 15 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)3302/17 saylı 19 aprel 2017-ci il tarixli qətnaməsi ilə qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə ə mlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1 -ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsu b əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). - 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Mənəvi zərərin öd ənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəs inə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1 -ci maddə sinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) RİHB-nın "Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmasi haqqında" 27.08.1993-cü il tarixli, 577/9 saylı sərəncam əsasında Binə qəsəbəsində, ******* saylı sahədə ayrılmış 750 kv.metr torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh2 sözügedən torpağın, ona məxsus olmasını iddia etməsi, eləcə də tərəflər arasında mülki və cinayət mühakimə icraatı qayasında baxılmış müb ahisələr onu deməyə əsas verir ki, cavahdeh X4 tərəfindən iddiaçının torpaq sahəsinə olan mülkiyyət hüquqlarını həyata keçirməyə maneə yaradılmış və hazırda da yaradılma ehtimalı relaldır. Bakı şəhəri, Binə qəsəbəsi, ****** saylı sahədə yerləşən torpaq sahəsində olan hasara (əmlaka) Cavabdeh2 tərəfindən qəsd və müdaxilənin törədilməsi ona qadağan edilməlidir. İşə apellyasiya qaydasında baxan məhkəmə kiollegiyası hesab etmişdir ki, Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində iddiaçının onun mtilkiyyətində olan torpaq sahəsindən sərbəst istifadə və gəlir əldə etmək imkanları məhdudlaşmış və bununla da iddiaçı psixoloji və mənəvi iztirablar və sarsıntılar keçirmiş, ona mənəvi zərər vurulmuşdur. Bu əsasdan mənəvi zərərə görə Cavabdeh2 500 (beş yüz) manat məbləğində kompensasiyanın iddiaçının xe yrinə ödənilməsini kollegiya ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci in stansiya məhkəməsi hazırki iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 24 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar