Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4836/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərəkətsizliyin qanunsuz hesab edilməsi və qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, X18 oğlunun katibliyi, iddiaçıların vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2936/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Müvafiq icra sənədi üzrə X5, X6, X3, X7 və X8 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 32, mənzil 62-dən çıxarılmalı, İddiaçı1, X2, X1, X10 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 32, mənzil 62-ə köçürülməlidir. İddiaçı tərəfindən həmin icra sənədi üzrə icra məmuru tərəfindən heç bir icra hərəkətlərinin edilmədiyini, habelə onun bu qanunsuz hərəkətləri nəticəsində müvafiq məhkəmə qətnaməsinin icra olunmadığını, bununla da onun hüquqlarının pozulduğunu bildirmiş və buna görə də məhkəməyə müraciət etmək məcburiyyətind ə qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdehnə qarşı hərəkətsizliyin qanunsuz hesab edilməsi və qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdeh icra məmuru Rəsul Mirzəpurun hərəkətsizliyinin qanunsuz hesab edilməsi, müraciətlərinə nəzərdə tutulan müddət ərzində rəsmi qaydada cavab verilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(0020-3177/18 saylı qətnaməsinin icra olunması məqsədilə “İcra haqqında” Qanunun müvafiq müddəalarına uyğun olaraq borcluların barəsində məcburi i cra tədbirlərinin həyata keçirilməsi (əmlaklarının olubolmamasının müəyyən edilməsi, mənzildən məcburi qaydada çıxarılması və onları mənzilə köçürülməsi, ölkədən giriş-çıxışına məhdudiyyətin qoyulması, inzibati və cinayət məsuliyyətlərinə cəlb olunmasına dair məhkəməyə təqdimat verilməsi) və qətnamənin dərhal icra olunması öhdəçiliyin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(002)-3177/18 saylı qətnaməsinə əsasən, X5, X11, X6, X3, X7 və X8 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 32, mənzil 62-dən çıxarılmalı, İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 32, mənzi l 62-ə köçürülməlidir. Qətnamə qanuni qüvvəyə minmiş, icra olunması üçün Cavabdehnə yönəlmişdir. Lakin icra məmuru cənab Rəsul Mirzəpur nə borcluları mənzildən çıxarır, nə də biz tələbkarları mənzilə köçürür. Onların müraciətlərinə cavab vermir, Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qətnaməsini icra etmir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2051/2019 saylı, 29 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Əhmədova) iddia təmin edilməmişdir.
5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı icra məmurunun hərəkətsizliyi nəticəsində onun hüquq və mənafelərinin pozulduğunu bildirsə də, bu hallara dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, iddiaçının hüquq və mənafelərininin pozulmasının məhz icra məmurunun qanunsuz hərəkəti v ə ya hərəkətsizliyi nəticəsində baş verməsini,habelə icra məmurunun qanunsuz hərəkət və hərəkətsizliklə onun hüquqlarının pozulması arasında səbəbli əlaqənin olmasını və iddiaçının hüquq və mənafelərinin pozulmasında icra məmurunun təqsirinin olmasını müəyyən etmək mümkün olmamışdır. Bununla da, iddiaçının iddia tələbinin əsası kimi istiand edtiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu halda, məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbinin icra məmurunun hərərkətsizliyinin qanunsuz hesab edilməsi hissəsində əsassız olmaqla, təmin edilməməlidir.
6. Məhkəmə iddia tələbinin iddiaçının müraciətlərinə nəzərdə tutulan müddət ərzində rəsmi qaydada cavab verilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(0020-3177/18 saylı qətnaməsinin icra olunması məqsədilə “İcra haqqında” Qanunun müvafiq müddəalarına uyğun olaraq borcluların barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi (əmlaklarının olub-olmamasının müəyyən edilməsi, mənzildən məcburi qaydada çıxarılması və onları mənzilə köçürülməsi, ölkədən girişçıxışına məhdudiyyətin qoyulması, inzibati və cinayət məsuliyyətlərinə cəlb olunmasına dair məhkəməyə təqdimat verilməsi) və qətnamənin dərhal icra olunması öhdəçiliyin cavabdehin üzərinə qoyulması hissəsində hesab etmişdir ki, bu hissədə iddia tələbi icra məmurunun hərəkətsizliyini qanunsuz hesab edilməsi tələbindən törəmə tələb olduğundan və əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddia tələbi təmin edilməməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1 097ci maddələrinə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2019-cu il tarixli, 2(103)- 13242/2019 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn (sədrlik edən və məruzəçi), E.Q.Nəbiyev və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.
9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına “İcra haqqında” Qanunun 7, 8.1, 8.2, 12 və 87.2-ci maddələrini tətbiq etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgü n nəticəyə gəlmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5167/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər –Ə.A.Əhmədov(sədrlik edən və məruzəçi), İ.K.Dəmirov və V.T.Həsənov) iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2019-cu il tarixli, 2(103)13242/2019 saylı qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
11. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçıların hüquq və mənafelərini pozan hər hansı hərəkət və ya hərəkətsi zliyə yol verməməsi, cavabdehin hərəkəti və hərəkətsizliyi ilə iddiaçıların hüquqlarının pozulması arasında səbəbli əlaqənin olmaması və cavabdehin təqsirinin sübuta yetməməsi, eləcə də iddiaçıların müraciətlərinə qanunla müəyyən edilmiş müddətdə cavabdehin cavab verməməsi barədə iddia tələbinin törəmə tələb olmasına dair işin halları barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, mülki prosessual qanunvericilikdə ümumiyyətlə əsas və törəmə tələb anlayışları yoxdur, qeyd olunan iddia tələblərinin bir hissəsinin rədd olunması, digər hissəsinin təmin olunmasını istisna etmir və MPM-nin 218.1 və 218.3-cü maddələrinin mənasına görə, məhkəmə işdə iştirak edən şəxslərin verdiyi bütün tələblər üzrə qərar qəbul etməyə borcludur.
12. Kassasiya instansiyas ı məhkəməsi iddiaçıların qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra məmuru tərəfindən icra edilməməsindən, bir sözlə icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayətlənmələrinə münasibətdə qeyd etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, sadalanan maddələrin tələbləri baxımından hazırki işin aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul edibetməməsi məsələsinə də hüquqi qiymət verməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2936/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qərardadı ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və Ş.A.Məmmədova) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Qaradağ rayo n Məhkəməsinin 29 avqust 2019cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia ərizəsinə iddia icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçılara izah edilmişdir ki, “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra icraatı qaydasında icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə müraciət etmək hüquqları vardır.
14. Məhkəmə MPM-in 420-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, iddiaçılar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra məmuru tərəfindən icra edilməməsindən, bir sözlə icra məmurunun hərəkət və hərəkətsizliyindən şikayətlənmişlər. İcra məmuru tərəfindən icra sənədinin icrasından kənara çıxma halları olmamışdır, belə bi r mübahisə mövcud deyildir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, icra məmurunun hərəkət və hərəkətsizliyindən iddiaçıların iddia icraatı qaydasında müraciəti, məhkəmə qətnaməsinin icrası qaydasında məhkəmə baxışının tərkib hissəsi olduğundan və buna nəzarət funksiyası məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirildiyindən, iddiaçıların hazırkı tələbinə iddia icraatı qaydasında məhkəmədə baxıla bilməz. İddiaçıların “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra icraatı qaydasında icra məmurunun hərəkət və ya hərəkətsizliyindən məhkəməyə müraciət etmək hüquqları vardır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddia çı4 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddia ərizəsinə iddia icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlməklə MPM-nin 9, 14, 77, 88 və 386-cı maddələrinin tələblərini pozmuşdur. Maddi hüquq normalarını düzgün tətbiq etməyərək, iş üzrə icraata xitam verməyi qanuni və əsaslı hesab etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və yanlış nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil Kazım qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş q aydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə
31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə
151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 22. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
2. Məcburi icra orqanları 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Maddə
3. İcra məmurunun tələblərinin məcburiliyi 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra mə murlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Kassasiya baxışının hədləri
23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
24. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fak tiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Baxılan iş üzrə MPM-in 15.2-ci maddəsinə, İcra haqqında Azərbaycan Respublikası Qanununa və kassasiya instansiya sı məhkəməsinin əvvəlki qərarında ifadə etdiyi hüquqi mövqeyə uyğun olaraq işə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi iddia ərizəsinə iddia icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməsi barədə qanuni nəticəyə gəlmişdir.
29. Nəzərə alınmalıdr ki, Konstitusiya Məhkəməsinin Plenumunun «“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair» 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
30. X4 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tə ləblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır.
31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2936/2021 nömrəli iş üzrə 17 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.