Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4812/2020 04.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(104)909/2020 saylı qətnaməsindən N oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.Ə.Şirinov, iş № 2(044)-4553/2018) İddiaçı1 Cavabdehnə qarşı iddiası təmin edilərək Gəncə şəhəri Kəpəz Rayo n Məhkəmə icraçıları şöbəsinin məhkəmə icraçısı Əhməd Məmmədzadənin xx xxxxxx 2009-cu il tarixli qərarı əsasında xx xxxxxx 2009-cu il tarixli icra vərəqəsi üzrə borclu N oğlunun barəsində icra hərəkətlərinin aparılmaması və xx xxxxxx 2009-cu il tarixli icra vərəqəsi üzrə heç bir icra hərəkətinin aparılmaması qanunsuz hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: Ə.İ.Məmmədov, R.Ş.Muradov və Ş.M.Əliyeva) üçüncü şəxs Səfərov Akif Bahadur oğlunun apelyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Azərbaycan Respublikası Gəncə Yerli İqtisad Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qərardadı əsasında verilmiş xx xx xxxx 2009-cu il tarixli icra vərəqəsinə əsasən iddiaçı N tərəfindən maye qaz doldurma məntəqəsinə və məntəqənin yerləşdiyi əraziyə olan hüquqlarından imtina etməsi müqabilində İddiaçı1 140.000 ABŞ dolları verilməlidir. Həmin icra vərəqəsi icra edilməsi üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəmə icraçıları şöbəsinə göndərilmiş və şöbənin məhkəmə icraçısı N tərəfindən xx xxxxxx 2009cu il tarixdə icra üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. 2018-ci ilin sentyabr ayında İddiaçı1 nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məhkəmə icraçısı N tərəfindən xx xxxxxx 2009-cu il tarixdə icra üzrə icraata başlandıqdan sonra indiyə kimi icra sənədinin icrası ilə əlaqədar heç bir tədbirin görülməməsini əsas göstərməklə məhkəmə icraçısının hərəkətlərinin qanunsuz hesab edil məsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə üçüncü şəxs N oğlu kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipinin tələblərinin pozulmaqla onun barışıq sazişinin şərti kimi müəyyən olunmuş 140.000 ABŞ dollarını ödəməsi barədə məhkəməyə sübutlar təqdim etmək hüququndan məhrum olunmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxma ğı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin olunmasını qanuni və əsaslı hesab edərkən iş üzrə Cavabdeh tərəfindən xx xxxxxx 2009-cu il tarixli icra sənədinin icrası üzrə müvafiq tədbirlərin görülməməsini və işdə icra sənədində göstərilən pul məbləğinin İddiaçı 1 ödənilməsi barədə sübutların olmamasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə səthi araşdırılmış və qiymətləndirilmiş sübutlar əsasında gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış barışıq sazişinin şərtinə əsasən N oğlu İddiaçı1 140.000 ABŞ dolları ödəməlidir. İddiaçı1 hazırkı tələblə məhkəməyə müraciət edərkən borclu Akif Səfərov tərəfindən icra sənədində göstərilən məbləğin ona tam ödənilməməsini, İcra İdarəsi tərəfindən isə bununla əlaqədar müvafiq icra hərəkətlərinin həyata keçirilməsini təmin etməməsini əsas göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin baxılması xx xxxxxxx 2018-ci il tarixə təyin olunmuş və bu barədə məhkəmənin xx xxxxxxxx 2018- ci il tarixli məktubu ilə tərəflərə məlumat verilmişdir. (i/v 16) Cavabdeh rəisi xx xxxxxxx 2018-ci il tarixli məktubla məhkəməyə Kəpəz rayon İcra şöbəsinin arxivinin İcra İdarəsinin arxivinə təhvil verilməməsi səbəbindən icra sənədinin nəticəsi barədə məlumat verilməsinin mümkün olmaması barədə məlumat vermişdir. Lakin birinci instansiya məhkəməsi icra işinin tələb olunub tədqiq edilməsini təmin etmədən elə həmin gün – xx xxxxxxx 2018-ci il tarixdə İcra İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxaraq icra sənədi üzrə heç bir icra hərəkətinin aparılmaması barədə nəticəyə gələrək iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən eyni zamanda icra sənədi üzrə borclu Akif Səfərov da işə cəlb edilməmiş, onun iddia tələbinə münasibəti və icranın vəziyyəti müəyyən olunmamışd ır. İşdən görünür ki, qətnamədən cavabdeh tərəfindən şikayət verilməmiş və apelyasiya instansiyası məhkəməsi tərəfindən işə yalnız borclu Nun şikayəti əsasında baxılmışdır. Akif Səfərov apelyasiya şikayətində icra sənədində göstərilən borcu ödəməsini bildirsə də, onun iştirakı təmin edilmədən işə baxılaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Akif Səfərov kassasiya şikayətində barışıq sazişi üzrə öhdəliyinə əməl etməsini bildirmiş və məhkəmədə iştirakının təmin ediləcəyi təqdirdə bu barədə müvafiq sübutlar təqdim edəcəyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. (9.1) Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə iş də iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. (9.2) Lakin işə baxan məhkəmə instansiyaları tərəfindən mübahisəyə çəkişmə prinsipinin tələblərinə əməl edilmədən baxılaraq qətnamə yalnız iddiaçının heç bir mötəbər sübuta söykənməyən dəlilləri əsasında çıxarılmış, MPM-nin 14.1-ci maddəsinin tələbinə müvafiq olaraq həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaradılmamış, qətnamə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının tələblərinə uyğun əsaslandırılmamışdır. İddia tələbinin borcun “tam ödənilməməsi” əsası ilə irəli sürülməsinə baxmayaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıdan ödənilən və qalan borcun məbləği belə soruşulmamış, mübahisəyə aydınlıq gətirilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə o lan xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4812/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4812/2020
04.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver