Məhkəmə qərarları › İş №2(102)-4830/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4830/2022

11.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4830/2022 11.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin planı və ölçüsünün yenidən tərtib edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(108)-08/2022 saylı qətnaməsindən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti üzrə işə 11 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları mü əyyən etdi: İşin halları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 09 iyun 2009-cu il tarixli arxiv Çıxarışına, plan ölçüsü sənədinə əsasən, Naxçıvan Şəhər XDM-nin İcraiyyə Komitəsinin 31 may 1993-cü il tarixli, 245 saylı Qərarı ilə 1993-cü ildən ümumi mənzil növbəsində dayanan İddiaçı Naxçıvan şəhəri 60-cı məhəllədən 19 saylı torpaq sahəsi verilib. Naxçıvan şəhər Torpaq Şöbəsinin tərtib və təsdiq etdiyi plan ölçü sənədinə əsasən, Naxçıvan Şəhər XDM-nin İcraiyyə Komitəsinin 31 may 1993-cü il tarixli, 245 saylı qərarı ilə İddiaçı Naxçıvan şəhərinin 60-cı məhəlləsindən ayrılmış 19 saylı torpaq sahəsi yerində ayrılaraq ona təhvil verilib. Həmçinin Naxçıvan şəhər XDM-nin İcraiyyə Komitəsinin 30 dekabr 1992-ci il tarixli, 813 saylı qərarı ilə Maraqlı şəxs Naxçıvan şəhərinin 59-cu məhəlləsin dən 19 saylı torpaq sahəsi verilib. X tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, Naxçıvan şəhəri, 60-cı məhəllədə yerləşən 603 kv.metr sahəsi olan 19 saylı torpaq sahəsi Maraqlı şəxs adına qeydiyyata alınıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə X (bundan sonra cavabdeh) 09 aprel 2009-cu il tarixdə, 1308 nömrə ilə uçota aldığı, Naxçıvan şəhərinin 60-cı məhəlləsində yerləşən 19 saylı torpaq sahəsinə dair Maraqlı şəxs (bundan sonra üçüncü şəxs) adına tərtib edilmiş A003153 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və həmin torpaq sahəsinə dair onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi və torpaq sahəsinin üzərində yerləşən tikililərə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, Naxçıvan şəhər XDM-nin İcraiyyə Komitəsinin 31 may 1993-cü il tarixli, 245 saylı qərarı ilə Naxçıvan şəhərinin 60-cı məhəlləsində fərdi yaşayış evi tikmək üçün 19 saylı torpaq sahəsi ilə təmin edilib. Sonradan həmin torpaq sahəsində ölçüsü 27,45 kv.metr, 27,00 kv.metr olan 2 yaşayış otağı, 6,10 kv.metr olan hamam, 1,60 kv.metr olan tualet, 2,32 kv.metr girişdən ibarət olan tikililər inşa edib. Əlavə olaraq həyətdə 9 metr dərinliyində su quyusu qazdırıb, həyətyanı torpaq sahəsini çəpərləyib, oraya meyvə ağacları əkib. Həmçinin torpaq sahəsinə görə vergiləri, kommunal xidmət haqlarını ödəyib. Lakin, torpaq sahəsini sənədləşdirmək üçün cavabdehə müraciət edərkən, ona m əlum olub ki, torpaq sahəsi üçüncü şəxsin adına sənədləşdirilib. Bu səbəbdən də torpaq sahəsini öz adına sənədləşdirə bilməyib. Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2009-cu il tarixli qətnaməsi ilə (hakim H.M.Məmmədov) iddia təmin edilərək, X tərəfindən Naxçıvan şəhəri, 60-cı məhəllədə yerləşən 19 saylı torpaq sahəsinə dair üçüncü şəxsin adına verilmiş A003153 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, həmin torpaq sahəsinə dair iddiaçının adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməklə, üzərində yerləşən, ölçüləri 27,45 kv.metr, 27,00 kv.metr olan 2 yaşayış otağına, sahəsi 6,10 kv.metr olan hamama, 1.60 kv.metr olan tualet və 2,32 kv.metr girişdən ibarət olan tikililərə iddiaçının mülkiyyət hüququnun tanınması qət edilib. Birinci instansiya məhk əməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mübahisə olunan torpaq sahəsinə dair “Plan və ölçü” sənədi tərtib edilərkən, səhvən 59-cu məhəllədə yerləşən 19 saylı torpaq sahəsi 60cı məhəllədə yerləşən 19 saylı torpaq sahəsi kimi qeydiyyata alınıb. Yəni, iddiaçıya məxsus torpaq sahəsi səhvən üçüncü şəxsin adına sənədləşdirilib. Halbuki, həmin torpaq sahəsi iddiaçının faktiki sahibliyində, istifadəsindədir. Bu səbəbdən də cavabdeh tərəfindən Naxçıvan şəhəri 60-cı məhəllədə yerləşən 19 saylı torpaq sahəsinə dair üçüncü şəxsin adına verdiyi A 003153 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ləğv edilməli və həmin torpaq sahəsinə dair iddiaçının adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilməklə, torpaq sahəsinə onun mülk iyyət hüququ tanınmalıdır. Apellyasiya instansiyası məhkəməsində icraat Üçüncü şəxs apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd ediməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər M.D.Allahverdiyev sədrlik edən, məruzəçi), Ə.M.Xıdırov və F.M.Abbasov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 27 iyul 2009-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə, iddia təmin edilib, X tərəfindən Naxçıvan şəhəri, 60-cı məhəllədə yerləşən 19 saylı torpaq sahəsinə dair üçüncü şəxsin adına verilmiş A003153 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edil məsi, həmin torpaq sahəsinə dair iddiaçının adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməklə, üzərində yerləşən, ölçüləri 27,45 kv.metr, 27,00 kv.metr olan 2 yaşayış otağına, sahəsi 6,10 kv.metr olan hamama, 1.60 kv.metr olan tualet və 2,32 kv.metr girişdən ibarət olan tikililərə iddiaçının mülkiyyət hüququnun tanınması qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi işə baxarkən, məhkəmə sənədlərində Maraqlı şəxs kimi göstərib, lakin onun prosesə maraqlı şəxs qismində cəlb olunması ilə bağlı hər hansı prosessual hərəkət etməyib və işə onun iştirakı olmadan baxıb. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri pozulub. Bütün bu sadalanan hallar isə üçüncü şəxsin apellyasiya şikayətində qeyd etdiyi dəlillərin əsaslı olmaqla, Mülki Prosessual Məcəllənin 387.2.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139.1, 141.1-141.3, 152.1, 180.3, 240.1, 240.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Üçüncü şəxs kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir; 2.0.2-ci maddəsinə görə, inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən ( konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir; 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzi bati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir; 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olara q müəyyən edilir; 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir; 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Üçüncü şəxsin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini pozub. Belə ki, Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Normanın mənasına görə, məhkəmə aktının prosessual hüquq normalarına uyğunluğu məsələsi həll edilərkən, məhz işin baxılması zaman ı, yəni müvafiq prosessual hərəkətlərin icra edildiyi vaxt qüvvədə olan prosessual hüquq normaları rəhbər tutulmalıdır. Əvvəla, işdən görünür ki, iddiaçı cavabdehə qarşı hazırki iddianı məhkəməyə 10 iyul 2009-cu il tarixdə verib və onun cavabdehə qarşı hazırki tələbləri X tərəfindən Naxçıvan şəhəri, 60-cı məhəllədə yerləşən 19 saylı torpaq sahəsinə dair üçüncü şəxsin adına verilmiş A003153 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsindən, həmin torpaq sahəsinə dair onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsindən və üzərində yerləşən tikililərə mülkiyyət hüququnun tanınmasından” ibarət olub. Məlum olduğu kimi 20 aprel 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Prosessual Məcəllənin “Ümumi hüquqi münasibətlərdən əmələ gələn işlər üzrə icraat (xüsusi iddia icraatı)- İİ yarım bölməsi Məcəllədən xaric edilib və hazırda qüvvədə olan prosessual qanunvericiliyə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında İnzibati Prosessual Məcəllənin tələblərinə uyğun olaraq inzibati məhkəmələrdə baxılması nəzərdə tutulub. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qətnaməni hazırki işə baxılması zamanı qüvvədə olmayan prosessual hüquq normalarına uyğun çıxarıb və Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə əməl edilməyib. Bu isə Mülki Prosessual Məcəllənin 386, 418.1, 418.2, 418.3-cü maddələrinin tələblərinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir; 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; Sadalanan mülki prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə aidiyyəti işdə iştirak edən şə xslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti isə həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları İnzibati Prosessual Məcəllənin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə isə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin normadakı “qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə” ifadəsi mülki-prosessual və inzibati xətalar qanunvericiliklərinin normalarına göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Normadan göründüyü kimi inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı Qərarının 2-ci bəndində göstərilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə a id olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndində göstərilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati fu nksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və sair ilə bağlı yaranın münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqların həyata keçirilməsi ilə bağlı inzabati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktların ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisəndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.1-ci bəndinə görə, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən, nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyənin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 16.3-cü bəndind ə göstərilir ki, “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iddiaçının cavabdehə qarşı X tərəfindən Naxçıvan şəhəri, 60-cı məhəllədə yerləşən 19 saylı torpaq sahəsinə dair üçüncü şəxsin adına verilmiş A003153 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, həmin torpaq sahəsinə dair onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi” barədə tələblərinə məhkəmə aidiyyəti üzrə inzabati məhkəmədə baxılmalı olmasını nəzərə almayıb. İddiaçının cavabdehə qarşı “torpaq sahəsinin üzərində olan tikililərə mülkiyyət hüququnun tananması” barədə tələbinə gəlincə isə Mülki Məcəllənin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin konkret əsasları müəyyən edilib göstərilib və Mülki P rosessual Məcəllənin 2.1, 4.1, 5.1-ci maddələrinin mənasına görə, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasından ibarətdir. Yəni, məhkəmələr mübahisəyə baxır, fiziki və hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən o vaxt istifadə etmək hüququna malik olurlar ki, onların qanunla qorunan hüquq və azadlaqları pozulmuş olsun, onların öz maraqlarını qorumaq və təmin etmək zərurəti yaranmış olsun. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən tikililər üzərində iddiaçının hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 139-1-ci maddəsində sadalanan əsas lar varsa, o ilk növbədə aidiyyəti üzrə Reyestr Xidmətinə müraciət etməli və hüququnun dövlət qeydiyyatından əsassız olaraq imtina edildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti qaydalarını pozub və qüvvədə olan prosessual normalara görə inzibati icraat qaydasında baxılmalı olan tələblərə mülki məhkəmə icraatı qaydasında baxıb. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki mühakimə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 417.1.5-ci maddəsində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəm əsinin qətnaməsini...tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini əsas tutub hesab edir ki, hazırki işə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından, üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya yuxarıda göstərilən tələblər üzrə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Üçüncü şəxs Maraqlı şəxs kassasiya şikay əti qismən təmin edilsin. İş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26 aprel 2022-ci il tarixli, 2(108)-08/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X qarşı” Naxçıvan şəhəri, 60-cı məhəllədə yerləşən 19 saylı torpaq sahəsinə dair üçüncü şəxs Maraqlı şəxs adına verilmiş X saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi, həmin torpaq sahəsinə dair onun adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi və torpaq sahəsinin üzərində yerləşən tikililərə mülkiyyət hüququnun tanınması” iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı yuxarıda göstərilən tələblər üzrə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar