Məhkəmə qərarları › İş №2(102)-4848/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4848/2019

05.07.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4848/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, üçüncü şəxs “xxxx” İKB ASC-nin vəkili Abbasov Orxan Vilayət oğlunun iştirakı ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsindən ka ssasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh “xxxx” MMC-nə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ş.Abdullayev, iş 2(009)-3227/2018) iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli, iş № 2(103)-2487/2019) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin 04 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Üçüncü şəxs “xxxx” İKB ASC-nin vəkili Abbasov Orxan Vilayət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətb iq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslərməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, X2 məxsus İsmayıllı şəhəri, ünvan 1 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqdan ibarət yaşayış evi ilkin satış qiyməti 115000 manat olmaqla hərraca çıxarılmış, ilkin hərrac baş tutmadığından, ilkin satış qiyməti 15% endirilməklə satış qiyməti 97750 manat olmaqla təkrar hərraca çıxarılmış, hərrac baş tutmadığından, həmin mənzil təkrar hərracdakı qiyməti 25% endirilməklə 73312 manata tələbkar banka təklif olunmuş, bank təklifi qəbul edərək həmin fərdi yaşayış evini almış və bu barədə 14 dekabr 2012-ci il tarixdə hərracın nəticələri haqqında yekun protokol tərtib olunmuşdur. Keçirilmiş hərraclar barədə tələbkar banka və borclu X3 məlumat verilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən az 30 gün qalmış verilir. Hərracın keçirilməsinə ən az 15 günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.7. maddəsinə əsasən 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipo teka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin qanunun 43.8. maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, “Hərrac barəsində onda iştirak etməli olan şəxslərə məlumatın vaxtında verilməməsi, hərracın etibarsızlığına səbəb olan haldır.” Məhkəmə kollegiyası hesab edir ki, bu dəlili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün hesab edilə bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıda kıları göstərmişdir: “...qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, qanunvericilik hərracın təşkilatçısının üzərinə ipoteka saxlayana və ipoteka qoyana hərracın keçirilməsi ilə bağlı məlumat vermək vəzifəsi qoymuşdur. İş materiallarından görünür ki, 23.12.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan X5, ipoteka saxlayan isə “xxxx” İKB olmuşdur. İş materiallarından da aydın olur ki, tərəflərə hərracın keçirilməsi barədə bildirişlər göndərilmişdir....iddiaçının hərracın keçirilməsi barədə ona lazımi məlumat verilməməsi dəlilinə münasibətdə qeyd edir ki, keçirilmiş hərracın etibarsızlığına dəlalət edən heç bir hal yoxdur, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir. İddiaçı ipoteka müqaviləsi üzrə tərəf qismində çıxış etmədiyi üçün ona rəsmi məlumatın v erilməməsi hərracın etibarsızlığına səbəb olan hal deyil.” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar