Məhkəmə qərarları › İş №2(102)-4817/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4817/2020

11.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4817/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh xna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bank hesabında olan pul vəsaitinin geri qaytarılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh xnun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xnömrəli iş üzrə xx xxxxxx 2019cu il tarixli qətnaməsindən İddiaçı və cavabdeh x tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi. İşin halları

1. İş materiallarına əsasən, tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 25 saylı depozit müqaviləsi ilə iddiaçı, 18 ay müddətinə, yəni xx xxxxxx 2016-cı il tarixədək 12 %-lə 2.000 ABŞ dolları məbləğində pul vəsaitini banka əmanət qoymuşdur. X2 xx xxxxxx 2015-ci il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 % olmuşdur. Həmin Şuranın xx.xx.2016-cı il tarixli qərarı ilə xx.xx.2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 % müəyyən edilmişdir. Müqavilənin qüvvədə olduğu dövrdə, yəni xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxnömrəli qərarı ilə «xxxx» ASC müflis elan edilərək iflas proseduruna başlanmışdır. Buna baxmayaraq əmanət məbləği iddiaçıya qaytarılmamışdır. Bununla yanaşı bank müflis elan edilərkən iddiaçının bankdakı hesabında 24382 avro, 98.520 ABŞ dolları və 10,23 manat pul vəsaitləri qalmışdır. İddiaçının həmin vəsaitləri də qaytarılmamış və onların iflas proseduruna uyğun növbəlilik qaydasında ödəniləcəyi bildirilmişdir.

2. İddiaçı yuxarıda qeyd edilənlərə əsaslanaraq, bankdakı bütün vəsaitlərinin sığortalanmış əmanət hesab edilməsini, pul vəsaitlərinin x tərəfindən geri qaytarılmasını tələb edir.

3. Cavabdeh isə bildirir ki, 2000 ABŞ dollarına dair əmanət müqaviləsinin müddəti 2016-cı ilin dekabr ayında uzadılarkən xarici valyutada qoyulmuş əmanətə hesablanan faizin X2 xx.xx.2016-cı il tarixli qərarı ilə müəyyən edilmiş dərəcəsinə salınmasına dair tərəflər arasında razılaşma o lmamışdır. Bu səbəbdən həmin vəsait qorunan əmanət hesab edilməmişdir. Eyni zamanda iddiaçının cari hesabında olan vəsaitlər əmanət sayılmadığı üçün onlar sığortalanmış hesab edilmir. Odur ki, idiaçının tələb etdiyi vəsaitlər bankın müflis olması ilə əlaqədar iflas proseduruna uyğun qaydada ödənilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xndan onun xeyrinə 2.000 ABŞ dolları məbləğində əmanətin, 24.382 avro məbləğində bank hesabında qalmış pul vəsaitinin, 100 156 ABŞ dolları 16 sent məbləğində bank hesabında qalmış pul vəsaitinin və 10 manat 23 qəpik məbləğində bank hesabında qalmış pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (haki m C.Tağıyev) xx xxxxxx 2019-cu il tarixli, 2(006)-3003/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 1.635 ABŞ dolları 34 sent əmanət məbləği ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla cavabdeh xndan tutularaq İddiaçı ödənilməsi, «xxxx» ASC-də qalıq qalmış 10 manat 23 qəpik, həmçinin 98.520 ABŞ dolları 82 sent və 24.382 avro məbləğində pul vəsaitlərinin ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla cavabdeh xndan tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı 2000 ABŞ dollarının əmanət qoyulmasına dair müqavilə bağlayarkən faiz dərəcəsi 12 % olmuş, bu baxımdan həmin vəsait qorunan əmanət olmuşdur. Digər pul vəsaitlərinə dair iddianın təmin edilməsi isə əsaslandırılmamışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məmmədova (sədrlik edən və məruzəçi), V.Həsənov və X.Sarıyev) xx xxxxxx 2019-cu il tarixli, xxnömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, qətnamə “xxxx” ASC-də qalıq qalmış 10 manat 23 qəpik, həmçinin 98.520 ABŞ doları 82 sent və 24 382 avro məbləğində pul vəsaitlərinin tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, 2000 ABŞ dolları əmanət Banka yerləşdirilərkən, 12 % dərəcəsi ilə qorunan əmanət olmuşdur. xx xxxx 2016-cı il tarixindən etibarən qorunan əmanətlər üçün müə yyən edilmiş faiz dərəcəsinin bu əmanətə aidiyyətı yoxdur. Kreditor tələbləri bank hesabında qalmış 24.382 avro, 100.156,16 ABŞ dolları və 10,23 manat pul vəsaitlərinin Əmanət Sığorta Fondundan əmanət kimi qaytarılmasının tələb edilməsinin hüquqi əsası yoxdur. Kassasiya şikayətlərinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı a) Kassasiya şikayətlərinin dəlilləri

9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin iddianın rədd edilməsi hissəsində ləğv, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmanətlərin sığortalanması haqqında” AR Qanununun 2.1.1-ci maddəsinə əsasən “əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir”. Həmin Qanunun 2.1.5-ci maddəsində isə deyilir: "Qorunan əmanətçi - aşağıdakılar istisna olunmaqla, bankda əmanəti olan fiziki şəxsdir”. İddiaçının “xxxx” ASC-də bank hesablarında qalmış vəsaiti sadalanan istisnalara daxil deyil. İddiaçı fiziki şəxsdir, “xxxx“ ASC ondan geri ödəməli olduğu pul vəsaitlərini qəbul edib. Deməli, mübahisəli pul məbləğləri, yəni iddiaçının “xxxx” ASC-də bank hesablarında qalmış vəsaiti qorunan əmanətdir. Cavabdeh banklardakı əmanətləri sonuncuların ona ödədiyi haqlar, o cümlədən “Əmanətlərin sığortalanması haqqında” Qanunun 13-cü maddəsinə müvafiq olaraq təqvim haqları müqabilində sığortalayır. Belə ki, Qanunun 13.4-cü maddəsində deyilir: “Təqvim haqları iştirakçı bankların Fondun reyestrinə daxil olundu ğu gündən başlayaraq, birinci ildə qorunan əmanətlərin rüb ərzində orta günlük qalıq məbləğinin 0,15 faizi, sonrakı illərdə isə 0,125 faizi həcmində ödənilir”. Cavabdehin Himayəçilik Şurasının təsdiq etdiyi “İştirakçı banklar tərəfindən xna təqvim haqlarının ödənilməsi və hesabatlarıntəqdim edilməsi Qaydaları”nın 2 saylı Əlavəsinin 3.1-ci bəndində vurğulanır ki, “əmanət” dedikdə hesablanmış faizlər də daxil olmaqla bankın balansında aparılan cari, əmanət (depozit) və digər hesaba qoyulmuş və ya köçürürlmüş pul vəsaiti” başa düşülür. Başqa sözlə, cavabdeh təqvim haqlarını fiziki şəxslərin banklardakı bütün hesablarının cəmi məbləğinə mütənasib alır. Deməli, cari bank hesabındakı vəsait üzrə də bank cavabdehə təqvim haqqı ödəyirsə, həmin vəsait qorunandır, sığortalıdır. Ümumiyyətlə, həm faiz gəliri götürmək (Mülki Məcəllədəki bank əmanəti), həm də faiz gəliri götürməmək məqsədilə fiziki şəxsin bankdakı vəsaiti “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”na uyğun olaraq bank hesabında saxlanılır. Bu baxımdan fiziki şəxsin bankdakı hər hansı vəsaiti bank hesabındakı qalıqdır. Məhkəmənin mövqeyindən belə çıxır ki, fiziki şəxsin bankla bağladığı bank əmanəti müqaviləsinin müddəti bitdikdə, fiziki şəxs müddəti uzatmaq istəmədikdə və həmin andan əmanətin üzərinə faiz hesablanmadıqda, sözügedən pul vəsaiti artıq qorunan deyil. Məsələn, tutaq ki, vətəndaş banka deyir ki, bank əmanəti müqaviləsinin müddəti bitib, pulumu qaytar. Bank isə qaytarmır, deyir: gəl, müddəti uzadaq. Bu halda Məhkəmənin mövqeyini rəhbər tutsaq, vətəndaş faktiki olaraq şantaja məruz qalmış olur. Çünki müddəti uzatmasa, vəsaitinin üzərinə faiz hesablanmayacaq, deməli, artıq əmanət hesab olunmadığı üçün qorunan vəsait də olmayacaq. Bank müflisləşsə, cavabdeh həmin məbləği kompensasiya etməkdən imtina edəcək. Deyəcək ki, bu, artıq əmanət deyildi, bank hesabındakı qalıq idi. Başqa sözlə, Məhkəmənin mövqeyi bankların əmanətçiləri şantaj etməsinə xidmət edə bilər. Təbii ki, qanunvericinin iradəsi belə ola bilməz.

11. Cavabdeh də kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv və həmin hissədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmanət müqaviləsinə əsasən iddiaçı 18 ay müddətinə illik 12 % dərəcəsilə 2000 ABŞ dolları məblə ğində əmanət yerləşdirmişdir. xnun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15 %, xarici valyutada qorunan əmanətlər üzrə 3 % müəyyən edilmişdir. xx xxxx 2016-cı il tarixindən etibarən xna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 4 (dörd) il müddətində tam sığortalanır və tam kompensasiya olunur. Beləliklə, İddiaçı tərəfindən xx xxxx 2015-ci il tarixində yerləşdirilmiş əmanət “Əmanətlərin Tam Sığortalanması” haqqında Qanunun qəbul edilməsi ilə, yəni xx xxxx 2016-cı il tarixindən etibarən Qanunun qorunan əmanətlər üçün müəyyən etdiyi tələblərə uyğu n olmadığı üçün qorunmayan statusda olmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili, öz kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, cavabdehin kassasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili, öz kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, iddiaçının kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmu ş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

16. Maddə 948.3. Fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz.

17. Maddə 947.2. İstənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir.

18. Maddə 950.1. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu:

21. Maddə

1. Əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabil iyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.

22. Maddə 2.1.2 və 2.1.2.6 Qorunan əmanət – sığorta hadisəsi baş verdikdə x tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir.

23. Maddə 2.1.3. Sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.

24. Maddə 8.1.20. X3 qorunan əmanətlər üzrə illik faiz dərəc əsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir.

25. Maddə 25.1.4. Əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir;

26. Maddə 27.1. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. «Əmanətlərin tam sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanunu:

27. Maddə

3. Bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq xnun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 (dörd) il müddətində tam sığortalanır.

28. Maddə 4.1. Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri xnun Himayəçilik Şurasının m üəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır.

29. Maddə 4.2. Müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. Kassasiya baxışının hədləri

30. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Hazırkı işin yuxarıda qeyd edilən faktiki halları baxımından apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının xx xxxx 2015-ci il tarixli Bank əmanəti “Əmanətlərin sığortalanması haqqında” Qanuna əsasən qorunan əmanətlər kateqoriyasına aid olduğundan (sadə sığorta), cavabdeh tərəfindən “Əmanətlərin tam sığortalanması haqqında” Qanuna istinad edilməklə əmanət məbləğinin qaytar ılmasından əsassız olaraq imtina edilmişdir. “Əmanətlərin tam sığortalanması haqqında” Qanun əmanətin tam sığortalanmasını, yəni “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsini tətbiq etmədən (“Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən, Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.) kompensasiya edilməsini nəzərdə tutur.

33. Kollegiya qeyd etmişdir ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən, xnun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1 -ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir; 5.2-ci maddəsinə əsasən, Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir.

34. İddianın təmin olunan hissəsinin xarici valyuta ilə hesablanması “Əmanətlərin sığortalanması haqqında” Qanununun tələblərinə uyğundur. Belə ki, həmin Qanunun 27.1-ci maddəsinə əsasən, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutala r üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.

35. Apelyasiya məhkəməsi bildirmişdir ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun qəbul edilməsi ilə “Əmanətlərin sığortalanması haqqında” Qanun qüvvədən düşməmişdir. Belə ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, Əmanətçilərin x və iştirakçı banklarla münasibətləri, habelə bu Qanunun tələbləri nəzərə alınmaqla tam sığortalanmış əmanətlər üzrə kompensasiyanın ödənilməsi qaydası, həmçinin ictimaiyyətin məlumatlandırılması məsələləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir; 2-ci maddəsinə əsasən Bu Qanunda istifadə olunan anlayışlar “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənaları ifadə edir.

36. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 1.635 ABŞ dolları 34 sent əmanət məbləğinin cavabdeh xndan tutularaq, İddiaçı ödənilməsi əsaslıdır.

37. Apelyasiya məhkəməsi bu qənaətə gələrkən onu da nəzərə almışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair x xxxx 2017-ci il tarixli qərarında qeyd olunur ki, “Əmanətlərin sığortalanması haqqında” Qanun bankla əmanətçi arasında olan münasibətlərə şamil edilmir. Bu Qanun yalnız iştirakçı bankda sığorta h adisəsinin baş verməsi ilə əlaqədar əmanətçilərə kompensasiyanın ödənilməsi məsələlərini tənzimləyir. Həmin Qanunun normalarının təhlilindən görünür ki, banka qoyulmuş əmanətə görə kompensasiya yalnız sığorta hadisəsi, yəni bankın müflis elan olunması, məcburi ləğv edilməsi və s. baş verdikdə və öz öhdəliklərini yerinə yetirə bilməməsi faktı təsdiq edildikdə ödənilir. Belə halda qoyulmuş əmanətin əvəzinə kompensasiya bank tərəfindən deyil, Fond tərəfindən verilir. Əgər belə sığorta hadisəsi baş verməmişdirsə, qoyulan əmanət bankla bağlanan bank əmanəti müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdə bank tərəfindən hansı valyutada qoyulmuşdursa, həmin valyutada da mülkiyyət kimi geri qaytarılmalıdır.

38. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır.

39. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununu n 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair x xxxxxxxx 2018-ci il tarixli qərarında qeyd olunur ki, “Əmanətlərin sığortalanması haqqında” Qanun iştirakçı bankda sığorta hadisəsinin baş verməsi ilə əlaqədar qorunan əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddinə riayət olunmaqla bağlanılaraq bankın əməliyyat sisteminə qorunan əmanət kimi daxil edilmiş bank əmanəti müqavilələri əsasında kompensasiya ödənilməsini nəzərdə tutur. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinin tələblərinə uyğun olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün əmanətə görə ödənilən cəmi faiz qorunan əmanətlər üçün müəyyən edilmiş illik faiz dərəcəsindən artıq olmamalıdır.

40. Apelyasiya məhkəməsi iddia tələbində qeyd edilən digər məbləğlər - 24.382 avro, 100.156,16 ABŞ d olları və 10,23 manat bank hesabında qalmış pul vəsaitləri ilə bağlı qeyd etmişdir ki, onların bankda əmanət kimi yerləşdirilməsinə dair hər hansı sübutlar təqdim edilməmişdir. Bu vəsaitlər əmanət kimi yerləşdirilməmiş, bank hesabında hesab üzrə qalan vəsaitdir. Odur ki, kreditor tələbləri kimi qeyd alınır. Belə olan halda həmin vəsaitlərin xndan əmanət kimi qaytarılmasının tələb olunmasının hüquqi əsası yoxdur.

41. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və ink işafını təmin etməkdir.

42. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh xnun kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xnömrəli iş üzrə xx xxxxx x 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar