Məhkəmə qərarları › İş №2(102)-4846/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4846/2023

27.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4846/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “Cavabdeh3” və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya instansiyasında icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(108)144/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Resp ublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Ordubad Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli, e-2(080)-76/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər “Cavabdeh3” otelindən və Cavabdeh2 15184 manat, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət olunmuşdur.

2. Həmin qətnamədən işdə iştirak etməyən, lakin qəbul edilən qətnamə ilə onun hüquq və vəzifələrinə toxunmasını bildirən şəxs Aslanzadə Nicat Ülvi oğlu apellyasiya şikayəti vermiş və Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, 2(108)-144/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir.

3. Sonradan, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(108)-144/2023 nömrəli qərardadı ilə (hakim S.Ş.Bəylərlinin sədrliyi və məruzəsi ilə, hakimlər S.M.Qarayevdən və S.H.Novruzovdan ibarət tərkibdə) həmin Məhkəmənin 06 oktyabr 2023-cü il tarixli icraata qəbul (apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə) qərardadı ləğv edilmiş və iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

4. İddiaçı kassasiya şikayəti verərək, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(108)-144/2023 nömrəli qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Həmçinin, işdə iştirak etməyən, lakin qəbul edilən qətnamə ilə onun hüquq və vəzifələrin toxunmasını bildirən şəxs Aslanzadə Nicat Ülvi oğlu kassasiya şikayəti verərək, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(108)144/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

6. Sonradan İddiaçı səlahiyyətli nümayəndəsi, vəkil Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, kassasiya şikayətindən imtina edildiyini göstərmiş, kassasiya şikayətindən imtinanın qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 410.1-ci maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. 410.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 410.3-cü maddəsinə əsasən kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayətindən imtina etdiyindən, kassasiya şikayətindən imtina səlahiyyətli şəxs tərəfindən imzalanmaqla yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunm alı və kassasiya instansiyasında icraata xitam verilməlidir.

9. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(108)-144/2023 nömrəli qərardadından verdiyi kassasiya şikayətindən imtina qəbul edilsin və həmin kassasiya şikayəti üzrə işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar