Məhkəmə qərarları › İş №2(102)-482/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-482/2025

04.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-482/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: yardımçı tikilinin təhvil verilməsi, tələb hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yardımçı tikilinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1887/2024 nömrəli iş üzrə 24 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-x reyestr nömrəli 01 iyul 2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X8 tam mülkiyyət hüququ üzrə özünə məxsus olan Daşkəsən şəhəri, Mədənçilər küçəsi, X evin 5 saylı mənzilini İddiaçı 20000 manata satmışdır. Həmin hüququ ilə İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır

2. Daşkəsən şəhəri (Mədənçilər) Vahid Alıyev küçəsi X, mənzil 6-da yaşayan Cavabdeh, Daşkəsən şəhəri (Mədənçilər) Vahid Alıyev küçəsi X, mənzil 6-da yaşayan X11, Daşkəsən şəhəri A.Abdullayev küçəsi bina 1a, mənzil 25-də yaşayan Şahid2 və Gəncə şəhəri Bəxtiyar Əliyev küçəsi ev 9-da yaşayan Şahid4 iştirakı ilə tərtib edilmiş 15 fevra l 2024-cü il tarixli akta əsasən Daşkəsən şəhəri (Mədənçilər) Vahid Alıyev küçəsi X, mənzil 5-də əvvəllər yaşamış, mərhum X9 2018-ci ildə yaşamış olduğu binanın yaxınlığında yerləşən özünə məxsus olmuş vaxtilə istifadə etdiyi əl damını oğlu Şahid2 və Şahid4 Hidayər qızı ilə razılaşaraq onların iştirakı ilə X10 200 manata daimi istifadə etmək üçün vermişdir.

3. Daşkəsən şəhəri (Mədənçilər) Vahid Alıyev küçəsi X, mənzil 6-da yaşayan birinci Qarabağ müharibəsi veteranı Cavabdeh, Daşkəsən şəhəri Mədənçilər küçəsi X, mənzil 1də yaşayan X14, Daşkəsən şəhəri Mədənçilər küçəsi Xa, mənzil 1-də yaşayan birinci Qarabağ müharibəsi veteranı Şahid1, Daşkəsən şəhəri A.Abdullayev küçəsi bina 1a, mənzil 25-də yaşayan X12 və Daşkəsən şəhəri A.Abdullayev küçəsi bina 1a, mənzil 3-də yaşayan Şahid3 iştirakı il ə tərtib edilmiş 27 fevral 2024-cü il tarixli akta əsasən Daşkəsən şəhəri, Mədənçilər küçəsi X, mənzil 5-də əvvəllər yaşamış mərhum X9 binanın yaxınlığında yerləşən, özünə məxsus olmuş, vaxtilə istifadə etdiyi əl damından 2018-ci il tarixdən hal-hazıradək Cavabdeh istifadə edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi, X evin 5 saylı mənzilinə yardımçı tikilinin Cavabdeh (bundan sonra “cavabdeh”) alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi, X evin 5 saylı mənzilini 01 iyul 2020-ci il ta rixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X1 almışdır. Mənzilə dair adına daşınmaz əmlakın Dövlət reyestrindən 20 iyul 2020-ci il tarixli çıxarış verilmişdir. Alqı-satqı zamanı Ramidə Məmmədova mənzilə dair yardımçı tikilinin (əl damının) mövcud olduğunu və həmin tikilini müvəqqəti istifadə etmək üçün cavabdehə verdiyini bildirmişdir. İddiaçı dəfələrlə cavabdehə yardımçı tikilini boşaldıb ona təhvil verməsini xahiş etsə də, lakin müsbət nəticə olmamışdır. Cavabdeh iddiaçıya bildirmişdir ki, həmin tikilini X2 almışdır.

6. Birinci instansiya məhkəməsində cavabdeh iddiya etirazında göstərmişdir ki, 1994cü ildən Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi X evin 6 saylı mənzilində yaşayır. 2018-ci ilin iyun ayında mübahisəli köməkçi tikilini X4 200 manata satın almışdır. Tikilinin sənədi olmadığı üçün alqı-satqını rəsmiləşdirə bilməmişdir. Tikili uçuq vəziyyətdə olduğu üçün təmir etdirmişdir. Buna 1000 manatdan çox xərc çəkmişdir. İddiaçı ona 800 manat ödəyərsə, tikilini ona qaytarmağa razıdır. Hazırda onun istifadəsində 2 köməkçi tikili vardır. 2020-ci ildə Ramidə Məmmədova özünə məxsus olan onunla qonşuluqda yerləşən Daşkəsən şəhəri, V.Alıyev (Mədənçilər) küçəsi, X evin 5 saylı mənzilini iddiaçıya satmışdır. O, Ramidə Məmmədovadan tikilini ona satıb-satmamasını soruşduqda köməkçi tikilini cavabdehə satmadığını bildirmişdir.

7. Birinci instansiya məhkəməsində Şahid4 göstərmişdir ki, Daşkəsən şəhəri, V.Alıyev (Mədənçilər) küçəsi, X evin 5 saylı mənzili və binanın yaxınlığında yerləşən 5 saylı yardımçı tikili anası X7 məxsus olmuşdur. 2018-ci ildə anası Ramidə Məmməd ova 5 saylı yardımçı tikilini qonşuları olan cavabdehə 200 manata satmışdır. 2020-ci ildə anası Ramidə Məmmədova qeyd edilən mənzili iddiaçıya satanda yardımçı tikilini cavabdehə satdıqlarını iddiaçıya bildirmişlər. Sonradan anası vəfat etmişdir.

8. Birinci instansiya məhkəməsində Şahid2 göstərmişdir ki, Daşkəsən şəhəri, V.Alıyev (Mədənçilər) küçəsi, X binanın hər mənzilinin bir yardımçı tikilisi olmuş, 5 saylı mənzilin yardımçı tikilisini 2018-ci ildə anası Ramidə Məmmədova cavabdehin arvadı Rəna müəlliməyə 200 manata satmışdır. Həmin vaxt o, anasının yanında olmuş, Rəna müəllimə pulu onun yanında anası Ramidəyə vermişdir. 2020-ci ildə isə Daşkəsən şəhəri, V.Alıyev (Mədənçilər) küçəsi X evin 5 saylı mənzilini iddiaçıya satmışlar. Sonradan anası vəfat etmişdir.

9. Birinci instansiya məhk əməsində Şahid3 göstərmişdir ki, mübahisədən yaxın zamanlarda xəbəri omuşdur. Cavabdeh onun çağıraraq Daşkəsən şəhəri V.Alıyev (Mədənçilər) küçəsi X binanın yaxınlığında yerləşən yardımçı tikilinin qapısını dəyişməyi xahiş etmiş, o, da 30 manat qapı üçün 20 manat isə zəhmət haqqı alaraq qapını dəyişdirmişdir.

10. Birinci instansiya məhkəməsində Şahid1 göstərmişdir ki, cavabdehi tanıyır, iddiaçı ilə tanışlığı yoxdur. Cavabdeh onun yaşadığı binanın üst tərəfində yerləşən yardımçı tikilini təxminən 2018-ci ildə satın almışdır. İddiaçının tikilini satın aldığı qadının adı yadında deyildir. Həmin tikili bərbad vəziyyətdə olmuşdur.

11. Daşkəsən Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(030)-332/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Daşkəsən şəhəri, V.Alıyev (Mədənçilər) küçəsi, X binanın 5 saylı mənzilinə aid yardımçı tikilinin cavabdehdən alınıb iddiaçıya qaytarılması; ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Kənan Vəliyev)

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X3 şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-x reyestr nömrəli 01 iyul 2020-ci il tarixli müqavilə əsasında Daşkəsən şəhəri Vahid Alıyev (Mədənçilər) küçəsi X binanın 5 saylı mənzilini iddiaçıya satmışdır. Həmin mənzil 20 iyul 2020-ci il tarixdə tam mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan Mədənçilər küçəsinin adı dəyişdirilərək Vahid Alıyev küçəsi verilmişdir. Daşkəsən şəhəri, Vahid Alıyev (Mədənçilər) küçəsi, X bina 6 mənzillidir və hər mənzil üçün binanın həyətində bir əlavə köməkçi tikililər inşa edilmişdir. Binanın 5 saylı mənzilinə aid olan yardımçı tikili iddiaçının deyil, qonşu mənzilin sahibi olan cavabdehin istifadəsindədir. Cavabdeh həmin tikilini mənzilin əvvəlki mülkiyyətçisindən şifahi razılaşma əsasında pul ödəməklə almışdır. Hazırda cavabdeh həm özünə məxsus olan 6 saylı mənzilə, həm də qonşusu olan iddiaçıya məxsus 5 saylı mənzilə aid olan köməkçi tikililərdən istifadə edir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarına görə iddiaçı Daşkəsən şəhəri, Vahid Alıyev (Mədənçilər) küçəsi, X yaşayış binasının 5 saylı mənziliniin mülkiyyətçisi olduğu halda, həmin mənzilin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahəsindən istifadə hüququnu həyata keçirə bilmir. Cavabdehi n iddiaçıya məxsus 5 saylı mənzilə aid olan köməkçi tikilidən istifadə etməsinin qanuni əsasları mövcud deyildir.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Daşkəsən şəhəri, Vahid Alıyev (Mədənçilər) küçəsi, X binanın 5 saylı mənzilinin tam hüquqlu mülkiyyətçisi olduğundan həmin mənzil üçün binanın həyətində yerləşən əlavə köməkçi tikililidən istifadə hüququna malikdir. Odur ki, iddiaçı bu tələbini irəli sürməkdə haqlı olmuşdur.

15. Birinci instansiya məhkəməsi həmin tikilinin cavabdeh tərəfindən əldə edilməsinin əsaslarına münasibətdə isə göstərmişdir ki, daşınmaz əmlakla bağlı müqavilənin xüsusi etibarlılıq şərtlərindən ən başlıcası odur ki, həmin müqavilə yazılı olmalı və notarial qaydada təsdiq edilməlidir. Odur ki, həmin tikilini mənzilin əvvəlki mülkiyyətçisindən şif ahi razılaşma əsasında satın almasının hüquqi nəticəsi yoxdur.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.8, 158.1.2, 227.1, 227.2, 337.1, 337.4, 394-cü, Mənzil Məcəlləsinin 12.5-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə hər hansı hüquqi əsasa sö ykənmədən hesab edir ki, 5 saylı mənzilin əl damı cavabdeh tərəfindən zəbt edilmişdir. Şahid ifadələri sübutların bir növü olsa da, iş üzrə şahid kimi dindirilmiş şəxslərin verdikləri izahata hüquqi qiymət verilməmişdir. Məhkəmə əsassız, qanuna əsaslanmadan cavabdehin həmin əşya üzərində hüquqları olmadığını göstərsə də, iddiaçının hansı əsasla həmin əmlak üzərində istifadə hüququnun olmasını əsaslandırmamışdır. İş üçün sübut əhəmiyyəti daşıyan aktları məhkəməyə təqdim etmişdir. Həmin aktlarla təsdiq olunur ki, mübahisə predmeti olan yardımçı tikilini cavabdeh 2018-ci ildə əldə etmişdir, əmlakı abadlaşdırmış, onu yararlı hala salmışdır. Məhkəmə hesab etmişdir ki, həmin əmlakın alınmasına görə cavabdehlə Ramidə Məmmədova arasında müqavilə bağlanmamışdır. Qeyd edilməlidir ki, mübahisə predme ti olan həmin əmlaka görə hüquq müəyyənedici sənəd mövcud olmamışdır. Belə olan halda həmin daşınmaz əmlaka görə alqı-satqı müqaviləsinin bağlanması mümkün deyil. İddiaçının da həmin əmlaka belə bir hüququ yoxdur. Mərhum R.Məmmədovanın övladları analarının müəyyən haqq müqabilində həmin yardımçı tikilini cavabdehə satdığını təsdiq etmişlər. Lakin məhkəmə heç bir araşdırma aparmadan cavabdehin vicdanlı alıcı kimi həmin əmlaka sahib olmasına əhəmiyyət verməmişdir.

19. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1887/2024 saylı, 24 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Daşkəsən Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 2(030)-332/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı yardımçı ti kilinin qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev, Loğman Süleymanov)

20. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin mübahisəsiz halına görə satıcı X9 (satıcı) ilə iddiaçı (alıcı) arasında Gəncə şəhəri 3 saylı notariat ofisində 01 iyul 2020-ci il tarixli 4Ə-x reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı ona məxsus Daşkəsən şəhəri, Vahid Alıyev (Mədənçilər) küçəsi, X binanın 5 saylı mənzilini alıcıya satmışdır. Başqa sözlə, həmin alqısatqı müqaviləsinin predmeti məhz qeyd edilən mənzil olmuş, mübahisə predmeti olan yardımçı tikili satıcı X9 ilə alıcı olan iddiaçı arasındakı alqı-satqı münasibətlərinin predmeti olmamışdır.

21. Digər tər əfdən nəzərə almaq lazımdır ki, satıcı X6 övladları Şahid4 və Şahid2 birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və bildirmişlər ki, Daşkəsən şəhəri, V.Alıyev (Mədənçilər) küçəsi, X evin 5 saylı mənzili və binanın yaxınlığında yerləşən 5 saylı yardımçı tikili anası X7 məxsus olmuşdur. 2018-ci ildə anası Ramidə Məmmədova 5 saylı yardımçı tikilini qonşuları olan cavabdehə 200 manat müqabilində satmışdır. 2020-ci ildə anası Ramidə Məmmədova qeyd edilən mənzili alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmış, alqı-satqı zamanı yardımçı tikilini cavabdehə satdıqlarını iddiaçıya bildirmişlər.

22. Mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı dindirilmiş şahidlər Şahid4 və Şahid2 ifadələri hazırkı mübahisənin həlli ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Ona görə ki, mübahisəli yardımçı tikilinin əvvəlki sahibi şahidlərin anası olmuşdur və şahidlər də mərhum anaları tərəfindən yardımçı tikili, habelə mənzil satılarkən birbaşa olmasa da, satıcının ailə üzvü qismində alqı-satqı münasibətlərində iştirak etmiş və baş verən hadisəl ərdən məlumatlı olmuşlar. Beləliklə, şahidlər Şahid4 və Şahid2 verdiyi ifadəni şübhə altına alacaq hər hansı hal müəyyən edilmədiyindən adları qeyd olunan şahidlərin verdiyi ifadələr mötəbər sübut olaraq qəbul edilməlidir.

24. Apelyasiya instansiyası məhkəməsi bildirmişdir ki, işin müəyyən olunmuş və faktiki hallarından da göründüyü kimi ilə mübahisə predmeti olan yardımçı tikili mərhum X8 tərəfindən cavabdehə 200 manat pul müqabilində satılmış, həmçinin Ramidə Məmmədova 2020-ci ildə mənzili iddiaçıya satarkən yardımçı tikilini cavabdehə satmış olması barədə iddiaçıya məlumat vermişdir.

25. Apelyasiya instansiyası məhkəməsi həmçinin onu da vurğulamışdır ki, mübahisə predmeti olan yardımçı tikilinin məhz Daşkəsən şəhəri, Vahid Alıyev (Mədənçilər) küçəsi, X binanın 5 saylı mənzilə aid olması, yəni həmin mənzilə təhkim edilməsi ilə bağlı hər hansı layihə sənədi də mövcud deyildir.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 227.1, 227.2 və 567-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehin həmin tikilini əvvəlki mülkiyyətçisindən şifahi razılaşma əsasında satın almasının heç bir hüquqi əsası yoxdur. Həmin satın alma ilə bağlı tərəflər arasında notariat qaydada təsdiq edilmiş müqavilə mövcud deyildir. Mənzil Məcəlləsinin 12.5-ci maddəsinə əsasən, yaşayış sahəsinin ümumi sahəsi, vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusuna aiddir. Qanunvericiliyin tələbindən də aydın görünür ki, yardımçı məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusuna aiddir. Lakin, buna baxmayaraq iddiaçı mülkiyyətçisi olduğu mənzilin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahədən istifadə hüququnu həyata keçirə bilmir. Cavabdehin isə idiaçıya aid mənzilə aid olan köməkçi ti kilidən istifadə etməsinin heç bir qanuni əsası yoxdur. Belə ki, mülki işə əlavə edilmiş Daşkəsən şəhər Bələdiyyəsinin 11 mart 2024-cü il tarixli 26 saylı arayışından görünür ki, Daşkəsən şəhəri, Vahid Alıyev (Mədənçilər) küçəsi, X bina 6 mənzildir. Və hər mənzil üçün binanın yan hissəsində əlavə köməkçi tikili inşa edilmişdir. Bina ilə birlikdə həmin köməkçi tikililər dövlət tərəfindən inşa edilmişdir. Cavabdehin həmin tikilini mənzilin əvvəlki mülkiyyətçisindən şifahi razılaşma əsasında pul ödəməklə alması qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən üm umi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Maddə 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərind ən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə o lunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

31. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib, buna görə də kollegiya qətnaməni tam yaxlayır.

32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəti cələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsin in hazırki qərarın 2025-cu bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.

37. İşdən görünür ki, iddiaçının tələb etdiyi yardımçı tikilinin onun mülkiyyətində olan mənzilə xidmət etməsi və təhkim edilməsi ilə bağlı hər hansı layihə sənədi də mövcud deyildir.

38. Başqa sözlə, mübahisədə adı keçən yardımçı tikilinin yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən tikili olaraq ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisi kimi iddiaçıya mənsub olması halı hazırki işdə müəyyən edilməyib.

39. Bu baxımdan, məhkəmə kollegiyası yardımçı sahənin iddiaçının paylı mülkiyyətində olması barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1887/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar