Məhkəmə qərarları › İş №2(102)-4833/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4833/2020

11.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4833/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “X1 i”Xə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinə dair protokolun etibarsızlığı) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxx nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məh kəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə “xxxx” MMC-dən və İddiaçı “X4” ASC-nin xeyrinə tutulan borcla yanaşı, İddiaçı məxsus xxx nə, x inə və 0,12 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına yaranmış borcun ödənilməsi, xinin dəyərinin 66.000 manat, onun yerləşdiyi 0,12 ha torpaq sahəsinin dəyərinin 229.000 manat, əmlakın birgə bazar dəyərinin 295.000 manat, xxx nin bazar dəyərinin 66.000 manat müəyyən olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin bu hissəsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin icrası zamanı icra məmuru tərəfindən qeyd edilən daşınmaz əşyaların hərraca çıxarılması üçün xx.xx.2018ci il tarixdə “X1 Mərkəzi” MMCnə sifariş göndərmiş, adı çəkilən MMC-nin xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə təşkil etdiyi hərraclar baş tutmadığından əşyalar banka təklif olunmuş, xx xxxxxxxx 2018-ci il tarixində “xxxx” KB ASC tərəfindən əldə edilmişdir.

2. Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdehlərdən “xxxx” MMC-nin verdiyi kassasiya şikayəti rədd edilmiş, apellyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

3. İddiaçı bildirir ki, onun tərəfindən cavabdehə dəfələrlə məlumat verilməsinə baxmayaraq, cavabdeh müvafiq qətnamənin qanuni qüvvəyə minməmiş olduğunu, işə Ali Məhkəmədə baxılacağını bilə-bilə, heç bir qanuni əsas olmadan qətnamənin icrası ilə əlaqədar hərracın keçirilməsini davam etdirmişdir. Başqa sözlə, hərrac keçirilərkən Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi hələ qüvvəyə minməmişdi. Qüvvədə olmayan qətnamə əsasında hərracın keçirilməsi isə qanunsuzdur.

4. Cavabdeh isə bildirir ki, hərrac Sabunçu Rayon İcra və Probasiya şöbəsindən verilmiş sifariş əsasında keçirilib. Hərracın dayandırılması həmin qurumdan rəsmi məlumat daxil olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı iddia qaldıraraq, xxx və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 5504 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi ilə əlaqədar xx xxxxxxxx 2018-ci il tarixdə keçirilmiş hərrac və onun nəticələri barədə Y341 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ü.Şükürova) xx xxxxxx 2019-cu il tarixli, 2(009)-1925/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə “İpoteka haqqında” Qanununun ipoteka predmetinə tutmanın yönəldilməsi əsaslarını müəyyən edən 33-cü maddəsinə istinad edərək, mövqeyini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamə qanuni qüvvəsini almadan icra vərəqəsi verilmişdir. İddiaçı hərracın qanunsuz keçirildiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı iddiaçının göstərdiyi hallar öz təsdiqini tapmamış, həmçinin iddiaçı tərəfindən kassasiya şikayətinin Bakı Apellaysiya Məhkəməsinin qətnaməsinin qanuni qüvvəsini alma sından əvvəl verilməsini təsdiq edən hər hansı sübutedici sənəd məhkəməyə təqdim edilməmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-1819/20 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, i ddianın təmin edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gətirildiyi əsasla bağlı heç bir araşdırma da aparmamışdır. Araşdırma aparıldığı təqdirdə, asanlıqla müəyyən oluna bilərdi ki, icraçı tərəfindən icra hərəkətlərin aparılması barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Halbuki “İcra haqqında” Qanunun 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həm iddiaçı, həm də əsas borclu icra hərəkətlərinin həyata keçirilmiş olmasından yalnız hərracdan sonra xəbər tutmuş, hətta bununla bağlı borclu tərəfindən icra şöbəsinə xx.xx.2019-cu il tarixli məktub ünvanlanaraq məsələnin nə yerdə olması barədə məlumat verilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə məlumat verilməsinə baxmayaraq, cavabdeh müvafiq qətnamənin qanuni qüvvəyə minməmiş olduğunu, işə Ali Məhkəmədə baxılacağını bilə-bilə, heç bir qanuni əsas olmadan qətnamənin icrası ilə əlaqədar əmlakla bağlı hərrac hərəkətlərinin həyata keçirilməsinə davam etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

14. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili, kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəllə:

16. Maddə

416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

19. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) mü əyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhz əmlakın hərraca çıxarılmasına əsas təşkil edən qətnamənin qanuni qüvvəyə minməsindən əvvəl h ərrac keçirilməsini qanunvericiliyin pozuntusu kimi qiymətləndirərək hazırkı iddia tələbini irəli sürmüş, hərracın dayandırılmalı olması barədə müraciətinə cavabdeh tərəfindən əhəmiyyət verilmədiyinə istinad etmişdir.

23. İşin hallarından aydın olur ki, iddiaçı, artıq icraya yönəldilmiş olan məhkəmə aktından kassasiya şikayəti verdiyinə dair icra məmuruna məlumat verməmiş, bu səbəblə də icra sənədi üzrə icraat dayandırılmamışdır. Kollegiya bildirmişdir ki, hərrac təşkilatı sifarişi yerinə yetirən qurumdur və ona verilən məlumat əsasında icra sənədinin icrasını dayandırmaq səlahiyyəti mövcud deyildir. Odur ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələbinin rədd edilməsi əsaslıdır.

24. Belə hüquqi mövqenin tutulm ası mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir.

25. Bu qənaətə gələrkən apelyasiya məhkəməsi onu da nəzərə almışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən zamin və ipoteka qoyan qismində İddiaçı özü tərəfindən kasassiya şikayəti verilməmiş, dolayısıyla qətnamə, müvafiq icra vərəqəsi verildiyi zaman artıq ona münasibətdə qanuni qüvvəyə minmiş, hərrac prosedurunun başlamasından xəbərdar olduğu halda o, əmlakı hərracdan əldə etməyə də təşəbbüs göstərməmişdir.

26. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlillə ri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxx nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar