Məhkəmə qərarları › İş №2(102)-4834/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4834/2020

15.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4834/2020 15.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)884/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh MTK tərəfindən verilmiş kasasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.A.Xəlilov, iş № 2(006)-4018/2019) İddiaçı Cavabdehnə qarşı cavabdehin hərəkətlərinin qa nunsuz hesab edilməsi, əmlakın bərpa edilməsi və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) iddiaçının apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və 56.000 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi tələblərinin təmin olunmamasına dair hissədə ləğv edilib iddianın həmin hissədə qismən təmin edilərək Cavabdeh MTK tərəfindən N-də yerləşən İddiaçı məxsus əmlakların sökülməsinin qanunsuz hesab edilməsi, MTK-dan əldən çıxmış faydaya görə 15.467 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdi r. İşin halları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin N rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” xx xxxxxx 2016-cı il tarixli 86 saylı qərarı ilə həmin rayonlarda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların müəyyən edilərək sökülməsi, yerində yeni yaşayış binalarının tikilməsi, tikiləcək binalardan sakinlərə mənzillərin ayrılması qərara alınmış, həmin qərarda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etmək vəzifəsi həvalə edilmiş, qərarın icrası ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti və Cavabdeh MTK arasında xx xxxxxxx 2017-ci il tarixə müqavilə bağlanmış, müqaviləyə əsasən N küçələrində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirməyi MTK öz üzərinə götürmüşdür. Qərarın icrası zamanı MTK tərəfindən iddiaçı X1 məxsus yaşayış sahələrinin məhv edilməsi ilə əlaqədar İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və MTK-nın həmin hər əkətlərinin qanunsuz hesab edilməsi, ona məxsus 331,3 kv.metr və 229,2 kv. metrdən ibarət əmlakların bərpa edilməsi, əldən çıxmış faydaya görə MTK-dan onun xeyrinə 56.000 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı qətnamədən kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin Cavabdeh MTK kassasiya şikayəti verərək iddiaçıya məxsus əmlakın sökülməsinin qanuni olmaması barədə məhkəmə kollegiyasının nəticəsinin əsaslandırıl mamasını, iddiaçının hərəkətinin həmin binada yaşayan və söküntüyə razılıq vermiş digər sakinlərin mənafeyinə toxunmasını, iddiaçının əslində mülkiyyətçi hüququndan istifadə etməklə onunla 560 kv.metr qeyri-yaşayış sahəsinə dair müqavilə bağlanmasına MTK-nı vadar etmək məqsədini güdməsini və s. əsas göstərməklə qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilib həmin hissəyə yenidən baxılması üçün işin yeni apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili, həmçinin cavabdehin vəkili verdikləri kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materi allarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya məxsus qeyri-yaşayış sahələrinin sökülməsini qanunsuz hesab edərkən mübahisəli sahənin iddiaçının mülkiyyətində olmasını, həmin əmlakların onun razılığı olmadan sökülməklə mülkiyyət hüququnun pozulmasını əsas göstərmiş və bu zaman gəldiyi nəticəni təsdiq edən norma kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Mülki Məcə llənin 203.3cü maddəsinə əsaslanmışdır. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, MTK tərəfindən dağıdılmış əmlakların bir hissəsi xx xxxx 2012-ci il tarixdən etibarən aylıq icarə haqqı 1450 manat olmaqla icarəyə verilmişdir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmlakının dağıdılması ilə əlaqədar iddiaçıya əldən çıxmış fayda şəklində 15.467 manat məbləğində ziyan dəymişdir. İşin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları və istinad olunan normalar iddianın qismən təmin edilməsi üçün əsas verdiyindən, kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara və qanunun normalarına düzgün istinad olunmaqla çıxarılmışdır. Şə rh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar