Məhkəmə qərarları › İş №2(102)-4816/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4816/2022

11.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4816/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: açılmış pəncərənin sökülməsi, əvvəlki vəziyyətinin bərpa edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(103)2551/2022 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə tərəf lər qonşuluqda yaşayırlar. 12 iyun 2018-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən, ümumi sahəsi 102.5 kv.metr olan 30 saylı ev fərdi yaşayış evi İddiaçı atası X1 mülkiyyətində olub və sonuncu 18 fevral 2020-ci ildə ölüb. Həmçinin, 1963-cü ilin aprel aydında tərtib edilmiş fərdi yaşayış evinin “Texniki Pasportu”na əsasən, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi Cavabdeh məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 2 evdə açılmış və həyətyanı torpaq sahəsinə baxan iki ədəd pəncərənin cavabdehin hesabına sökülməsi və onun yerinin cavabdehin hesabına bağlan ılaraq əvvəllki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, onun yaşadığı Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən 30 saylı fərdi yaşayış evi və torpaq sahəsi atası X adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb və sonuncu 18 fevral 2020-ci ildə ölüb. Həmin evdə o, anası və bacısı qeydiyyatda olmaqla yaşayırlar. ünvan 1 ünvanda qeydiyyatda olub yaşayan qonşusu Cavabdeh tərəfindən onun həyətyanı torpaq sahəsinə tərəf iki qanunsuz pəncərə açılıb. Yaşadığı evin 11 iyun 2018-ci il tarixli “Texniki Pasportun”a əsasən həyətyanı tikililər və qurğular texniki pasportda öz əksini tapıb. Lakin, ünvan 1 ünvanda yaşayan qonşu Cavabdeh tərəfindən hasardan həyətinə iki pəncərə açılıb. Bu barədə polisə və icra hak imiyyətinə şikayətlər etsə də, heç bir nəticəsi olmayıb və ona məhkəməyə müraciət etməsi tövsiyə olunub. Cavabdeh tərəfindən hasarda quraşdırılan həmin pəncərələr onun yaşadığı həyət sahəsinə baxdığı üçün ona maneçilik yaradır. X2 da aydın görünür ki, qonşu ilə aralarında olan hasarda iki pəncərə yoxdur. Həmin pəncərələr cavabdeh tərəfindən qanunsuz olaraq açılıb. Cavabdeh tərəfindən hasardan həyətinə bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikintitexniki normalara ziddir. Məhkəmə Ekspertiza Mərkəzinin 19 mart 2021-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi 28 saylı evin arxa divarında olan cavabdeh tərəfindən açılmış nəfəslik oyuqları şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə d air pasportda nəzərdə tutulmadığına və nəfəslik oyuqları açılarkən aidiyyəti orqanlarla razılaşdırılmadığına görə, həmin nəfəslik oyuqlarınnı Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli, 160 saylı qərarına əsasına tikinti norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən olunur. Nəfəslik oyuqlarının açılmasının iddiaçıya maneə yaradıb-yaratmaması tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığına görə bu sual cavablandırılmayıb. Cavabdeh tərəfindən açılan nəfəslik oyuqları şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasportda öz əksini tapmadığına və nəfəslik oyuqları açılarkən aidiyyəti orqanlarla razılaşdırılmadığına görə həmin nəfəslik oyuqlarının texniki cəhətdən bağlanması mümkündür. Həmçinin, qeyd olunmuşd ur ki, nəfəslik oyuqlarının bağlanacağı təqdirdə oyuqların açıldığı otaqların yerləşmə vəziyyətinə əsasən başqa tərəfdən açılması mümkün deyil. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) iddia qismən təmin edilərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evlə İddiaçı yaşadığı ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinin ortaq divarında Cavabdeh tərəfindən inşa edilməklə evin həyətyanı sahəsinə açılmış 0.96 x 0.42 və 0.6 x 0.6 metr ölçüdə pəncərələr (nəfəsliklər) Cavabdeh öz hesabına bağlaması və iddianın qalan hissədə rədd edilməsi qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, ünvan 1 ünvanda yerləşən mübahisəli pəncərələrin açılması “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni ob yektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na riayət olunmadan inşa olunduğunu, mübahisəli pəncərələrin yerləşdiyi otaqların işıqlandırılması və havalandırılması üçün həmin otaqların digər tərəfdən pəncərələrlə (ikinci işıqla) təmin olunduğunu, mübahisəli pəncərələrinin iddiaçının müvafiq texniki pasport üzrə nəzərdə tutulmuş həyətyanı torpaq sahəsinə tərəf açılmasını və bunun nəticəsində iddiaçının mülkiyyətində olan evin həyətindən sərbəst istifadəsinə mane olduğunu nəzərə alaraq hesab etmişdir ki, ünvan 1 ünvanda cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan evin həyətyanı sahəsinə açı lmış 0.96 x 0.42 və 0.6 x 0.6 metr ölçüdə inşa edilmiş nəfəslik oyuqları cavabdehin öz hesabına bağlanmalıdır. Çünki, ortaq divarlarda pəncərə boşluqlarının açılması normativ sənədlərə və hər iki qonşunun tələbatına cavab verməlidir. Bu baxımdan mübahisə qiymətləndirildikdə yaşayış sahəsinin fasad divarında pəncərənin (nəfəsliklərin) quraşdırılması nəticəsində iddiaçının hüququ cavabdeh tərəfindən pozulub. Odur ki, iddiaçı qanunsuz inşa etdiyi pəncərənin (nəfəsliklərin) cavabdehin öz hesabına bağlanmasını tələb etməkdə haqlı olub. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 180.1, 180.4-cü maddələrinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1, 71.2-ci maddələrinin və Mülki Prosessual Məcəllənin 14.2, 107, 119.1-ci maddələrinin və dig ər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhər, Xəzər Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyində qeyd olunanları əsas tutub ünvan 1 ünvanda yer ləşən mübahisəli pəncərələrin açılması “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na riayət olunmadan inşa olunduğu qənaətinə gəlib. Belə ki, iddiaçı mübahisəli ünvanda yerləşən evin faktiki mülkiyyətçisidir və cavabdeh tərəfindən açılmış pəncərə onun mülkiyyət hüquqlarını pozduğundan onun hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlib və apellyasiya şikayətinin dəlillər i qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.8, 152.5, 165.1, 180.1, 180.4-cü maddələrinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1, 71.2-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 385.2, 119.1ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instnasiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər M ehparə Əhmədova sədrlik edən, məruzəçi, Ələsgər Əliyev və İsmayıl Xəlilov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsində baxılarkən 11 noyabr 2020-ci il tarixdə göstərilən ünvanda yerində müayinə keçirilib və bu barədə tərtib edilmiş yerində müayinə protokolunda qeyd edilib ki, yerində müayinə zamanı cavabdehin yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən 28 saylı evin iki mərtəbədən ibarət olduğu, həmin evin birinci mərtəbəsinin arxa divarının sol və sağ hissələrində pəncərəl ərin açıldığı, həmin evlə iddiaçının yaşadığı evin həyətinin arasında hasarın olmadığı, həmin pəncərələrin iddiaçının yaşadığı bir mərtəbəli evin əks istiqamətində yerləşdiyi müəyyən edilib. Bu fakt yerində müayinə zamanı tərtib edilmiş protokolda öz əksini tapdığı halda birinci instansiya məhkəməsi bu hala qiymət verməyib, apellyasiya instansiyası məhkəməsi də məhkəmə araşdırmasını həyata keçirərkən, göstərilən xüsusatları araşdırmayıb və onlara hər hansı hüquqi qiymət verməyib. Həmçinin, birinci instsansiya məhkəməsində işə baxılarkən, ekspert qarşısında suallar qoyulan zaman pəncərələrlə bağlı suallar qoyulmayıb, lakin ekspert rəyində cavabdehin evində iki ədəd nəfəsliyin mövcud olmasından bəhs edilmişdir ki, sözlərin izahlı lüğətində nəfəslik sözünün anlayışı “otağın havasını dəyişdirm ək üçün pəncərədə kiçik göz” kimi verilib. Pəncərə ilə nəfəslik anlayışı tamam fərqli terminlərdir ki, bu xüsusata da nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi əhəmiyyət verməyib. Bundan əlavə, ekspert rəyində göstərilmişdir ki, “nəfəslik oyuqlarının bağlanacağı təqdirdə oyuqların açıldığı otaqların yerləşmə vəziyyətinə əsasən başqa tərəfdən açılması mümkün deyil”. Bu xüsusat da işə baxmış məhkəmələr tərəfindən nəzərə alınmayıb. Halbuki, nəfəslik oyuqlarının açıldığı otaqlarda başqa tərəfdən nəfəsliyin açılmasının qeyri mümkün olması, mübahisəsi gedən nəfəsliklər bağlanacağı təqdirdə həmin evdə yaşayan şəxslərin Azərbaycan Respublikasının Konsittusiyası ilə müəyyən edilmiş sağlam yaşamaq hüquqlarına, normal şəraitli mənzillə bağlı hüquqlarına (nəfəsliklər ba ğlanacağı təqdirdə otaqlarda yaranacaq nəmişlik və sair kompanentlər əsasında evin normal vəziyyətdə saxlanmasının qeyri-mümkün olacağı, evin tənəzzülə uğramaq ehtimalının yüksək olması) əhəmiyyətli dərəcədə əks təsir göstərmiş olacaqdır və qeyd edilən hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Cavabdeh işə birinci instansiya məhkəməsində baxılarkən, nəfəsliklərdən birinin 1947-ci ildə açıldığını bildirib, işə baxmış birinci instansiya məhkəməsi ekspertiza təyin edərkən, bu halın araşdırılması üçün hər hansı tədbir görməyib (nəfəsliklərin açılma tarixi ilə bağlı araşdırma aparmayıb, ekspert qarşısında sual qoymayıb). Halbuki bu halın araşdırılması ona görə zəruri idi ki, əgər nəfəsliklərin açılma tarixi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən əv vəlki tarixə təsadüf edəcəkdirsə bu zaman qeyd edilən Məcəllənin normaları mübahisəyə tətbiq edilə və normalara uyğunsuzluq əsası ilə iddia tələbi təmin edilə bilməz. Məhkəmə araşdırmasını davam etdirmiş olan apellyasiya instansiyası məhkəməsi də bu xüsusata apelyasiya şikayətində göstərildiyi halda hər hansı münasibət bildirməyib və o, da öz növbəsində bu istiqamətdə hər hansı məhkəmə araşdırmasını həyata keçirməyib. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına a lır. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Kassasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 10.8-1, 407.2, 416, 417.1.3, 418.1, 418.3-cü maddələrinin tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev sədrlik edən, məruzəçi, Namiq Cəfərov, Xəyal Sarıyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnamə si ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iddianı qismən təmin etməkdə haqlı olmayıb. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçü n artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Ekspertin rəyi ilə müəyyən olunur ki, Cavabdeh yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən 28 saylı evdə açılmış oyuqlar nəfəslik olmaqla iddiaçının yaşadığı evin qarşısındakı həyətyanı torpaq sahəsinə açılır, həmin nəfəsliklər döşəmə səviyyəsindən 1,97 metr və 1,37 metr yüksəklikdə açılıb, lakin onlar texniki pasportda göstərilməyib, həmin nəfəsliklərin texniki cəhətdən bağlanması mümkündür, lakin bu halda cavabdehin evinin havanlandırılmasında problemlər yarana bilər, çünki həmin pəncərələrin olduğu otağın çölə yalnız bir divarı mövcuddur, digər üç divarı isə evin daxili otaqlarına açılır. Həmçinin, mübahisəli nə fəsliklərdən birinin 1947-ci ildə açıldığı işin mübahisəsiz halıdır. Belə olan halda onun açılması Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən əvvəlki tarixə təsadüf etdiyi üçün qeyd edilən Məcəllənin normaları mübahisəyə tətbiq edilə bilməz və birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verib. İddiaçı sökülməsini tələb etdiyi nəfəsliklərin mövcud olmasının onun mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən sərbəst istifadəsinə hər hansı mane yaratdığını təsdiq edən sübutları məhkəməyə təqdim etməyib. Digər tərəfdən, həmin nəfəsliklərin bağlanması onların daxil olduğu otağa normal hava axınının, günəş işığının daxil olmasına maneə yarada bilər ki, bu da cavabdehin həyat və sağlamlığı üçün əlverişsiz nəticələrə gəti rib çıxara bilər. Apellypasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 180.4-cü maddəsinin, Mülki Prosessual Məcəllənin 9, 14.2, 77.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiya məhkəməsi şikayətin qismən təmin edilməsi barədə qətnamə qəbul edərkən, bir sıra yanlışlıqlara yol verib. Belə ki, iddiaçının sökülm əsini tələb etdiyi nəfəsliklərdən (pəncərə) birinin 1947-ci ildə açılması ilə bağlı nəticəyə gələrkən hansı sübuta əsaslanmasını qətnamədən müəyyən etmək olmur. Həmin halın iddiaçı tərəfindən təsdiq olunması ilə bağlı qeyd olunanlar isə həqiqəti əks etdirmir. Bundan başqa, cavabdeh və nümayəndəsi məhkəmə iclasında verdikləri izahatlarında və apellyasiya şikayətində pəncərələrin onun tərəfindən açılmaması ilə bağlı hər hansı bir dəlil gətirməyiblər. Cavabdehin yaşadığı evin arxa divarının sol və sağ hissəsində olan pəncərələr iddiaçının yaşadığı evin əks istiqamətində yerləşməsi ilə bağlı nəticəyə gələrkən, iş materiallarında olan 11 noyabr 2020-ci il tarixli protokola istinad olunsa da, kassasiya şikayəti tərtib olunmamışdan əvvəl evə və pəncərələrə yerində baxış keçirtdikdə şahid olundu k i, pəncərələr cavabdeh tərəfindən son illərdə açılıb və iddiaçının evinin düz qarşısında yerləşir. Nəfəsliklərin bağlanacağı təqdirdə evdə yaşayan şəxslərin sağlam yaşamaq hüquqlarına, normal şəraitli mənzillə bağlı hüquqlarına əhəmiyyətli dərəcədə əks təsir göstərmiş olunacağı ilə bağlı dəlillərə dair heç bir sübut təqdim olunmayıb. Cavabdehə məxsus evin birinci mərtəbədə yerləşən sahənin arxa divarlarında pəncərənin və ya nəfəsliklərin bağlanaraq, əvvəlki vəziyyətə qaytarılması hələ o, demək deyil ki, ev yaşayış üçün uyğun deyil. Apellyasiya instansiya məhkəməsi öz qətnaməsini əsaslandırmaq üçün nəfəsliklərin bağlanacağı təqdirdə otağa normal hava axınının, günəş işiğının daxil olmasına maneə yarada biləcəyini göstərsə də, sözlərin izahlı lüğətində nəfəslik sözünün anlayışına da yer veri lib. Nəfəslik “otağın havasını dəyişdirmək üçün pəncərədə kiçik göz”. Göründüyü kimi nəfəslik otağın havasını dəyişdirmək üçün pəncərənin üzərində olması ilə şərtləndirilir və pəncərənin tərkib hissəsi hesab olunur. Cavabdeh tərəfindən qanunsuz yolla açılmış orta ölçülü pəncərəni nəfəslik kimi qəbul etməsi və ona haqq qazandırmaq cəhdini qanuni və əsaslı hesab etmək olmaz. Bundan başqa, iddiaçı ilə cavabdeh münaqişəli vəziyyətdədirlər. Cavabdeh iddiaçı tərəfindən öz evinin həyətində mövcud olan tikililərin sökülməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edib. Mübahisəli vəziyyətin davam etdyi bir şəraitdə cavabdehin qanunsuz hərəkətlərinə haqq qazandırmaq əsassızdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, iki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz; 180.4-cı maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin q ərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələri n işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual normalara görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edi lməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdi rilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə tərəflər qonşuluqda yaşayırlar. 12 iyun 2018-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən, ümumi sahəsi 102.5 kv.metr olan 30 saylı ev fərdi yaşayış evi İddiaçı atası X1 mülkiyyətində olub və sonuncu 18 fevral 2020-ci ildə ölüb. Həmçinin, 1963-cü ilin aprel aydında tərtib edilmiş fərdi yaşayış evinin “Texniki Pasportu”na əsasən, Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən 28 saylı fərdi yaşayış evi Cavabdeh məxsusdur. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iddianı qismən təmin etməkdə haqlı olmayıb. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni di spozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə, ekspertin rəyi ilə müəyyən olunur ki, Cavabdeh yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsində yerləşən 28 saylı evdə açılmış oyuqlar nəfəslik olmaqla iddiaçının yaşadığı evin qarşısındakı həyətyanı torpaq sahəsinə açılır, həmin nəfəsliklər döşəmə səviyyəsindən 1,97 metr və 1,37 metr yüksəklikdə açılıb, lakin onlar texniki pasportda göstərilməyib, həmin nəfəsliklərin texniki cəhətdən bağlanması mümkündür, lakin bu halda cavabdehin evinin havanlandırılmasında problemlər yarana bilər, çünki həmin pəncərələrin olduğu otağın çölə yalnız bir divarı möv cuddur, digər üç divarı isə evin daxili otaqlarına açılır. Həmçinin, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisəli nəfəsliklərdən birinin 1947-ci ildə açıldığı işin mübahisəsiz halıdır. Belə olan halda onun açılması Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsindən əvvəlki tarixə təsadüf etdiyi üçün qeyd edilən Məcəllənin normaları mübahisəyə tətbiq edilə bilməz və birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verib. Bundan başqa, iddiaçı sökülməsini tələb etdiyi nəfəsliklərin mövcud olmasının onun mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən sərbəst istifadəsinə hər hansı mane yaratdığını təsdiq edən sübutları məhkəməyə təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nə zərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən, iki tərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya di gər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz; Apellyasiya instansiyası məhkəməsi, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin hallarını nəzərə alıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərini araşdırıb düzgün olaraq qeyd etmişdir ki, 30 saylı evin istifadəçisi kimi iddiaçının və ailə üzvlərinin öz həyətyanı torpaq sahəsindən istifadə etmələrində onlara elə bir maneçilik yaratmadığından, başqa sözlə onların hüququ əhəmiyyətsiz dərəc ədə pozulduğundan, 28 saylı evdə açılmış oyuqlar nəfəslik olmaqla iddiaçının və ailə üzvlərinin yaşadıqları 30 saylı evin qarşısındakı həyətyanı torpaq sahəsinə açıldığından, iddia təmin edilə bilməz. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət vermədiyini və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etmədiyindən, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(103)-2551/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar